Ardını oxu...
İranın Ukraynada genişmiqyaslı müharibə başlamazdan əvvəl Rusiyaya pilotsuz uçuş aparatları tədarükünü etiraf etməsi məntiqsiz görünür.

Bunu Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib. “Dronların Rusiyaya təhvil verilməsinin bu cür etirafı bir qədər qəribə görünür. Yəni, onlar mindən çox PUA-nı müharibədən əvvəl tədarük ediblər, rusiyalılar isə döyüş meydanında praktiki olaraq müharibəni uduzduqdan sonra onlardan istifadə etməyə başlayıblar. Yəni kritik infrastrukturumuzu məhv etmək əvəzinə, dronlar 8 ay anbarlarda yatıblar?”, - deyə o, vurğulayıb.

Eyni zamanda, Podolyak qeyd edib ki, İrana qarşı onilliklər ərzində tətbiq edilən güclü sanksiyalara baxmayaraq, ölkənin, məsələn, Rusiyadan daha yaxşı silahlar istehsal etməsi qəribədir.

Prezident Aparatı rəhbərinin müşavirinin sözlərinə görə, Tehranın silah istehsalını davam etdirdiyini, totalitar rejimə etiraz edən öz vətəndaşlarını öldürdüyünü, Rusiya üçün silah tədarükünü nəzərə alsaq, daha sərt davranmaq lazımdır.

“Mənə elə gəlir ki, təkcə sanksiyalar və ya embarqo tətbiq etmək lazım deyil. Məsələn, PUA və ballistik raketlərin istehsalı müəssisələrinə konkret zərbələr endirmək olar və s. Belə bir dövlət cəzasız qalaraq bunu davam etdirə bilməz”, - Podolyak əlavə edib
Ardını oxu...
İranın noyabrın 3-də Moskvaya göndərdiyi nəqliyyat təyyarəsində kamikadze-dronları ola bilər.

"Report" xəbər verir ki, bu barədə “RBK-Ukraina” Almaniyanın “Bild” nəşrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, “İl-76” təyyarəsi noyabrın 3-ü səhər tezdən Tehrandan havaya qalxaraq günorta saatlarında Moskvadakı “Vnukovo” hava limanına enib.

“Bild”in hərbi eksperti Yulian Röpke qeyd edir ki, uçuş ABŞ-ın sanksiyalar siyahısında olan “Pouya Air” aviaşirkəti tərəfindən həyata keçirilib. Eyni zamanda ABŞ Maliyyə Nazirliyi bu aviaşirkətin təyyarələrinin qeyri-qanuni yüklərin daşınması üçün istifadə olunduğunu iddia edir.

Y.Röpke hesab edir ki, məhz “İl-76”da rusların Ukraynaya qarşı müharibədə fəal şəkildə istifadə etdiyi “Şahed-136” dronlarının yeni partiyası Moskvaya gətirilib.
 
Ardını oxu...
Hərbi ekspert: “Bu, güc nümayişidir və Azərbaycan sərsəm fikrə düşən qonşumuza necə cavab verəcəyini göstərir”

Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələrinin təlimləri başlayıb. Müdafiə Nazirliyi bildirir ki, təlimlər Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə keçirilir.

“Xüsusi təyinatlı qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlimlərin planına əsasən, hərbi hissələr “Həyəcan” siqnalı ilə qaldırılıb.

Xüsusi təyinatlılar daimi dislokasiya məntəqələrini tərk edərək əməliyyat rayonuna irəlilədikdən sonra komandirlərin məruzələri dinlənilib, tapşırıqlar dəqiqləşdirilib. Təlimlərə cəlb olunan Hərbi Hava Qüvvələrinin hissələri və bölmələri, raket və artilleriya qoşunları müvafiq aerodrom və rayonlarda cəmləşib. Onların digər qoşun növləri ilə qarşılıqlı əlaqəsi təşkil edilib”, – deyə press-relizdə bildirilir.

Plana əsasən, təlimin sonrakı mərhələlərində xüsusi təyinatlı birləşmələr Hərbi Hava Qüvvələri və onlara dəstək verən raket-artilleriya bölmələri ilə birgə bir sıra tapşırıqları yerinə yetirəcək.

Qeyd edək ki, təlimlər çərçivəsində xüsusi təyinatlı birləşmələrin ayrı-ayrılıqda müəyyən xüsusi hazırlıqları da yoxlanılır.

Turan agentliyi xəbər verir ki, press-relizdə də vurğulandığı kimi, təlimlər müdafiə nazirinin 2022-ci il üçün təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq keçirilir.

Xatırladaq edək ki, oktyabr ayında İran İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri Azərbaycan sərhədinin bilavasitə yaxınlığında genişmiqyaslı təlimlər keçirib. Və bu təlimlər İran generallarının Azərbaycana qarşı təhdid xarakterli bəyanatları ilə müşayiət olunub.

Bu mənzərəni Bakının cavab addımı hesab etmək olarmı? Azərbaycan İrana qorxmadığını və aqressiv eyhamlara cavab verəcək qüvvəsinin olduğunu nümayiş etdirir? Bu cavab praktiki baxımdan nə dərəcədə faydalıdır? Bunun molla rejiminə soyuq duş təsiri ola bilərmi?

Press Klubun suallarını hərbi ekspert, Müdafiə Nazirliyinin İnformasiya-analitik şöbəsinin keçmiş əməkdaşı Azad İsazadə cavablandırıb:

– Prinsipcə, bu cür manevrlərin bir az əvvəl başlayacağını gözləyirdim. Amma görünür, hansısa hazırlıq işləri gedirmiş, çünkü onlar elan olunmadı. Niyə bir az əvvəl keçiriləcəyini gözləyirdim? Çünki biz ümumiyyətlə beynəlxalq təcrübədə tez-tez görürük ki, hansısa dövlət sərhəd yaxınlığında manevrlər keçirəndə, qonşu ölkənin silahlı qüvvələri də təxminən eyni zonada qarşılıqlı təlimlər keçirməyə başlayır. Xüsusən də onlar demək olar ki, eyni vaxtda keçirilirsə, bu, ona işarədir ki, biz də qoşunları bura çəkmişik və əgər sizin manevrləriniz rəvan şəkildə hansısa təxribata çevrilsə, bizim qoşunlarımız da buradadır və onlar hazırdırlar.

Ümumiyyətlə, hər hansı bir manevr təkcə təlim deyil, həm də güc nümayişidir. Deməli, İran bu yaxınlarda Azərbaycanla sərhəddə gücünü nümayiş etdirdi və buna cavab olaraq Bakı da nümayiş etdirir ki, biz qorxmuruq, vəziyyətin istənilən inkişafına hazırıq və silahlı qüvvələr yaxın ərazidə təlimlər keçirir.

Xüsusi təyinatlı qüvvələrin, Hərbi Hava və raket qüvvələrinin birgə təlim keçirməsi isə Azərbaycan tərəfinin nəyə hazır olduğunu təsəvvür etməyə imkan verir. Birincisi, cənub sərhədində iki hava limanımız açıqdır. Onların təlimlərə cəlb olunacağı fakt deyil, amma tamamilə mümkündür ki, hərbi pilotlar təlimlər zamanı bu obyektlərlə tanış olacaqlar. Bu hava limanları, xüsusi hallarda həm də “atlama aerodromları” kimi xidmət edə bilərlər – yəni havaya qalxdılar, vurdular və geri döndülər.

Raket və artilleriya qoşunları isə nümayiş etdirir ki, lazım gələrsə, Araz çayı üzərindən hər hansı qanunsuz keçidlərə zərbələr endiriləcək.

Ehtimal edək ki, İran Silahlı Qüvvələri sərhədimizi keçib və hücum əməliyyatları aparır. Burada Ukraynadakı vəziyyətlə kiçik bir paralel apara bilərsiniz – dərhal təcavüzkar tərəfin rabitə, sursat, yanacaq, ərzaq təminatına ehtiyacı yaranır. Müdafiə olunan tərəfin xüsusi təyinatlı qüvvələrinin vəzifəsi bu əlaqəni kəsmək, arxada təxribat törətmək, sursat anbarlarını partlatmaq və sairdir. Nəzərə alsaq ki, Arazın o tayında da azərbaycanlılar yaşayırlar, xüsusi təyinatlı qüvvələrə mümkün düşmənin arxasında, İran İslam Respublikası ərazisində belə təxribat törətmək heç də çətin olmayacaq.

Dəhşətli mənzərədir, ancaq bu manevrlərdə hansı oyunların oynanıla biləcəyini çatdırmaq istəyirəm. Və müvafiq olaraq, bütün bu üç qoşun növü qarşılıqlı əlaqədə olmalıdır. Xüsusi təyinatlılar ilk növbədə kəşfiyyat aparmalı, həm raket-artilleriya atəşi, həm də aviasiya atəşi üçün hədəfi göstərməlidir.

Deməli, bəli, bu, güc nümayişidir və indi Azərbaycan, artıq dəfələrlə sərhədlərimiz yaxınlığında təlimlər keçirən cənub qonşumuz hansısa sərsəm fikir düşərsə, ona necə verəcəyini açıq şəkildə göstərir.

Rauf Orucov
 
 
 
Ardını oxu...
“Azərbaycan Ordusunun bölmələri tərəfindən guya qarşı tərəfə atəş açılması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır”.
Bu haqda Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.
Ardını oxu...
İranın nüvə yanacağı istehsalı üçün materialların əldə edilməsində və Tehranın nüvə silahı yaratmaq proqramının sürətləndirilməsində Rusiyadan kömək istəyir.

“Report” xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyatının adı açıqlanmayan rəsmisinin məlumatlarına istinadən xəbər verib.

Kəşfiyyat məlumatlarına görə, İran Rusiya Federasiyasından əlavə nüvə materialları əldə etmək və nüvə yanacağı istehsalı üçün kömək istəyir:

“Yanacaq potensial olaraq İranın nüvə silahı əldə etmə müddətini daha da qısalda bilər”.

Qeyd olunub ki, eyni zamanda Moskvanın Tehranın tələblərinə razı olub-olmaması qaranlıq olaraq qalır.

CNN bildirib ki, ABŞ prezident administrasiyası Moskva ilə Tehran arasında münasibətlərin mümkün inkişafını narahatlıqla izləyir.
Ardını oxu...
2030-cu ilə qədər ABŞ onun arsenalına bərabər olan iki nüvə dövləti ilə qarşılaşmalı olacaq.

"Report" xarici KİV-ə istinadla xəbər verir ki, bu fikri ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul Vaşinqtonda Brukinqs İnstitutunda keçirilən seminarda çıxışı zamanı deyib.

Koul bildirib ki, onun hesablamalarına görə, Çin yaxın illərdə nüvə arsenalını dörd dəfə artıracaq.

2021-ci ildə Amerika Alimləri Federasiyasının nüvə informasiya proqramının direktoru Hans Kristensen və onun həmkarı Mett Korda müxtəlif ölkələrin nüvə arsenallarının təhlili ilə bağlı hesabat təqdim ediblər. Hesabata görə, 2021-ci ilin əvvəlinə Pentaqonun sərəncamında 3800-ə yaxın operativ şəkildə yerləşdirilən və ehtiyat döyüş başlığı olub. Rusiya isə təxminən 4500-ə yaxın operativ şəkildə yerləşdirilən və hazır vəziyyətdə olan nüvə başlığına malikdir. Çində təxminən 350 döyüş başlığı var, lakin digər ekspertlər bunun 1000-ə qədər ola biləcəyini təxmin edirlər.
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin Xerson sakinlərinin döyüş bölgəsindən çıxarılması barədə göstəriş verib.

32gun.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Putin bu barədə jurnalistlərə açıqlamasında söyləyib.

"Mülki əhali hərbi əməliyyatlarla bağlı atəş və hücum tədbirlərindən əziyyət çəkməməlidir" - deyə, o, bildirib.
 
Ardını oxu...
Bolqarıstan parlamenti ilk dəfə olaraq Ukraynaya hərbi yardımın göndərilməsini təsdiqləyib, yerli hökumət bir ay ərzində ora hansı növ silahların göndəriləcəyinə və bunun Bolqarıstanın müdafiə qabiliyyətinə zərər vurub-vurmayacağına qərar verəcək.

"Report" xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Ukraynaya bu cür yardımın göndərilməsinin lehinə 175 deputat, əleyhinə isə 49 parlament üzvü səs verib, 1 nəfər bitərəf qalıb.

Bolqarıstan indiyədək öz obyektlərində Ukrayna hərbi texnikasını təmir etməyə razılıq verib, lakin ölkə Prezident Rumen Radev və bəzi siyasi partiyaların etirazları səbəbindən hərbi yardım göndərməyib.
 
Ardını oxu...
Ukraynada “Vaqner”in helikopter alayının komandiri Vyaçeslav Zanqiyev məhv edilib.

Sozcu.az xəbər verir ki, bu barədə bloger Nekro Manser məlumat verib.

Qeyd olunur ki, o, oktyabrın 31-də Donbasda Mİ-8 helikopterini idarə edərkən Ukrayna əsgərləri tərəfindən vurulub.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Rus generallar Putinin olmadığı görüşdə nüvə silahından istifadə ilə bağlı müzakirələr aparıblar.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “The New York Times” nəşri ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

ABŞ rəsmiləri iddia ediblər ki, yüksək rütbəli Rusiya hərbi rəsmiləri Ukraynada taktiki nüvə silahından nə vaxt və necə istifadə edə biləcəklərini müzakirə etmək üçün bu yaxınlarda bir araya gəliblər. Xəbərdə Rusiya Prezidenti Vladimir Putinin bu görüşdə iştirak etmədiyi bildirilir.

“Rusiya rəsmilərinin belə müzakirə aparması ABŞ-ı narahat edir. Əslində bu, rus generallarının meydandakı uğursuzluqlardan nə qədər məyus olduqlarının sübutudur. Bu, Putinin nüvə silahından istifadə ilə bağlı üstüörtülü hədələrinin sadəcə sözdən ibarət olmadığını göstərir”,- məlumatlı mənbə bildirib.

ABŞ rəsmiləri rusların cəbhədə nüvə silahı yerləşdirdiyinə və hücum üçün addımlar atdığına dair sübutların olduğunu vurğulayıblar.
 

Dünyapress TV

Xəbər lenti