Ardını oxu...
BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) yanvarın 31-də Azərbaycanın Ermənistana qarşı işi üzrə ictimai dinləmələr keçirəcək.

Bu barədə BƏM-in saytında məlumat paylaşılıb.

Qeyd olunub ki, İrqi Ayrıseçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Beynəlxalq Konvensiya (Azərbaycan Ermənistana qarşı) üzrə keçiriləcək ictimai dinləmələr Haaqadakı Sülh Sarayında baş tutacaq.

Sessiyaya məhkəmənin sədri Coan Donoqyunun (Joan E. Donoghue) hakimlik edəcək.

Məlumatda vurğulanıb ki, dinləmələr Azərbaycan Respublikasının 3 yanvar 2023-cü ildə Ermənistana müvəqqəti tədbirlərin təyin edilməsi ilə bağlı müraciətinə həsr ediləcək.

Sessiya yerli vaxtla saat 10:00-da başlayacaq.

Saat 10:00-dan 12:00-dək Azərbaycanın, 16:00-dan 18:00-dək Ermənistanın arqumentlərinə ayrılacaq.
Ardını oxu...
Hurriyyet.az xəbər verir ki, danimarkalı radikal Rasmus Paludan yanvarın 27-də Kopenhagen şəhərində gün ərzində üç dəfə müqəddəs Quran kitabını yandırıb. Bu barədə o, sosial şəbəkədəki hesabında yazıb.

Paludan müqəddəs kitabın bir nüsxəsini əvvəlcə məscidin qarşısında, ardından digər nüsxəsini Rusiya səfirliyinin konsulluq şöbəsinin önündə, ən axırda isə üçüncüsünü Türkiyə səfirliyinin qarşısında yandırıb.

Rusiya diplomatları və Türkiyə XİN dərhal onun bu əməlini pisləyiblər.

Paludan bu əməli vasitəsi ilə Türkiyə Prezidentinə “onun Danimarka və İsveçdə söz azadlığı məsələlərinə qarışmasına qarşı etirazını” bildirdiyini söyləyib.

Bəlli olduğu kimi, yanvarın 21-də Paludan Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında islamın müqəddəs kitabını yandırmışdı. İki gün sonra, yanvarın 23-də isə sağçı radikal Edvin Vahensveld müqəddəskitabın bir neçə səhifəsini yandıraraq analoji aksiyanı Haaqada təkrarlamışdı.
 
Ardını oxu...
Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən terror hücumunun yeni detalları məlum olub.

Yeni görüntülərə əsasən, onu demək olar ki, terror hücumu ani olmayıb, bu, planlaşdırılmış şəkildə həyata keçirilib.

Məlum olub ki, terrorçu İran vətəndaşı Yasin Hüseynzadə səhər saatlarında səfirliyimizə bir neçə dəfə hücum edib. Onun ilk hücumunun qarşısını səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev alıb və onu qapıdan çölə çıxarıb.

İkinci cəhddə isə o, maşınından “kuvalda” götürüb qapını sındırmağa çalışıb. Bu zaman terrorçunun hücumda istifadə etdiyi “Kalaşnikov” avtomatını yerə qoyduğu da görüntülərdə açıq-aşkar görünür.

Maraqlıdır ki, bu proses 20 dəqiqədən çox davam edib və heç bir yerli polis əməkdaşı terrorçunun qarşısını almağa cəhd belə etməyib. Terorrçu sonuncu dəfə səfirliyin binasına daxil olub Orxan Əsgərovu qətlə yetirəndə, onun qarşısını yenə də Azərbaycan səfirliyinin əməkdaşı Vasif Tağıyev alıb və o, qəhrəmancasına mübarizə göstərərək Yasini zərərsizləşdirib. Bu məqamda iranlı polislərin harada olması isə böyük sual doğurur.

Bu görüntülərdən açıq-aşkar aydın olur ki, terror hücumu əvvəlcədən planlaşdırılıb və İran rəsmilərinin də dediyi kimi, ər-arvad mübahisəsindən irəli gələn hücum deyil.(qafqazinfo)

 
Ardını oxu...
İran rejimi Tehrandakı səfiriliymizə terror aktını “məişət hadisəsi” kimi göstərməyə çalışsa da, bütün detallar hücumun öncədən planlaşdırıldığını deməyə əsas verir.

Əsas diqqətçəkən məqamlardan biri də hücumdan öncə baş verənlərdir. İran rejiminin Azərbaycana qarşı təxribatlarını həyata keçirən “Hüseyniyyun” terror qruplaşması səfirliyimizə terror hücumundan öncə “Hüseynçilər 1979” kanalında hücumun ola biləcəyinə dair şifrəli mesajlar verib:

- 4 gün öncə “Böyük Cihada hazır olun” adlı sujet yayımlanıb: sujetdə Azərbaycanda şəriət rejiminin qurulmasının vaxtının çatmasından bəhs edilir və qeyd olunur ki, “Əliyev rejimi heç vaxt hesablamadığı yerdən zərbə yeyəcək”;
- Eyni mesaj qruplaşmanın “huseyniyyun” və virtual muqavimət” adlı teleqram kanallarında da yayılıb;
- Hücumdan təxminən 10 saat öncə eyni şəbəkə “hüseyniyyun himni” adlı musiqini paylaşıb;

Bu detallar terror hücumunun arxasında molla rejiminin olduğu fikrini daha da gücləndirir. İstisna deyil ki, səfiriliyimizə hücumda “Hüseyniyyun” qruplaşmasının da iştirakı var.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Asif Nərimanlı
 

 
Ardını oxu...


“Ermənistanın silahlı qüvvələrini və qeyri-qanuni silahlı birləşmələrini ölkəmin ərazisindən tam çıxarmaqdan və işğal olunmuş 8 sərhədyanı kəndi Azərbaycana qaytarmaqdan imtina etməsi, eləcə də davam edən mina terroru və digər qanunsuz fəaliyyətləri, Azərbaycanda köhnəlmiş və ya uydurma adlarla yaşayış məntəqələrinə istinadlar, geniş yayılmış qarayaxma kampaniyası və dezinformasiya, eyni zamanda onun ərazisində fəaliyyət göstərən etnomillətçi qruplar tərəfindən irqi nifrətin qızışdırılması və təbliğatının qarşısının alınmaması BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, insan hüquqlarına və sülh gündəliyinə heç bir şəkildə uyğun gəlmir”.

Bu fikirləri Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının gündəliyindəki “Sülh quruculuğu və sülhün dəstəklənməsi” bəndi ilə bağlı “Mürəkkəb çağırışlara davamlılıq yaratmaq məqsədilə insanlara investisiya” mövzusundakı bəyanatında bildirib.

Azərbaycan nümayəndəsinin sözlərinə görə, Ermənistan minlərlə itkin düşmüş azərbaycanlının hesabatını verməkdən və münaqişə zamanı silahlı qüvvələrinin törətdiyi çoxsaylı vəhşilikləri araşdırmaqdan imtina edib:

“Təkcə 2022-ci ildə Ermənistan Azərbaycana 106 nəfərin qarışıq qalıqları olan 67 torba verib. Özünü sivilizasiyanın mərkəzi və insan hüquqlarının alovlu müdafiəçisi adlandıran bir ölkənin bu qalıqları bütün mənəvi qanunlara zidd olaraq, beynəlxalq humanitar hüquqa zidd olaraq otuz ildir saxlaması dərin hiddət doğurmaya bilməz”.

Yaşar Əliyev qeyd edib ki, Azərbaycanın təcrübəsi münaqişələrin qarşısının alınması və həlli, dövlətlərin suverenliyinə və bütövlüyünə hörmətin təmin edilməsi, nifrət və dezinformasiyaya qarşı, sülhün qurulması və qorunması üçün daha çox iş görməyin lazım olduğunun nümunəsi və xatırlatmasıdır:

“Münaqişədən təsirlənmiş və postmünaqişə sülh quruculuğu, yenidənqurma, reabilitasiya və reinteqrasiya ilə məşğul olan dövlətlərə dəstəyin göstərilməsi Birləşmiş Millətlər Təşkilatının bütün sisteminin mühüm öhdəliyidir və belə də qalmalıdır. Bu cür dəstəyə həm də bugünkü təhdid və çağırışlara davamlılıq yaratmaq üçün insanlara investisiya etmək kontekstində lazımdır.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquq normalarına tam uyğun olaraq öz təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək, xalqını qorumaq, regionda sülh və sabitliyi bütün mümkün vasitələrlə təmin etmək əzmində qətidir”.
Ardını oxu...
“Vaşinqton rəsmiləri Türkiyəyə təzyiq edirlər ki, ABŞ istehsalı olan təyyarələrdən istifadə edən Rusiya aviaşirkətlərinin reyslərinə və həmin nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə icazə verməsin”.

Bu barədə “The Wall Street Journal” nəşrində dərc olunmuş məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, ABŞ rəsmiləri dekabr ayında bununla bağlı Türkiyə tərəfinə xəbərdarlıq ediblər. Bildirilib ki, Türkiyə Rusiya və Belarusa və əks istiqamətdə uçan ABŞ istehsalı təyyarələrin yanacaq doldurmalarına və hissələrini dəyişdirmələrinə icazə verərsə, 2022-ci ildə tətbiq edilən ixraca nəzarət qaydalarını pozmuş olacaq. Bu səbəbdən də Türkiyəyə qarşı tədbirlərin görülməsi nəzərdən keçirilə bilər.
 
Ardını oxu...
İsveçin təhlükəsizlik və demokratiya məsələlərində ixtisaslaşan Robert Lasting İnstitutu yanvarın 24-də Rusiya Hərbi Kəşfiyyat İdarəsinin (QRU) İsveçdə dini zəmində sabitliyi pozmağa yönəlmiş fəaliyyəti haqqında araşdırma dərc edib.

https://lansinginstitute.org/2023/01/24/russian-military-intelligence-operation-in-sweden-besides-blocking-the-nations-nato-membership-bid-could-raise-t

Əməliyyat İsveçin NATO-ya daxil olmaq planlarına mane olmağa, müsəlman ölkələri ilə münasibətləri gərginləşdirməyə və qaçqın olaraq İsveçə gələn islam ardıcılları tərəfindən terror aktları üçün zəmin hazırlamağa yönəlib, deyə araşdırmada qeyd edilir.

21 yanvar 2023-cü il tarixində Danimarkanın Hard Line (“Sərt Xətt”) partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırıb. İsveçin SVT telekanalının məlumatına görə, Quranı yandırmaq ideyasını yerli jurnalist Çanq Yohannes Frik irəli sürüb. O, həmçinin Paludanın məruz qalacağı istənilən cərimənin ödəniləcəyinə zəmanət verib.

Çoxsaylı əlamətlərə görə, Çanq Yohannes Frik QRU-nin psixoloji əməliyyatlar həyata keçirmək üçün cəlb edilmiş casusudur. Aksiyanın yeri və vaxtı xüsusi olaraq seçilib – Türkiyənin müdafiə nazirinin İsveçə səfəri ərəfəsindəTürkiyə səfirliyinin önündə. Səfir ləğv edilib, Ankara isə İsveçin NATO-ya daxil olmasına razılıq verməyəcəyini bildirib.

Çanq Yohannes Frik (1995-ci ilə qədər Çanq Georg Lindberg) onlayn Nyheter idag qəzetinin sahibidir və SD Riks telekanalında (İsveç Demokratiya Partiyası tərəfindən maliyyələşdirilir) veriliş aparır. Bu şəxsin gizlicə Rusiya hərbi kəşfiyyatı – QRU ilə əməkdaşlıq etdiyinin çox sayda əlaməti var. Daha əvvəl o, Rusiyanın Russia Today telekanalında işləyib.

Ətraflı
RT-nin və Sputnik-in baş redaktoru Marqarita Simonyan da Rusiyanın Müdafiə Nazirliyi və hərbi kəşfiyyatı ilə əməkdaşlıq edir. Simonyanın karyerasının başlanğıcında Çeçenistandakı müharibəni işıqlandıran hərbi müxbir olduğunu nəzərə almaq lazımdır, bu, dolayı olaraq onun QRU ilə əlaqələrini təsdiq edir. 2005-ci ildə Müdafiə Nazirliyi hətta onu medalla təltif edib. Sonradan, 2008-ci ildə o, Rusiyanın Cənubi Osetiya üzərində nəzarətin ələ keçirilməsinə yönəlmiş hərbi kampaniyasını işıqlandırırdı.

RT onu xarici ərazilərdə keçirdiyi psixoloji əməliyyatlara fəal şəkildə cəlb edib. Frik öz məqalələrində Rusiyanın Krımı ələ keçirməsinə və Suriyadakı hərbi cinayətlərə bəraət verir, habelə Putin rejimini tərifləyir, ABŞ və NATO-nu sistemli şəkildə tənqid edirdi. Bu hadisələr QRU-nun xaricdə keçirdiyi psixoloji əməliyyatların əksəriyyətinin məzmuna tam uyğundur.

2012-ci ildən Çanq Yohannes Frik Rusiya vətəndaşı Polina Urvantseva (1989 təvəllüdlü) ilə birlikdə yaşayır.

2017-ci ildə o, Rusiyanın ifrat sağçı “İsveç demokratları” partiyasından olan, rus kökləri olan deputat Pavel Qamovun Rusiyaya səfərini işıqlandırıb. The New York Times-ın məlumatına görə, 2018-ci ildə Rusiya sosial şəbəkələrdə miqrantlar əleyhinə əhval-ruhiyyəni yayaraq, İsveç demokratlarının parlament seçkilərində rekord səviyyədə uğur qazanmasına kömək edib.

2018-ci ildə Frikin Nyheter idag nəşri, Qərbin əksər media platformalarından fərqli olaraq, Rusiyadakı prezident seçkilərini tərifləyib.

Bu gün Frikin nəşri diqqəti Türkiyə əleyhinə nəşrlər üzərində cəmləşdirib (Türkiyənin Suriyada kürdlərin qətlində iştirakı, İslam Dövləti ilə neft sövdələşmələri, terrorçulara sığınacaq verilməsi, Avropanın qaçqınlarla təhdid edilməsi və 2015-ci ildə qaçqın böhranında Erdoğanın rolu). Bütün bunlar Türkiyənin İsveçin NATO-ya daxil olmasına razılıq verməməsinə səbəb olur.

“Bizim qiymətləndirmələrimizə görə, Rusiya bu fənd üçün Paludanı artıq Danimarka, Almaniya və Fransada Quranın, həmçinin islamda ciddi şəkildə qadağan edilən Məhəmməd Peyğəmbərin şəklinin yandırılmasında iştirak etməsi ilə əlaqədar seçib. Paludan Danimarkalı siyasətçi, ölkədə islamın qadağan edilməsini və sığınacaq alan bütün miqrantların deportasiyasını tələb edən ifrat sağçı anti-İslam siyasi partiyanın banisidir.

Paludanın hədsiz sağçı ideologiyası və anti-miqrant siyasəti Kremlin Avropada anti-miqrant hərəkatı adı altında əməliyyat tədbirləri həyata keçirmək metodikasına tamamilə uyğundur. Rusiya xüsusi xidmətləri bu metodları 2015-ci ildən tətbiq edir”, deyə araşdırmada qeyd edilir.(Turan)
 
 
 
Ardını oxu...
"Ruben Vardanyan Rusiya tərəfindən hazırlanmış bir proyektdir"

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib. Politoloq qeyd edib ki, o, Qarabağdakı prosesləri sabotaj etmək və Paşinyana qarşı alternativ rəqib kimi ortaya atılıb:

"Moskvada biznes sahəsində kirli keçmişi olan bu şəxsin Qərbdə asanlıqla qəbul olunacağını hesab etmirəm. Onun BBC "Hard Talk" proqramındakı çıxışının mətninə də baxsaq, açıq şəkildə aparıcının sualları sanki Vardanyanı rəzil duruma salmağa yönəlib. Çıxışını aldığı təlimatlar əsasında "humanitar böhran"a fokuslandırmağa çalışan bu qondarma lider fərqli suallardan yayınmağa çalışır, hətta ara-sıra özünü kobud desək, qanmaz yerinə qoyurdu. Onun aparıcı Stiven Sakurun Paşinyanla Vardanyanın münasibətlərinin zərərli olması, rəsmi İrəvanın onunla heç bir işgüzar əlaqə qurmaq istəməməsi ilə bağlı sualından yayınması, 1980-ci illərdə Azərbaycan məktəblərində keçirilən tarix kitabında “bu ərazilərin ermənilərə aid olduğu”nun yazıldığını iddia etməsinə qədər olan fikirləri Vardanyanın həm Bakı, həm də İrəvan üçün ortaq təhdid olduğunu göstərir. Bu baxımdan, düşünmürəm ki, BBC kimi köklü media qurumu Vardanyan kimi cılız, həm də Moskva fiquru üzərində hansısa məqsədləri olsun".
 
 
 
Ardını oxu...
Ukraynaya hər hansı silah tədarükü hərbi münaqişədə birbaşa iştirak deməkdir ki, biz buna yol verə bilmərik.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebinisə cavabında deyib.

O, Ukraynanın hökumət nümayəndələrinin Gürcüstanla bağlı çağırışlarının təəssüf doğurduğunu qeyd edib:

“İkinci cəbhə ilə bağlı çağırışlar dayanmır. Bunu bəzən birbaşa, bəzən isə dolayı yollarla edirlər. Təbii ki, Ukraynanı istənilən silahla təmin etmək hərbi münaqişədə birbaşa iştirak deməkdir, biz buna yol verə bilmərik. Ukrayna hökumətinin nümayəndələrinin praktiki olaraq açıq formada belə çağırışlar etməsi çox təəssüf doğurur. Təbii ki, bu ciddi problemdir”.

Qeyd edək ki, Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebinis Gürcüstanın Ukraynaya silah və hərbi texnika tədarük edən tərəfdaşlar siyahsına qoşulacağına ümid etdiyini bildirib.
 
Ardını oxu...
Ermənilər Şuşa-Xankəndi yolundakı aksiyaçıların üzərinə yürüş etmək fikrinə düşüblər
Ermənistanda fəaliyyət göstərən siyasi təşkilatlar Laçın dəhlizi və Qarabağın Ermənistanla əlaqəsinin bəpası məsələsi ətrafında yenidən həşir qoparıblar. TEREF.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu məqsədlə dünən İrəvanda daha bir aksiya keçirilib.

Aksiyanın təşəbbüsçüləri bir sıra məsələlərlə yanaşı, həm də vəziyyətdən çıxmaq üçün təkliflər də irəli sürüblər. Onlardan biri Narek Ayvazyan bildirib ki, bunun üçün dörd yolları var. “Birinci yol, Laçın dəhlizində keçirilən aksiyaçıları oradan çıxarmaq üçün piyada və ya maşınlarla həmin yerə getməkdir. Bununla dəhlizi aça biləcəyik. İkincisi isə beynəlxalq ictimaiyyətin Azərbaycana təzyiqlərini pik həddə çatdırmaqdır. Onlar Bakıya elə təzyiqlər edir ki, azərbaycanlılar oradan getməyə məcbur olurlar. Üçüncüsü isə elə bir vəziyyət yaratmaqdır ki, yolu bağlayanlar üçün çıxılmaz vəziyyət yaratmaq və onların getməsini təmin etməkdir. Məsələn, tutaq ki, yük və sərnişin daşımalarını hava yolu ilə həyata keçirilməsi. Belə olan halda dəhlizi bağlı saxlamaq mənasız olur. Biz bu variantları müzakirə etməli və istədiyimizi mümkün qədər səmərəli həyata keçirməyə imkan verəcək növü seçməliyik”.

Ayvazyan 4-cü versiyanın da olduğunu deyir. “Əslində 4-cü versiya da var. Bu, əvvəlki üç variantın qarışdırlaraq, hamısının bir yerdə edilməsindən ibarətdir”.
 

Dünyapress TV

Xəbər lenti