Azərbaycana qarşı çıxan deputatlar: Yenə tanış simalar
Avropa Parlamentinin bütün fraksiyalarını təmsil edən bir qrup deputat Azərbaycan və Rusiya tərəfindən Ermənistan-Fransa hərbi əməkdaşlığı ilə bağlı tənqidlərə, əks-reaksiyalara və təhdidlərə cavab olaraq birgə bəyanat yayıb.

Sənəddə qeyd edilir ki, döyüş və müasir hərbi texnika ilə silahlanmış orduya malik olmaq hər bir ölkənin suveren hüququdur:

“Rusiya və Azərbaycan “rejimləri”nin Ermənistana qarşı Cənubi Qafqazda münaqişənin qızışdırılması ilə bağlı ittihamları bir daha sübut edir ki, iki ölkə arasında hələ 2023-cü ilin sentyabrında Qarabağda 140 mindən çox erməninin “etnik təmizlənmə”sinə səbəb olmuş işbirliyi mövcuddur”.

Avropa Parlamentinin üzvləri Azərbaycan və Rusiya kimi dövlətlərin Fransanı qınamasından təəccübləndiklərini bildiriblər. Deputatlar Fransanın Ermənistana silah satmasını pislədiyinə görə Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırıblar.

“Bu, heç bir halda Avropa İttifaqı üçün məqbul sayıla bilməz”,-deyə bəyanatda qeyd edilir. “Biz Bakı və Moskvanın rəsmi bəyanatlarını qətiyyətlə pisləyirik və Avropa Komissiyasını və Avropa Xarici Əlaqələr Xidmətini bu vəziyyətə dərhal reaksiya verməyə çağırırıq”,-parlament üzvləri əlavə ediblər.

Avropa Parlamentinin üzvlərinin Ermənistan-Fransa hərbi əməkdaşlığı ilə bağlı birgə bəyanatının təhlili bu təşəbbüsün kifayət qədər ciddi siyasi oyunlara hesablandığını göstərir. Cənubi Qafqazda geosiyasi aktora çevrilmək üçün Ermənistanı silahlandıran Fransa bölgədə münaqişənin bərpasında maraqlıdır. Bu, həm də rəsmi Parisə Ermənistana silah satmaq imkanı yaradır. Ona görə də Avropa Parlamentində qaldırılan bəyanat Azərbaycanın bölgədə silahlanmaya qarşı etirazına Emmanuel Makron hakimiyyətinin təhdid xarakterli cavabı kimi başa düşülə bilər.

Fransa bununla Cənubi Qafqazda özünün geosiyasi maraqlarının müdafiəsinə Avropa İttifaqını da cəlb etmək niyyəti aydın görünür. Yəni rəsmi Paris Ermənistanın silahlandırmaq və regionda mövqeyini gücləndirmək üçün Avropa İttifaqının dəstəyini əldə etməyə çalışır. Bu, Fransaya həm Azərbaycana qarşı təzyiq aləti kimi istifadə etmək, həm də Ermənistanda Rusiyaya qarşı güc balansı yaratmaq üçün lazımdır. Ona görə də bəyanatı imzalayanlar Azərbaycan və Rusiyanın Fransa-Ermənistan hərbi əməkdaşlığına qarşı çıxmasını Avropa İttifaqının maraqları üçün qəbuledilməz hesab edir. Bəyanatın mətninin son vaxtlar Rusiya ilə münasibətləri pisləşən Ermənistan sifarişi əsasında yazıldığını görmək mümkündür. Bəyanat müəlliflərinin say tərkibinə baxdıqda, deputatların əksəriyyətinin də erməni diasporundan maliyyələşən və ona bağlı olan fransalı deputatlar olduğu aydınlaşır.

Həmin parlamentarilər daim erməni lobbisinin nümayəndələri kimi tanınır. Bəyanatı imzalayan 15 nəfərin 6-sı Fransanı, qalanları isə Slovakiya, Çexiya, Litva, İsveç və Niderlandı təmsil edir. Onlardan biri ermənilər üçün həyatını belə qurban verməyə hazır olan Fransua-Ksemya Bellamidir. Onun bu ilin mart ayında etdiyi çıxışın mətni Arzəbaycana qarşı qatı düşmənçilik və qisas çağırışlarından ibarətdir. Bu il fevralın 26-da Azərbaycanın Avropa İttifaqındakı səfiri Vaqif Sadıxovun Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı yazdığı paylaşıma cavabında Fransual-Ksemya Bellaminin cavabı bu cinayətə bəraət qazandırmaq məqsədi daşıyır.

Azərbaycanlı diplomatın “1992-ci ildən Ermənistan qaniçən faşistlər tərəfindən idarə olunur”-fikrinə fransız deputat belə reaksiya verib:

““Yerablur” (İrəvanda hərbi məzarlıq-red.) Azərbaycanın “təcavüzü” nəticəsində həlak olmuş minlərlə iyirmi yaşlı gəncin məzarlarının yerləşdiyi erməni hərbi qəbiristanlığıdır. Onlar öz xalqlarının torpağında dinc yaşamaqdan başqa heç nə istəmədilər. Bu gün Qarabağdan sonra Azərbaycan Ermənistan Respublikasının ərazisini təhdid edir.

“Yerablur”un gözü bizdədir. Avropa “Yerablur”dadır”. Deputat Bellaminin bu açıqlaması bütün siyasi və diplomatik etiket qaydalarını aşmaqla yanaşı, Avropa Parlamentinin adından Ermənistanın işğalçı ordusuna dəstəyini ifadə edir. Amma Fransua-Ksemya Bellami Xocalıda dinc insanların kütləvi qətliyamının üzərindən sükutla keçir. Deputat “Ermənistan əsgəri nəyə görə Qarabağda həlak olmalıdır?” sualına cavab verməkdənsə, onları günahsız qurban kimi təqdim etməyə çalışır.

Bəyanata imza atanlartdan biri də erməni lobbisinin nümayəndələrindən olan Natali Luazodur. O, “Ümumerməni Xeyriyyəçilik İttifaqı” adlı lobbi təşkilatından maliyyələşir. Ötən il iyunun 19-da Natali Luazo 4 dəfə deputat seçilən, sabiq xüsusi xidmət əməkdaşı, Fransanın Balkanlarda casusu erməni Arnaud Danjyanla birlikdə Laçınla şərti sərhəddə gəlmişdi. Bununla da Luazo ermənilərin guya Qarabağda blokada vəziyyətində qaldığına dair görüntü yaratmağa çalışmışdı.

Hətta Natali Luazo öz fikrinə qondarma əsas yaratmaq üçün Laçın postundan başqa hər yerdə rus sülhməramlılarını gördüyünü demişdi. Fransa Sosial Demokratlar Partiyasının lideri Rafael Qluksman dünyanın ən zəngin erməniləri olan Boqoslar ailəsinin kürəkənidir. Yəni onu ermənilərə həm qan qohumluğu, həm də maddi maraqlar bağlayır. Qluksman ötən ilin sonunda verdiyi müsahibələrinin birində Fransanın Ermənistana silah dəstəyi verməsinə belə bəraət qazandırmağa çalışmışdı:

“Ermənistanı dəstəkləməsək, yeni müharibəyə yol açacağıq”.

Qluksman Fransanın Ermənistan satdığı silahların sanki bölgəyə müharibə deyil, sülh gətirəcəyini iddia edir. Avropa Parlamentində Rafael Qluksmanın da imzaladığı bəyanat Fransanın son günlər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətnində ciddi razılaşmaların olduğuna dair bəyanatlardan Fransanın narahat olduğunu göstərir. Ona görə də Fransa bütün siyasi resusrlarını əvvəlki illərdə olduğu kimi sülh prosesini pozmağa yönəldib.

Bəyanata imza atanlardan biri-Kristof Qomarın Fransa hərbi kəşfiyyatının sabiq rəisi olması rəsmi Parisin niyyətini daha açıq şəkildə ortaya qoyur.

Bölmənin digər xəbərləri

15 May 2025 Zelenski Ankaraya enər-enməz bu açıqlamanı verdi: “Rusiya nümayəndə heyəti...”
15 May 2025 Trampı tənqid edən yüksəkvəzifəli məmurlar işlərindən azad edildilər
15 May 2025 Pakistandan Azərbaycana təşəkkür fləş-mobu — FOTOLAR
15 May 2025 Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
15 May 2025 Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
15 May 2025 ABŞ Zelenskinin NATO sammitinə dəvət edilməsinə qarşıdır
14 May 2025 Trampdan Əş-Şaraya sərt ultimatum: "Ya sülh, ya təcrid"
14 May 2025 Dünyanın sonu üçün tarix verildi: “Qorxduğumuzdan daha tez...”
14 May 2025 İtaliyada baş verən ardıcıl zəlzələlər narahatlığa səbəb olub
14 May 2025 Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor FOTO
14 May 2025 Kokain iddiaları ilə bağlı video sosial şəbəkələrdə ajiotaj yaratdı
14 May 2025 Putin Trampı növbəti dəfə alçaldıb, onu “gicbəsər” adlandırdı
13 May 2025 Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik mühasirəyə alındı - VİDEO
13 May 2025 Peskov açıqladı: Putin İstanbula...
13 May 2025 Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
13 May 2025 PKK-nın özünün buraxmasının PƏRDƏARXASI: Öcalanın qruplaşması bu addımı niyə atdı? - İLGİNC SƏBƏBLƏR
13 May 2025 Trampdan Qətərdən aldığı 400 milyonluq hədiyyəyə reaksiya: “Yox desəydim, axmaq olardım”
12 May 2025 Qərb liderləri narkotikdən istifadə edib? - Qalmaqallı video
12 May 2025 SON DƏQİQƏ: Təyyarələr İrəvana enə bilmir - SƏBƏB
12 May 2025 Zelenski: "Putini cümə axşamı Türkiyədə gözləyəcəyəm"

Dünyapress TV

Xəbər lenti