b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_a62214535a5b80b6c14c99551032298b.jpg
 

"Sosial şəbəkələrdə olan müğənnilər üçün elə orada da kanal yaradılsın. Onlar yalnız orada çıxış etsinlər. Bu cür müğənnilərin efirdə nə işi var? Bunları aparıcılar efirlərə gətirib-çıxarıb, sonra da qoyublar dağ başına. Gəlirəm onların olduğu verilişə, aparıcı başlayır onlardan mənə sual verməyə. Sənin nə ixtiyarın var onlardan mənə sual verirsən? Kimsən axı sən? Mən onunla eyni dərəcədəyəm ki, onunla bağlı mənə sual verirsən?" 

Bu sözləri müğənni Mətanət Əsədova "Mirinin dibçəyi" layihəsində deyib. İfaçı aparıcıların ona ünvanlandığı bəzi suallara əsəbiləşdiyini bildirib:

"Aparıcılar, dünən küçədən keçən bir oxuyan haqqında mənə sual verirsiniz. O sənin günahındır ki, sosial şəbəkələrdə məşhurlaşan müğənniləri efirə çıxardıb onları işıqlandırırsan. Bu mənim yox, sənin kanalının rəhbərinin günahıdır. Şəxsən mən o aparıcılara bu icazə və ixtiyarı verməmişəm ki, hər yoldan keçən barəsində sual versinlər. Buradan da deyirəm ki, həmin aparıcılar mənə həmin müğənnilərdən sual versələr, ağzıma gələni onlara deyəcəyəm. Verməyin! 

Mən bu kimi şeylərdən qıcıqlanan insan deyiləm. Axı niyə gül kimi vaxtımı onlara sərf etməliyəm? Kimdirlər onlar? O aparıcılar belə suallar verirlər ki, verilişləri reytinqli olsun. Sual verəcəklər, paylarını da alacaqlar. Bunu mənə etmək olmaz. O aparıcılara da əvvəlcədən xəbərdarlıq etmişəm ki, mənim səbr kəsamı daşırmayın". 

M.Əsədova aparıcıların həmin müğənniləri pul müqabilində efirə çıxardıqlarını əlavə edib:

"Efirlərdən qətiyyən razı deyiləm. Televiziyalarda belə bir qayda çıxıb “paketlə müğənni”. Paketlə nə zamandan müğənni olublar? Paketlə pul ödəyirlər, efirlərə çıxırlar. Aparıcını rəhbərlər "paket"lə qoyublar işə? Rəhbər sənə maaş verir. Aparıcı "paket" qoyub, yoldan keçəni efirə qonaq çağırır. Yığışdırın bunları. Ödənişlə efirə çıxan müğənniləri qəti şəkildə qəbul etmirəm"/Axşam.az

Bölmənin digər xəbərləri

02 May 2024 Məşhur müğənnini oğlunun dayəsi aldatdı - Həftədə 40 min
02 May 2024 Məşhur Xalq artistinin qızı nişanını qaytardı
01 May 2024 Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
01 May 2024 AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Aprel 2024 "Anam bir sandal da aldı ki, məktəbdə qoymasalar bunu geyinərsən"
29 Aprel 2024 Toyda ifa zamanı Şəbnəmə bu qədər dollar verdilər - Video
29 Aprel 2024 AZALın sabiq prezidenti hansı videonun yayılmasını istəmədi - "Məni biabır etmək istəyirlər" VİDEO
27 Aprel 2024 Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
27 Aprel 2024 Ayaz Babayev “Mələk kimi” mahnısını kimə həsr edib? - VİDEO
26 Aprel 2024 Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
25 Aprel 2024  Detalları 25 aprel 18:00-da Bulvarda biləcəyik... - Diqqət!
24 Aprel 2024  Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək
23 Aprel 2024 Müğənni plastik əməliyyat etdirən kişilərdən DANIŞDI - VİDEO
22 Aprel 2024 Türkiyəli sosial media fenomeni evində ölü tapıldı - FOTO
21 Aprel 2024 "Onun ölümünə sevinmək nədir?"
21 Aprel 2024 “Milyonçular” görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada
20 Aprel 2024 Kamran Həsənli Sərxanın ittihamlarına cavab verdi: "Röyadan pul ala bilərdik?"
19 Aprel 2024 Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
19 Aprel 2024 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
18 Aprel 2024 Ramin Hacıyev Murad Dadaşovdan pulunu tələb edir - MƏHKƏMƏ OLACAQ

Dünyapress TV

Xəbər lenti