İranın keçmiş səfiri Ermənistanı işğalçı adlandırdı
İranın Azərbaycandakı keçmiş səfiri Seyid Abbas Musəvinin İranın ölkəmizdəki digər keçmiş səfiri Möhsün Pakayinin Qarabağ münaqişəsinə həsr olunmuş kitabının təqdimat mərasimində çıxışı ilə bağlı bəzi mətbuat orqanlarında əsassız iddialar yayılıb.

İddia olunur ki, guya Seyid Abbas Musəvi çıxışında Azərbaycanın qonşu dövlətlərdən birini işğal etmiş ölkə olduğunu söyləyib.

Lakin keçmiş səfirin çıxışının orijinal mətni ilə tanış olanda aydın olur ki, ciddi yanlışlığa yol verilib. Mümkündür ki, Seyid Abbas Musəvinin sözləri ya bilərəkdən təhrif edilib Azərbaycan cəmiyyətinə çatdırılıb, yaxud da tərcümə xətasına yol verilib.

Əslində isə Seyid Abbas Musəvi çıxışında bildirib ki, İran İslam Respublikası həmişə öz prinsipləri, Ali Rəhbərin xarici siyasətdə elan etdiyi prinsiplər əsasında hərəkət edib: “Separatizmə, zora qarşı çıxmaq siyasəti İranın inandığı prinsiplərdən biridir”.

Keçmiş səfir sözünə belə davam edib: “Ermənistan qonşu ölkələrdən birini işğal etmiş ölkə idi. Biz vasitəçilik edərək, əvvəlcə tərəfləri münaqişəsinin həllinə dair sülh sazişinin imzalanmasına yaxınlaşdırdıq, lakin qərb ölkələrinin maraqları buna imkan vermədi. Biz ağıllı olaraq İranın Qafqazdakı mövcudluğunu sabitləşdirə və regionu öz maraqlarımıza yaxınlaşdıra bildik”.

Diplomat İranın İkinci Qarabağ Müharibəsində mövqeyinə də toxunub, İslam Respublikasının bu münaqişədə bitərəf qaldığını söyləyib: “Azərbaycan xalqı əvvəl hesab edirdi ki, İran Ermənistana meyllidir, lakin rəhbəri mövqeyi bu nöqteyi-nəzəri dəyişdirdi”.

Bəzi dairələrin İran-Azərbaycan münasibətlərini münaqişə vəziyyətinə gətirdiyini vurğulayan keçmiş səfir “Bəlkə də çoxları bu əlaqələrin kəsilməsini istəyirdi, amma dövlətin planı başqa idi. Şəhid Rəisinin (İranın helikopter qəzasında həlak olan prezidenti İbrahim Rəisi-red.) Əliyevlə son görüşü çox yaxşı keçdi və səfirlik yenidən açılmalı idi”, -deyə bildirib.

Musəvi xatırladıb ki, Qafqaz İranın təsir dairəsindədir və onlar burada mövcud olmalıdırlar: “Fürsətlərdən istifadə edilməlidir, Qarabağ münaqişəsinin mövcud olduğu üç onillik ərzində İranın iqtisadi imkanları əlindən alındı. Qərb ölkələri İranı və Rusiyanı Qafqazdan qovmağa çalışır, lakin biz bəyan etdik ki, bura bizim regiondur, biz yox, onlar getməlidirlər”.

Keçmiş səfir onu da əlavə edib ki, İranın xəbərdarlığı olmasaydı, Qərbin hazırladığı oyun baş tuta bilərdi.

“Naxçıvanla Bakının əlaqəsi İrandan keçir. Biz otuz ildir ki, onları mühüm marşrut olan bu marşrutla təmin etmişik”, - deyə diplomat fikrini yekunlaşdırıb. \\APA
 
 

 


Bölmənin digər xəbərləri

15 May 2025 Zelenski Ankaraya enər-enməz bu açıqlamanı verdi: “Rusiya nümayəndə heyəti...”
15 May 2025 Trampı tənqid edən yüksəkvəzifəli məmurlar işlərindən azad edildilər
15 May 2025 Pakistandan Azərbaycana təşəkkür fləş-mobu — FOTOLAR
15 May 2025 Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
15 May 2025 Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
15 May 2025 ABŞ Zelenskinin NATO sammitinə dəvət edilməsinə qarşıdır
14 May 2025 Trampdan Əş-Şaraya sərt ultimatum: "Ya sülh, ya təcrid"
14 May 2025 Dünyanın sonu üçün tarix verildi: “Qorxduğumuzdan daha tez...”
14 May 2025 İtaliyada baş verən ardıcıl zəlzələlər narahatlığa səbəb olub
14 May 2025 Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor FOTO
14 May 2025 Kokain iddiaları ilə bağlı video sosial şəbəkələrdə ajiotaj yaratdı
14 May 2025 Putin Trampı növbəti dəfə alçaldıb, onu “gicbəsər” adlandırdı
13 May 2025 Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik mühasirəyə alındı - VİDEO
13 May 2025 Peskov açıqladı: Putin İstanbula...
13 May 2025 Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
13 May 2025 PKK-nın özünün buraxmasının PƏRDƏARXASI: Öcalanın qruplaşması bu addımı niyə atdı? - İLGİNC SƏBƏBLƏR
13 May 2025 Trampdan Qətərdən aldığı 400 milyonluq hədiyyəyə reaksiya: “Yox desəydim, axmaq olardım”
12 May 2025 Qərb liderləri narkotikdən istifadə edib? - Qalmaqallı video
12 May 2025 SON DƏQİQƏ: Təyyarələr İrəvana enə bilmir - SƏBƏB
12 May 2025 Zelenski: "Putini cümə axşamı Türkiyədə gözləyəcəyəm"

Dünyapress TV

Xəbər lenti