Ardını oxu...
“Baş verən hadisələrlə bağlı hörmətli Prezidentimiz bu silahlı hücumu terror aktı kimi qiymətləndirib və terror aktını pisləyib. Bu, ölkəmizin mövqeyidir”.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələf Xələfov bildirib ki, biz bu hadisə baş verəndən sonra öncə İranın ölkəmizdəki səfrini Xarici İşlər Nazirliyinə dəvət etdik:

"Əlimizdə olan ilkin məlumatlar əsasında Azərbaycan dövlətinin tələblərini İran səfirinin nəzərinə çatdırmışıq. Əsas tələbimiz ondan ibarətdir ki, İran məsuliyyət daşıyan dövlət kimi beynəlxalq öhdəlikləri çərçivəsində baş vermiş terror aktını hərtərəfli və təfsilatlı olaraq şəffaf şəkildə tədqiq etməlidir, cinayətkarları məsuliyyətə cəlb etməlidir, cinayətkarların arxasında duran, təşkil edən, bu cinayətin törədiıməsində əli olan bütün iştirakçılara müəyyən etməlidir və onları ədalət məhkəməsinə cəlb etməklə cəzalandırılmalıdır”.
 
Ardını oxu...
"27 yanvar təqribən 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum terror aktı törədilib".

Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələf Xələfov bildirib ki, bu hadisənin baş verməsi bizin üçün gözlənilməz idi:

“Ona görə ki, belə hadisələrin baş verməsi mümkün deyil, ümumiyyətlə qəbuledilməzdir. Vyana konvensiyasının müvafiq maddələrinə görə səfirliyi qəbul edən ölkə təhlükəsizliyə məsuliyyət daşıyır. Baş vermiş terror hadisəsi və onun ağır nəticələri ilə əlaqədar İran bir dövlət kimi məsuliyyət daşıyır”.
Ardını oxu...
Azərbaycanın ayaqda qalmaq strategiyası.
Yanlış olaraq məhz 21-ci əsri “rəngli inqilablar” və “hibrid müharibələr” əsri adlandırırlar, əslində bu məsələlərin kökü dərindir. Daha bir yanlışlıq odur ki, məhz Qərbi, əsas da ABŞ-ı bu məfhumların yaradıcısı kimi qəbul edirlər, əslində isə müxtəlif inqilablar, çevrilişlər və proksi-müharibələr 20-ci əsrin icadıdır (əvvəllər də olub, amma daha çox saray çevrilişləri və muzdlu döyüşçülər şəklində), 21-ci əsrdə sadəcə texloji inkişaf, əsas da İnternetin yayılması forma və zaman baxımından bu məsələdə yeniliklər gətirdi.
ABŞ, əslində 20-ci əsrin əvvələrinə qədər dünya siyasətində yox idi, özünə qapanmış, öz dünyasını quran bir ölkə kimi yaşayırdı. Birinci Dünya müharibəsindən sonra ABŞ güclənməyə başlasa da, amma hələ də iqtisadi və hərbi olaraq ciddi söz sahibi deyildi, hətta, məsələn 1930-cu illərin əvvəlində Argentina ÜDM-in həcminə görə ABŞ-dan daha üstün durumda idi. ABŞ-ın güclənməsi və dünya siyasətinin mərkəzinə çevrilməısi İkinci dünya müharibəsi dövrü və post-müharibə zamanı baş verdi.
20-ci əsrdə dünyada inqilabların və çevrilişlərin “ixracı” ilə məşğul olan ölkə məhz SSRİ idi – dünyada kommunist ideyasının yayaılması üçün ölkələrdə çevrilişlər edir, maddi dəstək göstərir, silahla təmin edirdi. İkinci Dünya müharibəsinə qədər bu addımlar daha çox Avropada (İspaniya, Finlandiya, İtaliya və s.) atılırdısa, müharibədən sonra SSRİ 50-dən çox Afrika, Asiya və Latın Amerikası ölkələrində çevrilişlərin, “rəngli inqilabların” təşkilatçısı, silah-sursatla “sol” siyasi qüvvələrin təmin edən ölkə idi. Bu haqda çox geniş yazmaq olardı, amma mətn yorucu olmasın deyə maraqlananlar çoxsaylı mənbəələrdən məlumat ala bilərlər.
SSRİ birbaşa açıq hərbi müdaxilə etdiyi ölkələrin siyahısı da uzundur: Macarıstan, Çexoslovakiya, Əfqanıstan ancaq daha çox bilinənlərdir, amma Suriya, Misir, Liviya, İran və s. ölkələr də var.
Bu gün Kreml təbliğatı özünə əl qatıb Qərbin Ukraynaya kömək etməsini “ifşa” etməklə məşğuldur, amma məhz Kreml proksi-müharibələrdə İsrailə, ABŞ-a, Fransaya, Britaniyaya və s. dövlətlərə qarşı müxtəlif Afrika, Asiya və Latın Amerikası ölkələrində öz əsgər-zabitləri, silahları və maddi dəstəyi ilə iştirak edib. Tək elə İsrailin Misir və digər Ərəb ölkələri ilə müharibələrində SSRİ ərəb ölkələrinə yüzlərlə tank, minlərlə top, milyonlarla atıcı silah və güllə verib. Yəni, bu gün Ukraynanın haqlı və hüquqi dirənişinə Qərbin göstərdiyi münasibəti SSRİ, Rus-Sovet İmperiyası 50-dən çox ölkədə edib, ona görə də ayıbına kor olsun, bunu bir ilk kimi təqdim etməyə çalışmasın.
SSRİ-nin aqressiv şəkildə “ideoloji” don altında dünya ekspansiyası Qərbi, o cümlədən ABŞ-ı eyni metodlarla davranmağa sövq etdi, ABŞ-ın texnoloji və iqtisadi, daha sonra isə konvensional hərbi üstünlüyü, hekayə qurmaq bacarığı SSRİ-i rəngli inqilablarda və proksi-müharibələrdə üstələməyi bacardı. SSRİ dağılandan sonra isə bu metodlarla ABŞ və Qərb dünyanı dizayn etməklə məşğul olmağa başladılar – onlarla ölkədə rəngli inqilablar, çevrilişlər təşkil etdilər, hibrid müharibələrlə öz maraqlarını yayamağa başladılar.
Bu mövzuda düşünmək üçün yazmağa qərar verməkdə əsas mesajım odur ki, çivisi çıxmış, dərəbəyliyə dönmüş dünyada hamılıqla çalışmalıyıq ki, Azərbaycan proksi-müharibələrin obyekti və subyekti olmasın – bu çox vacib və həyatı əhamiyyətli məsələdir. Üçüncü Dünya müharibəsi gedir, elan edilmədən, üzbəüz toqquşmalar olmadan Qərb ilə Rusiya-İran şər İttifaqı vuruşur, hələ bu müharibəyə müxtəlif formalarda Çin də qoşulur-qoşulacaq, diplomatiya ölüb, nüfuzlu şəxs-şəxslər/qurumlar ortalığa çıxıb hamını masa arxasında otuzdurmayana qədər bu müharibə davam edəcək – deməli bizim Dövlət olaraq məqsədimiz müstəqilliyimizi qorumaq və qurulacaq yeni dünya düzənində ayaqda qalmağa nail olmaqdır. Bunun üçün ağıllı-təbribli, emosiyasız, soyuqqanlı olmalı, qurduğumuz ittifaqlara arxayın olmaqla yanaşı, həmin ittifaqların bizi avantüralara sürükləməsinə də imkan verməməliyik...
Natiq Cəfərli
Teref.az
 
Ardını oxu...
Daşnaksütyun” Partiyasının daha bir üzvü – təşkilatın Fransa Gənclər Birliyinin mərkəzi şöbəsinin rəhbəri Njde Qaraqavoyan Ermənistanda “arzuolunmaz şəxs” elan olunub.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Partiya Ermənistan hakimiyyətinin bu qərarını tamamilə əsassız adlandırıb.

"Bu üsullar bütün mümkün vasitələrlə partiyanın qlobal gənclər strukturunun işini dayandırmağa və əngəl törətməyə çalışan Ermənistanın hazırkı hakimiyyətinin anti-erməni mövqeyini bir daha təsdiqləyir", - partiyanın yaydığı açıqlamada vurğulanır.

Qaraqavoyan fevralın 6-10-da Qərbi Zəngəzur bölgəsində keçiriləcək tədbirdə iştirak etmək niyyətində idi.

Qeyd edək ki, Ermənistan hakimiyyəti həmçinin “Daşnaksütyun”un digər fəalları - Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Murad Papazyanı, partiyanın Niderlanddakı gənclər birliyinin üzvü Syune Abramyanı da “arzuolunmaz şəxslər” elan edib.
 
Ardını oxu...
Dünən Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən terrorla bağlı yayılan görüntülər insanlarda çaşqınlıq yaradıb.

Lent.az xəbər verir ki, "MOUZE" teleqram kanalı hadisədəki qaranqlı məqamlarla bağlı video paylaşıb. Bu videoda müəmmalı suallara aydınlıq gətirilir.

Videoda bildirilir ki, terrorçu birinci cəhddə səfirliyin binasına daxil ola bilib. Binanın içərisində atəş açan zaman səfirlik əməkdaşı onu tutaraq çölə çıxarıb və qapını bağlayıb. Bundan sonra o kuvaltla qapını açmağa cəhd edib, avtomobilə və qapıya atəş açıb, əlindəki yandırıcı məhlulla yanğın törətmək istəyib.

Daha ətraflı videonu izləyin:
 
 
Ardını oxu...
Vladimir Putin Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının iclasını keçirib.

İclasda Rusiya ərazisinin növbəti dəfə genişləndirilməsi məsələləri müzakirə olunub.

Bu dəfə Şimal Buzlu Okeanındakı şelflə bağlı mövzular gündəmdə olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Məlumata görə, görüşdə digərləri ilə yanaşı müdafiə naziri Sergey Şoyqu və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də iştirak edib.

“Həmkarlar, həm daxili gündəmdə, həm də Rusiyanın Şimal Buzlu okeanındakı kontinental şelfinin sərhədləri ilə bağlı müzakirə edəcəyimiz çoxlu mühüm məsələlər var”, - deyə Putin iclası açaraq bildirib.

Bu məqamda stenoqram bitib ki, bu da iclasın qapalı keçirildiyini göstərir.

“Reuters”in məlumatına görə, söhbət Moskvanın Şimal Buzlu okeanında kontinental şelfinin bir hissəsini ilhaq etmək cəhdlərindən gedir. Bu şelfin zəngin neft və qaz yataqlarına malik olduğu qeyd edilir.

2021-ci ildə Rusiya bu dəniz ərazilərini mənimsəmək üçün BMT-dən icazə almağa cəhd etsə də, Kanada, Norveç və Danimarka oxşar iddialarla bunun qarşısını alıb. Bu fonda Rusiya bölgədə daha çox hərbi təlimlər keçirməyə və oradakı hərbi infrastrukturu genişləndirməyə başlayıb.

Mənbə: UNİAN
 
 
 
Ardını oxu...
Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktını qətiyyətlə pisləyir və qınayıram. Şəhidimizə Allahdan rəhmət, yaralılara şəfa, qardaş xalqımıza başsağlığı diləyirəm.

DİA.AZ bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç 27 sentyabrda Azərbaycanın İrandakı səfirliyinə terror hücumu haqda danışarkən deyib.

Diplomat bütün digər ölkələr kimi, İranın da öz ərazisində yerləşən diplomatik nümayəndəliklərin təhlükəsizliyinə cavabdeh olduğunu vurğulayıb:

“Azərbaycanın səfirliyinə qarşı edilən hücum açıq-aşkar terror aktıdır. Terrorçunun “Kalaşnikov”dan istifadəsi də bunu sübut edir. Bir ölkədə yerləşən xarici səfirliklər həmin ölkəyə əmanətdir. Diplomatik xidmətlə bağlı qəbul edilən Vyana konvensiyalarında da yerləşmə ölkəsinin səfirliklərin qorunmasına məsuliyyət daşıdığı əksini tapıb. Bu bir borcdur, vəzifədir. İran öz vəzifəsini tam yerinə yetirdimi? Törədilən terror aktı tam əksini göstərir.

Digər tərəfdən, səfirlik ərazisi Azərbaycan torpağıdır, səfirlikdəki terror aktı da Azərbaycan dövlətinə qarşı edilən hücumdur. Ona görə baş verən hadisə sadə bir məsələ deyil və terror aktının arxa planının bütün detalları ilə araşdırılıb üzə çıxarılması həyati əhəmiyyət kəsb edir”.

Diplomat bildirib ki, İranın xüsusilə 44 günlük Vətən müharibəsindən sonra dəyişdiyi müşahidə olunur:

“Azərbaycanın qazandığı Şanlı Zəfər və öz torpaqlarını düşmən tapdağından azad etməsi sanki İranı narahat edir. Qələbədən sonra Azərbaycan sərhədində təlimlərin keçirilməsi, Qafanda baş konsulluğun açılması göz önündədir və çox düşündürücüdür. Mən İrana bir daha xatırlatmaq istəyirəm ki, 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi adi bir sənəd deyil. Türkiyə və Azərbaycan bu tarixi addımdan sonra bir dövlət və bir millət olub. İran rəsmiləri atdıqları və atacaqları addımları diqqətlə düşünməlidirlər. Azərbaycana edilən hücum eyni zamanda Türkiyəyə edilmiş sayılır. Tehrandakı Azərbaycan səfirliyini biz həm də Türkiyənin səfirliyi kimi görürük. Ona görə bu qanlı terror aktı həm də Türkiyəyə qarşı törədilib. Biz bunu belə qəbul edirik. İndi bəzi ağıldan kəmlər Türkiyədə Rusiya səfirinin qətlə yetirildiyi terror aktını misal gətirirlər. Birincisi, terrorçunun FETÖ-cü olması istintaqla üzə çıxarıldı; ikincisi isə mərhum səfir səfirliyin binasında yox, tədbir keçirilən başqa binada sui-qəsdə məruz qaldı. Tehrandakı Azərbaycan səfirliyində törədilən terror aktı ilə bu, çox fərqlidir və əgər terrorçunun əlində imkan olsaydı, binanın içərisindəki hər kəsi öldürəcəkdi.

İrandan Azərbaycan səfirliyində törədilən terror aktının kimin, niyə və hansı məqsədlə törətdiyini istintaqla üzə çıxarmasını gözləyirik. Türkiyə keçmişdə də Azərbaycanın yanında idi, bu, bu gün də belədir, gələcəkdə də belə olacaq. Qonşu İranı öz məsuliyyətini daşımağa, ondan qaçmamağa dəvət edirik”.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı bir çox ölkələr Azərbaycana başsağlığı verir.

Onların sırasında Estoniya, Belarus, Qazaxıstan, İordaniya, Finlandiya, Yaponiya, İspaniya səfirliyi, Almaniya və Pakistan da yer alıb.

Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

“Bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm. Hər hansı diplomatik nümayəndəliyə qarşı istənilən zorakılıq hərəkəti tamamilə qəbuledilməzdir. Qətlə yetirilən şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların isə tezliklə sağalmasını diləyirəm", - deyə XİN başçısı vurğulayıb.

Belarus Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qınayıb.

“2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu, diplomatik missiyanın bir üzvünün həlak olması və daha iki əməkdaşının yaralanması ilə nəticələnən silahlı basqını qətiyyətlə pisləyir, azərbaycanlı həmkarlarımıza dərin hüznlə başsağlığı və dəstək verir, zərərçəkənlərə tezliklə şəfa tapmalarını diləyirik.

Diplomatik nümayəndəliklərin və konsulluqların əməkdaşlarına qarşı yönəlmiş bu cür hərəkətlərə heç cür bəraət qazandırmaq olmaz”, - deyə paylaşımda qeyd edilib.

Qazaxıstan Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə qarşı ölümlə və diplomatik missiya üzvlərinin xəsarət alması ilə nəticələnən silahlı hücumunu qətiyyətlə pisləyən bəyanat yayıb.

"Hesab edirik ki, bu cür hücumlar beynəlxalq hüququn əsaslarını, normalarını pozur və ümumi qınaq obyekti olmalıdır. Qardaş Azərbaycan xalqına, habelə vəfat etmiş Azərbaycan vətəndaşı Orxan Əsgərovun qohumlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Xəsarət almış şəxslərə tezliklə sağalmasını arzu edirik. Əminik ki, İran İslam Respublikasının hakimiyyəti hadisəni hərtərəfli araşdırmasını aparacaq, törədənlərin cəzalandırılması üçün müvafiq tədbirlər görəcək", - Qazaxıstan XİN-in bəyanatında deyilir.

İordaniya Krallığının Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib.

“Bu gün Tehranda Azərbaycan səfirliyinin heyətini hədəf almış hücumla əlaqədar Azərbaycan hökumətinə və xalqına başsağlığı veririk.

XİN şiddət və zorakılığın bütün formalarını, xüsusilə də diplomatik missiyaları və onların işçilərini hədəf alan hücumları rədd edir və qınayır. Həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, - deyə İordaniya XİN-in bəyanatında bildirilib.

"İnsan həyatına qarşı bütün zorakılıqlar pislənilməlidir".

Finlandiyanın Cənubi Qafqaz üzrə səfirliyinin Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı paylaşımında belə qeyd olunub.

“Həlak olanın ailəsinə dərin hüznlə başsağlığı veririk və bütün yaralılara tezliklə sağalmalarını diləyirik”, - deyə paylaşımda bildirilib.

Yaponiya səfirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücuma münasibət bildirib:

“Yaponiyanın Azərbaycandakı səfirliyi, Tehrandakı Azərbaycan səfirliyində baş vermiş dəhşətli hadisə nəticəsində həlak olmuş və yaralanmış şəxslərin ailə üzvlərinə və Xarici İşlər Nazirliyindəki həmkarlarına başsağlığını çatdırır, xəsarət alanların tezliklə sağalmasını arzu edir".

“Azərbaycanın Tehrandakı səfirliyinə hücum xəbəri bizi şoka salıb”.

Bunu İspaniyanın Türkiyədəki səfirliyi bildirib.

“Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir. Həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik”, - deyə qeyd edilib.

"Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir!"

Bunu Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkızi Asiya Departamentinin direktoru Mattias Lüttenberq bildirib.

"Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə hücum nəticəsində həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verirəm. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir! Bu cinayətin baş vermə şəraiti mümkün qədər tez bir zamanda araşdırılmalıdır", - deyə o bildirib.

Tehrandakı hücumla bağlı Pakistan hökuməti və xalqı dərin kədər hissi keçirir.

“Həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edirik. Pakistan bu kədərli məqamda qardaş Azərbaycan xalqı ilə həmrəydir”, - deyə Pakistan XİN-dən vurğulanıb.

Bəhreyn Krallığı Azərbaycanın İrandakı səfirliyini hədəf alan silahlı terror aktına münasibətini bildirib.

Bildirilib ki, Bəhreynin Xarici İşlər Nazirliyi dost Azərbaycan hökumətinə, xalqına və şəhid olanın şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyir.

Nazirlik Bəhreynin zorakılıq və terror aktlarını rədd edən mövqeyindən çıxış edərək, Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına və beynəlxalq pakt və normalara uyğun olaraq diplomatik korpusların toxunulmazlığına hörmət etməyə, onların şəxsi heyətinin təhlükəsizliyini təmin etməyə çağırıb.

Çexiya Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyir.

“Diplomatik missiyalara hər hansı hücumlar qəbuledilməzdir. Ölən şəxsin ailəsinə başsağlığı verir, yaralılara şəfa diləyirik”, - deyə bildirilib.

Qeyd edək ki, “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisini öldürüb, 2 əməkdaşı isə yaralayıb.
Ardını oxu...
“Bu gün (dünən-red) Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyirik və İran hökumətinə xatırladırıq ki, o, İrandakı xarici diplomatların təhlükəsizliyini təmin etməyə borcludur”.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays tviter hesabında yazıb.

O, qeyd edib ki, ABŞ terror hücumu zamanı həlak olan Orxan Əsgərovun yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanmış şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Terrorçu Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
 
Ardını oxu...
1829-ci ildə Tehrandakı Rusiya səfirliyinə hücum, səfir Qriboyedovun qətli, missiyanın dağıldılmağının səbəbi, ssenarisi indiki məlum hucumla təxminən eynidir.

TEREF.Az axar.az-a istinadən bildirir ki, bu sözləri tanınmış yazıçı-jurnalist Həmid Herisçi qeyd edib.

O bildirib ki, ssenari, bütün digər şahmat gedişləri, hücumun sxemi tam oxşardır:

"Mənbələr yazır: "Yerli feodal Allahyar xan Qacarın hərəmindən qaçmış iki erməni qadını Rusiya səfirliyinə sığınmışdılar guya. Dedi-qodular əvvəlcə Tehran bazarında səsləndi. Sonra məscidlərdən. Sonra dərvişlərin körüklədiyi qara kütlə cumdu Rusiya səfirliyinə. Qriboyedov qətlə yetirildi, səfirlik binası yanaraq bir ovuc külə çevrildi".

İndi bu eyni ssenarini Azərbaycana qarşı sərgilədilər. Bəhanə yenə də 200 il əvvəlkidi - guya bir qadın gedib gizlənib Azərbaycan səfirliyində. Ərindən qaçıb guya.

İran mətbuatına diqqət edin: Tehranın Cinayət İşləri İdarəsinin prokuroru vəzifəsini icra edən hakim Məhəmməd Şəhriyari: "İlkin istintaqda təqsirləndirilən şəxs iddia edib ki, bu ilin Fərvərdin ayında (2022-ci ilin mart-arprel ayları) həyat yoldaşı Azərbaycanın Tehrandakı səfirliyinə gedib və evə qayıtmayıb. O, səfirliyə qarşı öz motivasiyasını belə izah edib ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə dəfələrlə müraciət etsə də, heç bir cavab almayıb və arvadının səfirlikdə olduğunu düşünüb. Şübhəli şəxs səfirlə görüşməyə cəhd göstərdiyini deyib, o, güman edib ki, səfir Tehranda olsa da, onunla görüşmək istəmir. Sonda həmin şəxs deyib: "Bu səhər əvvəldən hazırladığım "Kalaşnikov" avtomatı ilə səfirliyə getməyə qərar verdim".

Yaxşı kim atıb bu qara əlcəyi bizə qarşı?"

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Dünyapress TV

Xəbər lenti