b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_3eedf3329d17c5dd5cf0c406c002f0f8.jpg
   

Nəsimi Rayon Məhkəməsində Xalq artisti Flora Kərimovanın həkim Sevinc Heydərovaya və onun çalışdığı “International Medical Centre”ə qarşı iddiasına baxılıb.

Musavat.com xəbər verir ki, 1 il davam edən məhkəmə çəkişməsinin sonunda Flora Kərimovanın həkimə və klinikaya qarşı 30 min manatlıq iddiası təmin edilməyib.

Flora Kərimova iddiası ilə bağlı bunları deyib:

“Məni inandırdı ki, göz ətrafında plastik əməliyyata ehtiyacım var. Özü də könüllü şəkildə əməliyyata ödənilməli məbləğdən imtina etdi. Əməliyyat onun iş karyerasına böyük təkan olacaq, daha geniş auditoriyaya tanıdacaqdı. Özünüreklam üçün mənim sağlamlığıma ziyan vurdu”.

Müğənninin iddiasına görə, televerilişlərin birində tanış olduğu Sevinc Heydərova öz reklamından ötrü onun sağlamlığına ciddi ziyan vurub.

“International Medical Centre”də müğənninin hər 2 gözünün ətrafında əməliyyat aparılıb. O, əməliyyatdan sonra kirpiklərinin tökülməsindən, gözlərinin əyilib eybəcərləşməsindən şikayətlənir.

Təkrar əməliyyata ehtiyac duyduğunu söyləyən Flora Kərimova deyir ki, xaricdə bu əməliyyatın qiyməti 30 min manatdır və bu səbəbdən həmin pulu klinika və həkimdən tələb edib. O, məhkəmədə də 30 min manatlıq tələblə iddia qaldırmışdı.

Xalq artistinin 83 yaşı var və daha bir iddiası budur ki, onu əməliyyat edən Sevinc Heydərova ixtisasca cərrah deyil, fizioloqdur. Dediyinə görə, bu məlumatı da əməliyyatdan sonra bilib. İstər klinika, istərsə həkim Flora Kərimovanın iddialarını qəbul etmir. Klinikanın nümayəndəsi də, Sevinc Heydərova da müğənninin səsləndirdiyi ittihamların əsassız olduğunu deyirlər.

Təhsili, ixtisası barədə məhkəməyə sənədlər təqdim edən həkim Flora Kərimovanın ona böhtan atdığını bildirib. Sənədlərdə göstərilib ki, Sevinc Heydərova 2009-cu ildə Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsini bitirib və öncə həkim-nevropatoloq işləsə də, 2021-ci ildə həkimlərin sertifikasiyasından keçərək plastik cərrah kimi fəaliyyət göstərməyə icazə alıb. Klinikanın arayışında isə yazılıb ki, Flora Kərimova onlara üz tutarkən əvvəllər bir neçə dəfə müxtəlif həkimlərin onun göz qapağını əməliyyat etdiyini, sonradan fəsadlar yarandığını söyləyib. Onlardan elə həmin fəsadların aradan qaldırılmasını istəyib. Bu mübahisəyə təxminən bir il ərzində Nəsimi Rayon Məhkəməsində baxılıb.

Məhkəmə dövründə ekspertiza təyin edilib. Ekspertlər göz qapaqlarında əməliyyatdan sonra çapıq toxuması, alt göz qapaqlarında dəri defekti, üz nahiyəsində asimmetriyanın olduğunu müəyyənləşdirib. Di gəl, Flora Kərimova öncə də, sonra da bir neçə dəfə əməliyyat keçirdiyindən bu fəsadların hansı əməliyyatdan sonra yarandığını aydınlaşdırmaq mümkün olmayıb.

“Pasiyentin yaşını, dəri turqorluğunu, dəri elastikliyini, dəfələrlə cərrahiyyə əməliyyatlarına məruz qalmasını nəzərə alaraq, texniki qüsurun məhz hansı cərrahiyyə əməliyyatından sonra baş verdiyini söyləmək mümkün deyil”, - ekspertizanın rəyi belədir.

Bu rəyə dayanan hakim bir il sürən məhkəmə araşdırmalarının sonunda Flora Kərimovanın 30 minlik iddiasını rədd edib.

Flora Kərimova qərardan apellyasiya şikayəti verəcəyini deyib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bölmənin digər xəbərləri

04 May 2025 "O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara bilmirdik"
03 May 2025 Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama - VİDEO
03 May 2025 Talıb Tale qızına onun adını qoyacaq - VİDEO
03 May 2025 Aqşin aparıcı Zaurları tənqid etdi: “Kişiyə yaraşan suallar deyil” - VİDEO
02 May 2025 Elza: “Onlar polis idarəsində məndən üzr istəyiblər”
01 May 2025 “Uzak şehir”in aktrisası sevgilisindən ayrıldı
01 May 2025 Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı
30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova

Dünyapress TV

Xəbər lenti