Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə təcili iclasa başlayıb. Bu barədə erməni KİV-i məlumat yayıb. Görüş zamanı sərhəddəki toqquşma müzakirə edilir. Bildirilir ki, görüş iştirakçıları Paşinyanın bazar günü Azərbaycan prezidenti İlham Əliyevlə Brüsseldə gözlənilən görüşünü də müzakirə edirlər.
Pakistan Ali Məhkəməsi keçmiş baş nazir və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının lideri İmran Xanın həbsi ilə bağlı qərarı qanunsuz elan edib. Bu barədə “Geo” TV məlumat yayıb. Məlumata görə, məhkəmə siyasətçinin dərhal azadlığa buraxılması barədə qərar verib. Xatırladaq ki, Pakistanın keçmiş baş naziri İmran Xan vəzifədə ikən xarici liderlərdən aldığı bahalı hədiyyələrin satışında ittiham olunur. Bundan əlavə, Pakistan polisi Xana qarşı terrorla mübarizə qanununu pozduğuna görə də ittiham irəli sürüb.
Özbəkistanın paytaxtı Daşkəndin mərkəzində yerləşən “Humo Arena”nın binası Heydər Əliyevin 100 illik yubileyi şərəfinə Azərbaycan bayrağının rənglərilə işıqlandırılıb.
İdman kompleksinin üzərində müvafiq yazılar da əks olunub.
Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiya Prezidenti Vladimir Putinin gürcülər üçün viza rejimini ləğv etməsinə dair qərarına etiraz edib.
Jamaz.info xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Zurabişvili qərarı qəbuledilməz adlandırıb.
Qeyd edək ki, Prezident Vladimir Putin Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvinə dair sərəncam imzalayıb. Sərəncama əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur. Bundan sonra Gürcüstan vətəndaşları 90 gün Rusiyaya vizasız səyahət edə biləcəklər.
Ümummilli Lider Heydər Əliyevin şəkli İstanbulun tarixi Qalata qülləsinə proyeksiya olunub. Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun tviter hesabında etdiyi paylaşımda deyilir.
Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-ə kimi uzadılıb.
Bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov quru sərhədlərinin açılması məsələsinə münasibət bildirərkən deyib.
Prezidentin köməkçisi Şahmar Mövsümov qeyd edib ki, quru sərhədlərinin açılacağı ilə bağlı məsələyə bundan sonra baxılacaq. //apa//
Ukrayna Xarici İşlər Nazirliyi Ermənistanın Baş nazirinin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentlərinin mayın 9-da Rusiyanın paytaxtı Moskvada Qızıl meydanda Qələbə Gününə həsr edilən təntənəli hərbi paradda iştirakını amoral və qeyri-dost addım hesab edir.
Bu barədə xarici siyasət idarəsinin bəyanatında bildirilib.
“Tədbir zamanı hərbi cinayətlər törətdiyinə görə beynəlxalq axtarışa verilən Rusiya Prezidenti Vladimir Putin ukraynalıların öldürülməsinə, Ukraynanın şəhər və kəndlərinin dağıdılmasına, ukraynalı uşaqların oğurlanmasına və işğal olunmuş Ukrayna ərazilərinin sakinlərinə qarşı repressiyalara haqq qazandırıb”, – bəyanatda deyilib.
Qeyd olunub ki, sözügedən paraddan öncəki gecə Rusiya Ukrayna torpaqlarında daha çox insan tələfatına və daha çox dağıntıya yol açmaq üçün Ukraynaya 15-i Kiyevə olmaqla 25 qanadlı raket atıb.
Bundan əlavə, XİN Moskvada keçirilən tədbirin iştirakçılarına Rusiyanın Ukraynaya qarşı əsassız təcavüzkar müharibəsində “onuncu ildir ki, iştirak edən” Rusiya hərbi texnikasının nümayiş etdirilməsinə diqqət çəkir.
“Biz bu xarici dövlətlərin rəhbərlərinin Avropada İkinci Dünya müharibəsindən bəri misli görülməyən miqyasda savaşa başlaması ilə öyünən hərbi cinayətkarın yanında ictimai tədbirdə iştirakını Ukraynaya qarşı əxlaqsız və qeyri-dostcasına addım, həmçinin yaşam və azadlığı uğrunda mübarizə aparan Ukrayna xalqına sayğısızlıq kimi dəyərləndiririk”, – XİN bildirib.
Xatırladaq ki, mayın 9-da Moskvada İkinci Dünya müharibəsində nasist Almaniyası üzərində Qələbə Günü münasibətilə keçirilən paradda yalnız keçmiş SSRİ ölkələrinin adıçəkilən liderləri, o cümlədən Belarus Prezidenti Aleksandr Lukaşenko edib. Sonuncu Ukraynanın bəyanatında ümumiyyətlə anılmayıb.
Belarus prezidenti Aleksandr Lukaşenkonun mayın 9-da Moskvada keçirilən Qələbə Paradı zamanı halı pisləşib. O, rəsmi ziyafətə qatılmayıb.
Məlumata görə, dövlət başçısı Moskvaya səfəri ərəfəsində xəstələnib. O, hələ Minskdə ikən nəfəs almaqda və danşmaqda çətinlik çəkib.
Belarus prezidentinin Moskvada gəzərkən axsadığı görünüb. Jurnalistlər mayın 9-da Moskvada keçirilən paradda Lukaşenkonun sağ əlinin sarğı ilə bağlı olduğunu müşahidə ediblər.
Paraddan sonra Lukaşenko naməlum əsgərin məzarına əklil qoymaq üçün 300 metr belə gedə bilməyib. O, təhlükəsilzik əməkdaşları tərəfindən tez bir zamanda elektrik maşınına mindirilib. Bundan sonra belarus lideri üçün həkim briqadası çağırılıb və ona damcı-sistem vurulub. Həmçinin, siyasətçinin Rusiya paytaxtındakı bütün görüşləri ləğv edilib və o, təcili olaraq vətənə qayıdıb.