Serbiyadakı proseslər, Kosovo ilə bağlı hərbi eskalasiya riski:
Serbiya Prezidenti Aleksandr Vuçiçin rəhbərlik etdiyi Serbiya Proqressiv Partiyasının parlament seçkisində qalib gəlməsindən sonra ölkənin həssas nöqtələrinə yenidən çomaq soxulur.
“Serbiya Zorakılığa Qarşı” müxalifət partiyasının seçki nəticələrinə etirazları, paytaxt Belqradda baş verən iğtişaşlar Balkan regionunda ambisiyaları qızışan Rusiya, Qərb və Çinin strateji təkəbbürünün nümayişi məkanı kimi cazibə mərkəzinə düşür.
Serbiya Prezidenti Vuçiç isə baş verənlərin anatomiyasındakı xarici təsirlər mövzusunda Qərbin divarlarına “atəş açır”. Vuçiçin hələ bundan əvvəlki bəyanatları və qərbyönümlü etirazçılara ünvanlanan xəbərdarlıqları “silahları” Qərbə tuşlamasının indikatorudur.
Baş verən hadisələrin müşayiətində Vuçiç və Rusiyadan Qərbin əleyhinə verilən bəyanatlardakı oxşarlıqların çoxluq təşkil etməsi istər-istəməz bir sualı ortaya çıxarır: Serbiyadakı iğtişaşları Qərbmi təşkil edib?
Ondan başlayaq ki, Serbiya uzun illərdir, Avropa İttifaqına üzvlük üçün müzakirələr aparırdı, lakin Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Belqradın Moskva ilə Qərb arasında balanslı görünən mozaikası dəyişdi.
Serbiya Qərbin anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina etdikdən sonra Serbiya-Kosovo sərhədindəki insidentlərin günbəgün artması bilərəkdən qızışdırılan hadisə kimi diqqət mərkəzinə düşürdü.
Serbiya ondan ayrılan Kosovonu müstəqil dövlət kimi tanımır və ora tarixi ərazi subyekti kontekstində yanaşır, bu isə Qərbin əsəblərinə toxunur.
Qərb isə Serbiyanı Kosovonu tanımağa məcbur edir, hərçənd ki, belə şərtli səslər yüksəldikcə Belqradın siyasi üfüqlərində hərbi eskalasiyaya dair siqnallar çalınır.
Kosovo beynəlxalq güclər arasında geosiyasi kurs formalaşdıran məkanlardan biridir. Oyunçular isə təkcə ABŞ və Rusiya deyil. Balkan regionunda Qərblə Rusiya arasında gedən rəqabət alternativ qlobal güc olan Çinin həmin bölgədəki iqtisadi ekspansiyası üçün münbit şərait formalaşdırır.
Artıq bu ilin oktyabrında Pekinlə Belqrad arasında Azad Ticarət Sazişi imzalandı. Lakin bu, son deyil, Çinin regionda gizli hərbi təmsilçiliyi də yaranır.
Məsələn, Serbiya Çin müdafiə sənayesinin əhəmiyyəti haqqında tərifli sözlər deyir. Üstəgəl, Serbiya silahlı qüvvələrinin əhəmiyyətli dərəcədə güclənməsində Çinin silah kontingentinin rolu böyükdür ki, bu da Pekini müdafiə və təhlükəsizlik sahələrində üstünlük əldə etmək trayektoriyasına daxil edir.
Amma Çinin regiondakı siyasi proseslərə yön verməsi, onu lazımi həddə qədər idarə etməsi real deyil, çünki əlində belə rıçaq yoxdur. Hərçənd ki, Çin ABŞ-nin də, Rusiyanın da ehtiyat etdiyi əməliyyatları artıq gerçəkləşdirir. Misal üçün, Çinin Səudiyyə Ərəbistanı ilə İran arasında barışıq doktrinasının müəllifinə çevrilməsi, sözsüz ki, Moskva və Vaşinqtonun vasitəçilik sərhədlərinə müdaxilə etməkdir.
İndi belə bir versiya səslənə bilər ki, Çin Serbiya-Kosovo konfliktinin həllinə girişib regiondakı strateji nüfuzunun təmini üçün çatışmayan elementləri əlində cəmləşdirməyə çalışır.
Lakin bu hələ ki iddia səviyyəsində qala biləcək ehtimaldır, hazırda Serbiyadakı siyasi proseslərdə ən çox Qərblə Rusiya ön planda tutulmalıdır.
Vuçiç isə Rusiya əleyhinə bəyanat vermir, əksinə, Qərbi ittiham edir. Onun dediklərinə istinad etsək, deyə bilərik ki, Serbiyadakı iğtişaşların maddi-texniki dəstəkçisi, onun mütəşəkkil səviyyəyə çatmaq planlarının müəllifi ABŞ və onun müttəfiqləridir.
Regionda kövrəklik dərəcəsinin yüksəkliyi öz tempini saxladıqca Serbiyanın Kosovoya müdaxilə etmək ehtimalları böyük olaraq qalır.
Halbuki, NATO Kosovodakı hərbi mövcudluğunu gücləndirib və bunu nəzərə almaq məcburiyyətini Rusiya da, Serbiya da çox yaxşı hiss edir.
Buna baxmayaraq, NATO-nun Kosovodakı missiyasının potensial qalıcılığı barədə Alyans daxilində yekdil fikrin olmadığı Rusiyanı Qərbə, Serbiyanı isə Kosovoya qarşı xeyli həvəsləndirir.
Burada hansı direktivlərə əməl edilib-edilməyəcəyi o qədər də vacib deyil, əhəmiyyətli olan geostrateji ambisiyaların Balkan üzərindəki alovunun yüksələcəyidir.
Serbiyadakı seçkidən sonra tərəflərin temperaturu aşağı salmağa çalışdığı görünsə belə, strateji rəqabətlərin kəsişən nöqtələri vəziyyəti daha da gərginləşdirə bilər.
Kosovo məsələsini əhatə edən diskurs isə Serbiyanın kampaniyasında mərkəzi mövqe tutmağa davam edəcək.
Regiondakı başqa bir cəbhə isə Bosniya və Herseqovinanın ərazisi olan və demoqrafik tərkibində serblərin üstünlük təşkil etdiyi Serb Respublikasıdır ki, bu da qlobal oyunçuların diqqət mərkəzindən kənarda qalmayacaq.
Aqşin Kərimov
 

Bölmənin digər xəbərləri

15 May 2025 Zelenski Ankaraya enər-enməz bu açıqlamanı verdi: “Rusiya nümayəndə heyəti...”
15 May 2025 Trampı tənqid edən yüksəkvəzifəli məmurlar işlərindən azad edildilər
15 May 2025 Pakistandan Azərbaycana təşəkkür fləş-mobu — FOTOLAR
15 May 2025 Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
15 May 2025 Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
15 May 2025 ABŞ Zelenskinin NATO sammitinə dəvət edilməsinə qarşıdır
14 May 2025 Trampdan Əş-Şaraya sərt ultimatum: "Ya sülh, ya təcrid"
14 May 2025 Dünyanın sonu üçün tarix verildi: “Qorxduğumuzdan daha tez...”
14 May 2025 İtaliyada baş verən ardıcıl zəlzələlər narahatlığa səbəb olub
14 May 2025 Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor FOTO
14 May 2025 Kokain iddiaları ilə bağlı video sosial şəbəkələrdə ajiotaj yaratdı
14 May 2025 Putin Trampı növbəti dəfə alçaldıb, onu “gicbəsər” adlandırdı
13 May 2025 Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik mühasirəyə alındı - VİDEO
13 May 2025 Peskov açıqladı: Putin İstanbula...
13 May 2025 Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
13 May 2025 PKK-nın özünün buraxmasının PƏRDƏARXASI: Öcalanın qruplaşması bu addımı niyə atdı? - İLGİNC SƏBƏBLƏR
13 May 2025 Trampdan Qətərdən aldığı 400 milyonluq hədiyyəyə reaksiya: “Yox desəydim, axmaq olardım”
12 May 2025 Qərb liderləri narkotikdən istifadə edib? - Qalmaqallı video
12 May 2025 SON DƏQİQƏ: Təyyarələr İrəvana enə bilmir - SƏBƏB
12 May 2025 Zelenski: "Putini cümə axşamı Türkiyədə gözləyəcəyəm"

Dünyapress TV

Xəbər lenti