Ardını oxu...
Rusiya vətəndaşlığından nümayişkaranə surətdə məhrum edilmiş erməni milyonçu Ruben Vardanyan bir sıra yeni açıqlamalar verib ki, bunları şərh etməmək sadəcə olaraq mümkün deyil. Onlar çox gülüncdür. Ruben Karlenoviçin dəhşətli illüziyaların əsirliyində olduğu ağrılı şəkildə aydındır. Özü də reallıqdan təcrid olunmuş halda yaşasa, yaxşı olardı. Amma, yox, o, hamını bu işə batırır.

“Bütün normal dövlətlərin və cəmiyyətlərin liderləri Laçın dəhlizində yolu açmalıdırlar”, - deyə o, “Artsax: blokada ayı” adlı Xankəndi-İrəvan telekörpüsü zamanı bildirib. Tədbirin adı, eləcə də formatı Vardanyan və onun kuratorlarının mövcud reallıqlardan çıxış etmək istəmədiklərindən xəbər verir.

O, hansı qondarma “Artsax”dan danışır ki, Ermənistan Praqada keçirilən dördtərəfli görüşdən sonra Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Xankəndinin bir hissəsi olduğu, Vardanyanın qanunsuz məskunlaşdığı Qarabağ iqtisadi rayonunu tanıyıb?! Xankəndi-İrəvan telekörpüsü isə ağrılı şəkildə qrossmeyster Benderin vəd etdiyi, lakin heç vaxt Yeni Vasyukidə baş tutmayan planetlərarası şahmat konqresinə bənzəyir.

Vardanyanın səsləndirdiyi təklif daha gülməli idi. Göründüyü kimi, o, dövlətləri "normal" və "anormal" olaraq ayıraraq tramvay kobudluğuna yol verir. O, bu seçim üçün kriteriyaların adını çəkməyib. Ancaq xatırlatmaq istəyirəm ki, Paşinyanın fikrincə, Ermənistan öz təhlükəsizliyini təkbaşına təmin edə bilməz və Rusiya İrəvanın təhlükəsizliyinin təminatçısıdır.

Bu, Ermənistanın sadəcə olaraq müstəqil xarici siyasət yürüdə bilməyəcəyi barədə bəyanat idi. Çünki Ermənistan Respublikasının təhlükəsizliyinin qarantı olan Rusiya rəsmi İrəvanı, Moskvaya sərf etməyən bir şey haqqında fikirləşsələr, həmişə onları ayıltmaq üçün mexanizmlərə sahibdir.

Eyni zamanda, sual belə yaranır: bəs Ermənistan necə, “normal” dövlətdirmi? Cavab bəllidir.

Yeri gəlmişkən, "normallıq" və "anormallıq" haqqında. Vardanyanın nə qədər asan və sadə şəkildə inkar etdiyinə diqqət yetirmək məntiqlidir. "Blokada 100% deyil" dedi. “Bizim də öz həyat yolumuz var ki, bu da bəzi dərman və ərzaq gətirməyə imkan verir”, - deyə bildirdi.

Hansı yoldur və haradan keçdiyini dəqiqləşdirməyib. Amma deyilənlər belə Xankəndidən səslənən yalanların nə qədər gülünc olduğunu başa düşməyə kifayət edirdi.

Üstəlik, onun tərəfindən deyilənlər insanda güclü təəssürat yaradır ki, böyük siyasətlə məşğul olmağa qərar verən bu personaj sadəcə olaraq öz yalanlarının selində boğulur. Eyni zamanda, bu, ən böyük siyasətin əsaslarını tam səhv başa düşməyi nümayiş etdirir. Belə olmasaydı, Laçın dəhlizinin açılması məsələsi ilə bağlı nə bilim, kimə müraciət edib, boş-boş danışmağa başlamazdı.

Rusiya sülhməramlılarının himayəsində olan onun özü də bilməyə bilməz ki, bu yolu bağlayan onlardır. Və onlar hələ də əngəl törədir, azərbaycanlı ekoloqların Qarabağ separatçıları tərəfindən talan edilmiş Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına daxil olmasına mane olurlar. Vardanyan isə artıq rusların bizim torpaqlarda uzun müddət qalmaq arzusunda olduğunu gizlətmir.

“Sülhməramlılar burada qalmalı və onilliklər boyu qalaraq regionda təhlükəsizliyi təmin etməlidirlər”, - deyən Vardanyanın səfehliyini anlamaq üçün 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı oxumaq kifayətdir. "Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti, əgər tərəflərdən heç biri bu müddəanın tətbiqini dayandırmaq niyyətinin bitməsinə 6 ay qalmış bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik dövrlərə uzadılmaqla 5 ildir", - deyə bəyanatda vurğulanır.

Azərbaycan dəfələrlə bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirilmə zonasında qalma müddətini uzatmaq niyyətində deyil. Bu, üçtərəfli bəyanatın bu bəndini həyata keçirmək üçün kifayətdir. Sadəcə olaraq, 2025-ci ilin aprelində Azərbaycan bu barədə Rusiya və Ermənistana rəsmi məlumat verəcək. Bundan sonra, 2025-ci ilin noyabrında bizim torpaqlarımızda Rusiya sülhməramlıları olmayacaq.

Və bununla bağlı yalnız bir sual yaranır: Vardanyan 2025-ci ilin noyabrına qədər Xankəndini tərk edəcək, yoxsa daha da təxribatlar təşkil etməyə çalışacaq? Şəxsən mən hesab edirəm ki, bu layihə daha əvvəl sabun köpüyü kimi partlayacaq.
 //AYNA//
Ardını oxu...
Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz dörd gündür davam edir.

2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Azərbaycanlı aktivistlər gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər. Onlar gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Hazırda havanın qarlı və şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər
 
Ardını oxu...
2004-cü ildə hind əsilli amerikalı rejissor Nayta Şyamalana tərəfindən çəkilən və tərk edilmiş kiçik Kavinqton kəndindən bəhs edən “Sirli meşə” filmi nümayiş olundu.

Bu barədə Baku TV-nin növbəti süjetində qeyd olunur.

“Hadisə 19-cu əsrdə cərəyan edir. Sehrli meşədə yaşayan kənd sakinləri əcinnələrin əhatəsində olduqlarını və meşə sakinləri ilə hər hansı əlaqənin onlara qaçılmaz ölüm vəd etdiyinə səmimi inanırlar. Lakin bir gün ağsaqqallardan biri meşədə qorxulu canlıların olmadığını və bütün bunların gənclərin kəndi tərk etməməsi üçün uydrulmuş mif olduğunu etiraf edir.

Təxminən eyni ssenari üzrə, amma kinoda yox, real həyatda hadisələr Qarabağ iqtisadi rayonunda cərəyan edir. Daha doğrusu, müvəqqəti olaraq Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan hissədə.

Xankəndidə yaşayan dinc sakinlər ciddi şəkildə inanırlar ki, müasir dünyəvi Azərbaycanda onları edam da olmasa, azından məcburi şəkildə İslamı qəbul etmək məcburiyyəti gözləyir.

Bu barədə jurnalistlərimizlə telefon danışığı zamanı Qarabağda yaşayan ermənilər deyib. Onilliklər ərzində onlara təlqin edilib ki, öldürüləcəklər, Azərbaycanda dəhşətli həyat şəraiti mövcuddur və sair”, - məlumatda deyilir.

Bu barədə daha ətraflı Baku TV-nin süjetində:

 

Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyevin son müsahibəsindəki mesajlar göz qabağındadır. Görünür, onun çıxışı Nikol Paşinyan rejiminə son xəbərdarlıq olacaq. Bu, təhdid deyil, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ildə Üçtərəfli Bəyanat imzalamasından sonra keçən müddət ərzində yekun nəticədir. Əliyev diqqətə çatdırdı ki, Ermənistan bu müddət ərzində üzərinə götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetirmədi və sülh müqaviləsinin imzalanması prossesi bir addım belə irəli getmədi.

Bu fikirləri Cənubi Qafqaz ölkələrinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov səsləndirib.

“Əsas nəticə ondan ibarətdir ki, regionda yalnız Azərbaycan və Rusiya sülh istəyir. Xüsusilə Rusiyanın xüsusi hərbi əməliyyat keçirdiyi bir vaxtda Kremlə yeni bir münaqişə lazım deyil. Artıq əminliklə demək olar ki, 2023-cü il Azərbaycan Qarabağın qalan hissəsini, Xankəndi də daxil olmaqla, öz nəzarətinə qaytaracağı il ola bilər. Ermənistan ardıcıl olaraq Azərbaycan və Rusiya ilə bağlı təxribatlar törədir. İrəvan bizim sülhməramlılarımızdan razı deyil. Bu baxımdan Fransanın Qarabağa missiyasının yeridilməsi ilə bağlı çağırışları da təsadüfi deyil”, - deyə o qeyd edib.
 //Axar.az//
Ardını oxu...
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına zidd olaraq, Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində təbii sərvətlərin qanunsuz istismarını pisləyir.

"Report" xəbər verir ki, bu barədə İƏT Baş Katibliyi bəyanat yayıb.

Bəyanata görə, ekoloji standartlara lazımi diqqət yetirilmədən faydalı qazıntı yataqlarının işlənilməsi beynəlxalq hüququn və Azərbaycan Respublikasının milli qanunvericiliyinin pozulması olmaqla yanaşı, həm də ciddi və haqlı narahatlıq doğurur.

"Baş Katiblik bütün məsələləri dialoq yolu ilə həll etməyə çağırır və Azərbaycanın bununla bağlı səylərini yüksək qiymətləndirir”, - bəyanatda deyilir.

Baş Katiblik İƏT Xarici İşlər Nazirləri Şurasının 22-23 mart 2022-ci il tarixlərində İslamabadda (Pakistan) keçirilmiş 48-ci sessiyasında qəbul etdiyi qətnaməyə istinad edərək, qarşılıqlı tanınma və suverenliyə, ərazi bütövlüyünə və bir-birinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına çağırır.
 
 
 
Ardını oxu...
Ermənilərin ötən il Laçın yolu ilə qeyri-qanuni gətirilən materiallardan istifadə edərək Qarabağda tikdiyi üç hərbi obyektin görüntüsü sosial şəbəkələrdə yayılıb.

Bu, adıçəkilən yolun müstəsna olaraq humanitar məqsədlərlə istifadəsini nəzərdə tutan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq ermənilərin Laçın yolundan hərbi məqsədlərlə istifadə etdiklərinin daha bir əyani sübutudur.

Azərbaycan tərəfinin Qarabağ ermənilərinin sərbəst hərəkəti üçün maneənin olmadığına dair bəyanatına və Azərbaycanın zərurət olduqda onlara köməklik göstərmək niyyətinə baxmayaraq, özlərini Qarabağ ermənilərinin liderləri olaraq təqdim edən şəxslər yerli əhalinin Laçın yolundan istifadəsinə əngəl törədir.
Ardını oxu...
Əliyev bildirdi ki, tələblər yerinə yetirlməyənə qədər Laçın yoldakı aksiya davam edəcək. Və bununla aksiyanın dayandırılması məqsədilə Bakıya bu və ya digər formada edilən təzyiq cəhdlərinin nəticə verməyəcəyini, həm də prosesin uzunmüddətli ola biləcəyini də elan etdi.
Qarabağdakı erməni əhali ilə bağlı da rəsmi mövqeyi yenilədi:
Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq, kim vətəndaşlığı qəbul etmək istəmirsə, yol açıqdır, ya özləri getsin, ya sülhməramlıların yük maşınında, ya da avtobuslarla.
Asif Nərimanlı
Teref.az
 
Ardını oxu...
Qarabağdakı qızıl və mis yataqlarında monitorinq tələbi ilə bir aydır davam edən aksiyamızın şübhəsiz müsbət nəticələri var. Ermənistan hakimiyyətinə, erməni separatçılarına, Rusiyaya və Qərbə göstərdik ki, Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürmək hüququmuz var. Ancaq hadisələrin gedişatı göstərir ki, bu kifayət etməyəcək, Laçın yolundakı hədəflərimizi böyütmək məcburiyyətindəyik.
Rusiya hərbi kontingentinə məxsus yük maşınları Şuşa-Xankəndi yolundan sərbəst şəkildə keçərək, Qarabağdan Ermənistana, Ermənistandan Qarabağa maneəsiz hərəkət edirlər, təkcə bir gün ərzində 25 nəqliyyat vasitəsi yoldan maneəsiz şəkildə keçid edib. Azərbaycanın siyasi və ekspert dairələrində bir sualın aktuallığı artıb:
Rusiya hərbi kontingentinin nəqliyyat vasitələrində erməni separatçılarına silah, sursat və mina daşına bilərmi? Bu suala birmənalı şəkildə “xeyr, belə yüklər daşına bilməz” cavabını vermək mümkün deyil. Çünki həmin nəqliyyat vasitələrində nələrin daşındığı barədə dəqiq məlumat yoxdur. Rusiya hərbi kontingentinin komandanlığı yalandan deyə bilər ki, nəqliyyat vasitələrində yalnız onlar üçün lazımı vasitələr daşınır. Ancaq o nə yükdür ki, bir gün ərzində Ermənistandan Qarabağa 25 nəqliyyat vasitəsi keçib?
Həmin nəqliyyat vasitələrində erməni separatçılarına silah, sursat və mina daşındığını vurğulamaq çətindir, ancaq tərsini də söyləmək mümkün deyil. Məsələ burasındadır ki, Rusiya hərbi kontingentinin yolda postlarının mövcud olduğu iki il müddətində Ermənistandan Qarabağa silah, sursat və mina daşınıb, rusiyalı hərbçilər bunun qarşısını almayıblar, əksinə Xankəndidə separatçılarla əl-ələ verərək əməkdaşlıq ediblər. Belə olan halda Rusiya hərbi kontingentinin erməni separatçılarından üz döndərdiyi inandırıcı deyil.
Separartçılar rusiyalı hərbçilərin psixologiyasını yaxşı mənimsəyiblər. Ermənilərin separatçılığa başladıqları 1988-cildən bu yana rusiyalı hərbçiləri pulla ələ almaq təcrübələri var. Tutaq ki, Rusiya hərbi kontingentinin komandanı Andrey Volkov nəqliyyat vasitələrində erməni separatçılarına silah daşınmasının əleyhinədir. Erməni separatçıları Rusiya hərbi kontingentinin aşağı rütbəli hərbçilərinə hər ay bir neçə min dollar ödəməklə nəqliyyat vasitələrinin içərisində silah daşıya bilərlər. Əsaslı olan bu şübhələrə son qoymaq üçün etirazın davamı kimi Laçın yolunda sərhəd və gömrük xidmətinin yaradılmasına keçid edilməsi zərurəti yaranıb, bundan sonra istənilən yük yoxlanılacaq və separatçılara silah və sursat daşınması imkanı ortadan qaldırılacaq.
“Atlas” Araşdırmalar Mərkəzi
Teref.az
 
Ardını oxu...
Azərbaycan Qarabağdakı separatçılarla hər hansı bir təmas qurulması və danışıq aparmaqdan qəti şəkildə imtina edib. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bunu separatçıların nümayəndəsi Metaxe Akopyan deyib.

O bildirib ki, bir neçə dəfə Bakıya Laçın dəhlizinin açılması ilə bağlı danışıqlar aparmaq üçün müraciət etsələr də, Azərbaycan tərəfi bundan imtina edib. “Azərbaycan tərəfi Qarabağ admnistrasiyası ilə heç bir şəkildə danışıq aparmaq istəmir. Laçın dəhlizinin açılması ilə bağlı danışıq aparmaq təklifimiz də rədd edilib. Biz üçtərəfli formatda, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə dialoqa hazırıq. Lakin Azərbaycan tərəfi bu təkliflərimizə nəinki yanaşmır, heç cavab belə vermir. Artıq bu məsələ Paşinyan-Putin-Əliyev üçtərəfli formatda həll olunmalıdır. Bunu başqa səviyyədə həll etmək mümkün deyil”.
Ardını oxu...
Bir gün əvvəl, yanvarın 8-də separatçı birləşmənin qalıqlarının “dövlət naziri” Ruben Vardanyan son vaxtlar kifayət qədər olan çıxışlarına daha birini əlavə edib. Bu dəfə müraciəti nisbətən həcmli olsa da, sözlərindən bir məqam bizi maraqlandırmasaydı, çətin ki, ona fikir verərdik.
Belə ki, Vardanyan bəzi varlı sakinlərin Xankəndidən qaçması hallarından şikayətlənib.
“Bizdə bir neçə belə hal oldu, bu isə mənim üçün qəbuledilməz olan vəziyyəti açıq şəkildə göstərir. Məsələn, biz bilirik ki, varlı bir ailə öz əlaqələrindən istifadə edərək tətilə çıxıb və bu, böyük əks-səda doğurub”, – deyə o bildirib.
Ardını oxu...
Caliber.Az-ın redaktorları Vardanyanın kimləri nəzərdə tutduğunu öyrənə bilib. Məlumatlı mənbələrin verdiyi məlumata görə, “dövlət naziri” Qriqori Arkadyeviç Qabrielyantsın ailəsini nəzərdə tutub. 1934-cü ildə Bakıda anadan olan Qabrielyants sovet geoloqu olub, 1989-1991-ci illərdə isə SSRİ geologiya naziri vəzifəsində çalışıb.
Bir neçə gün əvvəl Rusiya sülhməramlılarının nümayəndələri Azərbaycan tərəfinə Qabrielyantsın Xankəndidən “tibbi” təxliyəsinin tələb olunduğunu bildiriblər. Müraciətdə qeyd olunub ki, 88 yaşlı keçmiş nazirlə birlikdə sülhməramlıların helikopterində koronavirusa yoluxmuş iki rusiyalı əsgər də olacaq.
Bildirilib ki, Qabrielyants hava limanının terminalına daxil olub, özü də yaşına və sülhməramlıların “tibbi” evakuasiya xəbərinə baxmayaraq, tamamilə gümrah görünüb, öz ayaqları üzərində gedib. Onu həyat yoldaşı müşayiət edib. Keçmiş nazirin əlində, bizdə olan məlumata görə, pulla dolu qara diplomat olub.
Belə çıxır ki, sülhməramlıların köməyi ilə keçmiş yüksək rütbəli sovet məmuru üçün “VİP tur”, daha dəqiq desək, Xankəndidən Erebuniyə – Rusiya ordusunun hərbi bazasına qaçış təşkil olunub. Eyni zamanda yuxarıda adı çəkilən “iki xəstə əsgər” Xocalı aeroportunda görünməyib.
Ardını oxu...
Təbii ki, Qarabağda hava əlaqəsi yalnız rəsmi Bakının icazəsi ilə həyata keçirilir – əgər Azərbaycan tərəfi sülhməramlıların müraciətindən imtina etsəydi, o zaman Xocalı aeroportundan bir təyyarə də səmaya qalxa bilməzdi. Ancaq imkanlı Qarabağ erməniləri öz əlaqələrindən və maliyyə imkanlarından istifadə edərək cinayətkar Vardanyan-Arutyunyan duetinin hakimiyyətindən qaçmağa çalışırlarsa, onda biz onlara mane olmayacağıq.
 

Dünyapress TV

Xəbər lenti