Meksikanın “Milenio” qəzeti: “Qərb KİV-ləri Azərbaycana qarşı ikili standartlardan istifadə edir”
Meksikanın tanınmış “Milenio” qəzetində ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Meksika Milli Muxtar Universitetinin professoru, siyasi şərhçi Talya İşcanın müəllifi olduğu məqalə dərc edilib.

Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, məqalədə hazırkı geosiyasi şəraitdə Qərb mediasının mühüm rol oynadığı, söz azadlığı və demokratiyanın dayağı kimi təqdim edildiyi, lakin bəzi beynəlxalq münaqişələrin işıqlandırılmasında, xüsusilə Azərbaycanın Qarabağ regionu ilə bağlı narahatlıq doğuran ikili standartların müşahidə edildiyi qeyd olunur.

Yazıda Azərbaycanın bir zamanlar otuz ildən artıq erməni işğalından əziyyət çəkdiyi, işğal nəticəsində yüz minlərlə insanın öz ev-eşiyindən didərgin düşdüyü, ölkəmizin mədəni irsinin məhv edildiyi, həmin ərazilərin minalandığı bildirilir, buna baxmayaraq, Qərb mediasında məlumatların qərəzli və təhrif olunmuş formada yayılmasının təəccüb doğurduğu, öz ərazilərini azad etdikdən sonra Azərbaycanın Qərb mediasında “təhlükə” kimi qələmə verildiyi qeyd olunur.

Məqalədə Qərb mediasının bu yanaşmasının Ukraynaya münasibətdə tamamilə fərqli olduğu, münaqişənin ilk günlərindən etibarən Ukraynanın qeyd-şərtsiz dəstəkləndiyinin, ərazi bütövlüyünün müdafiəsinin müşahidə olunduğu bildirilir və Ukrayna, Moldova və Gürcüstanın ərazi bütövlüyünün dəstəkləndiyi halda, nəyə görə Azərbaycanın ərazi bütövlüyünün gözardı edilməsi sual olunur. Cavabın isə bu medianın xidmət etdiyi siyasi gündəmdə gizləndiyi, Ukrayna məsələsində Rusiyanın təsirinə qarşı çıxmağın Qərbin maraqlarına uyğun olduğu, bunun əksinə olaraq, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsinin Avropa üçün əlverişsiz göründüyü bildirilir.
Müəllif Azərbaycanın həqiqi müstəqilliyinin və hazırda dünyada şahidi olduğumuz geosiyasi döyüşdə heç bir düşərgəyə qoşulmamasının bəzi böyük dövlətləri qıcıqlandırdığını qeyd edərək, belə görünməsinə baxmayaraq, Azərbaycana qarşı bu cür qərəzli yanaşmaların kökündə sırf islamofob yanaşmaların dayanmadığına inanmaq istədiyini vurğulayır.

Məqalədə bu cür informasiyaların yayılmasının arxasında iqtisadi, xüsusən də hərbi sənaye sahəsində maraqların da gizləndiyi, son dövrlərdə Avropa İttifaqının Ermənistana silah tədarükü ilə bağlı səylərinin regionda sülhü dəstəkləmək əvəzinə, silahlanmanı təşviq etməsinin, regionda sülh prosesinin çətinləşdirilməsinin göstəricisi olduğu bildirilir. Həmçinin, bu hərbi səylərin əsas məqsədi sabitliyi təşviq etmək olan, lakin hazırda hərbi eskalasiyanı təşviq edən Avropa Sülh Fondu vasitəsilə maliyyələşdirilməsinin ironikliyi qeyd olunur, Avropa İttifaqının Azərbaycana qarşı hədələyici ritorikasının diplomatik dialoqa xələl gətirdiyi və hər iki tərəfə xeyir verməyərək mənfi reaksiyalara səbəb ola biləcəyi vurğulanır.

Yazının sonunda Qərb mediasına öz yanaşmalarını nəzərdən keçirməyə və iddia etdikləri obyektivlik və qərəzsizlik prinsiplərinə sadiq olmağa çağırış edilir, ikili standartların nəinki reallığı təhrif etdiyi, həmçinin lazımsız münaqişələri davam etdirdiyi vurğulanır.
 

Bölmənin digər xəbərləri

15 May 2025 Zelenski Ankaraya enər-enməz bu açıqlamanı verdi: “Rusiya nümayəndə heyəti...”
15 May 2025 Trampı tənqid edən yüksəkvəzifəli məmurlar işlərindən azad edildilər
15 May 2025 Pakistandan Azərbaycana təşəkkür fləş-mobu — FOTOLAR
15 May 2025 Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
15 May 2025 Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
15 May 2025 ABŞ Zelenskinin NATO sammitinə dəvət edilməsinə qarşıdır
14 May 2025 Trampdan Əş-Şaraya sərt ultimatum: "Ya sülh, ya təcrid"
14 May 2025 Dünyanın sonu üçün tarix verildi: “Qorxduğumuzdan daha tez...”
14 May 2025 İtaliyada baş verən ardıcıl zəlzələlər narahatlığa səbəb olub
14 May 2025 Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor FOTO
14 May 2025 Kokain iddiaları ilə bağlı video sosial şəbəkələrdə ajiotaj yaratdı
14 May 2025 Putin Trampı növbəti dəfə alçaldıb, onu “gicbəsər” adlandırdı
13 May 2025 Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik mühasirəyə alındı - VİDEO
13 May 2025 Peskov açıqladı: Putin İstanbula...
13 May 2025 Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
13 May 2025 PKK-nın özünün buraxmasının PƏRDƏARXASI: Öcalanın qruplaşması bu addımı niyə atdı? - İLGİNC SƏBƏBLƏR
13 May 2025 Trampdan Qətərdən aldığı 400 milyonluq hədiyyəyə reaksiya: “Yox desəydim, axmaq olardım”
12 May 2025 Qərb liderləri narkotikdən istifadə edib? - Qalmaqallı video
12 May 2025 SON DƏQİQƏ: Təyyarələr İrəvana enə bilmir - SƏBƏB
12 May 2025 Zelenski: "Putini cümə axşamı Türkiyədə gözləyəcəyəm"

Dünyapress TV

Xəbər lenti