Ardını oxu...
Rusiyanın Saxalin vilayətinin Oxinski rayonunda ayı yola çıxaraq insanların olduğu avtomobilə hücum edib.

Bildirilir ki, hadisə magistral yolda baş verib, avtomobil nasazlıq səbəbindən yol kənarında dayanıb.

Məlumata görə, avtomobildə bir sürücü və iki sərnişin olub.

Yırtıcı avtomobilə yaxınlaşaraq, onu hər tərəfdən iyləyib, kapota çıxıb və şüşə silgisini qoparıb.

Avtomobili yoxlayandan sonra ayı yoxa çıxıb. İnsident nəticəsində xəsarət alan olmayıb.

Məlum olub ki, avtomobilin hidravlik muftası xarab olub, sürücü yolun kənarında dayanıb, digər avtomobili gözləyib.
 Mənbə: gazeta.ru
Ardını oxu...
Türkiyədə bayramın ilk günü 16 minə yaxın insan qurban kəsərkən xəsarət alıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca məlumat verib.

"Bayramın ilk günündə ölkə üzrə 16 minə yaxın insan qurbanlıq heyvanların kəsilməsi zamanı aldığı xəsarətlərə görə tibb müəssisələrinə müraciət edib", - deyə nazir "X" hesabında yazıb.

Onun sözlərinə görə, daha çox insan paytaxt Ankarada yaralanıb - 1 274 nəfər, İstanbulda 840, İzmirdə 416 nəfər xəsarət alıb.

Yerli hakimiyyət orqanlarının tələblərinə görə, qurbanlıq heyvanların kəsimi xüsusi ayrılmış yerlərdə sanitar normalara riayət olunmaqla aparılmalıdır. Lakin Türkiyədə bu tələblər tez-tez pozulur və hər il Qurban bayramında minlərlə yerli sakin xəsarət alır.
https://twitter.com/drfahrettinkoca/status/1802401489081553311?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1802401489081553311%7Ctwgr%5Ef1366e8bc9799ad6789746927713b7e1f99f6475%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Foxu.az%2Fdunya%2Fturkiyede-bayram-gunu-qurban-keserken-16-min-insan-xesaret-alib Mənbə: TRT Haber
Ardını oxu...
Bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 20:24-də (Bakı vaxtı ilə 21:24) ölkənin Malatya şəhərinin Akçadağ rayonunda 4,4 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların ocağı yeddi kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Xatırladaq ki, daha əvvəl Gürcüstanın şimalında zəlzələ olmuşdu.

Mənbə: Hürriyet
 
 
 

      

Ardını oxu...
Qubanın ucqar dağ kəndlərindən olan Yerfi kəndində sel suları yaşayış evlərində bir sıra fəsadlar törədib.

Sakinlər bildiriblər ki, burada yaşayış qeyri-mümkündür:

"Yorğan-döşəyimiz yaşdır, gecə işıqlar da sönmüşdü, bu il sel kənddə ciddi fəsadlar törədib".

Həmçinin, yağan güclü yağışlar nəticəsində kənd ərazisində yol infrastrukturu da sıradan çıxıb, körpü uçub.

Ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Bu gündən Azərbaycanda çimərlik mövsümünə start verildi.

Artıq əksər restoran və iaşə obyekləri tam hazır vəziyyətə gətirilib. Stol-stul dəstləri düzülüb, abadlıq işləri isə yekunlaşıb.

“Cebhe.info" dənizkənarı obyektlərdə qiymətləri araşdırıb.

Bilgəh, Novxanı, Buzovna və Şixov ərazisində olan akvaparklara giriş ara günləri 25 manat, həftəsonu isə 30 manatdır.

Məşhur "Dalga Beach" akvaparkına girişin qiyməti isə həftəiçi 30 manat, həftəsonu isə 40 manat təşkil edir.

Akvaparklara bəzi əlavə qidaları gətirməyə icazə verilsə də, böyük əksəriyyəti isə ümumiyyətlə qida ilə girişə qadağa tətbiq edir.

Ardını oxu...
Təbrikdə deyilir:

"Əziz və hörmətli həmvətənlər!

Xalqımızı və dünyada yaşayan bütün soydaşlarımızı dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edirəm.

Qurban bayramı bütün dünya müsəlmanlarının mənəvi birliyinin və insanların Yaradana olan münasibətinin təcəssümüdür. Xalqımız əsrlər boyu, Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub saxlamışdır.

Xalqımız bu müqəddəs bayramı, işğaldan azad edilmiş, Xankəndi, Şuşa, Xocalı və diğər ərazilər də daxil olmaqla milli dövlət bayrağımızın dalğalandığı bütöv ölkə ərazisində qeyd edir.

Bu bayram, xalqımızı güclü demokratik dəyərlər və dövlətimiz adına davamlı tərəqqi uğrunda fədakarlığa, sülhə, birliyə, ədalətə, əminamanlığa səsləyir.

Hər il Mübarək Qurban Bayramı günlərində sağlam mənəvi dəyərlərə yönəlmiş minlərlə vətəndaşımızın duaları, Allah dərgahında qəbul olunur. Bu yolla xalqımız öz müqəddəs borclarını yerinə yetirirlər.

Əziz həmvətənlər!
Qurban Byramı münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm.Hər günü, hər saatı, hər anı ilahi töhfə olan bu gözəl bayramda kəsdiyiniz qurbanlıqların, həmçinin, dua və niyyətlərinizin Allah dərgahında qəbul olunmasını arzu edirəm. Sizlərə, ailələrinizə sağlamlıq, xoşbəxtlik,süfrələrinizə xeyir-bərəkət , Azərbaycanımıza əmin-amanlıq, arzulayıram.
Qurban bayramınız mübarək olsun!"

Mirfazil HƏMİD: Demokratik Birlik Partiyasının sədri.
Ardını oxu...
  

Mingəçevir şəhərində gəzinti qayığının yanması nəticəsində 10 nəfərin xəsarət alması faktı üzrə Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.

Musavat.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, hadisə qayıq sahildə olan zaman qeydə alınıb. Şahidlərinin bildirdiyinə görə, qayıqda anidən yanğınla nəticələnən partlayış baş verib.

***

15.06.2024, 23:35

Mingəçevirdə qayıqda yanğın baş verməsi səbəbindən xəsarət alanların sayı artıb, onların kimliyi məlum olub.

Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Kamilə Əhmədova, 1982-ci il təvəllüdlü Emil Şirinov, 1990-cı il təvəllüdlü, Nəzakət Orucova, 2011-ci il təvəllüdlü Həsən Şirinov, 2018-ci il təvəllüdlü Afət Orucova, 2014-ci il təvəllüdlü Ə.Orucov, 2006-ci il təvəllüdlü Sahil Məhərrəmov, 1990-cı il təvəllüdlü Nəzakət Orucova, 1984-cü il təvəllüdlü İntiqam Kəmalov və 1982-ci il təvəllüdlü Ehtiram Kamalov xəsarət alıblar.

Zərərçəkənlərin bir neçəsi yanq, bir qismi isə travma və kəsik xəsarətləri alıblar.

Qeyd edək ki, hadisə qayıq sahildə olan zaman qeydə alınıb. Şahidlərinin bildirdiyinə görə, qayıqda anidən yanğınla nəticələnən partlayış baş verib.//Report

***

Mingəçevirdə Kür çayında qayıqda yanğın olub.

Məlumata görə, qayıqda hələ dəqiq məlum olmayan səbəblərdən yanğın olub.

Hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 
 
 

VİDEO

Ardını oxu...
  560  16.06.2024 09:02  Maraqlı A  A 

Konyanın Kadınhanı rayonunda qəssabdan qaçan qurbanlıq dana əvvəlcə tövlənin, daha sonra isə tövləyə bitişik evin damına çıxıb.

Musavat.com TRT Haber”ə istinadən xəbər verir ki, tövlənin damından düşüb qaçmağa davam edən dana sahiblərinin təqibi nəticəsində çətinliklə tutulub.

Həmin anlar mobil telefonla lentə alınıb.

Musavat.com

Ardını oxu...
 

Samuxda yabanı halda bitən 3 ton 100 kq çətənə bitkisi məhv edilib.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Ziyadlı kəndi ərazisində yabanı halda bitən 3 ton 100 kq 4 950 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

Ardını oxu...
Bir neçə gün əvvəl “Azparking” parklama yerlərində birində kiçik avtomobil öz parklama yerini tərk edərkən qarşısındakı maşını, sözün əsl mənasında vuraraq çıxdı və heç nə olmamış kimi hadisə yerini tərk etdi. Bu kimi hadisələr baş verdiyi zaman məsuliyyət kim daşıyır, “Azparking”in əməkdaşlarına avtomobillərə nəzarət etməlidirmi?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, parklanma yerlərində sığorta məsələsi yoxdur.

“Təhlükəsizliklə bağlı elə bir mövzu yoxdur. Açıq ərazidir və burada hansısa maşını “Azparking” əməkdaşları dövrəyə alıb mühafizə edəsi deyil. Hər bir avtomobilin icbari sığortası var. Kasko sığorta deyilən bir anlayış var. Bunlar da bu formada icra olunur. Kimsə avtomobili yerindən tərpədəndə başqasına sürtürsə, bu da həmin avtomobilin sürücüsünün məsuliyyətinin fonunda sığortalana bilər. Bu xətanı törədən sürücü öz sığortası vasitəsilə dəymiş ziyanı ödəyəcək. Yəni bu məsələlər belə tənzimlənməlidir. Belə bəsit formada "burada saxladığım maşın üçün “parkinq” pulu ödəmişəm, maşınıma nə xidmət göstərirsən?" fikrini irəli sürmək düzgün deyil. Yəni parkovkaya pul verdin deyə, sənin maşınına yağdəyişmə etməli deyillər. Orada pulsuz avtoyuma edəsi deyillər. Maşının qabağına gül taxası deyillər. Yəni küçə parklanması bütün dünyada bu formadadır. Heç bir ölkədə parklanmaya görə sürücüyə xüsusi medal verən yoxdur”-deyə Elməddin Muradlı bildirib.

Ekspertin sözlərinə görə, yeraltı parkinqlərdə bu məsuliyyət məsələsi ola bilər. Çünki bir neçə mərtəbədən ibarət olur. Orada təhlükəsizlik qaydaları qorunmalıdır. Avtomobilə dəymiş zərərə görə, məsələn, boru qopub avtomobilin üstünə düşübsə, qapalı parklanma xidməti göstərilən qurum buna görə məsuliyyət daşıyır. Amma küçə parklanmasında belə məsuliyyət yoxdur.

Dünyapress TV

Xəbər lenti