Ardını oxu...
"Əməkdaşımız xaricdən gələn qonaqlarla Quba-Qusar bölgəsindəki iaşə obyektlərinin birinə yaxınlaşıb. Menyu üzərindən yemək sifariş verib və gözləyiblər. 40-50 dəqiqədən sonra ofisiant qayıdaraq yüksək tonla "bu yemək bizdə yoxdur, hazırlaya da bilmərik", - deyib. Azərbaycan Turizm Bələdçilər Assosiasiyasının (ATBA) layihə meneceri Fərhad Əkbərlinin nəql etdiyi hadisə respublikamızın bütün turizm bölgələrindəki iaşə obyektləri üçün xarakterikdir.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

"Burada yemək verilmir…"

Kənd turizmi əyləncəsi şəhər sakininin adi tətilinə bənzəmir. Bəzən insanlar mobil şəbəkənin olmadığı, yaşıllığın bol olduğu, sakitliyin hökm sürdüyü yerdə istirahət etmək istəyirlər. Yayın gəlişi belə səfərlər üçün ən yaxşı fürsətdir. Həftə sonları paytaxtdan tətil və ya məzuniyyət günləri regionlara yol alan maşın karvanları da buna misaldır. Yol boyu hərəkət edən sürücülərə və ya qonaqlara isə arabir dayanmaq, istirahət etmək, bir tikə çörək yemək və ya çay-su içmək lazım gəlir. Təbii ki, yol kənarındakı hər hansı kafe və restoranın əsas vəzifəsi ilk növbədə potensial auditoriyasına – gələn turistlərə diqqət yetirmək olmalıdır. Xidmət dedikdə isə təkcə yemək və ya çay təqdim etməyi deyil, ünsiyyət bacarığının, etiket qaydalarının, köhnə ənənələrin və ən müasir yeniliklərin, eləcə də incə psixoloji texnikanın birləşməsi nəzərdə tutulur. Bəzən yaxşı interyer və ləzzətli yeməklər bu cür işçilərin zəif və naşı fəaliyyətini kompensasiya edə bilmir. Ekspertlərin ümumi fikrinə görə, inkişaf üçün digər tələblərə - məsələn, xidmətin rahatlığı, sürücülərin ehtiyaclarını nəzərə almaq, xoş mühit, dadlı yemək, sərfəli qiymətin olması, ofisiantların xidmət səviyyəsinin yüksəldilməsi, sanitar qovşağının təmizliyi kimi məqamlara diqqət yetirmək lazım gəlir.

Təəssüf ki, bizdə bu istiqamətdə real vəziyyət o qədər də ürəkaçan deyil. Bəzi istisnalarla yol kənarındakı iaşə obyektləri "özfəaliyyət" təsiri bağışlayır.

"Yolkənarı iaşə obyektlərində xidmət səviyyəsinin aşağı olmasının səbəbi nədir?", - deyə soruşduğumuz turizmçilərin fikirləri də mənzərəni daha aydın təsəvvür etməyə imkan yaradır.

Pul xərcləmək istəmirlər

ATBA-nın layihə meneceri Fərhad Əkbərli də təsdiqləyib ki, bu kimi problemlərə tez-tez rast gəlinir:

"Xidmət səviyyəsi ilə bağlı şikayətlər çoxdur. Turistlərlə birgə bölgələrə səfər edən bələdçilərimiz vəziyyətlə bağlı bizi məlumatlandırırlar. Problemin başlıca səbəbi restoran sahiblərinin işə peşəkarları deyil, tanışlarını cəlb etmələridir. Kənardan hansısa bir təlimçi də cəlb etmirlər ki, onlara təlim keçsin. Bunun üçün pul xərcləmək istəmirlər. Bu cür obyektlərdə çalışan ofisiantların əksəriyyətinin elementar xarici dil bilgiləri də yoxdur. Hətta bu problemlərə bizim beşulduzlu hotellərdə də rast gəlinir. Bələdçilər ən çox ofisiantların normal davranışının, ünsiyyətinin olmamasından şikayətlənirlər. Bəzən milli mətbəxə məxsus yeməklərin təqdim olunmaması ilə rastlaşırsan. Məsələn, bir həftə əvvəl Macarıstandan gələn qonaq üçün bələdçi "səbzi plov" bişirilməsini istəyib. "Noxudlu plov var", - deyə cavab verilib. Qonaq da "o plovu Özbəkistanda yemişəm", - deyib".

F.Əkbərlinin sözlərinə görə, problemlərlə bağlı mərkəzi strukturlara şikayətlərini bildiriblər:

"Peşə Təhsili Agentliyi ilə görüşlərimizdə deyirik ki, tur agenti, kulinariyaçı, ofisiant yetişdirin".

"Yolkənarı iaşə obyektlərinin səviyyəsi yüksəldilməlidir"

Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyinin sədri Qəhrəman Yusupov bildirib ki, turist qrupları ilə səfərə çıxdıqda hansı məkanda dayanıb yemək yeyilməsi əvvəlcədən planlaşdırılır:

"Elə obyektlərdə yemək yeyilir ki, onlarla qabaqcadan razılaşma olur. Həmin obyektin rəhbərliyi bizim şirkətləri tanıyır. Obyektə çatmamışdan yarım saat qabaq zəng edib turda iştirak edənlərin sayını deyir və xahiş edirik ki, münasib yemək olsun. Həmçinin, stolu hazırlasınlar ki, ofisiantların işini gözləməyək. Menyu əvvəldən danışılır və qiymətlər təqribi razılaşdırılır".

QHT rəhbərinin sözlərinə görə, yol kənarındakı iaşə obyektləri özəl olduğu üçün onların işinə müdaxilə edə bilmirlər:

"Təbii ki, yolkənarı iaşə obyektlərinin səviyyəsi yüksəldilməlidir. Qida Təhlükəsizliyi Agentliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi onların işinə nəzarət etməlidir".

Sanitar qovşaqlarının vahid standartı olmalıdır

Yol kənarında yerləşən iaşə obyektlərində sanitar qovşaqlar problemi də aktualdır. ATBA-nın üzvü, bələdçi Kamil Ağayev "bu, bizim yaralı yerimizdir", - deyib. Onun sözlərinə görə, yol kənarlarındakı iaşə obyektlərinin sanitar qovşaqlarının təmizliyi əsas problemdir:

"Yola çıxarkən dayanacağımız yol kənarındakı iaşə obyektinin sanitar qovşağının vəziyyəti haqqında düşünürük ki, turistlərin yanında biabır olmayaq".

Bələdçi hesab edir ki, ölkə üzrə iaşə obyektlərinin sanitar qovşaqlarının vahid standartı hazırlanmalıdır:

"Obyekt magistral yolun üstündədirsə, orada daim xadimə olmalıdır. Xidmət pullu olmalıdır ki, sanitar qovşaqlar təmiz olsun".

"Hamısını birdən düzəltmək mümkün deyil"

ATBA-nın üzvü Asya Şirəliyeva bildirib ki, turizm şirkətlərinin təmsilçiləri qruplar gəlməmiş bölgələrə reydə çıxırlar:

"Restoranları yoxlayır və gələn qonaqları yalnız yoxladığımız restoranlara aparırıq. Qrupları təsadüfi seçdiyimiz restoranlara aparsaq, xoşagəlməyən vəziyyətlə qarşılaşarıq". Turizmçinin fikrincə, bu problemi birdən-birə həll etmək mümkün deyil: "Yol kənarlarında restoran və kafelər çoxdur. Onların hamısını birdən düzəltmək mümkün deyil. Servis məsələsi pisdir. Bəzən gözləyirsən, gəlib yaxınlaşmırlar. Bəzən də yaxınlaşırlar, amma xidmət müddəti uzun olur. Turist qrupları proqram əsasında işləyir. Nahara bir saat vaxt ayrılır. Amma vaxtında olmayan xidmət üzündən belə məkanlardan iki saata çıxmaq olmur".

Dövlət Turizm Agentliyindən qeyd edilib ki, COP29-a hazırlıqlar çərçivəsində hotellər və digər yerləşmə vasitələrində veqan və vegetarian olmaqla, xüsusi menyuların hazırlanması və mətbəx idarəedilməsi ilə bağlı təlimlərin keçilməsi planlaşdırılır.
 
Ardını oxu...
Dünəndən başlayan yağışlar səbəbindən İsmayıllı rayonun Sədiyan kəndinin yolları bərbad vəziyyətə düşüb. Yaxınları 75 yaşlı qadını xəstəxanaya aparmaq istəsələr də, yolda qalıblar.
Tribunainfo.az Xəzər TV-yə istinadən bildirir ki, Girdiman çayına güclü sel gəldiyindən, bir neçə kəndin İsmayıllı rayonu ilə əlaqəsi kəsilib. Bu səbəbdən kəndlərə getmək istəyən avtomobillərin hərəkəti dəyanıb. Hazırda sel axını davam edir. Sakinlər deyirlər ki,yağan yağışlar səbəbindən yolları keçilməz hala düşüb.
Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədri Cahangir Surxayevin verdiyi məlumata görə, Sədiyan kəndinin yollarının yarasız vəziyyətə düşməsi barədə aidiyəti orqanlara məlumat verilib. Onun sözlərinə görə, yağış yağdığından sözügedən yolda iş görmək mümkün deyil. Havalar sabitləşən kimi təmir işlərinə başlanacaq.
Şamaxıda isə maşının içində selə düşən şəxslər xilas ediliblər. bu barədə fövqəladə hallar nazirliyi məlumat yayıb. bildirilib ki, qırxbulaq çayının şamaxı rayonunun qaleybuğurd kəndi ərazisindən keçən hissəsində sel səbəbindən 3 nəfər avtomobildə təhlükəli vəziyyətdə qalıb. Məlumatla əlaqədar fhn-nin dövlət yanğından mühafizə xidməti şamaxı rayon yanğından mühafizə hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər müxtəlif vasitələrdən istifadə etməklə çayda qalmış minik avtomobilində olan 3 nəfəri xilas edərək təhlükəsiz əraziyə çıxarıblar.
Ötən gecə Qərb bölgəsində qeyri-sabit hava şəraiti yenidən bir sıra fəsadlar törədib. Güclü yağıntılar nəticəsində Göygöl rayonunun Qızılca və Üçtəpə kəndlərində fərdi təsərrüfatlara ziyan dəyib. Sel nəticəsində 7 evi su basıb. İki yaşayış evinin hasarı uçub, 5 evin həyəti və yaşayış sahəsi suyun altında qalıb. Bir ev əşyaları ilə birgə yararsız vəziyyətə düşüb.
Dolu və güclü yağışdan sonra Qızılca kəndindən də sel keçib. Yağış sularının təsiri ilə qayalardan tökülən daşlar səbəbindən Gəncə-Daşkəsən yolu bir neçə saatlığa bağlanıb. Sel suları Qızılca və Üçtəpə kəndinin yollarına və əkin sahələrinə də zərər vurub.
Quba rayonuna yağan leysan yağışlar çaylarda daşqına səbəb olub. Nəticədə Rustov kəndində evləri, həyətyanı sahələri su basıb, sakinlər çətin vəziyyətdə qalıb.
Xanagəh kəndində isə yolu sel suları yuyub. Bir neçə yaşayış məntəqəsi ilə əlaqə kəsilib.
Dünən gece saatlarında yağan güclü leysan yağışlar Qəbələdə də fəsadlar törədib. Yengicə kəndi və bir neçə kəndi birləşdirən yol tamamilə bağlıdır. Buna səbəb Demiraparan çayının bir qolunda suyun artması nəticəsində yolun tamamilə dağılması və sel sularıdır.

 
 
 
Ardını oxu...
Milli Məclisin sabiq deputatı, akademik Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev depressiyaya düşüb.

AzFakt.com xəbər verir ki, bu barədə demokrat.az-a sabiq deputatın dostlarından biri məlumat verib. Onun sözlərinə görə, son aylar eks-deputat spirtli içki aludəçisi olub, tez-tez içki məclislərində görünür. Həmçinin, o, idarə etdiyi "Rolls-Royce" və "Bentley" model bahalı avtomobilləri ilə gecələr stress atmağa çalışır. Mehdiyevin kürəkəni köhnə dostları ilə tez-tez "Elmlər Akademiyası" metrostansiyası yaxınlığındakı biznes məkanlarında oturur.

Musavat.com-a daxil olan məlumatlarda iddia olunur ki, sabiq deputat 2020-ci ildə həbsindən sonra özünü təhqir edilmiş hesab edir. Hakimiyyətə qarşı qəzəbli olan sabiq deputat baş verənlərə hər hansı bir formada qarşılıq verə bilməməsini spirtli içkilərə aludəçiliklə ötüşdürməyə çalışır. Qeyd edək ki, 2020-ci ilin avqustunda, COVİD-19 virusunun önlənməsi üçün tətbiq olunan karantin günlərində Mehdiyevin kürəkəni Novxanı qəsəbəsindəki dəbdəbəli imarətində qızı Fidan Əliyevaya toy edib. Məsələ ictimailəşəndən sonra karantin qaydalarını pozaraq övladına toy etmiş sabiq deputat saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) ittiham olunmaqla hakim qarşısına çıxarılıb. Abşeron Rayon Məhkəməsində ona hökm oxunub. 15 sutka inzibati həbs cəzası alan kürəkən Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib. 15 günlük həbsdən azad olunandan sonra sabiq deputat Saxlanma Məntəqəsinin önündə mətbuat nümayəndələrinin suallarını cavablandırarkən qəzəb-qəhər içində, çaşqın durumda toydan görüntülər yayanları lənətləyib.

Yada salaq ki, ötən müddət ərzində ərköyün kürəkənin adı mətbuatda dəfələrlə ən müxtəlif məhkəmə işlərində hallanıb, Şabranda sahibkar Mansur İbrahimova məxsus 100 hektarlarla torpağı aldatma yolu ilə, 5 min 600 manata rəsmiləşdirməklə əlindən alması üzə çıxıb. Hazırda bu iş üzrə də sabiq deputatın cavabdeh tərəf olduğu məhkəmə prosesləri davam edir.
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
“Azəriqaz” İstehsalat Birliyinin (İB) sədr müavini postundan sədrliyinə ucalanda, əslində kimsə Azər Məmmədovun nələrisə dəyişəcəyinə, yaxşı nələrinsə baş verəcəyinə inanmırdı. İnanmazdı da. Çünki elə Azər Məmmədovun özü də əvvəlki özbaşınalığı həyata keçirən mexanizmin ümdə detallarından biri idi və daha da görəvli olduğunda əsas cavabdeh kimi əvvəlki qanunsuzluqları davam etdirmə y9olunu tutdu.

Dia-az.İnfo bildirir ki, məhz bu səbəbdən "Azəriqaz"da nələrsə yaxşıya doğru yox... daha da pisə doğru dəyişməkdədir. Neçə gündür ki, bu qurumun tərkibində total işdən çıxarmalar geniş vüsət alıb.

Elə bu məsələdən şikayətçi düşən Föhran Ağayevin də gileyi məhz özbaşına işdənçıxarma qərarındandır. Narazı vətəndaş bildirir:

"9 ildir Biləsuvar rayonunda Qaz İstismar idarəsində müqaviləyə əsasən çalışan işçilər kütləvi şəkildə işdən çıxarılır.Artıq 10-a yaxın məhz çalışan əməkdaş işdən atılıb.

Bu idarədə işləyənlə işləməyənə fərq qoyulmur. Əksinə, işləyəni işdən çıxarırlar, işləməyənə isə dəymirlər.

Haqsızlıq baş alıb, gedir... 3 uşaq... 5 nfərəlik ailəni indi necə saxlayaq? Oğurluq edək?

Kimsə bunu durdurmalıdır..."
Ardını oxu...
Beş ağır maddə ilə ittiham olunan keçmiş icra başçısı vurduğu zərərin tam ödənildiyinin nəzərə alınması və əfv olunmasını istəyib
Şəmkir rayon icra hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov məhkəmədə son sözünü deyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə Alimpaşa Məmmədova son söz verilib. O, özünü qismən günahkar bilsə də, bir çox maddələrdə özünü təqsirli bilməyib və hakimdən onun əfv edilməsini istəyib. Həmçinin ona ittiham olunan dövlətə vurulan zərərin tam ödənildiyinin nəzərə alınmasını da xahiş edib.

Məhkəmənin qərarı ilə növbəti proses iyunun 24-nə təyin olunub.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Alimpaşa Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib./Report
 
Ardını oxu...
Dövlət satınalmalarında fəal iştirak edən “Global Engineering Management Company” MMC etibarsız təzhiçatçılar siyahısına salınıb.
Valyuta.az xəbər verir ki, şirkət 15 mart 2025-ci ilə qədər dövlət satınalmalarında iştirak edə bilməz.
“Global Engineering Management Company” MMC təkcə 2023-cü ildə 20 satınalma müsabiqəsinin qalibi seçilib.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, dünən axşam saatlarından etibarən Azərbaycanın qərb bölgəsində güclü külək, sel və leysanla müşayiət olunan qeyri-sabit hava şəraiti hökm sürür.
Bakupost.az -ın məlumatına görə, təbii fəlakət nəticəsində ayrı-ayrı rayonlarda müxtəlif problemlər yaranıb.
"Azərişıq" ASC əməkdaşlarını hadisə yerinə cəlb edərək yaranmış fəsadların aradan qaldırılması istiqamətində müxtəlif işlər həyata keçiriblər.
Artıq bəzi ərazilərdəki problemlər aradan qaldırılıb. Hazırda digər problemlərin də aradan qaldırılması istiqamətində tədbirlər görülür.

 
 
 

Ardını oxu...
"Mən Kazımov Cəmaləddin Müqəddəs oğlu, Masallı ray, Digah küçəsi ev 9-da qeydiyyatda olmaqla, bu ünvanda yaşayıram. Evimdə həyat yoldaşım, valideyinlərim və iki uşağımla birlikdə yaşayıram. 2016-cı ildə dövlət planına əsasən küçəmizə kanalizasiya xətti çəkilmişdir. Bizim küçədə 27 fərdi ev vardır ki, hamısının çirkab suları küçə boyu həmin kanalizasiya xəttinə tökülür". Bu ifadələr Dia-az.İnfo-ya daxil olan müraciətdə yer alıb.

Ardını oxu...

Müraciət müəllifi daha sonra bildirir: "Küçədəki axırıncı evlərdən biri mənim, sonuncu ev isə qonşum Rüstəmov Çingiz Məmmədqulu oğlunundur.
Kanalizasiya xətti Çingiz Rüstəmovun həyətindən keçərək əsas xəttə birləşir.
İstifadəyə veriləndən 7 il müddətində heç bir problem olmadan kanalizasiyadan istifadə etmişik.
Son bir ildə isə qonşumuz Çingiz Rüstəmov kanalizasiyanın onun həyətindən keçən hissəsinə müdaxilə edərək lükün içini betonla doldurub, qapağını qaynaqlayıb.
Onun bu qanunsuz hərəkəti nəticəsində 27 ailə kanalizasiyadan istifadə edə bilmir. Çirkab suları küçəyə, həyətlərə, evlərə axır.
Mövcud vəziyyət barədə dəfələrlə adiyatı qurumlara şifahi və yazılı müraciətlər etsək də işin xeyrinə heç bir müsbət atdım atılmayıb.

Ardını oxu...

"Azərsu" ASC-nin 3 nömrəli Regional Sukanal İdarəsinin Masallı Sukanal sahəsi tərəfindən əraziyə baxış keçirilmiş, içərisinə beton tökülən lükdən əvvəlki lükə su matoru və plastmas boru qoyularaq çirkab suları az da olsa təmizlənmişdir.
Masallı Sukanal Sahəsinin müdiri Akif Leysanov bizim şikayətlərimizə laqeyd yanaşaraq sakinləri acınacaqlı vəziyyətdə buraxır.

Biz 27 ailə və 100 nəfərdən çox sakin bu işə görə bir ildir ki, zülüm çəkirik.

Bir media qrumu olaraq qarşılaşdığımız acınacaqlı vəziyyəti Azərbaycan ictimayətinə, adiyatı qrumlara çatdırmanızı Dia-az.İnfo-dan xahiş edirəm..."

QEYD: Vətəndaş gileyinin əks olunduğu videogörüntülər də əlimizdədir...
Ardını oxu...
İyunun 21, 22 və 24-də ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bu il riyaziyyat, Azərbaycan dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili, fransız dili üzrə müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulur.

Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil edilir. Cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

Ötənilki sertifikatlaşdırma prosesinə 29 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib.
Ardını oxu...
Şəmkir şəhəri, Fərman Salmanov küçəsi 22 a-da yaşayan İsgəndərova Aynurə İsbəndiyar qızı tərəfondən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:

“Cənab Prezident!

Mən bir ana kimi Sizdən dəstək kömək gözləyirəm. 10 yaşında olan övladımı ölümünə döyərək təhqir ediblər. Polis isə işə baxmır. 35-36 gündür ki, polis bizə heç bir məlumat vermir.

Bildirim ki, yaşadığımız ünvanda - Şəmkir şəhəri, Fərman Salmanov küçəsi 22-də kirayədə yaşayan Həsənova Kəmalə Xanlar qızının nəvəsi ilə mənim 10 yaşlı övladım İsgəndərov Fərid Səid oğlunun arasında mübahisə olub. Həmin mübahisədən sonra Həsənova Kəmalə Xanlar qızı və Kəmalənin qızı Aytac birlikdə mənim azyaşlı övladımı yaşadığımız ünvanın yaxınlığında, ictimai yerdə amansızcasına döyüblər. Döyülmə zamanı uşağın ağzından və burnundan qan gəlib.

Uşağı döyərkən, ürəkləri soyumayıb, boğmağa da çalışıblar. Bir sözlə, onu öldürmək istəyiblər.

Hadisə vaxtı mənim haqqımda da təhqiramiz ifadələr işlədiblər.

Uşaq döyülmə vaxtı ciddi zədələr alıb. Bunu Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bliyev Elçin də öz rəyi ilə təsdiq edib. Belə ki, "boyun nahiyyəsinin sətti travması" yazıb.

Eyni zamanda, ekspert də döyülməni təsdiqləyib ki, uşaq travma alıb.

Həmin gündən uşaq məktəbə belə, getməkdən çəkinir. Uşağı hətta evdə tək qoyub, heç yerə gedə bilmirik. Özünə nəsə etməsindən qorxuruq.

Bir daha qeyd edim ki, mənim azyaşlı övladımı Kəmalə və Aytac amansızcasına döyüblər. Məsələ ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etsək də, heç bir nəticəsi olmayıb. Bu cinayətkarlar haqqında heç bir tədbir görülmür. Çox maraqlı və təsiredici bir məqam var ki, polis cinayətkarlara qarşı çox diqqətli və mehriban yanaşır.
Cənab Prezident!
Mən, sizdən bir ana kimi xahiş edirəm ki, məsələ ilə bağlı tapşırıq verəsiniz. Mənim uşağımın həyatı təhlükədədir. Yuxarıda adlarını çəkdiyim 2 insanın ciddi psixi problemləri var. Psixi problemi olmasaydı, övladı yaşında bir uşağı necə ölümcül döymək olardı?!

Mən bir daha qeyd edirəm ki, Şəmkir şəhərində özbaşınalıq baş alıb gedir, polis işə baxmır. Körpə uşağın amansızlıqla döyülməsinə göz yumurlar. Niyə? Hansı səbəbə?

Polis haqlı olanın yanında olmalıdır. Çünki biz vətəndaşlar köməyi səlahiyyətli qurumlardan gözləyirik".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
 

Dünyapress TV

Xəbər lenti