Knessetin Güney müraciəti Pəhləvini qorxuya saldı
Knessetin Güney Azərbaycanla bağlı Xarici İşlər Nazirliyinə müraciəti Güney məsələsinin beynəlxalq müstəviyə daşınması baxımından çox önəmlidir.

Bu sözləri Axar.az-a Təbriz Araşdırmalar İnstitunun mütəxəssisi Babək Şahid Knessetdə millət vəkillərinin Güney Azərbaycanla bağlı müraciətini şərh edərkən deyib.

O, bu məsələnin parlamant səviyyəsində müzakirəsini bölgədə baş verən proseslərlə əlaqələndirib:

“Güney mövzusu məlum səbəblərdən bəlli bölgələrin gündəmindədir. İndi bu, İsraildə açıq şəkildə müzakirə edilir. Ehtimal ki, İsrail-İran münasibətlərindəki mövcud gərginlik səbəbindən bu baş verib. Həmçinin, Təl-Əvivin digər ölkələr, əsas da Amerika ilə əlaqələri diqqətə alınmalıdır”.

O, özünü müxalifət nümayəndəsi hesab edən Rza Pəhləvinin israilli deputatların müraciətinə sərt reaksiya verməsinin səbəbsiz olmadığını bildirib:

“Rza Pəhləvinin İsrail parlament nümayəndələrinə sərt reaksiya verməsinə bir neçə aspektdən yanaşmaq lazımdır. O özünü fars millətçiliyinin davamçısı olaraq görür. Fars millətçiliyi anlayışının ideoloji təməli türk və ərəb düşmənçiliyidir. Rza Pəhləvi ilk dəfə deyil ki, Güney Azərbaycan məsələsinə qarşı çıxır. 2006-cı il may qiyamında “Haray-haray, mən türkəm” şüarı ilə küçələrə çıxan azərbaycanlılar üçün belə bir fikir demişdi: “Əgər söhbət Güney Azərbaycandan gedirsə, mən Xamenei ilə birlikdə onlara qarşı mübarizə etməyə hazıram”. Digər tərəfdən isə Pəhləvi özünü müxalifət nümayəndəsi olaraq Güney Azərbaycan aktivistləri ilə rəqabətdə hiss edir. Bir neçə gün öncə paylaşdığı videoda demişdi ki, hamı onun ölkəyə dönməyini istəyir. Fəqət, türkçülər və əhvazlar ortalığı qarışdırır. Türkçülər deyəndə, Güney azərbaycanlıları nəzərdə tutur və açıq şəkildə kiminlə rəqabətdə olduğunu bəyan etmiş olur. Pəhləvini İranda fars mərkəz bölgələri və bəlli qruplar dəstəkləyir. Bu toplum onu sekulyar dövlətin rəmzi olaraq görürlər”.

Pəhləvinin Güney Azərbaycanda hər hansı nüfuz sahibi olmadığını deyən mütəxəssis onu da diqqətə çatdırıb ki, “müxalif lider” öz tərəfdarlarını itirməkdən qorxduğu üçün səssizliyini pozmaq məcburiyyətində idi:

“Onun İsrailə səfərinin ardından qısa müddət sonra Güney məsələsinin parlamentə çıxarılması Pəhləvini dəstəkləyənlər üçün gözlənilməz oldu. Onu tənqid atəşinə tutdular. Məsələ, xüsusilə, fars millətçiləri tərəfindən daha çox müzakirə olundu. Pəhləvi isə öz tərəfdarlarını bir növ razı salmaq üçün belə bir sərt açıqlama vermək məcburiyyətində qaldı”.

Ekspert Güney Azərbaycanla bağlı məsələnin türk ölkələrinin parlamentində müzakirəsinin daha çox əhəmiyyət daşıdığını deyib:

“Bu addım türk ölkələrinin parlamentində atılarsa, Güney Azərbaycan üçün yaxşı nəticələr vəd edə bilər. Çünki Güney məsələsi türk birlikləri ölkələrinin ələ ala biləcəyi məsələdir. Güney Azərbaycanda hakim olan ana siyasət türkçülük, milli müqəddərat və bütöv azərbaycançılıq məsələsidir. Bu mənada Güney mövzusu daha çox türk dünyasını maraqlandırmalıdır. Önəmli addımlar atılmalı, Güney Azərbaycan kimi dövləti olmayan türk toplumlarına hüquqi status tanınmalıdır”.
 

Bölmənin digər xəbərləri

11 May 2025 Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
11 May 2025 Trampdan MARAQLI AÇIQLAMA: "Ukraynaya görə YATA BİLMİRƏM"
11 May 2025 Şahbaz Şərif: "Biz bu qarşıdurmada qalib gəldik"
11 May 2025 "Hərbi və siyasi güc parametrindən baxdıqda, Amerika Birləşmiş Ştatları və İsrail birlikdə güclü görünür"
11 May 2025 Kim Çen In Avropanı hədələdi - "Əgər Rusiyaya..."
11 May 2025 Almaniyada psixiatrik klinikada üsyan baş verib
10 May 2025 Ukraynadakı müharibəni "unutdu": Putin paradda nədən danışdı...
10 May 2025 Budapeşt ukraynalı diplomatları qovdu, Kiyevin cavabı gecikmədi – YENİLƏNİB
10 May 2025 Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
10 May 2025 Qərb ölkələri Ukraynaya qarşı cinayətlərə görə Rusiya üçün xüsusi tribunalın yaradılmasını təsdiqləyib
09 May 2025 Paşinyan "Putinlə" danışığını lentə aldı – Maşallahoğlu onu yaydı, sosial şəbəkələr partladı! VİDEO
09 May 2025 Putin Paşinyanı belə qarşıladı - VİDEO
09 May 2025 Amerikanın 28 ən böyük şəhəri batmaq üzrədir
09 May 2025 Putin yeni Roma Papasını təbrik etdi
09 May 2025 Ukrayna parlamenti təsdiqlədi: Mineral sazişi qüvvəyə minib
09 May 2025 Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
08 May 2025 Daha biri "xəstələndi" - Koronavirusa yoluxduğu üçün Paradda iştirak etməyəcək
08 May 2025 Vuçiçin təyyarəsi Moskvaya buraxılmadı- Bakıda məcburi eniş etdi
08 May 2025 Fransadan diplomatik hörmətsizlik: səfrimiz dəvət edilmədi
08 May 2025 Şeremetyevo hava limanında fəlakətli vəziyyət VİDEO

Dünyapress TV

Xəbər lenti