Ardını oxu...
 

 

  • Ardını oxu...
  •  

 

1993-cü il aprelin 3-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilən Kəlbəcər rayonu işğal altında olan digər rayonlarımız kimi rəşadətli ordumuzun qəhramanlığı nəticəsində azad edildi.  Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən erməni işğalçıları, 10 noyabr 2020-ci ildə üç tərəfli bəyanətə uyğun olaraq 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdilər. Hazırda Kəlbəcər rayonunda quruculuq işləri gedir. Kəlbəcərlilər doğma yürdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.  

Milli Məclisin Kəlbəcər rayonundan olan sabiq deputatı Aqil Məmmədov mətbuata verdiyi müsahibəsində,  "Kəlbəcər vətəndaşlarının doğma ata-baba yurdlarına köçünə, inşallah bu yaxın günlərdə baş tutacaq. Dəqiq desək, bu ilin İyun ayında köç başlayacaq. Məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdacaqlar. Cənab prezindet Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edib. Bu proqrama əsasən də yenidənqurma işləri sürətli və keyfiyyətli şəkildə icra olunur" - deyərək, qayıdışla bağlı dəqiq vaxt bildirmişdir. Mətbuatda yayılan digər məlumatlarda da,  240 ailənin sentyabr ayında öz döğma yurdlarına köçəcəkləri haqqında məlumat verilmişdir. Buna baxmayaraq, kəlbəcərlilərin yürdlarına qayıdışı hansısa səbələrdən deyilən tarixlərdə baş tutmadı.

Sozcu.az saytının əldə etdiyi məlumata görə, bu ilin noyabr ayında Kəlbəcərə ilk qayıdış baş tutacaq.  Əldə etdiyimiz məlumata görə, ikinci qayıdış dekabr ayında həyata keçiriləcək. Kəlbəcərlilər Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İli öz doğma ocaqlarında qeyd edəcəklər. 

Qeyd edək ki noyabrın 25-i Kəlbəcərin işğaldan azad edilməsi günü olaraq tarixə qızıl hərflərlə düşüb.  bu il 12534 nəfərin rayona köçürülməsi gözlənilir. Bunlardan 5268 nəfərin Kəlbəcər şəhərinin özündə tikilən evlərdə yerləşdirilməsi planlaşdırılır.

Kəlbəcər rayonunda 2026-cı ilədək 3450 evin (1927 fərdi yaşayış evinin və 1523 mənzilin) tikilərək istismara verilməsi nəzərdə tutulur. 2024-cü ildə - 1115 evin, 2025-ci ildə - 725 evin, 2026-cı ildə  610 evin inşası həyata keçirəcəyi bildirilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki,  işğaldan azad edilmiş ərazilərə köç prosesi Qayıdışa Dair I Dövlət Proqramının icrası çərçivəsində 2024-cü il üzrə davam etdiriləcək. Həmçinin, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin mərhələli köçü planlaşdırılır. Qeyd etmək istərdik ki, ilin yekununadək  ağır şəraitdə yaşayan ailələrə üstünlük verilməsi şərti ilə növbəlilik prinsipi ilə köçə başlanılacaq. 

Anar Rəsullu 

 

 
Ardını oxu...
Sosial şəbəkənin Ermənistan seqmentində Qarabağdan Gürcüstana, oradan isə Ermənistana nar gətirilməsi ilə bağlı iddialar yayılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni jurnalist Nairi Oxikyan yazıb.

O qeyd edib ki, Qarabağdan gətirilən narın İrəvanda satılması haqda məlumat və fotoları ermənilər böyük ağrı ilə qarşılayıblar:

“Bu xəbər ermənilərin böyük ağrı-acısına səbəb oldu. Vətəndaşlar yaşadıqları yerin məhsulunu düşməndən alıb yediklərinə görə əziyyət çəkirlər. Lakin birmənalı şəkildə deyirəm: Ermənistanda Qarabağdan gətirilən nar satılmır. Əvvəla, Ermənistanda yetişdirilən nar daxili tələbatı tam ödədiyi üçün Gürcüstandan nar gətirməyə ehtiyac yoxdur”.

N.Oxikyan qeyd edib ki, bəzi alverçilər satdıqları narı “artsax”dan gətirilmiş kimi təqdim edir və üzərinə “Qarabağ” yazır:

“İndi burada mallarını tez satmaq üçün hər şeyə, o cümlədən milli faciədən istifadəyə əl atan tacirlər var. Bu axmaqlar düşünürdülər ki, narların Qarabağdan olduğunu desələr, daha tez və baha satacaqlar. Belə tacirlər vətəni sevmir, əxlaqdan, dərddən xəbəri yoxdur” .
 
Ardını oxu...
44 günlük Vətən müharibəsində hərbi əməliyyatların davam etdiyi müddətdə şanlı Azərbaycan Ordusunun mühüm uğurlarından biri də 25 oktyabr 2020-ci ildə Qubadlının azad olunması oldu. Peşəkar silahlı qüvvələrimiz tərəfindən Qubadlı şəhərinə nəzarətin təmin edilməsi Laçın rayonunun da düşmən işğalından xilas edilməsinə hərbi-strateji baxımdan münbit şərait yaratmış oldu. Oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri də düşmən işğaldan tamamilə azad olundu. Qubadlının azad edilməsi müharibənin gedişatında dönüş nöqtəsi oldu. 8 noyabr Şuşa zəfəri qələbəmizin ən fərəhli yekunu idi. Düşmənin kapitulyasiya aktına imza atmaqdan başqa yolu qalmadı. Cənab İlham Əliyev Qubadlının düşmən işğalından azad edilməsini çox yüksək qiymətləndirir və qeyd edir: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.
Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin 29 dekabr 2020-ci il və 24 iyun 2021-ci il tarixlərində imzaladığı sərəncamlara əsasən Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş xeyli sayda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub. Qubadlı rayonu işğaldan azad olunduqdan sonra orada bərpa və yenidənqurma işlərinə başlanılıb. Ərazinin minalardan təmizlənmə əməliyyatları ilə yanaşı, infrastrukturun bərpası işləri də davam etdirilir.
25 oktyabr 2021-ci il tarixində Qubadlı rayonuna səfər edən möhtərəm Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak etdilər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşdülər. Dövlət başçımız və birinci xanım Mehriban Əliyeva 19 oktyabr 2022-ci il tarixində Qubadlı rayonuna növbəti səfərləri çərçivəsində “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış oldular, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyması mərasimində iştirak etdilər. Azərbaycan ictimaiyyəti Cənab İlham Əliyevin Qubadlıya 4 may 2023-cü il tarixli səfərini də diqqətlə izlədi. Ölkə başçımız Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində yaxından iştirak etdi. Dövlət başçımızın Qubadlıya və digər azad olunmuş bölgələrimizə səfərləri hər birimizi ürəkdən qürurlandırır. Azərbaycan xalqı əmindir ki, uğurlarımız davamlı olacaq.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

 
Ardını oxu...
Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclərin (Böyük qayıdış I planının layihəsi) 2025-2028-ci illərdə 14,612 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.

İndex.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilir.

Sənədə əsasən, bunun da əsaslı xərclərdə xüsusi çəkisi 28,9 % təşkil edəcək.

Dövlət büdcəsinin əsaslı xərclərinin ortamüddətli dövrün sonuna 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 3 milyard 581,4 milyon manat və yaxud 23,3 % azalma ilə 11 milyard 794,4 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Ortamüddətli dövrdə dövlət büdcəsinin əsaslı xərclərinin mühüm hissəsini Böyük Qayıdış Proqramının icrası və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi təşkil edir.

“İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 2025-ci ilin dövlət büdcəsindən 4 milyard manat vəsait nəzərdə tutulub. Bu, ortamüddətli dövrdə qeyri-neft iqtisadiyyatının inkişafında “stimullaşdırıcı multiplikator” rolunu oynacaq”, – Maliyyə Nazirliyi bildirir.
 
Ardını oxu...
İşğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarında yeni idarəetmə forması həyata keçirilir. Belə ki, burada idarəetmə Prezidentin Xüsusi Nümayəndəliyi tərəfindən həyata keçirilir.

Qeyd edək ki, xüsusi nümayəndəliyin fəaliyyət istiqamətləri müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək, ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının (qurumlarının), onların yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək, ərazidə mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsini təşkil etməkdir.

Xüsusi nümayəndələrə bir çox səlahiyyətlər verilib. Onlar azad edilən ərazilərdə bütün işlərə nəzarət edir. Prezident İlham Əliyev azad edilən bütün rayonlara xüsusi nümayəndə təyin edib və onlar həmin bölgələrdə işlərini davam etdirirlər.

Xüsusi nümayəndəliklərlə yanaşı azad edilən rayonların İcra Hakimiyyətləri də fəaliyyət göstərirlər. Onlar hələ işğaldan azad olunmuş ərazilərə köçürülməyib və müxtəlif bölgələrdə olan keçmiş məcburi köçkünlərin işləri ilə məşğuldur.

Bəzi ekspertlər keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına tam qayıtdıqdan sonra Qarabağ və Şərqi Zəngəzur regionları üzrə icra hakimiyyətlərinin ləğv ediləcəyini düşünür.

Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, hazırda Qarabağdakı idarəetmə qətiyyən paralellik təşkil etmir:

"Azərbaycanda bütün sahələrdə islahatlar uğurla davam edir və öz yaxşı nəticələrini verir. İdarəetmə sistemində də Prezidentin Xüsusi Nümayəndəliyinin təsis edilməsi bir yenilikdir. Sözsüz ki, bu da idarəetmənin şəffaf, düzgün və operativ idarə olunaması üçün vacibdir. Prezidentin xüsusi nümayəndəliyinin təsis edilməsi işğaldan azad olunmuş regionlarda görülən işlərin həm sürət, həm keyfiyyət, həm də nəzarət altında aparılmasına imkan verir. Xüsusi nümayəndəlik məhz bu işlərlə ciddi məşğul olmaqla, tikinti-bərpa, abadlıq işlərinin görülməsində xüsusi rol oynayır. İşğaldan azad olunan ərazilərdəki möhtəşəm işlər bunu deməyə əsas verir. İcra orqanları isə vətəndaşların tələb və arzularını öyrənir. Eyni zamanda onlarla görüşlər keçirilir, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görüb, həyata keçirirlər. Bu, heç də paralellik deyil, düşünülmüş idarəetmə formasıdır. Öz səmərəsini veririsə, daha da təkmilləşəcək".

Komitə sədri söyləyib ki, idarəetmədə bu və ya digər formada yeniliklər yaradıla bilər:

"Artıq işğaldan azad olunmuş ərazilərə insanlar köç edirlər. Bir çox rayonlarda artıq məskunlaşma başlayıb. İnsanlar özlərinin normal həyatlarını təmin etmək üçün yerli müəssisələr qurur, iş yerləri açırlar. Əlbəttə, təkmilləşməyə ehtiyac var. İdarəetmənin təkmilləşdirilməsi yeni statusların tətbiqi ölkə başçısının səlahiyyətindədir. Lazım olarsa, idarəetmədə bu və ya digər formada yeniliklər yaradıla bilər. İdarəetmədə yeni institutun tətbiqi o demək deyil ki, icra hakimiyyətləri tez bir zamanda ləğv edilməlidir. Gələcəkdə buna ehtiyac yaranarsa və yeni idarəetmə formaları özünü daha yaxşı doğruldursa, sözsüz, yeniliklər tətbiq olunmalıdır".
Ardını oxu...
"ANC Group" MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, protokolu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci (İstehlakçıların hüquqlarının pozulmasına, yəni saxlama müddəti ötmüş məhsulların satılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Xankəndi Şəhər Məhkəməsinin hakimi İlkin Abdullayevin icraatındadır. Baxış iclası oktyabrın 24-də keçiriləcək.

Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Samir Rafiq oğlu Abdullayevdir. Şirkətdə 10% paya Babakişiyev Cəlal Rasim oğlu, 90% paya isə ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD malikdir. Ölkədə məşhur "Rahat" supermarket də bu qrupa daxildir.
 
Ardını oxu...
Vətənimizin bütövlüyünün təmin edilməsi XX əsrin sonlarında tarixinə vurulan ağır zərbələrdən sonra onun xarici və daxili siyasətinin başlıca meyarı olmuşdu. Məhz bu istiqamət üzrə 2016-cı ilin aprel döyüşləri və 2020-ci il iyul hərbi əməliyyatları bir qığılcım rolu oynamışdır. Bu həqiqətlərin tarixi davamı olaraq, 27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi zirvə nöqtəsini təşkil etmişdir. Hərbi əməliyyatlar “Dəmir yumruq”adlı hərbi döyüş taktikasının yüksək peşakarlıqla təşkili və tətbiqi nəticəsində məharətlə yerinə yetirildi. Döyüş taktikalarının düzgün yerinə yetirilməsi, Cəbrayıl rayonunun işğaldan azad olunmasına imkan yaratmış oldu. Zəngilan rayonu Azərbaycan Silahlı Qüvvələri tərəfindən 18 oktyabr 2020-ci il tarixindən qanlı döyüşlərin başlaması 20 oktyabr 2020-ci il tarixdə şəhər mərkəzi başda olmaqla 4 qəsəbəsi və 49 kəndinin azad edilməsi ilə nəticələnmişdir.
Zəngilan azad olunması həm də 132-km uzunluğunda Azərbaycan–İran sərhədinin bərpası demək idi. Ali Baş Komandanın 20 oktyabr tarixində xalqa ünvanlanmış müraciətində Zəngilanın Azərbaycanın tarixi əhəmiyyətə malik olduğu ərazi kimi azad olmasının da nə qədər önəmli olduğunun göstərdi. Zəngilanın azad olunmasının əsas döyüşləri Mincivan, Ağbənd və Bartaz qəsəbələrinin uğurunda aparılan haqq savaşı təşkil etmişdir.
2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Bu şərəfli yolda canlarını fəda etmiş şəhidlərimizi böyük ehtiramla anmaq hər bir Azərbaycan vətəndaşının şərəfli borcudur.
Zəngilanın azad olması həm də tarixi əhəmiyyətə malik olan Azərbaycan torpağının erməni vandalizmindən azad olması demək idi. Barbar həyat tərzi sürmüş erməni işğalçıları Vətənimizin bu tarixi torpağının qədim abidələrini, məzarlıqlarını vəhşicəsinə çapıb talamış, bununla da əsrlər boyu türklərə olan nifrətlərini açıq şəkildə nümayiş etdirmişlər. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyev başda olmaqla igid oğullarının qəhrəmanlığı ilə ərazimizin azad olmasında məharətlə çıxış etmiş, hətta əhval-ruhiyyələrini müharibənin ilk günlərindən qələbəyə kökləmişlər.
Şanlı Qələbədən sonra Prezident İlham Əliyev Zəngilan rayonuna 12 səfər etmiş, burada aparılan bütün bərpa və quruculuq işləri ilə bilavasitə özü tanış olmuşdur. İşğaldan azad olunmuş rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaqdır. Prezident İlham Əliyevin səfərləri onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub.
Artıq Zəngilan ölkə və beynəlxalq səviyyəli tədbirləri keçirilmə məkanına çevrilib. Belə ki, 2023-cü il sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində təşkil edilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu məhz Zəngilanda keçirilib. Bu tədbirdə 53 ölkədən 200-ə yaxın xarici qonaq və ümumilikdə 400 iştirakçı iştirak edib. Həmçinin 2021-ci il oktyabrın 26-da Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsinin aşılış mərasimində iştirak edib, layihə çərçivəsində görülən işlərlə tanış olub.
Bu gün Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində icra edilib, burada 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilərək əlavə 150 fərdi ev inşa edilib. Burada məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayından Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.
Hazırda Zəngilanda bir sıra logistik layihələr həyata keçirilir. Böyük strateji əhəmiyyəti olan Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası aparılır. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunmuş hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradıb. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Ümumi uzunluğu 124 kilometr olan Zəngilan-Horadiz avtomobil yolunun çəkilişı davam edir.
Ötən il oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb. Avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun göstəricilərinin ölkələrin ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcək. Belə ki, 7 gediş-gəliş xətti olacaq dövlət sərhədindən buraxılış məntəqəsinin, eləcə də avtomobil körpüsünün gündəlik qəbul edə biləcək yük-nəqliyyat vasitələrinin sayı ən azı 1 100 təşkil edəcək.
Zəngəzur dəhlizinin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın qədim Zəngəzura yenidən qayıdışını təmin edəcəkdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
 

 


Ardını oxu...
1923-cü ildən qabaq tərtib edilən xəritələrin heç birində Hadrut adlı yaşayış məskəni yoxdur. Ermənilər sovet dönəmində onu özlərindən uydurublar. Onların düşüncəsinə görə Hadrut İran dillərindəki həddi du rud, yəni iki çayın arası sözündəndir. Hadrut qəsəbəsi iki çayın arasında yerləşir. Ancaq o, salınana qədər mahalın bir hissəsi Dizax, bir hissəsi Ağoğlan adlanırdı. Dizax Türk nəsli, Ağoğlan xristianlıq dövründən qabaqkı Türk dini abidəsidir. Sonralar xristianlıq dövründə Ağağlan məbədinin bünövrəsi üzərində Ağoğlan kilsəsi tikilmişdir. İsa peyğəmbərin zühurundan çox qabaq bizim qamlarımız deyirdilər ki, Ağoğlanlar anadan olmurlar, bakirə ağqızların göbəyindən çıxırlar. Gəlin, biz xristianlıq və xristianlıqdan öncəki mədəniyyətimizə yiyə duraq. Dizax qəsəbəsinə fars və erməni ağzı ilə Hadrut deməyək. Axçinik kilsələrini Ağqız adlandıraq.
İlhami Cəfərsoy,
Tarixçi Alim.
TEREF
 
Ardını oxu...
Oktyabrın 17-də xalqımız Füzuli rayonunun işğaldan azad edilməsinin dördüncü ildönümünü qeyd edəcək. Düz 4 il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər etdilər. Səfər çərçivəsində rayonda bir sıra önəmli layihələrin təməli qoyuldu, ictimaiyyətin nümayəndələri ilə görüş keçirildi.
Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Sonradan Prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hərbi əməliyyatlarla Azərbaycan Silahlı Qüvvələri rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdi. Həmin vaxt işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50 faizə qədəri yaşayır. Füzulinin azad olunması Ordumuzun Zəfər yürüşünə yol açdı və ona əlavə mənəvi güc verdi. Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edən Füzuli əməliyyatı ilə qədim yaşayış məskənimiz işğaldan azad olundu. Azərbaycan Ordusu döyüş meydanında xalqımızın qisasını aldı və həlak olanların qanı yerdə qalmadı.Azərbaycan Ordusunun peşəkarlığı və mərdliyi qarşısında qorxuya düşən düşmən Füzuli uğrunda döyüşlərin son mərhələsində silahlarını yerə atıb qaçdı. Bu döyüşlərdə Ordumuzun göstərdiyi şücaətə verilən yüksək önəmin təzahürü olaraq ölkəmizdə “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, qələbələr olub. Onların sırasında Fizulinin azad edilməsi xüsusi yer tutur.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib və sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunub. Ötən il ilk dəfə bu əlamərdar günü fizulilər öz doğma yurdlarında qeyd ediblər.
17 oktyabr nəinki fizulilərin xatirəsində, yaddaşında əbədi qalacaqdır. İşğaldan azad olunmuş doğma torpaqlarına qayıdan on minlərlə qaçqın və köçkünlər bu ərazilərdə başlanmış geniş miqyaslı tikinti quruculuq işlərində yaxından iştirak edirlər. Artıq fizulilərin doğma yurdlarına qayıdışına başlanılıb. Onlar dövlər tərəfindən inşa edilmiş evlərdə məskunlaşırlar. Məskunlaşma prossesi davam edir.


Türkan Cümçüdova – YAP üzvü
 

Dünyapress TV

Xəbər lenti