Ardını oxu...
Rusiya sülhməramlılarının Qarabağda alternativi bugünkü gündə yoxdur.

DİA.AZ axar.az-a istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin erməni mediasına müsahibəsində deyib.

O bildirib ki, Rusiya sülhməramlıları, tənqidlərə baxmayaraq, öz vəzifələrini yerinə yetirirlər:

“Söhbət təhlükəsizliyin təmini, Qarabağda erməni sakinlərin yaşamına şərait yaratmaq, genişmiqyaslı eskalasiyanın qarşısını almaqdan gedir. Bu rol icra edilir. Və mən Qarabağda bu rolu əvəz edəcək başqa qüvvə görmürəm”.

Kopırkin qeyd edib ki, gələcəkdən danışırıqsa, o zaman bəzi qüvvələrin yeridilməsi üçün bütün tərəflərin razılığı lazımdır:

“Bundan əlavə, mövcud təcrübəni nəzərə alaraq, müxtəlif beynəlxalq və digər strukturların sülhməramlı imkanları ilə bağlı eyforiyaya qapılmaq olmaz. Xüsusilə, Ukrayna, Yuqoslaviya təcrübəsi var”.
 
Ardını oxu...
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini, millət vəkili Əli Məsimli cəmiyyətin gündəmində olan sosial-iqtisadi problemlər, onların həlli yolları, hökumətin yürütdüyü siyasət və qarşıda duran hədəflərlə bağlı “AzPolitika.info”nun suallarını cavablandırıb.

Müsahibənin ilk hissəsini oxucularımıza təqdim edirik:

- Milli Məclis hökumətin təklifi ilə dövlət büdcəsini dəyişdirdi. Əlavə olunan təxminən 3 milyard manat vəsaitin bölgüsü ölkənin problemlərinə və prioritetlərinə adekvat sayıla bilərmi?

- 2023-cü ilin büdcəsinə dəyişikliyə dair qanun layihəsinə görə, büdcədə əmələ gəlmiş artımın çox hissəsi iki mühüm sahəyə - işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinə və xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə yönəldilir. Azad edilmiş ərazilərə və hərbi sahəyə ayrılan əlavə xərclərin prioritet istiqamətlər, həyati vacib sahələr kimi ön planda olması zamanın tələbidir. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin genişləndirilməsi və Böyük Qayıdışın sürətləndirilməsi, eləcə də hazırkı reallıqlar şəraitində müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi də çox vacibdir. Azərbaycan 44 günlük Vətən müharibəsindən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxıb və regionda keyfiyyətcə tamamilə yeni situasiya yaradaraq, həmin bəlli hədəflərə doğru inamla irəliləyir. Azərbaycan Ermənistanın və onun havadarlarının bilavasitə iştirakı, dəstəyi ilə işğal etdiyi, 30 il ərzində viran qoyduğu, hər qarışını minalanmış döyüş meydanına çevirdiyi əraziləri işğaldan azad edərək tikinti meydanına, sülh və əməkdaşlıq arenasına, yaşamaq, işləmək, qurub-yaratmaq üçün çox əlverişli bir məkana çevirir. Bu, cox mühüm bir tarixi hadisə olmaqla yanaşı, həm də bütün dünyaya, xüsusən də bədxahlarımıza çox ciddi bir mesajdır. Müharibədən keçən qısa bir zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə xeyli iş görülüb. Bu prosesi optimal miqyaslarda və templərlə aparmaqdan ötrü həmin istqamətlərə investisiya tələbatına uyğun əlavə vəsaitin yönəldilməsi hələ xeyli müddət davam edəcək. İşğal nəticəsində itirilmiş 15 faizdən artıq iqtisadi potensialımız tədricən bərpa ediləcək və ondan da daha böyük nəticələrə nail olacağıq... Bunun həm birbaşa, həm də multiplikativ effekti bütövlükdə ölkə iqtisadiyyatının kəmiyyət baximından miqyaslarının genişlənməsinə və keyfiyyət baxımından yaxşılaşmasına xüsusi töhfə verəcək.

Son 30 ildə Azərbaycanda aparılan sosioloji sorğularda “siz daha çox hansı problemlərin həllini istəyirsiniz” sualı cavablandırılanda həmişə Qarabağ problemi birinci olub. Bu cavab Azərbaycan xalqının Vətən sevgisi, Qarabağ həsrəti kontekstində daşıdığı çox yüksək dəyərləri nümayiş etdirməklə yanaşı, həm də torpaqlarımızın işğaldan azad edilməsi istəyinin reallaşdırılmasının çox etibarlı, fundamental dayağı, hərəkətverici qüvvəsi olub.

- Sosioloji sorğularda ikinci problem kimi isə sosial məsələlər göstərilib...

- Bəli. Ona görə də bu iki məsələnin həllinə yönəlik tədbirlərin effektiv kombinasiyasına nail olmaqla, daha böyük miqyaslı sosial-iqtisadi və digər nəticələrə nail olmaq olar. Bu baxımdan hazırkı iqtisadi, sosial və ekoloji çağırışlar şəraitində dayanıqlı inkişafa davamlı xarakter verə bilməkdən ötrü büdcə xərcləmələrində prioritetlərə üstünlük verilməsi ilə bütövlükdə ölkənin dayanıqlı inkişafının maliyyə təminatının optimal variantı tapılmalıdır. Həm işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı, müdafiə qüdrətimizin davamlı olaraq artırılması, həm də sosial problemlər daxil ölkənin digər problemlərinin həllinə davamlı olaraq yetərincə vəsait ayıra bilməyimiz üçün bir sıra məsələlərin həllini sürətləndirməliyik.

- Hansı məsələlərin həlli prioritet olmalıdır?

- Azərbaycanda iqtisadi artm templəri çox vaxt həm orta dünya, həm də MDB-nin göstəricilərindən yüksək olub. Pandemiya səbəbli enmədən sonra ÜDM 2021-ci ildə 5,6 faiz, 2022-ci ildə 4,6 faiz artıb. Bu il 2,7 faiz artm proqnozlaşdırılmışdı. Həmin proqnoz dəyişdirilir və 2023-cü il üçün 1,8 faiz artım proqnozlaşdırılır. -Amma birinci rübdə iqtisadi durğunluğa yaxın bir göstərici açıqlanmışdı... -Bəli, ilin ilk 4 ayı ərzində iqtsadi artım cəmi 0,1 faiz olub. Dünyada iqtisadi artım 2 faizin ətrafında, MDB-də ortalama 3 faizin üstündə olduğu bir şəraitdə, Azərbaycanda iqtisadi artım 0,1 faizə enib. Son illər ölkəmizdə əhalinin artım tempi xeyli aşağı düşsə də, yenə təbii artım kifayət qədər yüksəkdir. Bu baxımdan, Azərbaycan kimi ölkələr üçün iqtisadi artım tempinin 0,1 faizə enməsi ciddi təhlil tələb edən məsələdir.

- Bəzi ekspertlər səbəbi neft hasilatının sürətlə azalması ilə əlaqələndirirlər...

- Bunu təkcə ölkədə neft hasilatının aşağı düşməsi ilə izah etmək kifayət deyil. Çünki neft hasilatının pik nöqtəyə çatdıqdan sonra tədricən aşağı düşmə qrafiki hələ 29 il bundan əvvəl - 1994-cü ildə “Əsrin Müqaviləsi” bağlanan vaxtdan məlum idi... Ona görə də Azərbaycanda iqtisadi artım templərinin potensial imkanlarımıza uygun gəlməyən dərəcədə aşağı düşməsi nəticəsində ölkəmizin yavaşımış iqtisadi artım trayektoroiyasına keçməsini və həmin trayektoriyadan sürətləndirilmiş artıma keçid məsələlərinin İqtisadi Şurada müzakirəyə çıxarılmasını vacib hesab edirik.

Azərbyacanın iqtisadi artım templərinin dünyanın və MDB-nin orta artm templərindən yüksəyə qaldırılması hədəfləri qoyulub. İslahatları dərinləşdirmək, iqtisadi azadlıqları genişləndirmək, regionlara sərmayə qoyuluşunu artırmaq və ondan istifadənin səmərəliliyini yüksəltmək, əlverişli şərtlərlə aşağı faizlı kreditlərin verilmə dairəsini genişləndirmək, yeni iş yerləri açmaq, şəffaflıq və hesabatlılığı gücləndirmək və s. bu kimi vasitələrin kompleks şəkildə, sistemli və davamlı olaraq həyat keçirilməsi təmin edilməlidir. Son 20 ildə Azərbaycanda ÜDM 3 dəfə artıb. Bu artım əmək haqqı, pensiya, müavinət və digər ödənişlərin artırılmasının iqtisadi əsaslı maliyyə təminatını təşkil edib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri” üzrə növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş prioriteti reallaşdırmaqla ÜDM-i 2 dəfə artırmaqdan ötrü orta illik artım templərini 7 faizin ətrafına çatdırmaq lazımdır. Buna nail ola bilsək, sözügedən dövr ərzində sosial göstəricilərin potensialımıza layiq səviyyədə yaxşılaşdırılmasını, əmək haqqı, pensiya və digər ödənişlərin 2-3 dəfə artımını təmin etmiş olarıq.


- Deməli, genişmiqyaslı islahatlara ehtiyac var...

- Əlbəttə, bundan ötrü islahatları dərinləşdirməklə bayaq sadaladıqlarımız daxil, dövlət investisiyaları ilə yanaşı digər mənbələrdən də səmərəli istifadə etməklə investisiyalar artırılmalı, dövlət vəsaitləri ilə yanaşı digər mənbələr hesabına da vəsait qoyuluşundan rasional istifadə olunmalıdır. Ötən il Azərbaycan iqtisadiyyatına 18 milyard manatdan çox sərmayə, 20 milyard manatdan çox kredit yönəldilib. Həmin sərmayələrin 10-ca faizini - yəni 2 milyard manata yaxınını, eləcə də kreditlərin 10 faizini, yəni 2 milyard manatını, toplam 4 milyard manatını əlverişli şətlərlə regionlara yönəltməklə həm regionların sürətli qalxınmasına nail olmaq, həm ölkənin iqtisadi artım templərini və artımın keyfiyyətini yaxşılaşdırmaq, regionlarda çoxsaylı və layiqli maaşlı iş yerləri açmaq, digər problemlərin həllini sürətləndirib orada həyat səviyyəsini xeyli yaxşılaşdırmaq olar.
Ətraflı

- Əli müəllim, cəmiyyətdə əsas narahatlıqlardan biri sosial təminatla bağlıdır. Məsələn, pensiya yaşının əhalinin orta ömrünə nisbəti suallar doğurur. Keçmiş sovet respublikalarında ən yüksək pensiya yaşı Azərbaycandadır. Bu, nə ilə izah olunur? Yaxud, pensiya əldə etmək şərtləri hər kəs üçün əlçatan deyil, qoyulan tələblər əmək bazarının şərtləri ilə ziddiyyət təşkil edir. Amma cəmiyyətdən səslənən tələblər sanki eşidilmir...

- Bəli, ona görə də xeyli müddətdir pensiya yaşının aşağı salınması ilə bağlı müzakirələr gedir. Pensiya yaşı müəyyənləşdiriləndə bir sıra parametrlərdən istifadə olunsa da, əsasən orta ömür uzunluğu daha çox müəyyənedici rol oynayır. Azərbaycanda orta ömür uzunluğuna dair beynəlxalq təşkilatların və daxili statistikanın göstəriciləri fərqlənir. Son illərin statistikasına görə, orta ömür uzunluğu 73 yaş, o cümlədən qadınlarda 75 yaş, kişilərdə isə 71 yaş həddindədir. Sağlam ömür uzunluğu isə bundan bir neçə yaş da aşağıdır. Pensiya yaşı isə kişilər üçün artıq 65-dir. Qadınlar üçün isə bu, 63,5 yaş olsa da, 2027-ci ilədək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılması nəzərdə tutulur. Orta ömür uzunluğu, həmçinin, bir-iki istisnanı nəzərə almasaq, pensiyaya çıxmaq üçün yaş həddi MDB ölkələrində bizdən aşağıdır.

Müzakirələr zamanı pensiya yaşının azaldılması və vətəndaşın pensiyaya çıxdıqdan sonra neçə il pensiya ala bilməsi, pensiya məbləğının artırılması və s. bu kimi məsələlər daha çox qabardılır. Bizdə vətəndaşın pensiyaya çıxdıqdan sonra ortalama 144 ay, yəni 12 il pensiya ala biləcəyi nəzərdə tutulsa da, reallıqda 6-10 il, xeyli insanlar isə bundan da az müddətdə pensiya ala bilir. Bu fakt pensiya yaşının aşağı endirilməsi məsələsini daha da aktuallaşdırır. Bununla belə aidiyyatı qurum nümayəndələrinin açıqlamalarından görünür ki, hökumətin pensiya yaşının aşağı salınmasına dair çağırışlara müsbət reaksiyası yoxdur. Əhalinin xeyli hissəsinin aldığı pensiya yetərli səviyyədə olmadığından, həm də əmək haqqı ilə müqayisədə aşağı olduğundan, insanlar pensiyaya çıxdıqdan sonra da qalıb işləmək istəyirlər. Ağır işlərdə çalışanlar isə pensiyaya 65 yaşında yox, daha tez çıxmaq istəyirlər. Fikrimcə, pensiya sahəsində bu yöndə liberal bir model tətbiq edilməlidir. Bir tərəfdən sağlamlıq durumu imkan verirsə, müəllim, həkim və digər bu kimi kateqoriyalara aid insanların öz istəklərinə görə pensiya yaşından sonra da qalıb işləməsinə şərait yaradılmalıdır. Eyni zamanda, zərərli, ağır işlərdə çalışanlar, sağlamlıq durumu imkan verməyən insanlar da pensiya yaşından əvvəl pensiyaya çıxa bilmək üçün daha konkret şərtlərlə əlverişli imkan əldə etməlidir. Ölkədə orta əmək haqqı 900 manatı ötsə də, müzdla çalışanların yarısı həmin orta əmək haqqı məbləğinin yarısına yaxın - 400 manatın üstündə olan bir səviyyədə median əmək haqqı alır. Onların əksəriyyəti rayonda yaşayan insanlardır. Həmin insanlar sözügedən səviyyədə maaşla pensiya yox, müavinət ala bilirlər və belə olan halda yoxsulluq həddində yaşayan insanların sayını artırırlar. Bu fakt da bir daha göstərir ki, qeyd etdiyimiz istiqamətdə pensiya islahatları həyata keçirilməli, bu sahədə optimal bir variant təmin edilməli və yaşlı nəslin daha çox hissəsi üçün pensiya əlçatanlığı təmin edilməlidir.

- Parlamentdə həmişə monopoliyanı kəskin tənqid edirsiz. Hazırda bu sahədə vəziyyət necədir? Məlumatlara görə, azad rəqabətin mövcud olduğu onlayn ticarət, habelə taksi bazarı ilə bağlı yeni addımlar atılır. Sizcə, bu tədbirlər hansı yeniliklər gətirəcək?

- Bəli, biz öz çıxışlarımızda ölkədə inhisarçılıq meyllərinin aradan qaldırılması, azad sahibkarlıq və azad rəqabətə geniş meydan verilməsi məsələsini tez-tez qaldırırıq. Çünki bunsuz potensial imkanlarımızı yetərincə reallaşdırmaq, orta təbəqənin dairəsini genişləndirmək, əhalinin güzəranını ölkəmizin potensialına layiq səviyyəyə qaldırmaq çox çətindir. Biz həm də bu məsələni daha çox inhisarçılıqdan qaynaqlanan süni qiymət artımı kontekstində qaldırırıq.

Azad rəqabətə əsaslanan bazar iqtisadiyyatı şəraitində bəzi nüansları və zaman kəsiklərindəki istisnaları nəzərə almasaq, süni qiymət artımına yer olmur. Mal və xidmət təklif edənlərin sayı yetərincə olur və qiyməti süni surətdə artırmaq kiməsə sərf eləmir, çünki bunun ziyanını çəkər. Ona görə də konkret vaxt kəsiyində mal satılmasa, qiyməti endirib dövriyyəni artırmaqla qazanmağa üstünlük verirlər. Monopolistlər isə anti-inhisar qanunvericiliyini pozub, necə deyərlər “qırmzı xətti” keçəndə, sanksiyaların təsirinə məruz qalırlar. Adını bazar iqtisadiyyatı qoyub, əslində inhisarçılığın at oynatdığı şəraitdə isə süni qiymətlər, vəziyyətdən sui-istifadə hallarına yer verilir.

Azərbaycanda inflyasiya daha çox xaricdən gətirilən malların üstündə gələn idxal inflyasiyasından, süni qiymət artımı və ölkə iqtisadiyyatında gedən proseslərdən doğan qiymət artmından ibarətdir.

Sahibkarlardan alınan müxtəlif “dinməverlər” də onların istehsal etdikləri mal və xidmətlərin maya dəyərində oturub, qiymətin üstünə qoyulduğundan, əlavə qiymət artımına səbəb olur və əslində son nəticədə həmin artımları da əhali ödəməli olur.

- Hazırda bu sahədə real vəziyyət necədir?

- Yuvarlaq götürsək, ötən il rəsmi inflyasiya 14 faiz, ərzaq inflyasiyası 20 faiz ətrafında göstərilsə də, əslində real rəqəmlər bundan xeyli yüksək olub. Bir sıra məhsullar üzrə 20 faizlə 90 faiz arasında, bəzi mallarda hətta bundan da yüksək inflyasiya qeydə alınıb. Bir sıra qeyri- ərzaq mallarının qiyməti 2 dəfədən çox artıb. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, Türkiyədə bizim pulla 3 manata olan dərman bizdə həmin qiymətdən dəfələrlə baha satılır. Əhali qiymət artımının hər faizinə görə 600 milyon manatdan çox, hər il toplam 3-4 milyard manat pul itirir. Halbuki, süni qiymət artımının qarşısını almaqla əhali həmin pulu başqa problemlərinin həllinə yönəldə bilər. Ona görə də inflyasiyanın sürətləndiyi şəraitdə bir tərəfdən süni qiymət artımının qarşının alınması istiqamətində real nəticələri olan tədbirlər görülməli, digər tərəfdən isə əhalinin qiymət artımından itkilərini kompensasiya etmək üçün əmək haqqı, pensiya və digər ödənişlərin artırılması üçün real maliyyə mənbələri tapılmalıdır.

- Rəqabət Məcəlləsi uzun illərdir ki, qəbul edilmir. Bu, nə ilə bağlıdır?

- 2006-cı ildən bu yana keçən uzun fasilədən sonra Azərbaycanda anti-inhisar qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə yeni Rəqabət Məcəlləsi layihəsi hazırlanıb və Milli Məclisin 2023-cü il yaz sessiyasının qanunvericilik işləri planına salınıb. Bu ilin yaz sessiyası başa çatdı və növbədənkənar sessiya başladı. Yaxın vaxtlarda Rəqabət Məcəlləsinin Milli Məclisə təqdim edilməsini və qəbul olunmasını çox vacib hesab edirik. Bu Məcəllənin qəbul edilməsi Azərbaycanda azad rəqabət mühitinin formalaşmasının təkmil hüquqi bazasının yaradılmasına böyük töhfə olar. İslahatlar kontekstində rəqabəti və azad sahibkarlığı təşviq etməklə, həm iqtisadi inkişaf templərini, həm məhsul və xidmətlərin keyfiyyətini xeyli artırmaq, həm də istehlakçıların hüquqlarının müadfiəsini xeyli gücləndirmək olar. Eləcə də inhisarçılıqdan qaynaqlanan süni qiymət artımının qarşını da xeyli dərəcədə almaq olar.

Azad rəqabətin mövcud olduğu onlayn ticarət, habelə taksi bazarı ilə bağlı atılacaq yeni addımların mənfi, yoxsa müsbət yüklü yeniliklər gətirəcəyini həmin addımlar atılandan bir müddət sonra görmək mümkün olacaq.

(ardı var)
Ardını oxu...
Politoloq Qabil Hüseynli TV Müsavat-ın efirində aparıcı Emil Salamoğlunun qonağı olub.

Teref.az xəbər verir ki, politoloq Rusiyada hakimiyyət uğrunda güclü mübarizə başladığını bildirib.

Qabil Hüseynli Rusiyada ciddi proseslər baş verdiyini, Putinə qarşı ölüm, istefa şüarları səsləndirildiyini qeyd edib.

Ətraflı videoda:

 
Ardını oxu...
Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirakı günlərdir ölkəsində müzakirə olunur. Ermənilər bununla bağlı ən müxtəlif iddialar irəli sürürlər. Siz Paşinyanın bu gözlənilməz addımı ilə bağlı hansı fikirdəsiniz?

- Əvvəla, bu bir dəvət səfəri idi. Paşinyan bir qonşu ölkənin hökumət başçısı kimi Türkiyəyə dəvət olunmuşdu, o da bunu qəbul edərək Türkiyə prezidentinin andiçmə mərasimində iştirak etdi. Bu həm Türkiyənin yeni seçilən prezidentinə legitim münasibət, həm də gələcək münasibətlərin bərpası yönündə atılmış ciddi bir təməldir. Paşinyan Ermənistan hökumətinin başçısı kimi dolayı yolla nümayiş etdirdi ki, bütün düşmənçiliyi unudaraq normal qonşuluq münasibətləri qurmağa hazırdır. Məncə, verilən mesajlardan biri də bu idi.

Qənaətimə görə, Paşinyan Ermənistanın bütün siyasi çevrələrindəki şəxslərdən fərqli olaraq düşünür ki, Ermənistanın gələcəyi nə İran, nə Rusiya, nə digər ölkələrlə münasibətlərdən keçir. Buna görə də Qərbə inteqrasiya xəttini götürən Nikol Paşinyan bu yolun Türkiyədən keçdiyini anlayır. Bu səbəbdən də regionun əsas strateji ölkəsi olan iki türk dövləti – Türkiyə və Azərbaycanla normal münasibətlər qurmaq istəyir. Əlbəttə, buna mane olmağa çalışan daxili və xarici amillər var. Birincisi, daxili ictimai rəydir, ikincisi də Rusiyanın Ermənistandakı “5-ci kolon”u və “Qarabağ klanı”dır. Artıq görürük ki, Paşinyan ictimai rəyi buna hazırlamaq üçünü ciddi təbliğat sistemi qurub.

Moskva görüşü öncəsi səsləndirilən sərt bəyanatların mahiyyəti bu idi ki, Azərbaycanla sülhün yeganə alternativi müharibədir. Yəni demək istəyir ki, əgər sülh istəmirlərsə, hər bir erməni ailəsi öz övladını növbəti müharibəyə hazırlamalıdır. Paşinyan da anlayır ki, erməni xalqı yeni müharibəyə hazır deyil. Buna görə də çox seçim qoymur - ya sülh, ya müharibə. Ermənistanın ictimai rəyi buna uzunmüddətli dirəniş göstərə bilməz. Müxalifət bunu “düşmənçilik” kimi qəbul edir, Paşinyanı xalqa “satqın” kimi göstərməyə çalışır və insanları müqavimətə çağırır. Bu qondarma prosesin içində din xadimləri, erməni kilsəsi də iştirak edir. Amma biz Paşinyan hökumətinə qarşı kütləvi etiraz görmürük. Bu da onu göstərir ki, Paşinyan təbliğat baxımından istəyinə nail ola biləcək.

Artıq ictimai rəyi hazırlayan bəyanatlar və sərt anti-Rusiya açıqlamaları verilir, Qarabağın Azərbaycan ərazisi olduğu vurğulanır və sülh müqaviləsinin imzalanacağı mesajları bəyan edilir. Yəni Ermənistanda ictimai rəy sülhə hazırlanır. Digər yandan da Türkiyə ilə münasibətlərin bərpasına yönəlik ciddi bir jest edilir. Hədəf də əhatəli sülhə nail olmaqdır.

- Ermənistandan Rusiyaya yönəlik sərt və açıq mesajlara diqqət çəkdiniz. Necə düşünürsünüz: Ermənistanın Rusiyadan aralanması üçün münbit zəmin varmı?

- Ermənistanın Rusiyadan uzaqlaşması üçün ciddi cəhdləri var. İrəvan Kremlin Azərbaycanla sülh prosesində yer almasını da istəmir. Digər yandan, KTMT-dən uzaqlaşır, artıq Ermənistanın KTMT-nin heç bir toplantısında birinci şəxs səviyyəsində iştirak etmir, bu qurumun qəbul etdiyi sənədləri imzalamaqdan imtina edir. KTMT-nin hərbi təlimlərindən də yayınırlar. Artıq KTMT-dən çıxmaq məsələsi açıq formada qoyulub.

Ermənistan 10 noyabr anlaşmasının 9-cu bəndindən imtina etdi. 9-cu bənddə deyilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılacaq yollara Rusiyanın sərhəd qoşunları nəzarət etməlidir. Ermənistan bu ifadədən imtina etdiyini açıqladı. Ermənistan bütün sərhədlərinin öz sərhəd qoşunları tərəfindən qorunmasının vacibliyini bildirir. Yəni Rusiyanı prosesdən uzaqlaşdırmağa çalışır. Bu da o deməkdir ki, tədricən Ermənistanın İran və Türkiyə ilə sərhədlərindəki Rusiya sərhəd qoşunları çıxarılacaq. Buna hazırlıq gedir. Bu da mərkəzdənqaçma prosesinin ən açıq nümunələrindən biridir.

Nəhayət, Ermənistan Rusiyanın Qarabağdakı sülhməramlı kontingetindən narazıdır və açıq şəkildə onları tənqid edir. Bu o deməkdir ki, Ermənistan ciddi şəkildə Rusiyadan uzaqlaşır. Paşinyan son Moskva görüşündə də göstərdi ki, Rusiya platformasında hansısa anlaşmanın əldə edilməsini istəmir. Liderlərin üçtərəfli görüşünün cəmi 20 dəqiqə çəkməsi də bunu göstərdi. Rusiyadan sürətlə uzaqlaşan bir Ermənistan görürük. İstəyir Paşinyanın öz təşəbbüsü, istəyir Qərbin təhriki ilə olsun, əsas budur ki, bu proses gedir.

Sülh müqaviləsinin imzalanmasından, Qarabağın dağlıq hissəsindəki erməni qanunsuz silahlı birləşmələrin çıxarılmasından və separatçı rejimin ləğv edilməsindən sonra növbə Rusiyanın Ermənistandakı hərbi bazalarına çatacaq. Bu gəlişmə Rusiyanın bu ölkədəki bazalarının çıxarılmasını tətikləyəcək. Əslində, Rusiyanı narahat edən ən ciddi məsələlərdən biri budur. Çünki rus qoşunlarının Azərbaycanla (Qarabağ) yanaşı, Ermənistandan çıxarılması da Rusiyanın bütövlükdə Cənubi Qafqazdan çıxarılması anlamına gəlir.

- Xarici işlər nazirlərinin növbəti Vaşinqton görüşündən, ABŞ-ın vasitəçiliyindən gözləntiniz necədir?

- Düşünürəm ki, ABŞ-ın öz əlini daşın altına qoyması və təşəbbüsü ələ alması Fransanın dağıdıcı fəaliyyətinin qarşısını almağa hesablanıb. Çünki Kişinyovdakı görüşdə Makronun öz dağıdıcı missiyasını davam etdirdiyini gördük. Diqqətçəkən bir məqam da Almaniyanın prosesə qoşulmasıdır. Yanlış olaraq düşünürlər ki, Almaniya Fransaya qarşı bir balans üçün bura daxil edilib. Bu belə deyil. Zənnimcə, bir “xristian klubu”nun müsəlman Azərbaycanına qarşı danışıqlar aparması sülh prosesinə töhfə vermir. Əlbəttə, Azərbaycan bununla razı ola bilməz. Kişinyovda elementar bir bəyanatın imzalanmaması da bunu ortaya qoydu. Buna görə də ABŞ Vaşinqton və Brüsseldə əldə edilmiş anlaşmalar, mövqelərin yaxınlaşması çərçivəsində geridönməz proses yaratmaq istəyir. Ən azı ərazi bütövlüyünün qarşılıqlı tanınması və Qarabağ məsələsinin birdəfəlik həllinin formulunun tapılmasına cəhd edir.

ABŞ Dövlət Departamenti Azərbaycan prezidentinin Moskva görüşündən öncə separatçı rejimin özünü buraxacağı təqdirdə amnistiyaya düşə biləcəyi ilə bağlı bəyanatını təqdir etdiyini açıqladı. Bu da o deməkdir ki, ABŞ həllin bu formulunu dəstəkləyir. Bu da Azərbaycanın mövqeyini gücləndirən amildir. Əslində, sülh müqaviləsinin imzalanmasını çətinləşdirən məsələ Qarabağla əlaqəlidir. Bu məsələ tam həll olunmalı və Ermənistan öz mövqeyini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təsdiqləməlidir ki, sülh müqaviləsi sürətlə imzalansın.

Sərhədlərin delimitasiyasına gəlincə, bu, uzunmüddətli məsələdir. Bunu illərlə danışıb, ayırıcı xətləri müəyyən etmək mümkündür. Məsələn, bu gün də Azərbaycan və Gürcüstan sərhəd məsələsini müzakirə edir. Ermənistanla da edə bilərik. Ona görə də sülh müqaviləsi ilə bağlı açar məsələ Qarabağla bağlıdır. Ermənistan ərazimizə əsassız iddiaya son qoyduğunu rəsmən təsdiqləməlidir ki, bu sazişi imzalamaq mümkün olsun. Bunun üçün də Ermənistanın Qarabağın dağlıq hissəsində qalan qoşunları çıxarılmalıdır. Ermənistan bu addımı atsa, məsələləri çözmək daha asan olacaq. Bunun alternativini isə Ermənistanla yanaşı, onun havadarları, Rusiya və Qərb də bilir. Azərbaycan bu prosesin uzun çəkməsinə uzun müddət dözməyəcək. Necə ki Laçın yolunda sərhəd-buraxılış məntəqəsini özümüz qoyduq, qalan məsələləri də birtərəfli qaydada beynəlxalq hüquq normaları çərçivəsində özümüz həll edə bilərik. Əvvəl antiterror əməliyyatları, sonra separatçı rejimin ləğvi və sair.

Azərbaycan bu addımları özü atsa, ABŞ-ın, ümumən Qərbin bu prosesdəki mövqeləri zəifləyəcək. Əlbəttə, ABŞ da, Avropa Birliyi də bunu istəməz. İndi ABŞ-ın imkanı var, bu imkanı fürsətə çevirə bilsə, prosesi finişə çatdırmaq mümkün olacaq.
 
Ardını oxu...
DİA.AZ Milli İstiqlal Partiyasının lideri, siyasi ekspert Etibar Məmmədov “Həftə içi”nə müsahibəsini təqdim edir:

-Etibar bəy, mayın 28-də, Azərbaycanın Müstəqillik Günü Laçın şəhərinə ilk 20 ailə köçürüldü. Dövlət başçısı İlham Əliyev orada həmin ailələr qarşısında çıxış etdi və özü şəxsən yeni evlərin açarlarına ailə başçılarına təqdim etdi. 1988-1992-ci illərdə bir neçə dəfə Laçında olmuş və rayonun müdafiəsi üçün hansısa işlər görməyə çalışmış biri kimi sizdə hansı təəssüratlar oyandı?

-Əlbəttə, Laçın şəhərinə ilk ailələrin köçürülməsi mənim üçün də çox sevindirici oldu. Əvvəldən demişdim ki, torpaqlar işğaldan azad olunandan sonra əsas vəzifə həmin yurdların yenidən məskunladırılması, o ocaqlarda yaşamış soydaşlarımızın yenidən evlərinə qaytarılmasıdır. Çox sevindiricidir ki, indi bu proses başlayıb. Həm də keçmiş köçkünlərin ev şəraitini, yaşayış şəraitini lazımi səviyyədə qurmaq üçün tədbirlər görülür. Yeni yollar çəkilir, infrastruktur yaradılır və yaşayış evlərinin tikilməsi prosesi başlayıb. Bu, çox vacib şərtdir. Çünki işğaldan azad edilmiş Qarabağın dağlıq hissəsi və Ermənistanla- Qərbi Azərbaycanla həmsərhəd ərazilərimizin sakinlərinin öz dədə-baba yurdlarına köçürülməsi strateji cəhətdən ən böyük vəzifələdən biridir. Ona görə ki, yaşayış olmayan yerdəki torpağın azad olunmasının da əhəmiyyəti olmur. Bizim ordumuz, sərhəddə və Qarabağdakı təmas xəttində xidmət edən əsgərlərimiz bilməlidir ki, yalnız torpağı yox, onun üzərində yaşayan soydaşlarını da müdafiə edirlər. Bu da hərbçilərimizə yeni bir stimul verir. Odur ki, işğaldan azad edilmiş torpaqlarımızın məskunlaşdırılması prosesinin daha geniş bir miqyasda davam etdirilməsini arzulayıram...

-İşğaldan öncə neçə dəfə olmusuz Laçında?

-İşğaldan öncə mən Laçında 3 dəfə olmuşam. 1989-cu ildə iki dəfə Laçına səfər etmişəm. Səfərimizin məqsədi də əlimizdə olan imkanlar daxilində həmin vaxt artıq erməni terrorçularının hücumuna məruz qalan və şəhidlər verən Laçın rayonunun mümkün müdafiəsini təşkil etmək olub. 1991-ci ildə artıq Müdafiə Şurasının üzvü kimi Laçın sakinləri tərəfindən Arif Paşayevin rəhbərliyi ilə yaradılmış və qısa müddətdə ölkədə ilk nizami alaylardan birinə çevrilmiş könüllü özünümüdafiə taborunu silah-sursatla təmin etmək məqsədi ilə Laçına getmişəm. Həmin vaxt Laçın hərbi əməliyyatlar baxımından ən strateji məkan olduğu üçün orada formalaşan hərbi birləşmənin silahlandırılması qarşımızda bir vəzifə kimi dayanırdı. Bu baxımdan o dövrdə Azərbaycana gətirilən yeni silah-sursat ilk növbədə Laçına göndərilirdi... Sonuncu dəfə isə Laçında 1992-ci ilin mayında, yəni Şuşanın işğalından sonra, yenə də ərazinin müdafiəsi üçün bacardığımız işləri görmək məqsədi ilə olmuşam...

-1992-ci ilin mayında, artıq Laçının işğalına sayılı günlər qalmış sizin təxminən 150 nəfərlik könüllü tələbə dəstəsi ilə Laçına gəlib bir neçə gündən sonra oradan qayıdıb Naxçıvana, oradan da Türkiyəyə getməyinizlə bağlı bir sıra söz-söhbətlər yarandı. Çox sonralar siz buna gərəkli izahat verdiniz... Amma bu gün artıq işğaldan azad edilmiş Laçına gəlib oradan Zəngəzur yolu ilə qədim Azərbaycan torpaqlarından keçməklə Naxçıvana, oradan da Türkiyəyə yollanmaq, yəqin, sizin üçün də böyük xoşbəxtlik olar?

-Bəli, doğrudan da yeni qurulan, işğaldan azad Laçından başlanacaq belə bir səfər çox maraqlı və arzuolunan bir hadisə olardı mənim üçün... Həm də ona görə ki, Laçın strateji cəhətdən Azərbaycan üçün çox əhəmiyyətlidir. Eyni zamanda sonda işğal olunmasına rəğmən Laçın sakinləri birinci Qarabağ savaşı zamanı öz xarakterini göstərib və işğala ən ciddi müqavimət göstərən rayonlardan olub... Belə insanlarla yenidən öz yurdlarında görüşmək, əlbəttə, çox ürəkaaçan bir olay olardı...

-Ərdoğanın növbəti dəfə Türkiyə prezidenti seçilməsi, sizcə, Türkiyənin özü, Azərbaycan və bütövlükdə region üçün hansı gələcək vəd edir?

-Əvvəla, Azərbaycan üçün Ərdoğanın yenidən prezident seçilməsi çox vacib idi. Çünki Ərdoğan Azərbaycan dövləti ilə ittifaqı türk dövlətləri ilə bağlı siyasətində birinci sıraya keçirmişdi. Bu da ölkəmiz üçün çox vacibdir. Azərbaycanın başda Türkiyə olmaqla digər türk dövlətləri ilə də hərbi cəhətdən müttəfiqliyi, hərbi əməkdaşlığı çox zəruri və vacibdir. Ərdoğan Türkiyə tərəfdən bu prosesə liderlik edir... Bütün türk dövlətləri tərəfindən də o, qəbul olunur. Bütün bunlara görə Azərbaycan üçün Ərdoğanın təkrar seçilməsi çox mühüm idi... Düzdü, Türkiyənin daxilində onun siyasətindən razı olan da var, olmayan da. O da təbiidir... Ancaq əsas odur ki, Türkiyənin özü üçün də ölkənin regionda və dünyada əhəmiyyətinin yüksəlməsi, həlledici dövlətlərdən birinə çevrilməsi, xüsusən Rusiya-Ukrayna müharibəsi ilə bağlı Türkiyə üzərindən Rusiya təhlükəsinin sovuşdurulması, eyni zamanda həmin iki ölkə arasındakı münaqişədə Türkiyənin açar dövlətə çevrilməsi və s. – hamısı Ərdoğanın işinin, zəhmətinin nəticəsidir. Bunu da qiymətləndirmək lazımdır.... Azərbaycan üçün də öncə dediyim kimi, bir tərəfdən hərbi strateji müttəfiq kimi Türkiyənin rolunun artmasında Ərdoğanın xidmətləri böyükdür. Digər tərəfdən isə, ölkəmiz üçün strateji əhəmiyyəti vacib olan “Şərq-Qərb” ticarət yollarının açılması, inkişaf etdirilməsində də bu liderin yeri, işi önəmlidir. Azərbaycan da Ərdoğanın planlarında önəmli, bir nömrəli yer tutur... Seçkilərdən öncə Türkiyənin vahid bir lideri olmayan ittifaqın hakimiyyəti altına düşməsi təhlükəsi vardı. Bu, Türkiyənin özünü daxildən zəiflədəcəkdi, eyni zamanda sadaladığımız strateji planların həyata keçirilməsinə mane ola bilərdi... Yaxşı ki, bu, baş vermədi və Ərdoğanın yenidən prezident seçilməsindən Türkiyə xalqı ilə bərabər Azərbaycan da qazandı...

Bəzən də deyirlər ki, Ərdoğan diktatordu... Amma unudurlar ki, diktator olan ölkələrdə heç vaxt ikinci tur seçki keçirilmir...

-Ərdoğanın iqtidarda qalması konkret olaraq Azərbaycan və Ermənistan arasında sülh yaranması prosesinə necə təsir göstərə bilər?

- Azərbaycan və Ermənistan arasında sülh yaranması prosesinə Ərdoğanın hakimiyyətdə qalmasının kifayət qədər təsiri olacaq. Həmin sülhün Azərbaycanın şərtləri altında qəbul olunması ən vacib məsələlərdəndir. Azərbaycanın mövqelərinin zəifləməməsi baxımından Ərdoğanın yenidən dövlət başçısı seçilməsi həlledici amillərdən biridir. Çünki Rusiya bu prosesdə Qafqazda mövcudluğunu saxlamağa və öz planlarını həyata keçirməyə çalışır. Moskva Ermənistanı yalnız təkrar öz təsir dairəsində saxlamaq yox, ümumiyyətlə, bu ölkəni özünün hakim olduğu ittifaqa qatmaq istəyir. Və eyni zamanda başqa məsələlərdə də Azərbaycan üçün zərərli olan planları icra etməyə cəhd göstərir. O baxımdan Türkiyənin Azərbaycanla müttəfiqliyi Rusiyanın məkrli planlarının qarşısını alır. Necə ki, Avropanın, Qərbin də planlarına daxil idi ki, Ermənistanı gücləndirsin, hətta keçmiş Dağlıq Qarabağ ərazisini də İrəvanın idarəçiliyinə versinlər. O da baş tutmadıqdan sonra onlar Ermənistanın qarşısına Azərbaycanın ərazi bütövlüyünü tanıması şərtini qoyublar. Ermənistan da bunu qəbul edib. Yalnız Yuxarı Qarabağda yaşayan erməni əhalinin Azərbaycan dövlətinə tabe etdirilməsi məsələsi qalır. Təəssüf ki, Rusiya da, başqaları da bu amildən öz mənafeləri üçün yararlanmağa çalışır. Ancaq dediyim kimi, Ərdoğanın yenidən seçilməsi bu prosesdə həlledici gücü Azərbaycanın tərəfinə çəkir...

-Necə hesab edirsiz, Azərbaycan dövlətinin Xocalı, Xankəndi və digər ərazilərimizdə yurisdiksiyasını bərpa etməsi üçün Ərdoğanın lideri olduğu Türkiyədən bu dəfə də yetərli dəstək görə biləcəyikmi? Yəni Ərdoğanın Rusiya lideri Putinlə də yaxşı münasibətlərinin olduğunu nəzərə almaqla...

-Əlbəttə, bu prosesdə də Ərdoğanın önəmli rolu olacaq. Düzdü, burada Ərdoğanla yaxşı münasibətlərdə olan Putinin də öz maraqları var... Ancaq Putin rejimi Ukrayna ilə savaşda gücdən düşüb, artıq hərbi əməliyyatların Rusiya ərazisinə keçməsi onun mövqelərini xeyli zəiflədib. Ona görə də, zənnimcə, Xocalı, Xankəndi məsələlərində də Kreml çox israrlı olmayacaq. Çünki Rusiyanın özünə də hərbi strateji baxımdan Zəngəzur dəhlizinin açılması olduqca vacibdir. Və bu istiqamətdə Ermənistanı məcbur etmək üçün Qarabağ məsələsindən istifadə edə bilər. Ancaq eyni zamanda Moskva Güney Qafqaz regionundan çıxmamaq üçün də yollar axtarır. Yəni 10 noyabr bəyanatına əsasən “sülhməramlı”ların Azərbaycan ərazisindən çıxmasına iki ilə yaxın vaxt qalıb. Ona görə də bu çıxışın qarşısını almaq, yəni daha uzun müddət ərazidə qalmaq üçün də müxtəlif müqavimət ssenariləri hazırlanır... Məlumatlar var ki, Kremldən Qarabağdakı separatçı ermənilərə sülh prosesini ləngitmək üçün Azərbaycana müqaviməti gücləndirmək barədə göstəriş verilib...

-Belə fikirlər səslənir ki, Ərdoğanın Türkiyə hakimiyyətində varlığı guya Rusiyada Putin hakimiyyətinin də ömrünün uzanmasına şərait yaradan amillərdən biridir. Bu fikrə münasibətiniz necədir?

-Bunlar məntiqsiz və əsassız fikirlərdir. Rusiyadakı proseslər onsuz da oradakı daxili siyasətlə bağlıdır. Yəni bunun xarici siyasətlə elə bir əlaqəsi yoxdur, əsasən daxili proseslərlə əlaqəlidir...

-İyunun 1-də Kişinyovda baş tutacaq Avropa İttifaqı, Almaniya və Fransa liderlərinin moderatorluğuyla Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşündən hansı nəticələri gözləyirsiz?

-Ermənistan tərəfi elan etdi ki, ortalıqda imzalanası bir sənəd yoxdur. Prinsiplər razılaşdırılsa da, konkret sənəd hazırlanmayıb. Ancaq ümid etmək olar ki, orada nəsə kiçik də olsa, bir irəliləyiş olacaqdır... Yəni prinsiplərin razılaşdırılması və Azərbaycanın ərazi bütövlüyünün tanınmasının rəsmiləşməsi məsələsində irəliləyiş ola bilər. Bir də ki, Avropa tərəfləri də bu məsələ ilə bağlı öz konkret mövqelərini bildirə bilər... Təbii ki, Rusiya da bu ərəfədə yeni təxribatlar törətməyə çalışacaq...
 
Ardını oxu...
Facebook Twitter LinkedIn Tumblr Pinterest Reddit VKontakte Odnoklassniki Pocket

Millət vəkili Aqil Abbas saxta hesablardan ünvanına nalayiq ifadələr söyləyənlərdən şikayətlənib.

Deputat bu barədə Baku TV-nin efirində danışıb:

“Söyüş yazırlar. Kişisənsə, gəl üzümə de, görüm deyə bilərsənmi?! Bir dəfə onlardan birini tapdım, mənə yalvardı”.

Daha ətraflı süjetdə:

 
 
 

Konstitusiya Məhkəməsinin qərarı ilə bundan sonra vəfat edən şəxsin ipoteka kreditini vərəsələri ödəyəcək.

Mayın 23-də Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında bununla bağlı qərar qəbul edilib. Qərar Bakı Apelyasiya Məhkəməsinin müraciəti əsasında verilib.

Bildirilir ki, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Mülki Məcəllənin 269, 317.1, 319.1 və “İpoteka haqqında” qanuna uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.

Qərar dərc edildiyi gündən qüvvəyə minib, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Bu qərar dərc olunan gündən ictimaiyyət arasında xeyli müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə vətəndaşlar haqlı olaraq bildirirlər ki, əgər öldükdən sonra krediti vərəsələr ödəməli olacaqsa, niyə bəs onda ipoteka alan şəxs məcburi həyat sığortası olunur? Və ya bi çox insanlar sual edir ki, əgər ölən şəxsin kredit borcunu vərəsələri ödəyəcəksə, bəs pensiya yaşına çatmamış vəfat edən şəxsin pensiyası niyə vərəsələrə ödənmir?

Konstitusiya Məhkəməsinin vətəndaşlar arasında çaşqınlıq, narazılıq yaradan qərarı ilə bağlı ASTNA bank-maliyyə məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənovla söhbətləşib.

* * *

Sual: Əkrəm bəy, vəfat edən şəxsin ipoteka kreditini vərəsələrinin ödəməsi haqqında Konstitusiya Məhkəməsinin qərarını doğru hesab edirsinizmi? Zərurət vardımı bu qərara?

Cavab: Zərurət yox idi. Çünki bu məsələ qanunda kifayət qədər aydın təsbit edilib. Şərhə ehtiyac yox idi. Sadəcə qərarlarını ictimaiyyətə düzgün izah edə bilmirlər. Ümumən qərar doğrudur. Vərəsə ölənin mirasını qəbul edən şəxsdir. Buna görə də qəbul etdiyi mirasın dəyəri həddindən ölənin öhdəliklərinə görə cavabdehdir. Bütün dünyada bu belədir.

Sual: Bu məsələ ictimaiyyət arasında müzakirə olunur və xeyli narazılıq doğurub. Xüsusən də ipoteka krediti almış şəxslər haqlı olaraq sual edirlər ki, əgər biz öldükdən sonra krediti vərəsələr ödəməli olacaqsa niyə bəs onda biz sığorta olunuruq? Sığortaya pul ödəyirik? Həyat sığortası onda nə üçündür?

Cavab: Kredit üzrə həyat sığortası varsa, təbii, borcu sığortaçı ödəməlidir. Qərarda buna toxunulmayıb. Gərək heç olmasa Konstitusiya Məhkəməsinin mətbuat xidməti buna izah edərdi. Sadəcə hər kredit üzrə həyat sığortası yoxdur. O cümlədən ipoteka kreditləri üzrə. Qərar həyat sığortasının olmadığı hallara aiddir.

Sual: Bu qərar sığorta şirkətlərini çətin duruma salmayacaqmı? Çünki belə olduğu təqdirdə sığorta şirkətlərinə inam azalacaq, heç kim həyatını sığortalamayacaq. Yəni həqiqətən sığorta işə yaramayacaqsa, onda niyə xərc çəkib insan həyatını sığortalasın ki?

Cavab: Sığorta şirkətlərinə onsuz da inam azdır. O cümlədən həyat sığortası üzrə. Sığorta hadisəsi baş verəndə min cür bəhanə ilə ödənişdən yayınırlar. Daha əvvəl qeyd etdiyim kimi, bu qərar həyat sığortası olan hallara aid deyil.

Sual: Müzakirələrdə haqlı olaraq bir məsələ də ortaya çıxıb. Bəzi insanlar sual edir ki, əgər ölən şəxsin kredit borcunu vərəsələri ödəyəcəksə, bəs pensiya yaşına çatmamış vəfat edən şəxsin pensiyası niyə vərəsələrə ödənmir?

Cavab: Bəli, bu haqlı iraddır. Xüsusən kişilərə dair. İşləyənlərin və yüksək pensiya kapitalı toplayanların çoxu kişilərdir. Onlar da əsasən az yaşayır. Və pensiya kapitalları tam və ya qismən batır. Kapitalın heç olmasa bir hissəsi vərəsələrə çatmalıdır. Lakin Dövlət Sosial Müdafiə Fondunun öz vəsaiti onsuz da pensiyalar üçün kifayət etmir. Hər il dövlət büdcəsindən dotasiya alır. Ölən şəxslərin pensiya kapitalını qismən belə vərəsələrinə vermək üçün vəsait sadəcə yoxdur. Ona görə də bu gələcəyin məsələsidir.

Sual: Və yaxud bunu belə etmək olmazmı ki, ölən şəxsin kredit borcu şəxsin sosial fondda yığılmış pensiya kapitalı ilə ödənsin?

Cavab: Bu, ağlabatan təklifdir. Amma yalnız krediti olanlara şamil edilə bilməz. Əks halda, belə çıxacaq ki, yalnız krediti olanın pensiya kapitalı batmır. Buna görə də məsələ kompleks şəkildə həll olunmalıdır. Fondun vəsaiti olandan sonra.

Sual: Sizcə, ümumiyyətlə bu məsələ necə tənzimlənməlidir?

Cavab: Kredit məsələsi düzgün tənzimlənir. Pensiya məsələsi isə xeyr. Buna görə də gələcəkdə pensiya kapitalının heç olmasa yarısının vərəsələrə çatmasını qanunda nəzərdə tutmaq lazımdır. Bunun üçün vəsait isə zənginlərin vergiləri hesabına artırılmalıdır. Xüsusən bahalı mülklərdən vergilərin. Həmin vergilərin də bir hissəsi dövlət büdcəsinə deyil, birbaşa Dövlət Sosial Müdafiəi Fonduna ödənilməlidir.

Xalq yazıçısı, Azərbaycanın Ukraynadakı sabiq səfiri Elmira Axundova haqqındakı iddialara cavab verib.
AzToday.az Demokrat.az-a istinadla müsahibəni təqdim edir:

— Elmira xanım, belə bir iddialar səsləndirilir ki, siz Ukraynaya səfir gedəndən sonra səfirliyə məxsus olan binanı 6 milyona satmısız. Bu iddialara münasibətinizi bilmək istərdik…

— Bu səsləndirilən iddialar çox gülüncdür. Çünki dövlətə məxsus bina necə satıla bilər?! Özünüz başa düşürsünüz ki, bu cəfəngiyatdır. Əksinə, təvazökarlıqdan uzaq da olsa, mənim o binada ən azı 20 min dollarlıq işlərim qalıb. Yəni, o zamanlar mən gələndə iqamətgahın ikinci mərtəbəsi çox pis vəziyyətdə idi. Qapıları, pəncərələri və s. hamısı pis durumda idi. Mən o zamanlar Xarici İşlər Nazirliyindən xahiş etdim ki, ora təmir olunsun. Beləliklə, binanın təmirinin bir hissəsi Xarici İşlər Nazirliyinin hesabına, təxminin 18 mini isə mənim hesabıma həyata keçirildi.

Daha sonra isə ora öz hesabıma 5-6 minlik avadanlıq da aldım. Hazırda bütün bunların hamısı orada durur. Hamı da bilir ki, mən öz şəxsi hesabıma iqamətgahı təmir etmişəm və avadanlıqla təchiz etmişəm. Bununla da fəxr edirəm. Hətta, orada bizə məxsus olan torpaq da var idi, ancaq o satılmışdı və mən onu da geri qaytardım.

Bu barədə səsləndirilən iddialar isə gülünc və səfehdir. Mən onu nəinki qəbul etmirəm, əksinə, qeyd edim ki, öz şəxsi hesablarıma etdiklərim də həmin binada qalacaq.

— Adınızın Ukrayna dövləti tərəfindən “Persona non grata” elan edildiyi də iddia edilirdi. Ukrayna dövlətinin sizi “Rusiyanın adamı” olmaqda ittiham etdiyi barədə şayələr gəzir. Bu cür məlumatlar haradan qaynaqlanırdı?

— Mənim “Persona non grata” və ya “Rusiyanın adamı” adlandırılmağım və s. hamısı həqiqətən də gülüncdür. Mən Rusiyanın adamı deyiləm, əksinə iki il yarım Ukraynada işləmişəm. Özümü hər zaman Azərbaycanın adamı kimi göstərmişəm.

Ukraynada Qazaxıstan səfiri var idi, indi də deyəsən orada işləyir. Deyir, “Elmira xanım Qarabağ müharibəsi dövründə şir kimi vuruşurdu. Hər gün onu televiziya kanallarında görürdük. Doğurdan da, Azərbaycan mənafelərini çox ciddi qoruyurdu”.

Eyni zamanda hamı bilir ki, anam ukraynalıdır. Özü də “Zaparojskaya Seç” adlı sərkərdə nəslindəndir. Mən Ukraynanı çox sevirəm və məni də Ukraynada çox yaxşı qəbul ediblər. Yolumu da gözləyirdilər, sadəcə Azərbaycan tərəfi məni qoruyaraq deyirdi ki, xanımsan, hazırda qadınlara orada yer yoxdur. Mənimlə bərabər iki xanım – bir diplomat, bir də köməkçisi qayıtmışdı. Heç birinə də sonra ora qayıtmağa icazə verilmədi və onlar da Bakıda qaldılar. Yəni, onları da geri qaytarmadılar. Ona görə də söhbət ancaq və ancaq bizim xanımlığımızdan gedir ki, şiddətli müharibədə qadınların yeri yoxdur. Ancaq və ancaq o məsələ ortaya düşdü. Yoxsa “Persona non grata” və ya “Rusiyanın adamı” adlandırılmağım hamısı gülünc və səfeh şayələrdir. Bizim düşmənimiz, bədxahlarımız bunu yayırlar. Sizin kimi ciddi jurnalistlər belə şeylərə uymamalısınız.

— Azərbaycan dövlətindən vəzifə gözləyirsiniz?

— Mən sizin bu sualınızı ulu öndərimiz Heydər Əliyevin sözü ilə demək istəyirəm. Bilirsiniz ki, ümumilli lider Heydər Əliyev mənim sevimli insanımdır, sevimli obrazımdır. O, həmişə öz həmkarlarına və işçilərinə deyirdi: “Heç vaxt vəzifə axtarmayın. Çalışın ki, vəzifə özü sizi axtarsın”.
Sizin bu sualınıza mənim cavabım belədir…

Ardını oxu...
“Mən incəsənət sahəsi ilə xudahafizləşmişəm. Bəlkə də səhnəyə qayıdıb oynayardım, amma ayaqlarım sözümə baxmır....
Yəni, deməyim odur ki, vaxtında işləmişəm. İndi nə teatra, nə də ki, kinoda çəkilməyə həvəsim var. Bakıda yaşamıram. Demək olar ki, Neftçalada oluram. Heç bir yerə müsahibə də vermirəm. Qətiyyən həvəsim yoxdur. Sizdən başqa mənim nömrəmi bilən jurnalist də yoxdur. Məsəl üçün, mən efirdə çıxdım danışdım, bir gündən sonra hər şey unuduldu. Nə fərqi oldu məni gördülər yaxud da görmədilər?! Tamaşaçılara ola bilsin ki, maraqlıdır, amma mən düşünmürəm ki, özüm tamaşaçılara maraqlıyam”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, “Hicran” televiziya tamaşasında Orxan obrazının ifaçısı Bəhram Əliyev deyib.

“20 ilə yaxın indiki Akademik Musiqili Teatrın aparıcı solisti olmuşam. Bütün sevgi qəhrəmanlarını Mobil Əhmədovdan sonra mən oynamışam. Axır vaxtlar yaşlanmışdı deyə, məni dəvət edib, rol verdilər. O vaxtı hər adamı teatrda işə götürmürdülər. Şəmsi Bədəlbəyli şəxsən özü bizi yoxlayıb teatra qəbul edirdi. Teatrda işləyəndə də aktyor heyəti ilə çox oturub-durmurdum. Dedi-qodular, aralarında söz-söhbətlər olurdu. Mən ömür boyu elə şeylərə qarışmamışam. Heç aktyor olmaq fikrim də yox idi. Yaxşı vokalist olduğum üçün məni işə götürmüşdülər. Teatra o vaxt gələndə 3 briqada var idi. Biri Nəsibə xanımın briqadası idi, biri Hacıbaba Bağırovun, o biri isə Siyavuş Aslanın briqadası. Mən Nəsibə xanımın briqadasında idim. Elə vaxt olub ki, xəstə ola-ola gəlib tamaşa oynamışam. Səsim çıxmaya-çıxmaya oxumuşam. Teatrımız təmirə bağlandı, tətildən qayıdanda artıq Hacıbaba Bağırovu teatrın direktoru təyin etdilər. İki namizəd var idi, Siyavuşla Hacıbaba. Hacıbaba qalib gəldi. Mən də teatrdan uzaqlaşmışdım. Çünki Hacıbabadan əvvəl teatra Qəzənfər Topçuyev adlı direktor gəlmişdi. O vokalistlərin qədrini bilmirdi. Soyuq qış aylarında məktəblərə göndərirdi ki, “get çaqqal, canavar rolu oyna”. Deyirdim ki, “mən vokalistəm, gedib xəstələnsəm səhəri gün tamaşada kim oxuyacaq?”. Hacıbaba direktor seçiləndə məni teatra qaytardı. Nə Hacıbaba müəllimin, nə Nəsibə xanımın, nə də Siyavuşun tamaşalarına bilet tapılmırdı. Milət gəlirdi, kor-peşman çıxıb gedirdi. Fuad adlı aktyorla 2 ay idi teatra gəlmişdik. Hacıbaba Bağırovun tamaşasına baxmaq istəyirdik. Yer yox idi. Orkestrin oturduğu yerdə dayanıb tamaşaya baxırdıq. Tamaşaçı bizi görmürdü, amma Hacıbaba Bağırov görürdü. Bizə baxıb dedi ki, “yerinizi yaxşı tapmısınız, sizin yeriniz elə ora olacaq, ortalığa çıxa bilməyəcəksiniz”. Mən bildim ki, o sözü bizə atdı. Guya ki, həmin sözü tamaşada Novruz Qartala deyirdi. Üstündən bir müddət keçəndən sonra bunu Hacıbaba müəllimdən soruşdum. Dedi ki, mənim yadıma gəlmir” deyə aktyor bildirib.

Aktyor “Hicran” tamaşasında eyniadlı obrazın ifaçısından da danışıb.

““Hicran” tamaşası bir müddət getmədi. Çünki orada Orxan obrazını Pərviz adında bir vokalist oxuyurdu. O da əyyaş idi, tamaşaya içkili gəlirdi. Onu xəstəxanaya yerləşdirdilər, xəstəxanada da vəfat etdi. Mən teatra gələndə Orxan rolunu mənə tapşırdılar. Hicran rolunu aktrisa Sona Həsənova oynayırdı. Tamaşa çəkiləndə mənim 32, Sona xanımın 50 yaşı var idi. Sona xanım bəlkə də yaşamır. O həmişə deyirdi ki, təqaüd yaşım çatan kimi 1 dəqiqə də olsun teatrda qalmayacam. Bir müddət birlikdə oynadıq. Mən bəzən öz-özümə fikirləşirəm ki, bu ömrü yaşamışam yoxsa bu bir yuxudur?” deyə sənətkar bildirib.

Sənətkar səsinin olmasına baxmayaraq heç vaxt toya getmədiyini bildirib.

“Heç vaxt toya getməmişəm. Bizdə bir vokalist var idi, Novruz Məmmədov. O toylara da gedirdi, vokal da oxuyurdu. Yaxşı səsi də var idi. O toylar səsini pis günə qoydu. Hətta vokaldan 3 qiyməti aldı, halbuki 5-lə daxil olmuşdu universitetə. Tələbə vaxtı restoranda işləmişəm” deyə Bəhram Əliyev bildirib.
 
Ardını oxu...
Tanınmış aparıcı Könül Muxtarova Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

- Könül xanım, bu gün doğum gününüzdür. Sizi ürəkdən təbrik edirəm. Bu ilki doğum gününüzü necə qeyd etdiniz?

- Bu gün 34 yaşım tamam olur. Ötən ilki doğum günümü böyük çevrədə və təntənəli şəkildə qeyd etmişdim. 44 günlük Vətən müharibəsindən sonra, artıq il yarım idi ki, mənim ailəmdə, evimdə xoş günlər qeyd olunmurdu. İstəsəydim də, edə bilmirdim. Deyirlər ki, 33 yaş qadın üçün cənnət yaşıdır. Ona görə də keçən il şəhid qadınlarının halallığını alaraq, onların ilk çıxışıyla başlayan tam fərqli formada özümə doğum günü keçirmişdim. Bu ilki 34 yaşımı ümumiyyətlə qeyd etmədim. Çünki doğum günümdə işdə-səhnədə oldum. Amma may ayının 20-dən 21-nə keçən gecə ailəm, övladım, ən yaxın, doğma, sevdiyim insanlar yanımda oldular. Onlar mənə sürpriz etdilər. Hədiyyələrim çox fərqli, çox maraqlı idi. Bu il mənim hədiyyələrim yalnız qızıldan ibarət oldu. Bir az gülməli səslənir. Elə bil doğmalarım sözü bir yerə qoymuşdular. Düşünürəm ki, xanım üçün bu da ən gözəl hədiyyələrdəndir.

- Könül xanım, illərin aparıcısısınız. Sizi bir çox baxımlı verilişlərdə izləmişik. Bu gün niyə efirlərdə görünmürsünüz?

- Televiziya aləminə gəlməyimdən artıq 17 il keçdi. Son 2 ildir ki, efirə çıxmıram. Əslində bunun bir çox səbəbləri var. Düzünü desəm, özüm də can atmıram. Sağ olsun televiziya kanallarının əməkdaşları, rəhbərləri, onlar tərəfindən bir çox dəvətlər də olur. Amma mən nədənsə istəmirəm. Bilmirəm, gələcəkdə bəlkə yenidən efirə çıxacam. Hamı çox yaxşı bilir ki, mən Mədəniyyət Nazirliyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşıyam, orada bədii rəhbərəm. Bu vəzifəmdən çox böyük zövq alıram. Çünki çox məsuliyyətli işi çiyinlərimə götürmüşəm. Mədəniyyət işçisiyəm, həmçinin də anayam. Bu məsuliyyətlər mənə bəs edir. Düzünü desəm, efirə aparıcı kimi çıxmağa nə həvəsim, nə də ki, vaxtım var.

- Ümumiyyətlə efirlərdən tamam uzaqlaşmısınız desəm daha doğru olar. Çünki aparıcılar var ki, efirdə fəaliyyətlərini davam etdirməsələr belə, verilişlərdə çıxış edirlər. Sizdə isə tam əksinədir.

- Əslində olur. Ara-sıra hansısa efirlərə qonaq kimi çıxıram. Çox az sayda diqqətimi çəkən verilişlər var. Televiziyaya qarşı marağım və həvəsim ölüb. Bilmirəm ki, buna səbəbkar kimdir yaxud nədir?! Nəyə
görə belə oldu?! Amma nəticə etibarı ilə bu dəqiqə efir mənə maraqlı deyil.

- Tamaşaçı kimi efirləri izləyə bilirsiniz?

- Əlbəttə, izləyirəm. Bu mənim bir az vaxt qıtlığımla da bağlıdır. Efirlərimizdə nə baş verirsə, daha çox sosial şəbəkələrdə onları görürəm. Ən azından məlumatlıyam.

- İzləyərkən nə düşünürsünüz?

- Nə düşündüyüm qoy mənə qalsın. Heç vaxt kimsəni qınamamağa çalışıram. Hər kəsin bir seçimi var, zövqlər fərqlidir. Əlbəttə ki, bizim çox gözəl verilişlərimiz də var. Təəssüflər olsun ki, bunlar o qədər az saydadırlar ki! Çox təəssüf! Düşünürəm ki, hər şey yaxşı olar. Allah hər kəsin ruzisini bol etsin. Televiziya əməkdaşlarının televiziya üçün çəkdikləri əziyyətə, zəhmətə, itirdikləri zamana görə inşallah ki, qazancları daha bol olar. Çünki televiziya işi çox məsuliyyətlidir.

- Tamaşaçılar efirə çıxmadığınıza görə sizi sorğu-sual edirlər?

- Çox olur. Toyda da məni görüb, yaxınlaşıb “niyə efirə çıxmırsınız?” sualını ünvanlayırlar. Verilişlərimə, canlı efirlərimə baxdıqlarını, hətta filan qonaqla, filan barədə söhbət etdiyimi də deyirlər. Hələ 2 ildir efirə çıxmıram. Tamaşaçı xatırlayır, diqqətli tamaşaçılarımız çoxdur. Bu suallar olur. Onlara cavab olaraq deyirəm ki, mən hal-hazırki vəziyyətimdən və tutduğum işimdən çox məmnunam. Bu mənim öz seçimimdir. Buna görə də şadam.

- Gününüz necə keçir?

- Günüm çox dinamik keçir. Haradan başlayıb, harada bitir bilmirəm. Çox az yuxu yata bilirəm. Bu mənə çox xoşdur. Yenə də dediyim kimi Mədəniyyət Nazirliyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı olduğuma görə, tədbir və konsertlərimizin təşkili və aparıcılığı mənim üzərimdədir. Mən böyük zövq alaraq bu işi görürəm. Digər saatlarım əlbəttə ki, mənim qızım, onun ehtiyacları, təhsili ilə bağlıdır. Mən buna çox önəm verirəm. Qızım artıq 4-cü sinfi bitirir. Onun dərsi ilə, gedəcəyi yerlərlə, hər bir addımı, gün ərzində geyinəcəyi geyimi, hətta saç düzümü ilə belə özüm maraqlanıram. Təbii ki, həftə sonları konsertlər və el şənliklərində aparıcılıq edirəm. Bu işimdən də çox böyük zövq alıram. Çünki illərdir bir çox ailələrin təkrar-təkrar məclislərində aparıcılıq edirəm.

- Həyatınızı plan üzrə yaşayırsınız?

- Mən planlı insanam. Bunu hər kəs bilir. Mənim ən azı aylıq, həftəlik, gündəlik planım öncədən yazılır. Mən həyatımı bu planla yaşayıram. Təbii ki, bu plana bəzən arzu olunan və arzu olunmayan məqamlar da daxil olur. Mən elə bilirəm ki, bu 34 ili ömrümün son iki ilində yaşadığım kimi yaşamışam. Elə bilirəm ki, həyatımda indi olan insanlar 34 il mənimlə bərabər olublar. Mən bundan sonrakı həyatımı da elə bu günüm kimi yaşamaq istəyirəm. Əlbəttə ki, insanın arzusu olmalıdır. O arzuya çatmaq üçün can atmalıdır. Allahıma hər zaman dua edirəm və deyirəm ki, şükür verdiklərin üçün. Əlbəttə ki, daha çoxunu arzulamalıyam. Daha çox olsa nə xoş halıma. Yetər ki, verdiklərini almasın. Mən bu axarla da, bu minvalla da, bu sevgi, huzur, həyatımda hal-hazırda var olan insanlarla da, ömrümün sonuna qədər yaşamaq istəyirəm. Əlbəttə ki, 1-2 şəxsi arzularım var ki, çox az qalıb ki, onlar da reallaşsın. O zaman sevgim, huzurum, yuvam tam olacaq.

- Həyatınızdakı ən böyük sevgi nədir yaxud kimdir?

- Həyatımın ən böyük sevgisi təbii ki, mənim qızım İncidir. Mən sevirəm, sevilirəm, xoşbəxt qadın, xoşbəxt, bəxtəvər anayam, övladam, sirdaşam, dostam. Ən böyük sevgim elə ətrafımda olan doğma, əziz bildiyim insanlardır ki, onların varlığı ilə mən xoşbəxt oluram. Mən nə olursa-olsun hər gün onlara zamanımı ayırıram. Çünki o dövrdür ki, sevdiklərimizdən möhkəm yapışmalıyıq. Sabah başımıza nə gələcəyi bəlli deyil.

- Güvəndiyiniz dağlara qarlar çox yağıb?

- Düşünürəm ki, hər kəsin həyatında güvəndiyi dağlara qar yağıb. Amma mən çox pozitiv insanam. Çox qəribədir ki, mən heç kimə nə kin bəsləmirəm, nə də ki, kimləsə küsülü qalıb, beynimdə o neqativi saxlamıram. Məndə ümumiyyətlə neqativ deyilən bir şey yoxdur. Bəzən küsülü olduğum insanlarla salamlaşıram, sonra yadıma düşür ki, bu insandan incimişdim. Heç kimdən ummuram, küsmürəm, heç kimə güvənmirəm ki, onlara qar yağanda da pis olum. Çox şükür bura qədər öz gücümə, qüvvəmə, halal zəhmətimə, savadıma, bacarığıma görə gəlib çatmışam. Məncə insan bu həyatda kiməsə güvənərək yaşamasa, onda o dağlara qar yağanda da pis olmaz.
 

Dünyapress TV

Xəbər lenti