Ardını oxu...
İrəvanda “Sürməli” topdansatış ticarət mərkəzində baş vermiş partlayışın terror aktı olmadığı dəqiqləşib. Hərgah tipik terror dövləti olan, terrorçulara öz ərazisində abidələr ucaldan Ermənistan mikroskopik bir “dəlil” tapsaydı, o saat olayı “vəhşi Türk”ün adına yazardı. Çünki ermənilər başlarına gələn bəlalarda bir qayda olaraq, özlərindən savayı hamını, ən əvvəl də türkləri suçlu çıxaran şizofrenik bir toplumdur.

Belə bir toplumun qonşuluğunda yaşamaq əlbəttə ki, mənəvi əzab, zülmdür. Problem həm də ondadır ki, bu xalq xəstə olduğunu etiraf eləmir. O səbəbə sağalması çox çətin. Necə ki, Türkiyə və Azərbaycan 44 günlük müharibədən əvvəl və sonra Ermənistanı düşdüyü dərin böhran bataqlığından çəkib çıxarmağa çalısa da, ona real sülh və əməkdaşlıq formatı təklif eləsə də, barışıq əli uzatsa da, xeyri yoxdur. Əlimizi geri itələyir. Erməni tərəfi açıq-aşkar xoşməram güdən, onun qurtuluşuna hesablanmış təkliflərimizdə belə bəd niyyət axtarır. Çünki özü bu cür xəbis və bədniyyətlidir. Bu da növbəti fakt.

İki gün öncə Türkiyə prezidentinin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç ticarət mərkəzindəki partlayışla əlaqədar Ermənistana başsağlığı verib. Sərdar Kılıç bununla bağlı tvitter səhifəsində etdiyi paylaşımda yazıb: “Partlayış nəticəsində xəsarət alanlara tezliklə sağalmalarını arzu edirəm. Partlayış xəbəri məni dərindən sarsıtdı. Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verirəm”.

Məxsusi qeyd edək ki, S.Kılıç qardaş ölkənin rəsmi şəxsidir. Amma görün bu böyük jestə ermənilərin cavabı nə oldu. Rəsmi səviyyədə heç bir reaksiyanın olmaması bir yana, başsağlığı verilən gün Laçın şəhəri və ətraf kəndlərini avqustun 25-dək tərk etməli olan gəlmə ermənilərin barbar hərəkətlərinin şahidi olduq. Onlardan biri Zabux kəndində çıxdığı evi yandırdı, az sonra Laçın-Zabux yolundakı meşə sahəsinə od vurdular. Özü də Rusiya sülhməramlılarının məsuliyyət zonasında, onların gözü qarşısında!

İndi buna nə ad verəsən? O Türkün səmimiyyəti, sadəliyi, canıyananlığı, bu da xain erməninin bizə daha çox ziyan vurmaq üçün evi və meşəni yandırması. Yeganə çarə qalır rusların müvəqqəti nəzarətindəki torpaqlarımızı da qısa zamanda terrorçu-quldur tör-töküntülərindən təmizləyib ruslara “Davay, do svidaniya!” demək. Həmin gün 5 illik möhlət bitməmiş də gələ bilər və gəlməlidir! Nədən ki, ermənilər yenə özlərini qeyri-adekvat aparırlar.

“Buzdux yüksəkliyi və digər ərazilərdə əldə edilən nailiyyətlər erməni tərəfini vadar edir ki, Azərbaycanla imzalanmış üçtərəfli bəyanatın bəndlərinə qeyri-şərtsiz əməl etsin. Digər tərəfdən də erməni silahlılarının ərazilərimizdən çıxarılması mütləq surətdə məhz son ”Qisas" əməliyyatından sonra sürətlənəcək. Artıq keçmiş Ağdərə, Sərsəng, Vəng, Ağdaban, Çayqovuşan və Ömər Aşırımı istiqamətində təminat yolları da daxil olmaqla əsas ərazilərdə mütləq bir üstünlüyümüz mövcuddur".

“Yeni Müsavat”ın məlumatına görə, bunu Teleqarf.com-a hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert qeyd edib ki, rus sülhməramlılarının da Azərbaycan əsgərinə, ordumuza qarşı münasibətində müsbət dəyişikliklər müşahidə edilir: “Eyni zamanda aşağı yüksəkliklərdə yerləşən erməni qoşunlarının həmin ərazilərdə uzun müddət tab gətirəcəyi real deyil. Yaxın günlərdə, xüsusilə də Laçın şəhərində Azərbaycan bayrağının sancılmasından sonra ordumuzun erməni təxribatlarına daha ciddi cavab verəcəyi gözləniləndir”.

Nə yazıq ki, ermənilər yalnız “güc dilini” başa düşürlər. “Dəmir qapaz”dan sonra anlaqlı hala gıəlirlər. Yoxsa Azərbaycan və Türkiyə ilə barışığa çağıran erməniləri onlar “dəli” adlandırıb təqib eləməzdilər. Gerçəkdə özləri şizofrenik olduqları halda!

“İrəvan Azərbaycan və Türkiyə ilə sülhün bərqərar olmasına qarşıdır”.

Bunu isə erməni bloger, bir qədər qabaq Azərbaycan vətəndaşlığı almaqdan ötrü Prezident İlham Əliyevə müraciət elədiyi üçün Ermənistanda haqqında cinayət işi açılmış (!!) İşxan Verdyan deyib.

“Bu gün Ermənistanın bütün elitası Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhdarıdır. Ermənistanın bütün elitası! Bir dənə də olsun anlayışlı və ya layiqli insan yoxdur. Bu gün Ermənistanın bütün elitası dünyanın əleyhinə işləyir. Bu yolla Ermənistanı məhv etmək istəyirlər. Azərbaycana heç nə olmayacaq. Gec-tez haqqını alacaq. Belə davam edərsə, Ermənistanın başına nə gələcək? Bölgədə necə yaşayacaq?”

Onun sözlərinə görə, Ermənistanda həqiqəti deməyə çalışan insanlar var, lakin həmin adamları çılğın hesab edir, susdururlar, özlərini dəli kimi göstərməyə çalışırlar: “Bütün media köhnə Qarabağ klanı Robert Köçəryan tərəfindən idarə olunur, onun nəzarətindədir”.

Ancaq bu klanın və onun Qarabağda gizlənən qul-beçələrinin halvası artıq çalınıb. Qarabağ klanı erməni xalqı üçün keçmişdir, gələcək yox. Onun geriyə - Xankəndinə yolu da həmişəlik qapadılıb...
 //“Yeni Müsavat”//

Ardını oxu...
Azərbaycan Respublikasının Müdafiə naziri, General-polkovnik Zakir Həsənov avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirib. Toplantıda nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. Nazir orduya Qarabağdakı əməliyyat şəraiti ilə bağlı göstəriş verib. Müzakirə zamanı Azərbaycan Ordusunun bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı təhlil edilib. DİA.AZ xəbər verir ki, nazirin təlimatı barədə "Sherg.az"a danışan hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Azərbaycan ordusu sadalanan istiqamətlərdə illərdir, zəruri, qabaqlayıcı işlər həyata keçirir:

"Göstəriş xüsusilə də, "Qisas" əməliyyatından sonra Qarabağda ordunun nəzarətdə saxlanması və baş verə biləcək təxribaların qarşısını almağa hesablanıb.

Həmçinin provokasiyaları əngəlləmək məqsədilə antiterror əməliyyatlarının reallaşdırılması üçün nəzərdə tutulub.

Ordu bölmələrinə bölgədə yaşanacaq hər hansı qarşıdurmanı dayandırmaq üçün dərhal əks-hücum əməliyyat tədbirlərinin yerinə yetirilməsi barədə əmr verilib.

Həmçinin erməni hərbi birləşmələrinin mövqeləri və atəş məntəqələrinin sıradan çıxarılması tapşırılıb. Bu da təbii ki, həmin sahədə Azərbaycan Silahlı Qüvvələrinin daha peşəkar xidmət aparmasına vəsilə olacaq".
Ardını oxu...
“Heç bir şübhə yoxdur ki, Ermənistanın baş naziri Paşinyan bütün erməniləri Qarabağdan qovmağı planlaşdırır. Əks halda, Laçın şəhəri, Zabux və Sus kəndlərindən təxliyə edilmiş vətəndaşlar mütləq Qarabağa köçürülərdi, onlara Qarabağa və ya Ermənistana köçmək üçün seçim hüququ verilməzdi”.

DİA.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə informasiya “Hraparak” qəzetində yer alıb.

“Belə olan halda insanlar Ermənistana köçməyə üstünlük verirlər. Çünki düşünürlər ki, nə vaxtsa Paşinyanın qərarı nəticəsində Xankəndindən və Qarabağın digər yaşayış məntəqələrindən də ermənilərin qovulması baş verəcək.

Artıq bir neçə gündür ki, Laçın şəhəri və Zabux sakinlərinin əmlaklarının təxliyyəsi dövlət səviyyəsində təşkil olunub.

Əvvəlcə Şuşanın Kiçik Qaladərəsi kəndində Zabux sakinləri üçün evlərin təmir olunduğu deyilirdi, lakin müəyyən mərhələdə planlar dəyişdi.

Artıq Zabuxdan köçən ailələr var. Onların bir qismi Qarabağın başqa rayonlarına, çoxu isə Ermənistana gedib.

Sus kəndinə gəlincə, kənd müharibədən dərhal sonra boşalıb. Orada vaxtilə 100-ə yaxın ailə yaşayıb.

İlkin məlumatlara görə, göstərilən üç kəndin əhalisinin cəmi 10-15%-i Qarabağda məskunlaşmaq arzusunda olduğunu bildirib”, - deyə qəzet qeyd edib.
Ardını oxu...
Ekspert: “Məni rusların orada nəzarət-buraxılış məntəqəsi qurması deyil, orada yeni baza yaratmaması təəccübləndirir”

Rusiya hərbçiləri Ermənistanın cənubundakı Sünik rayonunun (Zəngəzur) Meğri-Agarak yolunda nəzarət-buraxılış məntəqəsi qurublar. Bu barədə iki gün öncə Ermənistanın “Yerevan.Today” qəzeti məlumat yayıb. Bu, Azərbaycan üçün də mühüm yoldur. Çünki post əslində dəmir yolu xətti ilə birlikdə ölkəmizin əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizini təşkil edəcək magistral yolda quraşdırılıb.

Nəşrin məlumatına görə, sülhməramlılar yolu qoruyur və bu yoldan keçən bütün vətəndaşları yoxlayır. “Ölkə hakimiyyəti bu barədə Ermənistan sakinlərinə əvvəlcədən məlumat verməyib və hələ də heç bir izahat yoxdur”, – portal qeyd edir.

Belə görünür ki, bu barədə Bakıya da məlumat verilməyib. Rusiyanın Ermənistandakı hərbi komandanlığının belə gözlənilməz qərarının səbəbi nədir? Bu, kommunikasiyaların məhz Zəngəzur dəhlizindən açılmasına başlanması ilə bağlı İrəvanı hələ heç bir tərəfin razı sala bilməməsi fonunda çox mühüm və maraqlıdır. Və gözlənilmədən bu yerdə rus hərbi postu yaradılır. Niyə?

Daha sonra ortaya “maraqlı” izahat çıxdı. Bu izahatı “1lurer.am” portalına Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistan üzrə Sərhəd İdarəsi təqdim edib:

“Son vaxtlar İrandan Ermənistana ağır narkotik vasitələrin və psixotrop maddələrin (həşiş, metamfetamin, heroin) qanunsuz keçirilməsi cəhdlərinin artması ilə bağlı dövlət sərhədinin İran-Ermənistan hissəsində gərgin əməliyyat şəraiti yaranıb.

Bundan başqa, dövlət sərhədinin ekstremist və terror təşkilatlarının nümayəndələri tərəfindən pozulması halları qeydə alınır. Belə ki, Rusiya sərhədçiləri 2021-ci ildə Meğri sərhəd dəstəsinin yerləşdiyi ərazidə İrandan keçən qanunsuz silahlı dəstənin iki döyüşçünü saxlayıblar. Onların üzərində silah, qumbara və külli miqdarda sursat olub.

Ermənistan Respublikasının “Dövlət sərhədi haqqında” qanununa uyğun olaraq Ermənistan Respublikasının təhlükəsizliyini təmin etmək məqsədilə bu ilin əvvəlindən Ermənistan hökuməti, Milli Təhlükəsizlik Xidməti və digər səlahiyyətli orqanlarla razılaşdırılaraq sərhədçilərin xidmət aparması üçün xüsusi postlar quraşdırılıb. Onlar qaçaqmalçılıq, qeyri-qanuni miqrasiyanın təşkili və digər hüquqpozmaların müəyyən edilməsi və qarşısının alınması üçün şəxslərə və nəqliyyat vasitələrinə münasibətdə seçmə yolu ilə (sərhəd pozucularının axtarışı və təqibi zamanı istisnasız olaraq hamıya) yoxlama tədbirləri həyata keçirirlər.

Sərhəd zonasında hərəkət edən vətəndaşlardan hüquq-mühafizə orqanlarının tələblərinə anlayışla yanaşmalarını xahiş edirik”.

Şübhəsiz ki, gözəl səslənir. Amma görəsən, Rusiyanın FTX-nin Ermənistan Respublikasındakı Sərhəd İdarəsi bu addımı Azərbaycanın Laçın dəhlizi yaxınlığında həyata keçirdiyi “Qisas” əməliyyatından niyə dərhal sonra atmaq qərarına gəlib? Müharibə noyabrın 20-də başa çatıb. Azərbaycan o vaxtdan İran və Ermənistan arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün istifadə olunan əvvəllər işğal olunmuş bütün boz zonaları nəzarətə götürüb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qərbə – Zəngəzurun Ermənistan nəzarətində olan sərhəd ərazisinə köçməsi indi məlum olur? İnandırıcı deyil. Əgər bu baş veribsə, deməli artıq il yarım əvvəl baş verib. Post isə yenicə ortaya çıxdı. Bu siqnal nə ilə bağlıdır?

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bu məqamlarla bağlı fikirlərini Press Klubla bölüşüb:

– Ondan başlayaq ki, müharibə 2020-ci ilin noyabrında bitməyib və sülh müqaviləsi imzalanmayana qədər də bitməyəcək. Bu birinci məqam.

Rusların orada nəzarət-buraxılış məntəqələri qurması məni təəccübləndirmir. Məni təəccübləndirən onların orada hələ də yeni baza yaratmamalarıdır. Amma onlar bunu mütləq edəcəklər. Bu ikinci məqam.

Obyektiv reallıq ondan ibarətdir ki, Zəngəzur dəhlizinin nə vaxt açılacağına, ümumiyyətlə, açılıb-açılmayacağına məhz Moskvada qərar verirlər. Bu dəhlizin açılmasının Rusiyanın marağında olması barədə söhbətlər isə özünü aldatmaqdır.

Nə qədər ki Rusiyanın Gürcüstanla problemi yoxdur (malların Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə və geriyə çatdırılması), Moskvanın bu dəhlizin açılmasına xüsusi ehtiyac yaranmayıb. Ona görə də nəzarət-buraxılış məntəqələri yaranır. Ancaq bu, sövdələşmə məsələsidir.

Rauf Orucov
 
Ardını oxu...
“Bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Belə cəhdlər olub, amma mən buna heç vaxt razılıq verməmişəm. Ermənistanın buna nə dəxli var. Bu, bizim daxili işimizdir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

“Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Nədən söhbət gedir? Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyindən. Mən də demişəm bəli, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Mən nəyi deyirəmsə, onu da həmişə icra edirəm”, - deyən dövlət başçısı qeyd edib ki, yeni Laçın yolunun inşası zamanı biz bunu gördük.
Ətraflı

Çünki biz bu yolu təzə inşa etməyə başlayanda rus sülhməramlıları bizim inşaatçıları elə bil ki, yerli əhalidən qoruyurdu, ya da ki, onları bizdən, bizim inşaatçılardan. Bilmirəm kimi kimdən qoruyurdu, amma hər halda onlar orada var idi. Bir müddətdən sonra onlar çıxıb getdilər.

Təqribən son 6-7 ay ərzində, ümumiyyətlə, yol boyunca bir dənə də Rusiya sülhməramlısının olmadığını diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Bizim inşaatçılar orada, kəndlərdə yaşayan yerli ermənilərlə təmasda idilər, hətta onların bəziləri gəlib kömək edirdi. Təşəkkürünü bildirirdi ki, belə keyfiyyətli yol tikirik. Ermənistanın tarixində, nəinki Qarabağın, belə keyfiyyətli yol olmayıb. Onların tikdirdiyi yollar indi dağılır, hələ bir il keçməyib. Ona görə bu təmaslar artıq gedir və bu, çox önəmlidir. Mən də bunu alqışlayıram. İnsanlar arasındakı təmaslar uzunmüddətli sülhə xidmət göstərəcək”.

"Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar. Başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir" - deyə, Prezident İlham Əliyev söyləyib.

Dövlətimizin başçısının sözlərinə görə, əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir: "Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur".
 

Ardını oxu...

Ermənistan KİV-ləri parlamentdəki “Hayastan” blokundan olan bir qrup deputatın dünən Qarabağa gəldiyi barədə xəbər yayıb.

Erməni deputatların Laçın keçid məntəqəsindən geri qaytarıla biləcəyi qorxusuna rəğmən, onlar sərhəddi maneəsiz keçərək, Azərbaycan ərazisinə daxil olublar.

Daha əvvəl isə eks-prezident Serj Sərkisyanın liderlik etdiyi “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyanın da Qarabağa yollandığı bildirilir.

Sabiq prezident Robert Köçəryanın liderlik etdiyi “Hayastan” blokunun Qarabağa gələn deputatları arasında Aqnesa Xamoyan, Aram Vardevanyan, Aqvan Vardanyan, Anna Qriqoryan, Artur Sarkisyanın  olduğu bildirilir. Onların Laçın şəhəri və Zabux kəndinə səfəri planlaşdırılıb.

Artıq Zabuxa baş çəkən Ermənistan parlamentinin üzvləri kəndin icma rəhbəri Anrdanik Çuvaşyanla görüşüb söhbət ediblər.


Bu gün onların Xankəndidə görüşləri olacaq.


“Lakin deputatlar səfərin təfərrüatlarını açıqlamamağa çalışır, ola bilsin ki, maneələrin yaranacağından qorxurlar”, - “Hraparak” yazıb.

Xatırladaq ki, Azərbaycan tərəfi Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz yaşayan ermənilərin avqustun 25-nə kimi çıxmalarını tələb edib. Hazırda həmin ərazilərdə yır-yığış başlayıb və ermənilər köçməyə hazırlaşırlar. Heç şübhəsiz ermənistanlı deputatların bölgəyə gəlişi təxribat xarakteri daşıyır. Onların məqsədi Laçında yaşayan mülki şəxslərin dirəniş göstərməsinə çalışmaq, yaşayış məntəqələrinin boşaldılmasına mane olmaqdır.

 
 

Ardını oxu...
Ermənistan parlamentinin müxalifət deputatları Zabuxa gəliblər.

DİA.AZ publika.az-a istinadla xəbər verir ki, Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun deputatı bu gün Qarabağ bölgəsinə gəliblər.

Rusiya sülhməramlıları onların keçidinə icazə verib. Deputatların məqsədi Zabuxda erməni əhalisinə dəstək verməkdir.

Qeyd edək ki, avqustun 25-nə qədər Laçın şəhəri və Zabuxda qalan ermənilər çıxarılacaq, bu ərazilər Azərbaycana təhvil veriləcək.

Ardını oxu...
Ardını oxu...
Ortaq monitorinq olubmu, olubsa, hansı zərurətdən doğub - 3 rəy
İki gün öncə Rusiya sülhməramlı qüvvələrinin və Azərbaycan hərbçilərinin nümayəndələri Laçın şəhərinə və Zabux kəndinə gediblər. Bu barədə erməni mediası Qarabağ separatçılarına istinadən xəbər yayıb.

Məlumata görə, onları Qarabağın qondarma “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan müşayiət edib. “Aravot” qəzeti yazıb ki, Balasanyan Azərbaycan tərəfini əmin edib ki, ermənilər çıxarkən evləri yandırmayacaqlar. Eyni mənbə bildirir ki, Balasanyan Qarabağı Ermənistanla birləşdirəcək yeni yolun tikintisi ilə də tanış olub.

Xatırladaq ki, Vitali Balasanyan Azərbaycan prokurorluğunun Birinci Qarabağ müharibəsi zamanı hərbi cinayətlər törətməkdə ittiham etdiyi erməni hərbçilərin qrupuna daxildir. O, 1992-ci ilin fevralında Xocalıda dinc əhalinin qətliamında iştirak edib. O zaman sual yaranır: azərbaycanlı hərbçilər gerçəkdənmi Xocalı canisi ilə birgə monitorinq aparıblar, yoxsa hələlik bu ermənidən cari maraqlarımız üçün istifadə qərarı verilib? Belə bir monitorinq hansı zərurətdən doğub?

Bəzi bilgilərə görə, Balasanyan separatçı rejimin rəhbərliyi ilə yola getmir, onların arasında ciddi fikir ayrılığı yaşanır. Bunu da qeyd edək ki, Azərbaycan tərəfi birgə yoxlama haqda rəsmi informasiya yaymayıb. Dəqiq olan budur ki, ermənilərə Laçın şəhəri və Zabuxu boşaltmaq üçün avqustun 25-dək vaxt verilib.

Hərbi ekspert Ədalət Verdiyev “Yeni Müsavat”a mövzunu şərh edərkən bildirdi ki, qondarma qurum tərəfindən verilən açıqlamalara reaksiya verilməməlidir: “Biz o qurumu münaqişədə tərəf kimi tanımırıq. Belə monitorinq keçirilibsə, bunu doğru hesab etmirəm. Azərbaycan problemin həllində, o cümlədən Laçının boşaldılması, Qarabağdan erməni separatçılarının çıxarılmasında tərəf kimi Ermənistan və Rusiyanı tanıyır. Odur ki, Vitali Balasanyanın özünü vacib fiqur kimi təqdim etməsi məqsədilə yayılan bu məlumatın doğru ola biləcəyini ehtimal etmirəm”.

Millət vəkili Hikmət Babaoğlunun fikrincə, azərbaycanlı hərbçilərin Laçın və Zabuxda ermənilərlə birlikdə monitorinq aparması mümkündür: “Bu, situativ zərurətdir. Ermənilər üçtərəfli bəyannamənin tələblərinə uyğun olaraq Laçın şəhəri və ətraf kəndləri alternativ yol hazır olan kimi tərk etməli idilər. Biz 10 noyabr 2020-ci il bəyannaməsinin Kəlbəcər və Ağdamla bağlı hissəsinin icrası zamanı erməni barbarlığı və mina terrorunun şahidi olmuşuq. Onda Azərbaycanın humanist addımlarına ermənilər terrorla cavab verdilər. Hələ də mina terrorundan əziyyət çəkirik. Günahsız insanlarımız ermənilərin xaotik olaraq basdırdıqları minaların qurbanlarına çevrilirlər. Ona görə də eyni vəziyyətin Laçında da təkrar olunmasına yol verə bilməzdik. Evlərimizin təkrar-təkrar yandırılması, ərazilərimizin minalanması yolverilməzdir. Bunların baş verməməsi üçün indiki şərtlər daxilində mümkün olanı etmək lazımdır. Çox güman hərbçilərimiz bunu ediblər”.

Millət vəkili deyir ki, Azərbaycanın cinayətkarların cəzalandırılması ilə bağlı mövqeyi birmənalıdır: “Belə bir hadisənin olub-olmamasını biz yalnız rəsmi qurumlarımızın açıqlamalarından öyrənə biləcəyik. Ancaq indiki vəziyyətdə belə məsələlər haqqında informasiyaların rəsmi qurumlar tərəfindən ictimailəşdirilməsinin maraqlarımıza uyğun olub-olmaması da yenə onların verəcəyi bir qərardır. Ancaq bir məsələ hamımız üçün çox aydın və prinsipialdır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki , Azərbaycan qanunlarını pozan, xalqımıza qarşı cinayət törədən hər bir cinayətkar, separatist, yaxud terrorçu yerli hüquqi imkanlarımız və beynəlxalq hüquq çərçivəsində mütləq cəzalandırılmalıdır. Vitali Balasanyan da Azərbaycana qarşı hərbi cinayət törətmiş, terrorizmin ən qəddar formalarını dinc əhalimizə qarşı tətbiq etmiş canilərdən biridir. Ona görə də hazırda onun necə davranması, yaxud harada hansı statusla iştirak etməsi heç nəyi dəyişmir. Azərbaycan xalqa qarşı cinayət törədənlərin hər birini mütləq şəkildə cəzalandırmaq məsələsində prinsipial və dəyişməz mövqeyə sahibdir”.

Ağ Partiyanın başqan müavini Əhəd Məmmədli qeyd edib ki, terrorçu olmasa da, Vitali Balasanyan Birinci Qarabağ müharibəsində savaşmasa belə, indiki qondarma “Artsax” terror təşkilatının “rəsmisidir”, buna görə də onun Azərbaycanın generalları ilə bir araya gəlmə ehtimalı inandırıcı görünmür: “Belə bir monitorinqin baş tutması dövlətimiz üçün mənfi hal hesab oluna bilər. Ümid edirəm ki, bu baş verməyib. O zaman belə çıxır ki, sabah Araik Arutyunyanla yüksək statuslu dövlət rəsmisi monitorinq aparacaq? Bu, qəbuledilməzdir. Ələlxüsus da Xocalı faciəsində əli qana batan, Azərbaycan prokurorluğunun ittiham etdiyi terrorçunun, caninin Azərbaycan hərbçiləri ilə birgə monitorinq aparması orduya utanc gətirə bilər. Laçın, Zabux boşaldılsa belə, bu, doğru deyil. Rus sülhməramlıları ilə monitorinq aparılsın. Əlisilahlı erməni hərbçi qalmamasını tələb etdiyimiz bir zamanda generallarımız onlarla birgə necə monitorinq apara bilər? Türkiyə Suriyada Rusiya ilə birgə monitorinq aparır. Ümid edirik, qısa zamanda bu xəbərlə bağlı açıqlama, yaxud təkzib olar”.
 

Ardını oxu...
Xəbər verdiyimiz kimi, avqustun 25-dək Laçın və Zabuğu tərk etməli olan haylar işğal dövründə həmin məntqələrdə qanunsuz olaraq tikdikləri kilsələrdəki xaçkarları, “xatirə daşları”nı, qəbirüstü abidələri, saxtalaşdırılmış muzey eksponatları, kitabxana fondlarını və s. də özləri ilə aparmaq qərarına gəliblər.

DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, erməni mediasında Laçın şəhəri və Zabux kəndində üzdəniraq hay abidələrinin sökülüb daşınmasını əks etdirən foto və video-görüntülər yayılıb.

Həyasızlığın həddinə baxın ki, 30 il ərzində işğal altında saxlayıb, əsl sakinlərini didərginlik həyata yaşamağa məcbur etdikləri torpaqda qanunsuz tikdikləri kilsələrini, xaçkarlarını və s. sonda söküb daşımağa məcbur olduqlarına görə Azərbaycanı günahkar sanırlar....

 

Dünyapress TV

Xəbər lenti