İlham Mirzəyev: "Reytinqə görə meymunluq edə bilmərik"
Tanınmış aparıcı İlham Mirzəyev "Space TV"dən ayrılmağının səbəblərini açıqlayıb.

İ.Mirzəyev Pravda.az-a açıqlamasında kanalla yollarının ayrılmasını belə izah edib:

“Övladlarım xaricdə təhsil alırlar. Azərbaycanda da xəstə anam olduğu üçün məcbur idim ki, ölkəyə gələm. Övladlarım Türkiyədə, mən Azərbaycanda. Alındıra bilmirəm. Həm də 29 il idi, televiziyada çalışırdım, istəyirdim ki, təcrübəmi 1 il də artırım. "Space" kanalının rəhbəri Vado Korovinə xüsusi təşəkkür edirəm ki, mənə 1 il şərait yaratdı, çalışdım. Həm övladlarımı dolandırdım, həm də bu sahədə 30 ilim tamam oldu. Təcrübəmin 11 ilini Azərbaycan Dövlət Televiziyasında, qalan müddəti də "Space" televiziyasında fəaliyyət göstərdim. Ümumi televiziya stajım 30 il oldu. Həm də çətindir, çünki “Evimin qonaqları” verlişini evimdə çəkirdim, evim də əldən gedirdi. Sağ olsunlar, bir neçə kanaldan təklif gəlir, amma hələ dəyərləndirirəm. Çünki yaşım da keçib axı, cavanlara meydan vermək lazımdır. Artıq bizim dövrümüz keçib. Reytinqə görə özümüzü öldürə, meymunluq edə bilmərik. Düzdür, yaxşı aparıcılarımız var, hamısına hörmət edirəm. Lakin hərənin öz dəsti-xətti var. Mən istəyirəm ki, “Etiraf”, “Münəccim”, “Tale yolları” verilişi elə brend olaraq qalsın. Artıq yaşlaşmışam, üzüsulu getməyim daha yaxşıdır. Efirdən də görürəm ki, yaşlaşmışam. Enerjim var, dediyim kimi, təkliflər gəlir. And içirəm, hələ heç bir kanalla bağlı fikrim yoxdur. Əslində fikrim, ümumiyyətlə, efirə çıxmamaqdır. Amma hələ dəyərləndirirəm. Hansı kanalın maaşı mənə sərf edəcəksə, ora da gedəcəyəm. "Space" mənim doğma evim idi, evim olaraq da qalır. Veriliş aparmasam da, ora gedib-gələcəyəm. Çünki "Space" mənim üçün müqəddəs bir məbəddir. Bir daha Vado Korovinə minnətdarlığımı bildirirəm, Allah ona uzun ömür, cansağlığı versin. Yenidən kameraları, tamaşaçı sevgisini gördüm. Şərait yaratdı, mənə hörmət etdi, ayrıca otaq verdi. Bir neçə verilişi aparmağıma şans yaratdı. “Yaxşıya doğru”, “Evimin qonaqları" verilişlərini apardım və özümü doğrultdum, reytinqli verilişlər oldu. Bütün yayı efirə getdi. Vado müəllim mənə çox yaxşılıq etdi. Kanaldan getdiyimə görə özüm özümdən xəcalət çəkirəm ki, o adamı niyə yarı yolda qoydum? Köhnə aparıcı kimi çox diqqət və qayğısını gördüm. Məni bir də ayağa qaldırdı, qardaş kimi oldu. Amma məni bağışlasın ki, artıq o enerjim tükənib, o cür verilişlər apara bilmirəm. 59 yaşım var, övladlarımın da elə vaxtıdır ki, onları yiyəsiz buraxa bilmərəm. "Space"dən ayrılmağımın başqa heç bir səbəbi, yaxud incikliyim yoxdur. Hazırda məzuniyyətdəyəm, adım oktyabrın 2-dək hələ də kanaldadır”.

İ.Mirzəyev televiziya kanallarının vəziyyətindən də danışıb: “Bilirsiniz ki, bu gün efirlərdə nə ilə gündəmə gəlirlər... Abırlı veriliş aparırsan, baxan yoxdur. Amma kimsə kimisə vursun, yıxsın, şərəf və ləyaqətini alçaltsın, baxacaqlar. Mən illərin aparıcısı olduğuma görə heç bir kanalın, sənətin, sənətkarın şərəfinə, ləyaqətinə toxuna bilmərəm. Çünki onlar mənim itirilməz xəzinələrimdir. Bu günə qədər o sənətkarların hörmətində, diqqətində varam, ətrafımdadırlar. Bu mənim üçün böyük nemətdir. Efirlər “reytinq, reytinq” deyə-deyə cəmiyyətin əleyhinə işləyir. Mən bunu edə bilmərəm. Hava Limanına gəlirəm, inanın, məni elə gözəl qarşılayırlar. İstər Dövlət Sərhəd Xidməti, istər gömrük işçiləri, adi insanlar. Analar məni bağırlarına basırlar. Deyirəm ki, ay Allah, mən nə xoşbəxt aparıcı olmuşam ki, bu günə kimi unudulmadım. Allah bunu mənə çox görməsin...”

Bölmənin digər xəbərləri

04 May 2025 "O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara bilmirdik"
03 May 2025 Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama - VİDEO
03 May 2025 Talıb Tale qızına onun adını qoyacaq - VİDEO
03 May 2025 Aqşin aparıcı Zaurları tənqid etdi: “Kişiyə yaraşan suallar deyil” - VİDEO
02 May 2025 Elza: “Onlar polis idarəsində məndən üzr istəyiblər”
01 May 2025 “Uzak şehir”in aktrisası sevgilisindən ayrıldı
01 May 2025 Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı
30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova

Dünyapress TV

Xəbər lenti