Ardını oxu...
Rusiya müdafiə naziri Ukraynanın “çirkli bomba”dan – radioaktiv material və adi partlayıcı maddələrdən ibarət cihazdan istifadə edə biləcəyini iddia edib.O, heç bir sübut təqdim etməyib və Ukrayna, eləcə də Fransa, Böyük Britaniya və ABŞ ittihamları rədd edib.

Rusiya nə deyib?

Rusiya müdafiə naziri Sergey Şoyqu Böyük Britaniyanın müdafiə naziri Ben Wallace-a “Kiyevin çirkli bombadan istifadə ilə bağlı mümkün təxribatlarından narahat olduğunu” deyib.O, ABŞ, Fransa və Türkiyənin müdafiə nazirləri ilə də danışıb və oxşar şərhlər verib.
Birgə cavabda Fransa, Böyük Britaniya və ABŞ hökumətləri “Rusiyanın Ukraynanın öz ərazisində çirkli bombadan istifadə etməyə hazırlaşdığına dair ağ yalan iddialarını rədd etdiklərini” açıqlayıb.Ukrayna Prezidenti Volodimir Zelenski bu ittihamı rədd edib və Rusiyanı “bu müharibədə təsəvvür edilə biləcək hər çirkli şeyin mənbəyi” olmaqda ittiham edib.

Çirkli bomba nədir?

“Çirkli bomba” radioloji silahın bir növüdür. Bu, kütləvi qırğın silahıdır. Nüvə silahları kimi onların hazırlanmasında da radioaktiv materiallardan istifadə edirlər.

Ancaq nüvə bombasında istifadə edildiyi kimi, yüksək dərəcədə təmizlənmiş radioaktiv material ehtiva etməsinə ehtiyac yoxdur.

Yəni, nüvə silahları nüvə parçalanması enerjisindən istifadə edir ki, bu da dağıdıcı şok dalğası, elektromaqnit impulsu, işıq şüalanması, nüfuz edən radiasiya və radioaktiv çirklənmə ilə nəticələnir.Radioloji silahlar isə yalnız bir zərərverici amildən – radioaktiv çirklənmədən istifadə edir. Bu cür silahlar sadəcə olaraq yerin səthinə və atmosferə radioaktiv maddələr yayır, sonra isə havanı, suyu və torpağı çirkləndirir.Bu, onları nüvə silahlarından daha ucuz edir və bu silahların nüvə silahlarından daha sürətli istehsalına imkan verir.

Nüvə silahları yalnız bir neçə ölkənin yarada biləcəyi mürəkkəb mexanizmdir. “Çirkli bomba”nın qurğusu fərqli ola bilər, amma iş prinsipi az-çox eynidir – bu, radioaktiv maddə və onu məhv edən və partlayışın enerjisi ilə maddəni ətrafa yayan içində partlayıcı olan qabdır. “Çirkli bomba”da radioaktiv materiallardan istifadə olunmasına baxmayaraq, nüvə partlayışı baş vermir.

Bomba havada və ya yerdə partlaya bilər, istənilən halda partlayışın enerjisi ərazini çirkləndirməyə kifayət edir.Amerika Alimlər Federasiyası hesablayıb ki, Nyu-Yorkda 9 qram (0,3 unsiya) kobalt-60 və 5 kq TNT olan bir bomba Manhettenin bir ucunda partladılarsa, bu, onilliklər ərzində şəhərin bütün ərazisini yaşayış üçün yararsız hala sala bilər.

Bu səbəbdən çirkli bombalar kütləvi qırğın silahları kimi tanınır. Lakin, silah kimi onlar çox etibarsızdır.Çirkli bombanın içindəki radioaktiv materialın hədəf zonasına səpələnməsi üçün onun toz halına salınması lazımdır. Ancaq hissəciklər çox incə olarsa və ya güclü küləklərə buraxılarsa, çox zərər verə bilməyəcək qədər geniş yayılacaqlar.

Radioaktiv tullantılar xərçəng kimi ciddi xəstəliklərə səbəb ola biləcəyi üçün belə bir bomba hədəf əhali arasında çaxnaşma yaradar. Partlayış zonasının ətrafındakı geniş ərazi də zərərsizləşdirmə üçün boşaldılmalı və ya tamamilə tərk edilməlidir.

Rusiya niyə “çirkli bomba” iddiasını ortaya atdı?

ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutu bildirib ki, Rusiya müdafiə naziri “ehtimal ki, Qərbin Ukraynaya hərbi yardımını ləngitməyə və ya dayandırmağa və qorxulu çağırışlarla NATO ittifaqını zəiflətməyə çalışıb”.Rusiyanın özünün Ukraynanın ərazisində çirkli bomba partlatmağı və “yalançı bayraq” hücumunda günahı Ukrayna qüvvələrinin üzərinə yıxmağı planlaşdırdığına dair fərziyyələr də var.

Bununla belə, bir çox hərbi analitiklər deyirlər ki, Rusiya çirkli bombanın öz qoşunlarına və nəzarəti altında olan əraziyə vura biləcəyi zərəri nəzərə alsaq, bu qədər səfeh olmayacaq.Müharibə Araşdırmaları İnstitutu “Kremlin qaçılmaz saxta bayraqlı çirkli bomba hücumu hazırlaması ehtimalının yox”luğunu açıqlayıb.

Daha əvvəl çirkli bombadan istifadə olunubmu?

Dünyanın heç bir yerində hələ də uğurlu çirkli bomba hücumu olmayıb.Bununla belə, buna cəhdlər olub.1996-cı ildə Çeçenistandan olan üsyançılar Moskvanın İzmailovo parkında dinamit və sezium-137 olan bomba yerləşdiriblər.

Sezium xərçəngi müalicə edən avadanlıqdan çıxarılıb.Təhlükəsizlik xidmətləri onun yerini aşkar edib və zərərsizləşdirib.

1998-ci ildə Çeçenistanın kəşfiyyat xidməti Çeçenistanda dəmiryol xəttinin yaxınlığında yerləşdirilən çirkli bombanı tapıb zərərsizləşdirib. 2002-ci ildə Əl-Qaidə ilə əlaqəsi olan ABŞ vətəndaşı Xose Padilla Çikaqoda çirkli bomba hücumu planlaşdırmaqda şübhəli bilinərək həbs edilmişdi. O, 21 il müddətinə azadlıqdan məhrum edilib.

İki il sonra Britaniya vətəndaşı və Əl-Qaidə üzvü Dhiren Barot Londonda həbs edilib və daha sonra ABŞ və Böyük Britaniyada çirkli bombadan da istifadə edilməsi ehtimal olunan terror aktları planlaşdırdığına görə 30 il həbs edildi.Bununla belə, nə Padilla, nə də Barot həbs olunmazdan əvvəl bombalarını yığmağa başlamamışdılar.(BBC)
 
Ardını oxu...
Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi qulluqçusu, kapitan Ruslan Lunev güllə atıcılığı üzrə dünya çempionatında ikinci yerə çıxaraq gümüş medal qazanıb.

Təmsilçimiz 25 metr məsafəyə tapançadan atış yarışında fərqlənib.

Dünya çempionatı Misirin Qahirə səhərində keçirilib.
 
Ardını oxu...
“Ukrayna Almaniyadan müdafiə sahəsində gələcək dəstəyə ümid edə bilər”.

“Report” xəbər verir ki, bunu Kiyevdə Almaniya prezidenti Frank-Valter Ştaynmayer ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündən sonra deyib.

“Mən indicə prezidentə söz verdim ki, yaxın günlərdə Ukraynaya növbəti “Mars II” reaktiv yaylım atəşi sistemini və əlavə dörd “Panzerhaubitze 2000” haubitsaları təhvil veriləcək”-deyə, o bildirib.

Almaniyanın İqtisadi Məsələlər və İqlim Mühafizəsi Nazirliyinin əvvəlki hesabatına görə, Berlin artıq Kiyevə 686 milyon avro dəyərində hərbi mallar tədarük edib.Onların arasında heç bir hücum silahı yoxdur.
 
Ardını oxu...
Ukraynanın ələ keçirdiyi İran istehsalı Mohajer-6 dronu
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, paytaxt Tehranda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Assosiasiyasının (OANA) üzvləri ilə görüşən İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian çıxışında ölkəsinin xarici siyasətini dəyərləndirib.
Bizimyol.info xəbər verir ki, keçmişdə Rusiyaya silah satdıqlarını, lakin Ukrayna müharibəsi başladıqdan sonra belə bir halın baş vermədiyini bildirən Abdullahiyan, “Ukraynadakı müharibəyə prinsipial baxımdan qarşıyıq. Biz Ukrayna müharibəsində istifadə üçün Rusiyaya heç bir silah və ya pilotsuz təyyarə verməmişik və verməyəcəyik”,- deyə söyləyib.

İddiaların araşdırılması üçün Ukrayna və hərbi ekspertlərin iştirakı ilə birgə görüş keçirməyə hazır olduqlarını bildirən Abdullahiyan bu təklifi Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi ilə görüşündə ona çatdırdığını bildirib.

“Rusiyanın Ukraynaya qarşı müharibədə İranın pilotsuz təyyarələrindən istifadə etdiyi məlum olarsa, biz bu məsələyə biganə qalmayacağıq”,- deyə Abdullahian əlavə edib.

İranın xarici işlər naziri çıxışında nüvə danışıqları prosesinə toxunaraq, “Biz indi razılaşmanın son mərhələsindəyik. Son günlər Amerika tərəfi diplomatik mesajlarla məşğul olmaq imkanını qorumağa çalışsa da, bəzi yerlərdə xaos və terror aktları yaratmağa çalışıb”,- deyə əlavə edib.

Xatırladaq ki, Ukrayna sentyabrın 23-də İranın Kiyevdəki səfiri Mənuçöhr Muradinin akkreditasiyasını geri götürmək və Tehran administrasiyasının “Rusiyaya silah verdiyi” əsası ilə səfirlikdəki diplomatların sayını xeyli azaltmaq qərarına gəlib.

Bundan əlavə, Kiyev rəhbərliyi Rusiyanın oktyabrın 17-də SiHA-larla paytaxt Kiyevə hücumunun İranın Rusiyaya verdiyi Şahid-136 tipli kamikadze pilotsuz uçuş aparatları ilə həyata keçirildiyini və İranla diplomatik əlaqələri tamamilə kəsməyə hazırlaşdığını açıqlayıb.

Kremlin sözçüsü Dmitriy Peskov isə İranın PUA-larının Ukraynada istifadə edilməsi ilə bağlı iddiaları təkzib edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel də oktyabrın 18-də keçirdiyi mətbuat konfransında deyib ki, əllərində İran silahlarının Ukraynadakı hərbi və mülki hədəflərə qarşı istifadə edildiyinə dair geniş sübutlar var və Vaşinqton cinayətkarlara qarşı sanksiyalar tətbiq edə bilər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani isə həmin gün açıqlama verərək, bu ittihamları bir daha təkzib edib və bu ittihamları həll etmək üçün Ukrayna ilə görüşməyə hazır olduqlarını bildirib.

Amerikanın “Washington Post” qəzeti ABŞ və Qərb təhlükəsizlik rəsmilərinə əsaslanan xəbərlərində İranın Rusiyaya, eləcə də dronlara raket göndərməyə razılaşdığını yazıb.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Fransa İranın Rusiyaya silah sistemləri satmasının BMT Təhlükəsizlik Şurasının 2015-ci il nüvə sazişini dəstəkləyən 2231 saylı qətnaməsinə zidd olduğunu iddia edirlər.

Son olaraq bildirək ki, Aİ və Böyük Britaniya oktyabrın 20-də Rusiyaya pilotsuz uçuş aparatları satdığı iddiası ilə İrana qarşı sanksiyalar tətbiq edib. E3 adlandırılan İngiltərə, Fransa və Almaniya da oktyabrın 21-də BMT-ni ittihamları araşdırmağa çağırıb.
 
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunu Luqansk vilayətinin Karmazinovka, Myasojarovka və Nevskoye və Donetsk vilayətinin Novosadovo yaşayış məntəqələrindən sıxışdıraraq çıxarıb.

“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Düşmən müvəqqəti işğal etdiyi əraziləri saxlamağa, taktiki vəziyyəti yaxşılaşdırmağa çalışır, müəyyən istiqamətlərdə müdafiə qüvvələrinin hərəkətlərinin qarşısını almağa səylərini cəmləşdirir, eyni zamanda Baxmut və Avdeyevski istiqamətlərində hücum əməliyyatları aparır”, - məlumatda deyilir.

Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Spirnoye, Soledar, Baxmut, Andreyevka, Maryinka və Pervomayskoye yaşayış məntəqələri ərazilərində hücumları dəf edib.

“Ukraynanın raket qoşunları və artilleriya qüvvələri son sutkada dörd komanda məntəqəsini, canlı qüvvənin, silah və hərbi texnikanın cəmləşdiyi on ərazini, altı sursat anbarını, zenit-raket kompleksini, artilleriya atəşi mövqelərinin ərazisini və düşmənin digər üç mühüm hədəfini vurub”, - Baş Qərargahdan bildirilib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində 90-dan çox yaşayış məntəqəsini işğaldan azad etdiyi bildirilmişdi.
Ardını oxu...
Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov ilə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli arasında baş tutan telefon danışığı zamanı Ukraynanın “çirkli bomba”dan mümkün istifadəsi üzrə müzakirələr davam etdirilib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Bundan əvvəl isə Rusiya Müdafiə Nazirliyi Gerasimovun Böyük Britaniyanın Müdafiə Qərargah rəisi Toni Radakinlə telefon danışığı apardığını bildirmişdi.

Eyni zamanda, oktyabrın 23-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pentaqonun rəhbəri Lloyd Ostin, Fransanın müdafiə naziri Sebastyan Lekornyu, Türkiyənin müdafiə naziri Hulusi Akar və Böyük Britaniyanın müdafiə naziri Ben Uolleslə telefon danışıqları barədə məlumat verilmişdi. Rusiya hərbçiləri Kiyevin “çirkli bomba” və ya az güclü nüvə silahından istifadə edərək təxribat yaratmaq planları barədə məlumatlara malik olduqlarını bildiriblər.
 
Ardını oxu...
İran Silahlı Qüvvələrinin Quru Qoşunları Qərbi Azərbaycan vilayətində, İraq və Türkiyə ilə sərhəddə hərbi təlimlərə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Manevrlər xüsusilə Pasve və Piranşəhr yaşayış məntəqələri ərazisində təşkil olunub.

Hərbi təlimlərin keçirilməsində məqsəd bölmələrin döyüş hazırlığının artırılması və gecə saatlarında hərəkətlərin işlənib hazırlanmasıdır.

Qeyd edək ki, bundan əvvəl İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Araz çayı sahilində, Azərbaycan Respublikası ilə sərhəddə irimiqyaslı hərbi təlim keçirib.

Təlimə regional Aşura qərargahı komandanlıq edib. Təlimlər hərbi manevr döyüş hazırlığının artırılması və yoxlanılması məqsədilə keçirilib.
Ardını oxu...
Ukrayna prezidenti Vladimir Zelenskinin fikrincə, Avropanın bu hissəsində yalnız bir subyekt nüvə silahından istifadə edə bilər, o da Ruisyadan başqası deyil.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Ukrayna lideri Rusiya müdafiə naziri Sergey Şoyqunun bəyanatını şərh edərkən söyləyib.

“Bu gün Rusiyanın müdafiə naziri telefon karuseli təşkil edəndə və xarici işlər nazirlərinə qondarma çirkli nüvə bombası haqqında hekayələr danışanda da hamı hər şeyi çox gözəl başa düşür”, - deyə o, videomüraciətində bildirib.

"Rusiya hara ölüm və deqradasiya gətirdisə, biz normal həyatı bərpa edirik. Söhbət ukraynalılardan gedir. Ukraynanın olduğu yerdə həyat heç vaxt məhv edilmir. Amma Rusiya gələn yerdə özündən sonra kütləvi məzarlar, xaraba qalmış şəhərlər, minalanmış torpaqlar, dağılmış infrastruktur və təbii fəlakətlər buraxır",-deyə Zelenski qeyd edib.

"Əgər kimsə Avropanın bizim olan hissədə nüvə silahından istifadə edə bilərsə, bu, bir nəfərdən başqası deyil. O da yoldaş Şoyquya harasa zəng etməyi əmr edəndir",-deyə Ukrayna prezidenti söyləyib.

Xatırladaq ki, Rusiya mediası Ukraynanın guya “çirkli bomba”dan istifadə edərək təxribat hazırladığına dair iddialar yaymağa başlayıb. Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Türkiyə, Fransa, Böyük Britaniya və ABŞ-dan olan həmkarları ilə söhbətində də bildirib.
Ardını oxu...
Suriya Müşahidə Mərkəzinin məlumatına görə, İran PUA-ları üçün sursat və ehtiyat hissələrinin axını 2022-ci ilin yanvarında Dimas hava limanına gəlməyə başlayıb.
Bundan əlavə, terrorçu Hizbullah üzvləri İranın strateji silahlarını saxlamaq üçün bu hava limanında və onun ətrafında qazma işləri aparırdılar.
Dimas hərbi hava limanına edilən hücum nəticəsində hissələri İranda istehsal olunaraq Suriyaya göndərilən pilotsuz təyyarələrin toplanması yeri məhv edilib.
Uçuş-enmə zolaqlarından biri də dağıdılıb, hərbi radar zədələnib.
Ermənistana görə bizə hədə gələn İran nə üçün susur???
Ardını oxu...
Cavid Dəmirli
Teref.az
 
Ardını oxu...
HDQ və HHQ sahəsində vəziyyətin daha ağır olduğu bildirilir

Yüksək inflyasiya və avronun zəifləməsinə görə Almaniya bəzi hərbi proqramları təxirə salıb.

Teref.az-ın APA-ya istinadla xəbərinə görə, büdcənin vəziyyəti yeni arsenalın alınmasına imkan vermir. HDQ və HHQ sahəsində vəziyyət daha ağırdır. İnflyasiya bütün proqramlara təsir göstərib. Bura il növbədə "K130" gəmiləri və "Eurofighter" təyyarələrinin alınması daxildir.
 
 
 

Dünyapress TV

Xəbər lenti