Həmkarını təhdid edən Şəbnəm Tovuzlunu hansı CƏZA GÖZLƏYİR?
Müğənni Şəbnəm Tovuzlunun bu yaxınlarda sosial şəbəkə üzərindən etdiyi bir paylaşım ciddi müzakirələrə yol açıb. Belə ki, ifaçı həmkarı Peyman Keyvali barədə ağır ifadələr işlədib. Şəbnəm “Sənin başın əziləcək”, “Etməsən, kişi deyilsən” kimi ifadələrlə onu təhdid edib.

Bəs, Şəbnəm Tovuzlunun bu təhdidləri hansı hüquqi məsuliyyət yaradır?

Məsələyə Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev aydınlıq gətirdi. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, Azərbaycan qanunvericiliyində KİV-lərdə hər hansı bir şəxsi təhqir etməyə görə Cinayət Məcəlləsinin 148-ci maddəsi var:

“Həmin maddəyə əsasən təhqirə görə ən ağır cəza 6 ay azadlıqdan məhrumetmədir. Amma burada pul cəzası da var. Təhqir edən tərəf məhkəmənin qərarı ilə 1000 manatdan 1500 manatadək cərimələnə bilər.

Üstəlik, təhqir edən tərəf ictimai işlərə də cəlb edilə bilər. Bunun üçün qarşı tərəf xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməlidir və məhkəmədə özünün təhqir olunduğunu sübut etməlidir.

Bir çox hallarda məhkəmə söylənən fikirlərdə təhqirin olub-olmamasını müəyyən etmək üçün linqvistik ekspertiza təyin edir. Yalnız həmin ekspertiza müəyyən edir ki, səslənən fikirlərdə təhqir var, ya yox. Ekspertiza rəyindən sonra məhkəmə müvafiq qərar verir”.

VİDEO burada:
https://player.bizim.media?v=27843&share_user_id=

Bölmənin digər xəbərləri

05 May 2025 Analarının sürprizi Xalq artistlərini kövrəltdi - VİDEO
05 May 2025 "Heç bir kanalda məni işə götürmədilər" - FOTO
04 May 2025 "O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara bilmirdik"
03 May 2025 Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama - VİDEO
03 May 2025 Talıb Tale qızına onun adını qoyacaq - VİDEO
03 May 2025 Aqşin aparıcı Zaurları tənqid etdi: “Kişiyə yaraşan suallar deyil” - VİDEO
02 May 2025 Elza: “Onlar polis idarəsində məndən üzr istəyiblər”
01 May 2025 “Uzak şehir”in aktrisası sevgilisindən ayrıldı
01 May 2025 Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı
30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur

Dünyapress TV

Xəbər lenti