PUTİNİN PARADI BU DƏFƏ DƏ SÖNÜK KEÇDİ –
2000-ci ildə hakimiyyətə gəldikdən sonra 9 may - Qələbə günü paradını hərbiləşdirən Vladimir Putinin dünyaya “güc nümayişi” bu il də sönük təsir bağışladı.

“Qırmızı Meydan”da çox güclü görünən Rusiya ordusu Ukraynada ağır məğlubiyyətlə üzləşdiyindən, bu ilki paradda daha az hərbçi və döyüş avadanlıqları nümayiş olundu. Parad həm də ötən illərlə müqayisədə çox tez başa çatdı. Həmçinin, ötən il olduğu kimi, bu dəfə də aviasiya qüvvələri hərbi paradda iştirak etmədi.

Qeyd edək ki, parad ənənəvi olaraq “Müqəddəs müharibə” mahnısının sədaları altında meydana Rusiya Federasiyasının dövlət bayrağının və Qələbə bayrağının – 150-ci piyada İdritsa diviziyasının döyüş bayrağının təqdim edilməsi ilə başlayıb. Daha sonra Rusiya Prezidenti Vladimir Putinin çıxışı, ardınca isə hərbi qulluqçuların yürüşü olub. Parad hərbi texnika kolonunun keçidi ilə başa çatıb.

Xatırladaq ki, 2022-ci ildə baş tutan hərbi parad 2 saata yaxın davam etdiyi halda, bu dəfəki tədbir 1 saat 20 dəqiqə ərzində yekunlaşıb. Hərbi texnikaların, eləcə də hərbçilərin sayı da əvvəlki illərlə müqayisədə daha az olub. Məsələn, 2021-ci ildə keçirilən paradda 191 hərbi texnika, 12 min hərbçi, 77 aviasiya vasitəsi iştirak edib. 2022-ci ildəki paradda isə bu say xeyli aşağı düşüb. Həmin il keçirilən paradda ümumilikdə 11 min hərbi qulluqçu, 131 hərbi texnika iştirak edib. Bu gün baş tutan hərbi paradda da bu azalma davam edib. Açıqlanan məlumara görə, bugünkü paradda 10 min hərbçi iştirak edib, 125 ədəd silah və texnika nümayiş olunub
Burada diqqət çəkən əsas məqamlardan biri bu il keçirilən paradda nümayiş olunan texnikaların daha çox eyni növlü olması ilə bağlıdır. 125 texnikanın nümayiş olunduğu bildirilsə də, paradda yalnız - “T-34” tankı, “S-400” hava hücumundan müdafiə sistemi, “BTR-82A” zirehli maşını, “İsgəndər-M” raket sistemi, “Yars” raket sistemi və ”Bumeranq" zirehli maşını yer alıb. Onu da qeyd edək ki, bu paradda heç bir yeni texnika gözə dəyməyib, sözügedən texnikalar isə ötən ilki paradlarda nümayiş olunanlardır.

Bu ildən fərqli olaraq, 2022-ci ildə baş tutan paradda hərbi texnika sayı aşağı-yuxarı bərabər olsa da, (131-red.) müxtəlif təyinatlı döyüş vasitələri geniş tərkibdə nümayiş olunub. Bu hərbi paradda - “Yars”, “Bumeranq” K-17, “S-400”, “T-72”, “Uran-9” kompleksi, “Msta-S” özüyeriyən artilleriya qurğuları, “Epoxa” döyüş modulu, “Kurqanets-25” tırtıllı piyada döyüş maşını, “Tayfun-VDV” zirehli texnikası, “T-85” tankı, "İsgəndər-M" operativ-taktiki raket kompleksi (OTRK), “Buk-M3” zenit-raket kompleksləri, T-80BVM tankları, 2S35 Koalisiya-SV özüyeriyən artilleriya qurğuları, TOS-1A “Solnsepek” ağır alov qurğuları, “Pansir-S” zenit kompleksi və müxtəlif təyinatlı zirehli maşınlar nümayiş olunub.

Görünən odur ki, 1995-ci ildən ənənəvi şəkildə keçirilən 9 may paradı rus ordusunun Ukraynadakı mğlubiyyətləri fonunda ildən-ilə daha sönük təsir bağışlayır. Bir çox müşahidəçi hesab edir ki, Kreml Ukrayna müharibəsindəki ağır itkilər fonunda Rusiya ordusunun hərbi gücünü şişirtməməyə çalışır. Lakin gerçəklik odur ki, bu gün iki ilə yaxındır davam edən Ukrayna savaşında rus ordusu ağır məğlubiyyətlərlə üzləşib, çoxlu sayda hərbçi və texnika itirib. Və təbii ki, müharibədə on minlərlə hərbi texnika itirən Rusiyanın bu silahlara “Qırmızı Meydan”da yox, Ukraynada daha çox ehtiyacı var.

 

Bölmənin digər xəbərləri

11 May 2025 Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
11 May 2025 Trampdan MARAQLI AÇIQLAMA: "Ukraynaya görə YATA BİLMİRƏM"
11 May 2025 Şahbaz Şərif: "Biz bu qarşıdurmada qalib gəldik"
11 May 2025 "Hərbi və siyasi güc parametrindən baxdıqda, Amerika Birləşmiş Ştatları və İsrail birlikdə güclü görünür"
11 May 2025 Kim Çen In Avropanı hədələdi - "Əgər Rusiyaya..."
11 May 2025 Almaniyada psixiatrik klinikada üsyan baş verib
10 May 2025 Ukraynadakı müharibəni "unutdu": Putin paradda nədən danışdı...
10 May 2025 Budapeşt ukraynalı diplomatları qovdu, Kiyevin cavabı gecikmədi – YENİLƏNİB
10 May 2025 Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
10 May 2025 Qərb ölkələri Ukraynaya qarşı cinayətlərə görə Rusiya üçün xüsusi tribunalın yaradılmasını təsdiqləyib
09 May 2025 Paşinyan "Putinlə" danışığını lentə aldı – Maşallahoğlu onu yaydı, sosial şəbəkələr partladı! VİDEO
09 May 2025 Putin Paşinyanı belə qarşıladı - VİDEO
09 May 2025 Amerikanın 28 ən böyük şəhəri batmaq üzrədir
09 May 2025 Putin yeni Roma Papasını təbrik etdi
09 May 2025 Ukrayna parlamenti təsdiqlədi: Mineral sazişi qüvvəyə minib
09 May 2025 Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
08 May 2025 Daha biri "xəstələndi" - Koronavirusa yoluxduğu üçün Paradda iştirak etməyəcək
08 May 2025 Vuçiçin təyyarəsi Moskvaya buraxılmadı- Bakıda məcburi eniş etdi
08 May 2025 Fransadan diplomatik hörmətsizlik: səfrimiz dəvət edilmədi
08 May 2025 Şeremetyevo hava limanında fəlakətli vəziyyət VİDEO

Dünyapress TV

Xəbər lenti