“Yaşarla özünü reklam edir, elə bil...”
“Mən bir şeyi başa düşə bilmirəm ki, bu oğlan kimdir? Onun sənəti nədir? Bilinmir ki, o restoranı reklam edir, öz bişirdiyi yeməyi reklam edir yaxud da Yaşarın yanında özünü reklam edir? Yaşar Yaşardır. Onun reklama ehtiyacı yoxdur”

Bunu Moderator.az -a açıqlamasında xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuriyeva gənc aktyor Rəşidin sənətkarı parodiya etməsinə münasibət bildirərkən deyib. O daha sonra bildirib ki, gənc özünü Yaşar Nuri ilə reklam edir.

“Yaşar zirvədir. Gənc aktyorlardan heç kimin ona əli çata bilməz ki, o zirvəyə qədər qalxa bilsin. Cavanların da o zirvəyə qalxması üçün uzun müddət vaxt lazımdır ki, o adı qazanıb saxlaya bilsinlər. Bu parodiya deyil. Elə bil burnunda əti var, özü öz səsini idarə edə bilmir. Əgər bacarmırsansa parodiya etmə. Gərək o qədər oxşadasan ki, müəyyən mənada o olmasa da, həmin şəxsə yaxın bir parodiya olsun. Bunların heç biri həmin oğlanda yoxdur. Elə bil ki, küçədən kimisə tutub deyiblər ki, gəl filankəsin səsi ilə danış Sənətkarları parodiya etmək çox çətindir. Bir anlıq nəsə oxşada bilərlər, amma eynən oxşada bilməzlər. Çünki əsl sənətkar başqa bir aləmdir. Parodiya edən gərək o qədər həmin insanın aləminə aludə olsun ki.. Bunun üçün həmin şəxsin filmlərinə, tamaşalarına, əsərlərinə baxmaq lazımdır. Mənim üçün parodiya başqa bir sənətdir. Parodiya edənlər də düşünməlidirlər ki, kimi edirlər. Diqqətli olmalıdırlar. Parodiya elə-belə “haha-hihi” etmək deyil” deyə o bildirib.
Rəhimə Nuriyeva deyir ki, Yaşar Nurini onun sağlığında da parodiya ediblər.

“Yaşarı sağlığında da parodiya ediblər. Heç kimə sədd qoymayıb. Onlara qulaq asıb heç vaxt deməzdi ki, yaxşıdır, pisdir. Sadəcə oturub, baxıb gülərdi. Vəssalam! Bəlkə bu zamanda o sağ olsaydı mənasız parodiyalara baxıb nəsə deyə bilərdi. Yaşar heç kimin pisliyini istəməzdi. Hamı ona o qədər hörmət edirdi ki.. Yaşarın da onlara hörməti var idi. Yaşar üçün yalnız sənəti, onun yaratdığı obrazlar idi. Sənətkar sənətkardır. O vaxtkı bütün sənətkarlar sənətin zirvəsində idilər. Bu gün barmaqla sayılası gənclər var ki, gələcəkdə bəlkə də onlardan güclü aktyor çıxsın. Onlara vaxt, zaman lazımdır. Onlar hələ sənət üçün heç nə etməyiblər. Hələ obrazlar qalereyası yaratmalıdırlar” deyə aktyorun xanımı bildirib.
 

Bölmənin digər xəbərləri

04 May 2025 "O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara bilmirdik"
03 May 2025 Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama - VİDEO
03 May 2025 Talıb Tale qızına onun adını qoyacaq - VİDEO
03 May 2025 Aqşin aparıcı Zaurları tənqid etdi: “Kişiyə yaraşan suallar deyil” - VİDEO
02 May 2025 Elza: “Onlar polis idarəsində məndən üzr istəyiblər”
01 May 2025 “Uzak şehir”in aktrisası sevgilisindən ayrıldı
01 May 2025 Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı
30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova

Dünyapress TV

Xəbər lenti