Ardını oxu...
Qazaxıstan Aktauda baş verən təyyarə qəzasını araşdırmaq üçün 17 beynəlxalq ekspert cəlb edib.

TNS xəbər verir ki, bu barədə “Tengri News”a təyyarə qəzasının səbəblərini araşdırmaq üzrə hökumət komissiyasına rəhbərlik edən respublika Baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.

Onun sözlərinə görə, təhqiqatda Azərbaycandan 6, Rusiyadan 2, Braziliyanın “Embraer” təyyarə istehsal edən şirkətindən 2, Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzindən (CENIPA) 3, Dövlətlərarası Aviasiya Komitəsindən 3 mütəxəssis iştirak edir.

Bozumbayev əlavə edib ki, yaxında Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) ekspert də istintaqa qoşulacaq.
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin rus dilini bilməyən miqrant uşaqların rus məktəblərinə qəbulunu qadağan edən qanunu imzalayıb. Tribunainfo.az xəbər verir ki, qanun hüquqi aktların rəsmi internet saytında yerləşdirilib.

Qanuna əsasən, miqrant uşaqların ibtidai ümumi, əsas ümumi və orta ümumi təhsilin təhsil proqramlarına qəbulu yalnız dövlət və ya bələdiyyə təhsil təşkilatında pulsuz əsaslarla rus dilini bilmək üçün sınaq imtahanından müvəffəqiyyətlə keçdikləri halda mümkündür.
 
Ardını oxu...
Rusiyada AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau limanında qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.

"DİA-AZ" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

İstintaq Hava nəqliyyatının hərəkəti və istismarı qaydalarının pozulması maddəsinə istinadən aparılacaq.

O da qeyd olunub ki, hazırda mülki və hərbi mütəxəssislərin izahatları alınır.

Kremlin məlumatında o da bildirilib ki, hazırda Azərbaycanın Baş Prokurorluğunun Qroznıda olan iki əməkdaşı Qroznıya ezam edilərək, Rusiyanın Baş Prokurorluğunun və Rusiya İstintaq Komitəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər aparır.

Eyni zamanda Rusiya, Azərbaycan və Qazaxıstanın müvafiq strukturları Aktau şəhərinin qəzanın baş verdiyi ərazisində birgə fəaliyyət göstərirlər.
Ardını oxu...
  

Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı sərt çıxış edib.

Siyasətçinin sözlərinə görə, Rusiya qazının tədarükü dayandırılacağı təqdirdə Avropa iki il ərzində 120 milyard avroluq əlavə enerji xərcləri ilə üzləşəcək.o, yanvarın 1-dən sonra Ukraynaya qarşı variantları dəyərləndirəcəklərini elan edib.

Fitso Ukraynaya enerji nəqlini dayandırmağa hazır olduqlarını bildirib.

"Mən başa düşürəm ki, Qərb eqoist siyasi səbəblərə görə sizə demək olar ki, istədiyiniz hər şeyi verir. Amma mən sənin öz fikrini deyə bilməyən, vəzifəsi yalnız sənə kömək etmək olan və səndən heç nə gözləməyən xidmətçin deyiləm", - R. Fitso deyib.

Xatırladaq ki, bundan öncə Zelenski Fitso barədə bunları söyləşmişdi: "Biz həyat uğrunda mübarizə aparırıq, Fitso isə pul uğrunda mübarizə aparır, özü də çətin ki, Slovakiya üçün pul uğrunda. Putinlə gizli sövdələşmələr ya dövlət maraqlarının satılması, ya da öz cibinə işləməkdir"./Milli.az /

 
 
 
Ardını oxu...
Özbəkistanlı deputat Odiljon Tojiev Çeçenistan rəhbəri Ramzan Kadırovun Komil Allamjonov və Dmitri L.İ-yə qarşı təhdidlərini pisləyib, bunu ölkənin daxili işlərinə qarışmaq adlandırıb.

"DogruXeber.az" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

O, Kadırovdan üzr istəməyə vəRusiya Federasiyasının axtarışda olan iki vətəndaşının Özbəkistana təhvil verilməsi üçün tapılmasına köməklik göstərməyə çağırıb: "Rusiya Federasiyasının Baş Prokurorluğundan Ramzan Kadırovun Özbəkistan rəsmilərini hədələməsi ilə bağlı yaranmış vəziyyətə hüquqi qiymət verməsini xahiş edirəm.

Əgər dostdursa, Özbəkistan Baş Prokurorluğu tərəfindən axtarışa verilmiş Beslan Rasaev və Şamil Temirxanovun tapılıb Özbəkistana təhvil verilməsinə əməli köməklik göstərməlidir".
Ardını oxu...
“Sübutlar Qazaxıstanda qəzaya uğrayan Azərbaycan Hava Yollarının təyyarəsinin Rusiya tərəfindən vurulduğunu göstərir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi jurnalistlərə açıqlamasında deyib.

“Bu təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ehtimalına işarə edən bəzi ilkin əlamətlər müşahidə etmişik”.

Kirbi bildirib ki, ABŞ hökuməti Qazaxıstan və Azərbaycan rəsmilərinə istintaqda kömək etməyi də təklif edib.
 
Ardını oxu...
The Financial Times qəzetinin yazdığına görə, Bakı Rusiyanın AZAL-a məxsus “Embraer-190” təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti açıq şəkildə qəbul etməsini tələb edir.

Azərbaycan hökuməti və parlamenti səviyyəsində Rusiyanın hərəkətləri sərt ittiham edilir və beynəlxalq ictimaiyyəti də bu məsələyə reaksiya verməyə çağırır.

Musavat.com -un hazırladığı xəbərdə bildirilir ki, qəzaya görə Rusiyanın məsuliyyətini vurğulayan əsas məqamlar:

• Azərbaycanın Nəqliyyat naziri Rəşad Nəbiyev: “Yaralı sərnişinlər və sağ qalan stüardessalar Qroznı üzərində olarkən partlayış səsi eşitdiklərini bildiriblər. Xəsarət alan Rusiya vətəndaşları da eyni versiyanı təsdiqləyiblər. Təyyarəyə zərbə çöldən dəyib.”
• Deputat Rasim Musabəyov: “Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub və bunu inkar etmək olmaz,” – deyə “Turan” agentliyinə bildirib.

Beynəlxalq dəstək artır

ABŞ, Azərbaycan və Qazaxıstan tərəfindən yaradılan birgə istintaq qrupuna texniki və hüquqi dəstək təklif edib. Bununla yanaşı, Ukrayna Prezidenti Volodimir Zelenski də məsələ ilə bağlı sərt mövqeyini ortaya qoyub:

“Qəza yerindəki aydın əyani sübut Rusiyanın faciəyə görə məsuliyyət daşıdığını göstərir. Əgər Moskva MH17 hadisəsində olduğu kimi, yenə yalan danışarsa, beynəlxalq ictimaiyyət buna sərt reaksiya verməlidir.”

Qazaxıstan və İsrailin tədbirləri

• Qazaxıstan yanvarın 27-dək Yekaterinburqa uçuşları dayandırıb və davam edən risk qiymətləndirilməsini gözlədiyini açıqlayıb.
• İsrail isə Tel-Əviv-Moskva reyslərini təhlükəsizlik səbəbilə müvəqqəti olaraq ləğv edib.

Azərbaycandan daha yüksək səviyyədə ittihamlar gözlənilir

Məqalədə vurğulanır ki, Azərbaycan yalnız nazir və deputat səviyyəsində deyil, yaxın günlərdə daha yüksək siyasi səviyyədə Rusiyaya qarşı mövqeyini ifadə edəcək. Prosesin belə inkişaf etməsi Azərbaycanın məsələ ilə bağlı nə qədər ciddi olduğunu göstərir.

Cənubi Qafqazda Rusiyanın təsirinin zəifləməsi

Hadisə Azərbaycanın Qarabağ bölgəsini nəzarətə götürməsindən sonra baş verir. Bu, Rusiyanın bölgədəki təsirinin zəifləməsinə səbəb olan əsas dönüş nöqtəsi hesab olunur. Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giragosyan qeyd edir ki:

“Bu qəza Azərbaycanın Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirməsinə şərait yaradır. Cənubi Qafqazda Rusiyanın gücü və nüfuzu açıq şəkildə azalır.”

“Embraer-190”: dünyanın ən təhlükəsiz təyyarələrindən biri

“The Financial Times” qeyd edir ki, qəza nəticəsində 38 nəfərin həlak olduğu “Embraer-190” modeli dünyanın ən etibarlı təyyarələrindən biridir. Təyyarənin vurulması ilə bağlı artan sübutlar Rusiyanın zenit-raket sistemlərindən istifadəyə işarə edir.

Azərbaycan ictimaiyyəti, beynəlxalq istintaqın obyektiv aparılmasını və məsuliyyətin qəbul edilməsini gözləyir. “Azərbaycan Hava Yolları” isə hazırda Qroznıya və Rusiyanın digər cənub şəhərlərinə reysləri dayandırıb.
 
Ardını oxu...
Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin qəzası ilə bağlı çoxlu cavabsız suallar var.

TNS xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalının hazırladığı süjetdə qeyd olunub.

Süjetdə bildirilir ki, hadisənin arxasında Rusiyanın olduğu üzə çıxıb, indi xeyli sual var: "İçərisində 67 nəfər olan "Azərbaycan Hava Yolları"na məxsus təyyarə çərşənbə günü Qroznıya getmək üçün Bakıdan havaya qalxıb. Lakin o, Çeçenistanın paytaxtına yaxınlaşarkən qəfil marşrutunu dəyişərək Qazaxıstanın Aktau şəhərinə doğru irəliləyib. Təyyarə təcili eniş etmək istəyərkən yerə çırpılıb. Azərbaycan rəsmilərinin məlumatına görə, hadisəyə Rusiyaya məxsus raketlər səbəb olub. Təyyarə Rusiya hava məkanına daxil olarkən Ukrayna PUA-larını vurmağa çalışan Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən hədəfə alınıb. "Pantsir-S" sistemindən atılan raket təyyarənin düz yanında partlayıb. Qəlpə parçaları təyyarənin gövdəsində irili-xırdalı dəliklər yaradıb. Pilotlar qəza siqnalı verib və təcili eniş tələb ediblər, lakin zədələnmiş təyyarənin Rusiyanın iki hava limanına enməsinə icazə verilməyib. Əksinə, təyyarə daha uzağa - Xəzərin o biri sahilindəki Aktau hava limanına yönəlib".

Qeyd olunur ki, bu məqamlar hadisənin məqsədyönlü şəkildə törədildiyini göstərir: "Mütəxəssislərin fikrincə, təyyarənin Xəzər dənizinə düşməsində maraqlı olan qüvvələr ola bilərdi. Çünki Rusiya izi itirə bilərdi. Rusiya Mülki Aviasiya İdarəsinin təyyarənin quş sürüsü ilə toqquşması ilə bağlı açıqlaması da diqqət çəkir. Ehtimal olunur ki, sürətli şəkildə verilən bu bəyanat fikirləri Rusiya raketi ilə bağlı reallıqdan yayındırmağa hesablanıb".

Süjetdə vurğulanıb ki, cavabı tapılmalı olan daha bir neçə sual var: "Həmin vaxtlarda Çeçenistanın hava məkanı niyə mülki təyyarələr üçün bağlı deyildi? Qroznı hava limanında uçuşlar niyə dayandırılmadı? Bu cavabsız sual dəhşətli səhlənkarlığa işarə edir. Bəs bundan sonra nə olacaq? Azərbaycan tərəfi Rusiyanın bilərəkdən və ya bilməyərəkdən məsuliyyətini qəbul edib rəsmi üzr istəməsini gözləyir. Həmçinin 39 nəfərin öldüyü təbii fəlakətin səbəbkarlarının cəzalandırılması tələb olunur. Aktau faciəsindən sonra hava nəqliyyatında təhlükəsizlik xəbərdarlığı davam edir".
Ardını oxu...
AZAL-a məxsus Qroznıya uçan təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Çeçenistanda matəm elan olunub.

Bu barədə “RİA Novosti” xəbər verir.

Çeçenistan hakimiyyəti qəza ilə bağlı dekabrın 28-ni matəm günü elan edib.

Rusiya mətbuatı bu barədə respublika başçısı Ramzan Kadırovun sərəncamına istinadən xəbər yayıb.

Qeyd edək ki, sözügedən təyyarənin qəzaya düşməsinə səbəb kimi Rusiya raketi göstərilir. Rəsmi Moskva isə faktı qəbul etməyə tələsmədiyini, yekun araşdırmanın nəticəsini gözlədiyini bildirib.

Bundan öncə isə, Azərbaycan qəza ilə bağlı Çeçenistanın yardımlarını qəbul etməyib.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ukrayna prezidenti Volodimir Zelenski “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.

““Azərbaycan Hava Yolları”na məxsus təyyarənin dəhşətli qəzası ilə bağlı daha çox təfərrüatlar məlum olur. Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verirəm.

Hər bir insan həyatı qiymətlidir və hər bir itki həqiqəti müəyyən etmək üçün hərtərəfli araşdırmaya layiqdir.

Qəza yerindəki aydın əyani sübut Rusiyanın bu faciəyə görə məsuliyyət daşıdığını göstərir.

Əgər Rusiya MH17 ilə olduğu kimi yalan yaymağı seçərsə, biz həqiqəti bərqərar etmək və ədaləti təmin etmək üçün Moskvaya bütün beynəlxalq təzyiqləri birləşdirməliyik”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
https://x.com/ZelenskyyUa/status/1872678416518160604?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1872678416518160604%7Ctwgr%5Ec41c2c0aba2bbc1dcd38bd59161650e1db7a2b98%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Ftribunainfo.az%2Fzelenski-azerbaycana-bassagligi-verib-rusiyani-ittiham-etdi%2F

Dünyapress TV

Xəbər lenti