Trampdan dünyanı şoka salan QƏRAR –
ABŞ Prezidenti Donald Tramp biznesdə üstünlüklər əldə etmək məqsədilə xarici dövlət məmurlarına rüşvət verməkdə ittiham olunan Amerika vətəndaşları və şirkətlərinin təqibinin Ədliyyə Nazirliyi tərəfindən müvəqqəti dayandırılması barədə fərman imzalayıb.

"Bu, Amerika üçün daha çox biznes imkanları deməkdir" - Tramp bildirib.

Sənəd faktiki olaraq 1977-ci ildən qüvvədə olan Xaricdə korrupsiya haqqında qanunu (FCPA) zəiflədir. Fərmana əsasən, baş prokuror Pem Bondi FCPA üzrə araşdırmaları dayandırmalı və onun tətbiqi üçün yeni təlimatlar hazırlamalıdır.

Ağ Evdə bildiriblər ki, antikorrupsiya qanunu "beynəlxalq şirkətlər arasında adi hal" olan praktikada iştirakı qadağan etməklə Amerika biznesini xarici rəqiblərlə müqayisədə əlverişsiz vəziyyətə salıb.

Görünən odur ki, Tramp rüşvəti leqallaşdırır. Bundan sonra, xarici dövlət məmurlarına rüşvət verən ABŞ şirkətləri məsuliyyətə cəlb olunmayacaq.

“Tramp işgüzar mühit yaratmağı yaxşı bacarır”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, işgüzar mühiti yaxşı qurmağı bacaran Tramp bəzi hallarda hətta korrupsiya adı ilə olmasa da belə, bonus adı altında peşkəş etməyin, ənam verməyin də mümkün olduğunu anlayır:

“Donald Trampın qeyri-adi, ekstraordinal qərarlarının şahidi oluruq. Trampın hakimiyyətə ikinci gəlişi demək olar ki, inqilabi mahiyyət daşıyır. O, gözlənilməz qərarlar verməkdən çəkinmir. Keçmiş adminstrasiyanın bəzi vacib qərarlarını da dayandırıb. Yəni Tramp ənənəvi sistem adamı olmayaraq, demək olar ki, öz yolu ilə gedir. O, işgüzar mühiti yaxşı qurmağı bacaran adamdır. Anlayır ki, bəzi hallarda hətta korrupsiya adı ilə olmasa da belə, bonus adı altında peşkəş etmək, ənam vermək də mümkündür. Dünyada bir çox hallarda rüşvəti elə bonusla verirlər”.

Ekspert qeyd edir ki, bu addımın arxasında hansı niyyətlərin durduğu da bəllidir, bəzi korrupsionerləri, qara işləri görənləri müdafiə edib, öz çətirləri altına almaqla onları böyük bəlalar, təzyiqlərdən qurtarmağa çalışırlar.

“Heç kəs Peyğəmbər övladı deyil. Hər kəs yerlə gedir, özünü ifadə edir”.

“Trampın qərarı ilk baxışdan hətta təqdir də oluna bilər. Bir halda ki, Amerika vətəndaşları öz ölkələri üçün xeyir gətirəcəksə, onların qanundan bir addım yayınmalarını hardasa bağışlamaq da olar. Amma bu digər tərəfdən korrupsiyanın çiçəklənməsinə də şərait yaradacaq.

Korrupsiya öz-özlüyündə iqtisadi problem deyil. Bu mənəvi problemdir. İmkanları geniş olan məmurlar da bir də görürsən korrupsiyaya qurşanır. Rəqabətin sərtləşməsi, sıxlığın yaranması, yaşanan böhranlar da insanlara təsir edir. Bəzi hallarda elə gözlənilməz şərait yaranır ki, insanlar çaşqın vəziyyətə düşür və nəyin bahasına olursa-olsun ondan çıxmağa çalışırlar.

Yəni insan ekstraordinal, gözlənilməz, qanundan kənar addımlara da yol verə bilər ki, təki gözlədiyi iş alınsın. Ona görə Qərbdə guya korrupsiyaya müharibə elan edənlər belə əslində öz maraqlarına cavab verəndə həmin prosesə baş vururlar. Sonra müxtəlif ibarələrdən istifadə etməklə çirkaba batan işgüzar şəxsləri, böyük siyasətçiləri çətin vəziyyətdən çıxarıb onlara bəraət qazandırırlar”.

T.Abbasov deyir ki, Tramp da maraqlara cavab verdiyi təqdirdə qanundankənar məsələlərə rəvac verir:

“Bu düzgün qərar olmasada, belədir. Ola bilsin onun da nəticəsində hər hansı bir səviyyədə qeyri-qanuni işlərə əlləri bulaşan bəzi şəxslərin həyatında yüngüllük olacaq. Yəni indi onlar üçün ola bilsin əlverişli vəziyyət yaransın. Lakin düşünürəm ki, Trampın dövründə imzalanacaq qərarların çoxu posttramp dövründə ömrünü başa vuracaq”.

Bizim.Media
 

Bölmənin digər xəbərləri

03 May 2025 İran Ermənistana körpü hədiyyə etdi
03 May 2025 Almaniyada avtomobil insanların üzərinə sürüldü - Yaralılar var
03 May 2025 Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapıldı
03 May 2025 Bu da elə RUS EVİDİR: Təhlükə saçır... - FAKT BUDUR!
03 May 2025 BU NƏDİ BELƏ: Bakıdakı “Rus Evi”nin bərpası istiqamətində işlər gedir - Primakovdan AÇIQLAMA
02 May 2025 ABŞ Çinlə kosmosda mümkün müharibəyə hazırlaşır – ŞOK detallar
02 May 2025 Vuçiç Qələbə Paradında iştirak etmək üçün Moskvaya gedəcəyini təsdiqləyib
02 May 2025 İran ABŞ ilə danışıqlarda iştiraka davam edəcək?
02 May 2025 Trampın komandası dağılmaqdadır...
02 May 2025 Azərbaycanlı iş adamından 5 prezidentə Xəzər təklifi – İki dənizi birləşdirək
01 May 2025 İran Türk Dövlətlər Təşkilatına üzv ola bilər - “Mən türk oğlu türkəm”, deyən Məsud bəyin yeri görünür
01 May 2025 Ukraynada oğurlanan azərbaycanlı biznesmenlə bağlı AÇIQLAMA
01 May 2025 Suriyada gərginlik pik həddə: çox sayda ölən var
01 May 2025 Rusiyadan Ermənistana Zəngəzur xəbərdarlığı: - Məsələ yaxında həll edilməsə...
30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto

Dünyapress TV

Xəbər lenti