Ardını oxu...
Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçı ermənilərin “dövlət naziri” Ruben Vardanyan sosal şəbəkə vasitəsilə bu gün saat 15.00-da Xankəndidə “blokadadan çıxmaq” şüarı ilə ümummilli yürüş keçiruləcəyini elan etmişdi.

Redaktor.az erməni mətbuatına istinadən xəbər verir ki, o. bu fikrindən daşınıb, yürüşü “ləğv edib”.

Separatçıların rəhbəri Arutyunyan isə 100 min ermənini mitinqə toplaşacağını deyirdi.

Lakin məlimdur ki, həmin ərazidə məskunlaşan ermənilərin sayı heç 20 min deyil.

Bir müddət əvvəl separatçı ermənilər oktyabrın 30-da 50 minlik mitinq keçirdiklərini iddia edirdilər, lakin heç 10 min adam yığılmayıb, o da Ermənistandan gətirilənlərin hesabına.

Belə görünür Vardanyan biabır olacağından qorxaraq yürüşü “ləğv edib”.
 
Ardını oxu...
Azərbaycanın rus “sülhməramlılar”ın müvəqqəti dislokasiya olunduğu ərazilərdə qızıl yataqlarına nəzarəti ələ keçirtmiş Kremlin “təxribat emissarı” Ruben Vardanyanla silahlı erməni separatçı-terrorçular arasında qarşıdurma dərinləşir... Silahlı erməni terrorçuların rəhbərlərindən olan “generallar”dan birinin əldə olunan xalis gəliri onlarla bölüşməkdən imtina edən Ruben Vardanyanı ölümlə hədələdiyi barədə də ciddi iddialar mövcuddur...

Cənubi Qafqazın “erməni problemi” Laçın dəhlizində həll olunur. Rusiyanın bu regionun inkişaf perspektivlərinə vurduğu “münaqişə düyünü” artıq açılmaq üzrədir. Böyük ehtimalla onilliklər boyu sürən “erməni xəyalları”na da, Rusiyanın son “Vardanyan layihəsi”nə də həlledici zərbə vurulmuş olacaq.

Məsələ ondadır ki, Laçın dəhlizində keçirilən aksiya yeni geopolitik mərhələnin başlanmasına münbit şərait yaratdı. Bundan sonra Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçı-terrorçular və orada müvəqqəti dislikasiya olunan rus “sülhməramlılar” əvvəlki kimi davrana bilməyəcəklər. Çünki rəsmi Bakı hətta “yumşaq güc” tətbiq etməklə belə, bu bölgədə bir çox şeyləri dəyişmək potensialını sübuta yetirdi.

Rusiya “sülhməramlı qüvvələr”inin Laçın dəhlizini bağlaması Kremlin məkrli planlarının köhnəlmiş və artıq real təsiri qalmamış faktorlara söykəndiyini göstərdi. Kreml bundan sonra əvvəlki metod və mexanizmlərlə Azərbaycanın Xankəndi və ətraf bölgəsində Rusiyanın geopolitik maraqlarını təmin etmək şanslarını itirmiş olacaq. Yəni, Kreml Rusiyanın regional maraqlarını düşünürsə, deməli, mütləq Azərbaycanın siyasi dairələri ilə anlaşmaq məcburiyyətindədir.

Əks halda, yaxın vaxtlarda Cənubi Qafqazda Rusiyanın maraqları qalmaz. Kreml rus “sülhməramlılar”ın Azərbaycanın Xankəndi və ətraf bölgəsində dislokasiya müddətini sadəcə, gün hesabı ilə saymaq məcburiyyətində qalar. Və rəsmi Bakının Laçın dəhlizində Azərbaycanın dövlət strukturlarına aid nəzarət-buraxılış məntəqələrini yarada biləcəyi artıq qətiyyən şübhə doğurmur.

Maraqlıdır ki, bölgədə vəziyyətin ciddi şəkildə dəyişdiyini, rəsmi Bakının siyasi iradəsinin qarşısıalınmaz olduğunu erməni separatçı-terrorçular da anlamağa başlayıblar. Üstəlik, rəsmi Bakının siyasi iradəsi təzyiqləri artırdıqca, Xankəndidə gizlənmiş erməni separatçı-terrorçuların vəziyyəti daha da ağırlaşır. Və bunun məhz belə olduğu erməni separatçı-terrorçuların atdığı son addımlardan da açıq-aşkar nəzərə çarpır.

Məsələ ondadır ki, Xankəndidə “erməni separatçı rejim” ciddi şəkildə qorxuya düşüb. Rus “sülhməramlılar”ın müvəqqəti dislokasiya olunduğu bölgədə “fövqəladə vəziyyət”in elan edilməsi də məhz həmin qorxunun nəticəsi hesab oluna bilər. Çünki erməni separatçılar əhalinin bölgədə sərbəst hərəkətinə, etiraz aksiyaları keçirtməsinə qadağa qoyublar. Və “separatçı rejim”in müdafiə qabiliyyətinin olmağını qabardan informasiya qurumlarının fəaliyyətini dayandırıblar.

Belə anlaşılır ki, Araik-Vardanyan cütlüyü yaranmış vəziyyətə görə Azərbaycanın erməni vətəndaşlarının onlara qarşı ittihamlar irəli sürəcəyindən, etiraz aksiyaları keçirəcəklərindən narahatdırlar. Rus “sülhməramlılar”ın Laçın dəhlizini qapatmasından sonra Xankəndi və ətraf bölgəyə təbii qazın nəqlini dayandıraraq, bundan Azərbaycana qarşı beynəlxalq propoqanda məqsədilə istifadə etməyə çalışan “separatçı rejim” artıq geri çəkilmək məcburiyyətində qalıb. Yəni, rəsmi Bakını günahlandırmağa çalışsalar da, təbii qazın nəqlini bərpa ediblər və yalan məlumatlar yaydıqlarını dolayısı ilə etiraf etmiş olublar.

Ümumiyyətlə, “separatçı rejim”in təmsilçiləri son günlər bir qayda olaraq, yalnız yalan danışmaq məcburiyyətində qalıblar. Kremlin bölgəyə “təxribat ezamiyyəti”nə göndərdiyi erməni fırıldaqçı Ruben Vardanyan özlərinin bağlayıb, sonra da açdıqları təbii qaz nəqlini belə, şəxsi propoqndası üçün istifadə etməyə çalışır. Belə ki, bu “professional fırıldaqçı” təbii qazın nəqlini öz xidməti kimi təqdim edib və rəsmi Bakının heç bir şərt irəli sürmədiyini iddia edib.

Halbuki, Azərbaycanın bu məsələyə heç bir aidiyyatı yoxdur. Üstəlik, rəsmi Bakı Kremlin “təxribat ezamiyyəti”nə göndərdiyi erməni fırıldaqçı ilə ümumiyyətlə, hər hansı mövzuda danışıqlar aparmaq niyyətində deyil. Və bu baxımdan, R.Vardanyanın yalanlarına Azərbaycanın Xankəndi və ətraf bölgəsində yaşayan ermənilərin uzun müddət inanacağı qətiyyən real görünmür.

Digər tərəfdən, R.Vardanyan onu da iddia edib ki, guya rəsmi Bakı Laçın dəhlizini heç bir şərt qoymadan yaxın saatlarda açmağı vəd edib. Bunun erməni fırıldaqçının növbəti yalanı olduğu isə qətiyyən şübhə doğurmur. Çünki Laçın dəhlizi Azərbaycan tərəfindən bağlanmayıb. Bu marşrut məhz R.Vardanyanı idarə edən Rusiyanın “sülhməramlı” qüvvələri tərəfindən qapadılıb. Azərbaycan fəallarının etiraz aksiyasının müddəti isə uzadılıb.

Əslində, bu erməni fırıldaqçının yalanlarına qarşı etirazların başlandığı da müşahidə olunmağa başlayıb. Belə ki, bəzi erməni teleqram kanallarında R.Vardanyanı təkzib edən və ona qarşı ittihamlar olan məlumatlar atmaqda olduğu müşahidə edilir. Ermənilər R.Vardanyanı bu qarışıqlıqdan yalnız öz məqsədləri və təbliğatı üçün istifadə etməkdə suçlayırlar.

Maraqlıdır ki, bəzi erməni mətbuat qurumları Azərbaycanın Xankəndi və ətraf bölgəsində olar “separatçı rejim”in təmsilçiləri və R.Vardanyan arasında müəyyən problemlərin olduğunu bildirirlər. Əslində, R.Vardanyanın “separatçı rejim”in bəzi təmsilçilərini Azərbaycanın siyasi dairələri ilə gizli təmaslar qurmağa cəhd göstərməkdə suçlaması da həmin məlumatları təsdiqləyir. Halbuki, iddialara görə, R.Vardanyanın suçladığı “separatçı rejim”in təmsilçiləri ilə bu erməni fırıldaqçı arasında “qızıl savaşı” da başlayıb.

Hesab olunur ki, R.Vardanyan Xankəndi və ətraf bölkədəki qızıl yataqlarının qanunsuz istismarına nəzarəti tam şəkildə ələ keçirib. O, əldə olunan gəlirin “separatçı rejim”in digər təmsilçiləri ilə bölüşdürülməsindən imtina edir. R.Vardanyan qazancın rus “sülhməramlılar”ın komandanı, general-mayor Andrey Volkovla bölüşdürülməsini tamamilə yetərli hesab edir. Ona görə də, silahlı erməni terrorçuların rəhbərlərindən olan “generallar”dan birinin R.Vardanyanı ölümlə hədələdiyi barədə də iddialar mövcuddur.

Belə anlaşılır ki, R.Vardanyanın davranışları rus “sülhməramlılar”ın müvəqqəti dislokasiya olunduğu bölgədə gərginliyi ciddi şəkildə artırıb. İndi bölgədə “sərvət savaşı”na başlamış erməni separatçılar arasında kəskin qarşıdurmaların ola biləcəyi də qətiyyən istisna deyil. Buna paralel olaraq, Xankəndi və ətraf bölgədə erməni sakinlərin Araik-Vardsanyan cütlüyündən narazılığının artmaqda olduğu da inkaredilməz reallıqdır.

Elçin XALİDBƏYLİ,

Siyasi ekspert,

“Yeni Müsavat” Media Qrupu
 
Ardını oxu...
Şuşa-Xankəndi yolunda növbəti dəfə Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələri maneəsiz şəkildə yolla hərəkətinə davam edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Belə ki, aksiya iştirakçıları növbəti dəfə də bu mövqeni nümayiş etdirərək sülhməramlılara məxsus təminat avtomobilinin sərbəst şəkildə hərəkət etməsinə şərait yaradıblar.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq dörd gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
 
Ardını oxu...
Dekabrın 15-i saat 20:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Zəngəzur rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bundan başqa, dekabrın 15-i saat 20:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Teref.az
Ardını oxu...
Azərbaycanlı fəalların Şuşa şəhəri yaxınlığında Laçın dəhlizində etiraz aksiyası davam edir. Azərbaycan mətbuatının hadisə yerindən verdiyi məlumata görə, yola kran qoyulub, onun ən hündür yerində Azərbaycan bayrağı asılıb.

Aksiya başlayandan sonra sülhməramlılar Ermənistan tərəfdən Laçın dəhlizinə girişi bağlayıblar.

Etirazçıların tələblərinə baxmayaraq, Rusiya sülhməramlılarının komandiri bir dəfə də olsun hadisə yerinə gəlməyib.

Sülhməramlılarla azərbaycanlı fəallar arasında ciddi insidentlər qeydə alınmasa da, şifahi söz atışmaları baş verib.

Müəyyən məqamda işə qarışan Azərbaycan xüsusi təyinatlıları sülhməramlılarla etirazçılar arasında dayanaraq, Rusiya hərbçilərini geri sıxışdırıblar və onların etirazçıları geri oturtmasına imkan verməyiblər.

“Turan” agentliyi xəbər verir ki, qeyri-rəsmi məlumatlara görə, Bakı, sülhməramlılar komandanlığı, Moskva və İrəvan arasında intensiv danışıqlar davam edir. Görünür, hələ heç kim geri çəkilmək fikrində deyil.

Azərbaycanlı fəallar növbə çəkdikləri yerdə çadır qurublar, orada isti yemək və çay da təşkil olunub.

Maraqlıdır, Azərbaycan tərəfi bu addımla konkret nəyə nail olmağa çalışır? Hamımız başa düşürük ki, jurnalistlərin müşayiət etdiyi və Azərbaycan xüsusi təyinatlılarının aşkar nəzarəti altında olan ekoloji təşkilatların nümayəndələri bu etiraz aksiyasını tam müstəqil şəkildə təşkil edilə bilməzdilər. Açıq görünür ki, bu, Azərbaycan rəhbərliyinin sanksiya verdiyi addımdır. Burada son məqsəd nədir?

Məsələn, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Laçın yolunda baş verənləri belə şərh edib:

“Təəssüf ki, Rusiya sülhməramlıları azərbaycanlı ekspertlərin Qarabağ bölgəsində monitorinq keçirməsinə şərait yaratmayıb. Azərbaycanın ekoloji qeyri-hökumət təşkilatı və bir çox fəallar da burada piket keçirir. Onlar Rusiya sülhməramlılarından narazılıqlarını bildirirlər. Əsas məqsəd yataqlarımızın qanunsuz istismarını dayandırmaqdır”.

Yataqlarla hər şey aydındır, qəzəb də ədalətlidir, amma hər şey bu mövzu ilə bitmir, elə deyilmi?

Politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu baş verənlərlə bağlı fikirlərini Press Klubla bölüşüb:

– Hazırda Qarabağ bölgəsinin dağlıq hissəsində baş verən proses ən azı son bir ildə yaşananların nəticəsidir. 44 günlük müharibəyə son qoyan Üçtərəfli Bəyanatın imzalanmasından sonra çoxlarına aydın oldu ki, Rusiya sülhməramlı kontingenti adlanan qurum öz funksiya və öhdəliklərini yerinə yetirməyəcək. Bu, sadəcə olaraq, Azərbaycan ərazisində yerləşən Rusiya hərbi birləşməsidir.

Sülhməramlıların üzərilərinə götürdükləri öhdəliyə görə, onlar Qarabağda erməniləri tərksilah etməli idilər, lakin bunu etmədilər. Üstəlik, erməniləri silahlandırır, təlim keçir, hazırlayırlar. Kimə qarşı hazırladıqları da aydındır. Yəni, sülhməramlılar Azərbaycanın bir hissəsində özlərini buranın sahibi kimi aparırlar. İndi Bakı üçün minimum proqram onları öz səlahiyyət dairələrinə qayıtmağa məcbur etmək, maksimum proqram isə ya onların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılmasına, ya da burada qalma mandatının növbəti müddətə uzadılmamasına nail olmaqdır. Və aydındır ki, Azərbaycan tərəfi dilemma qarşısındadır – nə etməli? Bir müddət əvvəl Azərbaycanda əks-terror əməliyyatı ilə bağlı çağırışlar edilmişdi. Mən də mətbuatda bunun çox arzuolunmaz olduğunu bildirmişdim. Çünki Rusiya bölgəyə əlavə hərbi birləşmələr yerləşdirmək üçün sadəcə olaraq hansısa silahlı təxribat gözləyir. Rusiyanın regionumuzla bağlı ciddi geosiyasi planları var. Yəni, onlara qarşı yalnız yumşaq gücdən istifadə etmək olar. Bunlar mətbuat, QHT, mədəniyyət qurumlarıdır. Bizdə isə bu qurumların əksəriyyəti, sadəcə olaraq, məhv edilib. Amma bəzi QHT-lər tapıb, ekoloji kampaniyaya başladılar. Yəni, Azərbaycan indi öz imkanları daxilində həmin yumşaq güc təzyiqi siyasətini həyata keçirir.

Düşünürəm ki, bu gün bütün mümkün vasitələrdən bu addım az-çox normaldır. Amma hərbi təxribata yol verilməməsi şərti ilə. Və bu, təkcə bizdən asılı deyil. Ruslar bunu erməni separatçıları vasitəsilə edə bilər, onların kifayət qədər imkanları var. Bunu hətta Azərbaycandakı bəzi adamlarının, yəni bizim tərəfimizdən də edə bilərlər.

Amma davam edən aksiya ilə bağlı hər şeyi qiymətləndirmək mənim üçün hələ də çətindir – bu işin nə dərəcədə sistemli olduğunu bilmirəm. Hansı vaxta kimi planlaşdırılıb? Yoxsa bu, kortəbii, boş yaylım atəşidir? Bunu demək çətindir. Amma bunun təzyiq olması şəksizdir. Və bəzi riskləri olsa da, prinsipcə, lazımdır. Amma tədbirlər hərtərəfli olmalıdır. İndi də belə cəhdlər var. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi adından Rusiyaya nota verildi. Müəyyən informasiya işi var, amma təəssüf ki, Azərbaycandan kənara çıxmır. Biz burada çox zəif iş görürük. Çünki məsələn, nə baş verdiyini Qərbdə heç kim bilmir. Və mən şübhə etmirəm ki, çox yaxında erməni tərəfi bu sahədə bizdən ən azı iki addım öndə olacaq. Yəni, bütün bu işlər kompleks şəkildə aparılmalı, məlumatlar bütün beynəlxalq təşkilatların diqqətinə çatdırılmalıdır. O cümlədən heç bir mandatı olmadığını xatırladaraq, sülhməramlıların davranışından narazı olduğumuz çatdırılmalıdır. Hər şeyin daha geniş miqyasda, beynəlxalq səviyyədə hazırlanması lazımdır. Azərbaycan rəhbərliyinin belə bir istəyi varmı, bilmirəm. Rusiya ilə beynəlxalq səviyyədə üz-üzə gəlmək istəyi varmı? Buna inanmaq çətindir. Amma bu, vacibdir.

Ona görə də, indiki fəaliyyətin istənilən effekti verəcəyini birmənalı şəkildə deyə bilmərəm. Üstəlik, Putin artıq Bakıya zəng edib və ola bilsin ki, hansısa razılaşma əldə olunub. Ancaq istənilən belə razılaşma müvəqqəti, dekorativ olacaq, əhəmiyyətli olmayacaq – çünki tərəflərin maraqları tamamilə bir-birinə ziddir. Təəssüf ki, bu gün Moskva ilə münasibətlərimiz belədir. Rusiya bizim ərazimizdən keçərək Yaxın Şərqə daxil olmaq və Şərq-Qərb dəhlizinin həyata keçirilməsinin qarşısını almaq istəyir. Bu, onun strateji məqsədidir. Və bununla bağlı Kremllə razılaşsaq, o zaman Qərb ölkələri, Rusiyanın əleyhdarları bizi hədəfə alacaqlar. Bu, tamamilə aydındır.

Bu gün baş verənlərdə partnyorlarımızın rolunun nədən ibarət olması da mənə aydın deyil. Məsələn, Türkiyə. Hər hansı bir fəsad yaranarsa, bizə dəstək olacaqmı? Təkcə diplomatik deyil, hərbi toqquşma mənasında da. Bütün bunlar anlaşılmazdır. Bundan sonra baş verənləri izləməliyik.

Rauf Orucov
 
Ardını oxu...
Xankəndi-Gorus yolunda baş verənlər fonunda Qarabağdakı separatçılar erməni əhalisinin hərəkətini məhdudlaşdırır. Baş separatçı Araik “hərbi vəziyyətdə bir sıra tədbirlər” adlı “qərar” qəbul edib:
- Qarabağda hərəkət hüquqi məhdudlaşdırılır, bununla bağlı xüsusi rejim tətbiq edilir;
- toplaşmaq azadlığı məhdudlaşdırılır: erməni əhali hansısa məsələyə görə rejimdən xəbərsiz mitinq, yürüş keçirə bilməyəcək;
- “arsax”-a qarşı (yəni separatçı rejimə) qarşı təbliğat dərhal cəzalandırılacaq;
- xüsusi obyektlərin qorunması gücləndirilir və s;
Bu “qərar”ın erməni əhalinin “təhlükəsizliyi” üçün qəbul edildiyi deyilsə də, əslində qondarma rejim daxildə hadisələrin mümkün inkişafının önünü kəsməyi planlaşdırır. Çünki Laçın dəhlizində baş verənlər separatçılarla erməni əhalisi arasında çatları dərinləşdirə bilər.
Birincisi, keçid məhdudiyyəti davam etdiyi müddətdə ərzaq, eləcə də digər təminat problemləri böyüyəcək: humanitar yüklərin daşınmasına şərait yaradılır, lakin qarşıdakı dövrdə erməni əhalisi arasında separatçı rejimin arzulamadığı əhval-ruhiyə yüksələ və sosial problemlərə görə etirazlar başlaya bilər;
İkincisi, mövcud vəziyyətin uzunmüddətli davam etməsi erməni əhalisinin Azərbaycana müraciət etməsini artıra bilər: artıq ilk müraciətlər gəlir, belə müraciətlərin artması separatçı rejimin bölgədəki nəzarət imkanlarını zəiflədəcək;
Qoyulan məhdudiyyətlər rejimin özünüqoruma məqsədinə xidmət edir. Buna qarşı bir neçə istiqamətdə hərəkət etmək olar:
- erməni əhalisinin separatçı rejimə qarşı çıxmasına zəmin yarada biləcək vəziyyəti formalaşdırmaq;
- müxtəlif yollardan əhali ilə birbaşa təmasları gücləndirmək, onların üzləşdiyi problemlərin həllinə bu və ya digər formada dəstək vermək;
- və ermənilərə çıxış yolunun Azərbaycan hakimiyyətini qəbul etmək olduğunu nümayiş etdirmək;
Bu baxımdan, Xankəndi yolunda qurulan çadırlarda təkcə ekologiya ilə bağlı məsələlər yox, həm də Qarabağ iqtisadi rayonunun gələcəyi həll edilir.
Asif Nərimanlı
Teref.az
 
 
 
Ardını oxu...
44 günlük müharibə çoxdan bitsə də Azərbaycanla Ermənistan arasında informasiya müharibəsi davam edir. Hazırda bədnam qonşumuz Şuşa yaxınlığında keçirilən etiraz aksiyalarına görə rəsmi Bakını ittiham etmək üçün beynəlxalq səviyyədə ciddi iş aparır...
Teref.az yazır ki, bunu jurnalist Elbəyi Həsənli deyir.Fikrini şərh edən jurnalist daha sonra deyir:
Belə bir fonda Kəlbəcərdə 8 nəfərin minaya düşməsi bizə informasiya müharibəsində təşəbbüsü ələ almağa imkan verir. Bu məqamdan ağıllı şəkildə istifadə etməyi bacarmalıyıq.
Sirr deyil ki, Azərbaycan ərazisində partlayan minaların çoxu 2021-ci ildə Ermənistanda istehsal olunub. Bu məsələni yenidən gündəmə gətirmək lazımdır. Özü də təkidlə, konkret faktlara istinadən...
Teref.az
 
 

Ardını oxu...
Vardanyan xəstələri Qarabağdan buraxmaqdan imtina edib.

APA xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Onik Qriqoryan “Twitter hesabında yazıb.

“Bu arada, Azadlıq Radiosuna müsahibəsində de-fakto dövlət naziri Ruben Vardanyan deyir ki, Qarabağda ərzaq, yanacaq və dərman təminatında heç bir problem yoxdur”, - deyə erməni siyasi şərhçi Onik Qriqoryan yazıb.

Vardanyan, həmçinin deyir ki, aksiyaçıların təcili yardım və digər nəqliyyat vasitələrini buraxdığı barədə eşidib, ancaq Qarabağ bunu etməyəcək.
Ardını oxu...
Ermənistan Xarici İşlər Nazirliyinin 13 dekabr 2022-ci il tarixli, Şuşa-Laçın yolunda son vəziyyətlə əlaqədar Azərbaycan tərəfini ittiham edən, əldə olunmuş razılıqlar çərçivəsində öhdəlikləri təhrif edən əsassız bəyanatını qətiyyətlə rədd edirik.

Ermənistan XİN-in Azərbaycan tərəfini Laçın yolunu bağlamaqda və üçtərəfli bəyanatı pozmaqda ittiham etməsi riyakarlıqdan başqa bir şey deyildir.

Bu barədə XİN-dən bildirilib.

İlk öncə xatırladırıq ki, Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də 4-cü bəndə zidd olaraq erməni silahlı qüvvələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı, 6-cı bəndə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunduğu, 9-cu bəndə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədildiyi dəfələrlə tərəfimizdən bəyan edilib.

Laçın yolunun bağlanması və guya ərazidə yaşayan erməni sakinlərin humanitar böhran təhdidi ilə üzləşdikləri barədə iddialara gəldikdə qeyd edək ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır və Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının nəticəsidir.
Ətraflı

Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən bir neçə gün əvvəl məlumat verildiyi kimi, cari ilin 3 dekabr tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət heyət sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıb. Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, ətraf mühitə potensial risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması tələb olunub.

Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu ərazilərə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib. Bütün bunlar, Azərbaycan xalqının etirazına səbəb olub.

Bununla yanaşı, Azərbaycanı “beynəlxalq hüququ pozmaqda”, “etnik təmizləmədə”, “soyqırım siyasətində” ittiham edən Ermənistan XİN-ə xatırladırıq ki, beynəlxalq hüququn bütün norma və prinsiplərini pozan, 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir gecə ərzində Xocalıda, eləcə də Azərbaycanın digər şəhərlərində yüzlərlə mülki əhaliyə qarşı kütləvi qırğın törədən, 1 milyona yaxın azərbaycanlını Ermənistan və işğal etdiyi Azərbaycan ərazilərindən qovan, işğal siyasətinə son verildikdən sonra hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmayan, hərbi və mina təhdidlərini davam etdirən məhz Ermənistandır.

Qeyd olunmalıdır ki, məhz Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunmuş minaların ərazilərimizə daşınması, ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının davam etməsi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdəndir. Məhz Ermənistanın davam edən təxribatları nəticəsində 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir.

“Ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq mexanizmin yaradılması” barədə əsassız çağırışlara gəldikdə, qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək.

Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir. Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil. Azərbaycan öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir.

Ermənistan tərəfi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı bəyanat və addımlara son qoymalıdır.
 

Dünyapress TV

Xəbər lenti