Rusiyadan Ermənistana Zəngəzur xəbərdarlığı: - Məsələ yaxında həll edilməsə...
Moskva Qafan şəhərində Rusiya baş konsulluğunun açılması məsələsinin tezləşdirilməsi üçün Ermənistana təzyiq edir.

Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.

Erməni nəşri yazır ki, məsələ uzun müddətdir müzakirə mövzusu olsa da, Ermənistan hakimiyyəti yekun qərarı gecikdirir:

“Baş nazir Nikol Paşinyana bütün kanallarla xəbərdarlıq edilib ki, baş konsulluq məsələsi yaxın vaxtlarda həll olunmasa, bunun sərt nəticələri olacaq.

Rusiyanın Qafanda konsulluğunun açılması məsələsi üç ilə yaxındır müzakirə edilir. 2023-cü ilin sentyabr ayından etibarən konsulluğun açılışına hazırlıq işlərinə cavabdeh olan aparıcı qrup Qafanda işləyir. Həmin ilin noyabrında Rusiya hökuməti Xarici İşlər Nazirliyinin Sünikdə (Qərbi Zəngəzur – red.) konsulluğun açılması təklifini təsdiqləyib. Uzun gecikmədən sonra Ermənistan Xarici İşlər Nazirliyi heç bir dəqiq cavab vermədən baş konsulluğun açılması məsələsinin müzakirə edildiyini açıqlamışdı.

Bu il aprelin 9-da Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın may ayına qədər Qafanda baş konsulluğun açılması məsələsinə aydınlıq gələcəyini gözlədiyini açıqlayıb. Zaxarovanın sözlərinə görə, strateji əhəmiyyətli bölgədə (Qərbi Zəngəzur) Rusiyanın mövcudluğunun ardıcıl şəkildə genişləndirilməsi həm Ermənistan, həm Rusiyanın, həm də regionun uzunmüddətli maraqlarına cavab verir.

Qafanda çoxdan İran konsulluğu fəaliyyət göstərir, Fransa konsulluğunun açılması məsələsi də müzakirə olunur. Bu məntiq onu deməyə əsas verirdi ki, Ermənistan hakimiyyəti Rusiyaya da konsulluq açmağa icazə verəcək. Amma Paşinyan hökuməti, ola bilsin, Qərbin təzyiqi ilə yekun qərar verməyib”.
 

Bölmənin digər xəbərləri

01 May 2025 Ukraynada oğurlanan azərbaycanlı biznesmenlə bağlı AÇIQLAMA
01 May 2025 Suriyada gərginlik pik həddə: çox sayda ölən var
30 Aprel 2025 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
30 Aprel 2025 Putindən Trampa zərbə: Dörd regionu tələb edir! - TƏFƏRRÜAT
30 Aprel 2025 Zaxarova bu ölkəni hədələdi: Ukraynadan nəticə çıxarın!
30 Aprel 2025 Netanyahunun korteji Qüdsdə qəzaya uğradı
29 Aprel 2025 Azərbaycan-Aİ soyuqluğu aradan qalxacaqmı? - rəy
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
29 Aprel 2025 Dəmirtaş-Öcalan təmasında nələr müzakirə edildi? Öcalan nə istəyirdi? ŞOK TƏFƏRRÜAT
29 Aprel 2025 Bakı zəmanət verdi, dünya nəhəngi razılaşdı – Xəzərboyu proses başladılır
29 Aprel 2025 Her iddiası yalan çıktı! CHP ve İBB soruşturmalarının kullanışlı tanığı: Tolgahan Erdoğan
29 Aprel 2025 Madrid meri işıqsızlıq səbəbiylə ordudan kömək istəyib
29 Aprel 2025 Pakistan Hindistana xəbərdarlıq etdi
29 Aprel 2025 Prezident Araz dəhlizi layihəsinədən danışdı
29 Aprel 2025  İranın "Azərbaycan" siyasəti dəyişmir... - "Siyasət Şəhriyarın şeirləri qədər aydın, gözəl və birmənalı deyil"
29 Aprel 2025 “Rusiyanı diz çökdürmək lazımdır” - Kennedi
29 Aprel 2025 Krım məsələsi danışıqlarda mərkəzi yerdədir - Fransa hökumətinin sözçüsü
28 Aprel 2025 “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” – Pezeşkian
28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək

Dünyapress TV

Xəbər lenti