“Hizbullah” lideri İsrail hücumları ilə bağlı Hayfa sakinlərinə xəbərdarlıq edib
Livanın “Hizbullah” təşkilatının lideri Həsən Nəsrullah İsrailə qarşı hərbi əməliyyatların miqyasının genişləndiyini və sərhəddən xeyli aralıda yerləşən əhalinin məskunlaşdığı ərazilərə hücumlar təşkil edilmə ehtimalı olduğunu açıqlayıb.

TNS xəbər verir ki, Həsən Nəsrullah bunu iyulun 30-da Beyrutun cənubunda İsrail hərbi hava qüvvələrinin reydi nəticəsində Fuad Şükrün öldürülməsindən bir həftə sonra tərəfdarlarına televiziya ilə müraciətində deyib. Onun çıxışını “Əl Mənar” telekanalı yayımlayıb.

“Bizim pilotsuz təyyarələrimizin Nahariyadakı düşmən hərbi bazasına hücumundan sonra Hayfa sakinləri istənilən ssenariyə hazır olmalıdırlar”, - deyə o vurğulayıb. Onun sözlərinə görə, "Hizbullah"ın pilotsuz təyyarələri çərşənbə axşamı Hayfa körfəzində yerləşən Akko şəhərinin şərq kənarlarına çatıb.

Bundan öncə “Hizbullah”ın silahlı qanadının yaydığı bəyanatda kamikadze pilotsuz təyyarələrinin Nəhariyyədəki 621-ci xüsusi təyinatlı “Egoz” batalyonunun bazasına zərbələr endirdiyi və "Qolani" motoatıcı briqadasının kazarmalarına hücum etdiyini bildirilib.

Nəsrullah çıxışı zamanı İsrail hökumətinin Qəzza zolağında müharibəyə son qoymadan, Fələstin ərazisini ilhaq etmək məqsədi ilə İordan çayının qərb sahilində hərbi əməliyyatlara başladığını müdafiə edib.

Onun sözlərinə görə, Baş nazir Benyamin Netanyahunun bir perspektivi yoxdur və o, ABŞ, İngiltərə və Fransanın hərbi dəstəyinə baxmayaraq, məğlub olacaq.
 

Bölmənin digər xəbərləri

15 May 2025 Zelenski Ankaraya enər-enməz bu açıqlamanı verdi: “Rusiya nümayəndə heyəti...”
15 May 2025 Trampı tənqid edən yüksəkvəzifəli məmurlar işlərindən azad edildilər
15 May 2025 Pakistandan Azərbaycana təşəkkür fləş-mobu — FOTOLAR
15 May 2025 Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
15 May 2025 Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
15 May 2025 ABŞ Zelenskinin NATO sammitinə dəvət edilməsinə qarşıdır
14 May 2025 Trampdan Əş-Şaraya sərt ultimatum: "Ya sülh, ya təcrid"
14 May 2025 Dünyanın sonu üçün tarix verildi: “Qorxduğumuzdan daha tez...”
14 May 2025 İtaliyada baş verən ardıcıl zəlzələlər narahatlığa səbəb olub
14 May 2025 Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor FOTO
14 May 2025 Kokain iddiaları ilə bağlı video sosial şəbəkələrdə ajiotaj yaratdı
14 May 2025 Putin Trampı növbəti dəfə alçaldıb, onu “gicbəsər” adlandırdı
13 May 2025 Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik mühasirəyə alındı - VİDEO
13 May 2025 Peskov açıqladı: Putin İstanbula...
13 May 2025 Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
13 May 2025 PKK-nın özünün buraxmasının PƏRDƏARXASI: Öcalanın qruplaşması bu addımı niyə atdı? - İLGİNC SƏBƏBLƏR
13 May 2025 Trampdan Qətərdən aldığı 400 milyonluq hədiyyəyə reaksiya: “Yox desəydim, axmaq olardım”
12 May 2025 Qərb liderləri narkotikdən istifadə edib? - Qalmaqallı video
12 May 2025 SON DƏQİQƏ: Təyyarələr İrəvana enə bilmir - SƏBƏB
12 May 2025 Zelenski: "Putini cümə axşamı Türkiyədə gözləyəcəyəm"

Dünyapress TV

Xəbər lenti