“Ermənilər Paşinyana minnətdar olmalıdırlar” - HƏQİQƏTƏN DƏ...
"Ermənistanın Baş naziri Nikol Paşinyan erməni cəmiyyətində sağlam düşünə bilən bir düşməndir".

Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini Bakir Həsənbəyli "Cebhe.info"ya açıqlamasında deyib.

O bildirib ki, Paşinyan reallıqları erməni cəmiyyətinə çatdırmağa çalışır:

"O, "tarixi Ermənistan"dan real Ermənistana keçid etməyin vacibliyini vurğulayır. Düzdür, tarixdə Ermənistan adlı bir dövlət olmayıb. Sovet hökuməti Ermənistan dövlətini qurana qədər onları kilsə edirdi. Yəni Ermənistan heç vaxt mövcud olmayıb.

Hətta Ermənistan alimləri söyləyirlər ki, erməniləri qaraçı millətinin bir qoludur. Çünki erməni xalqı qaraçılar kimi məskunlaşdığı yerlərə tez alışır. Bu da onların qaraçı tayfalarının bir qolu olduğunu göstərir. Artıq onlar özləri də bunu təsdiq edirlər".

Onun sözlərinə görə, ermənilər Nikol Paşinyana minnətdar olmalıdırlar:

““Dənizdən-dənizə böyük Ermənistan” arzusunda olan bir xalq Nikol Paşinyanın sayəsində həqiqətləri görməyə başlayıb. Ona görə də Paşinyana minnətdar olmalıdırlar. Hesab edirəm ki, o, hansısa formada Ermənistanın tarixində qalmağı hədəfləyən bir siyasətçidir".

Bakir Həsənbəyli söyləyib ki, Paşinyan Ermənistanı müstəqil dövlət etməyə çalışır:

"Paşinyan vətəndaşlarla görüşü zamanı Ermənistanın ilk dəfə qonşu dövlətlə öz sərhədlərini müəyyənləşdirmək imkanına sahib olduğunu diqqətə çatdırıb.
Artıq Ermənistanın hansısa ölkənin təhlükəsizliyini təmin etməyinə ehtiyacı olmayacaq və erməni hərbçiləri öz sərhədlərinin keşiyində duracaqlar.

Yəni Paşinyanın addımları və düşüncələri sözün əsl mənasında gələcəkdə müstəqil və heç kimdən asılı olmayan Ermənistan dövlətinin qurulmasına xidmət edir. O, buna nail olarsa, Ermənistan tarixində qalmağı bacaracaq".
 

Bölmənin digər xəbərləri

15 May 2025 Zelenski Ankaraya enər-enməz bu açıqlamanı verdi: “Rusiya nümayəndə heyəti...”
15 May 2025 Trampı tənqid edən yüksəkvəzifəli məmurlar işlərindən azad edildilər
15 May 2025 Pakistandan Azərbaycana təşəkkür fləş-mobu — FOTOLAR
15 May 2025 Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
15 May 2025 Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
15 May 2025 ABŞ Zelenskinin NATO sammitinə dəvət edilməsinə qarşıdır
14 May 2025 Trampdan Əş-Şaraya sərt ultimatum: "Ya sülh, ya təcrid"
14 May 2025 Dünyanın sonu üçün tarix verildi: “Qorxduğumuzdan daha tez...”
14 May 2025 İtaliyada baş verən ardıcıl zəlzələlər narahatlığa səbəb olub
14 May 2025 Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor FOTO
14 May 2025 Kokain iddiaları ilə bağlı video sosial şəbəkələrdə ajiotaj yaratdı
14 May 2025 Putin Trampı növbəti dəfə alçaldıb, onu “gicbəsər” adlandırdı
13 May 2025 Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik mühasirəyə alındı - VİDEO
13 May 2025 Peskov açıqladı: Putin İstanbula...
13 May 2025 Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
13 May 2025 PKK-nın özünün buraxmasının PƏRDƏARXASI: Öcalanın qruplaşması bu addımı niyə atdı? - İLGİNC SƏBƏBLƏR
13 May 2025 Trampdan Qətərdən aldığı 400 milyonluq hədiyyəyə reaksiya: “Yox desəydim, axmaq olardım”
12 May 2025 Qərb liderləri narkotikdən istifadə edib? - Qalmaqallı video
12 May 2025 SON DƏQİQƏ: Təyyarələr İrəvana enə bilmir - SƏBƏB
12 May 2025 Zelenski: "Putini cümə axşamı Türkiyədə gözləyəcəyəm"

Dünyapress TV

Xəbər lenti