Ardını oxu...
Müğənni Elza Seyidcahan və Ülviyyə Namazova arasında qalmaqal yaşanıb.

Lent.az-ın xəbərinə görə, qatıldıqları teleproqramda onlar arasında gərginlik yaşanıb.

Proqramda yer alan Ülviyyə Namazova Seyidcahanın şeirlərini ələ salmağa başlayıb. O, "Tikim sizin ağzınızı" şerinə lağ edib.

Elza Seyidcahan buna cavab olaraq "Sən ora hələ çatmamısan, çatarsan, bəyənərsən. Sən "t"nı başqa cür görürsən, mən nə edim? Bədənin başdan ayağa tikilib" deyib.

Elza Seyidcahanın həddən artıq dəyişməsi diqqət çəkib.
 
Ardını oxu...
Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadə və Avroviziya üçüncümüz Aysel Teymurzadə (Adıgözəlzadə) boşanma xəbərlərini yalanlasa da, məsələnin doğru olduğu üzə çıxıb.

Teleqraf.com "Olay"a istinadən xəbər verir ki, iddia olunduğu kimi ayrılmaq istəyən Aysel yox, Murad Adıgözəlzadədir.

Onun da bunun üçün səbəbi var. İddia olunur ki, Adıgözəlzadənin bu günlərdə başı işdə eşq macərasına qarışıb. O, filarmoniyada fəaliyyət göstərən skripkaçı N.A adlı xanımla sevgi münasibəti yaşayır. Hətta Murad onunla evlənmək niyyətindədir. Bu səbəblə də Teymurzadə ilə olan izdivacını pozmaq qərarına gəlib.

Aysel isə uğruna karyerasından xətt çəkdiyi həyat yoldaşının xəyanətindən xəbərdar olsa da, ondan boşanmaq istəmir.

Sənətçinin ayrıldığını göstərmək istəməməsi də bu səbəbdəndir.

Qeyd edək ki, cütlüyün 3 övladı var.

Müəllif: Teleqraf.com
 
 
 
Ardını oxu...
Bir neçə gün öncə komaya düşən tanınmış meyxanaçı Elnur Valeh vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Qeyd edək ki, meyxanaçı 16 ildir şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkir, dializ müalicəsi alırdı.

Onun bir neçə gün öncə toydan çıxarkən halı pisləşib və komaya düşüb.
 

Ardını oxu...
“Bu dəqiqə qayınana ilə yaşamaq bəla olub”.

Bu sözləri Əməkdar artist Zakir Əliyev deyib.

Sənətçi yeni ailə quran xanımların qayınanaları ilə yaşamaq istəməməklərinə etiraz edib:

“Qızlar deyirlər ki, atası-anası varsa, biz ayrı yaşamalıyıq. Ay qardaş, qadanı alım, qurbanın olum, valideyn bu övladı saxlayıb böyüdür ki, gəlini ona bir çay gətirsin, onlara baxıb fərəhlənsin, nazlarını çəksin. Nəvənin böyüməyini görən baba və nənələr var… Uşaqlar ocağında böyüyürlər, amma mühit onları çox fərqli böyüdür. Çox təəəssüflər olsun. Adama çox pis təsir edir. Və ən pisi də buna müasirlik kimi baxırlar”.

 
 
 

Ardını oxu...
Müğənni Xatirə İslam sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, ifaçı saxta və təhrif olunmuş bağlıqlarla yayımlanan "xəbər"lərdən gileylənib:

"Şərhlər çox yazılsın, video çox yayımlansın deyə nə qədər ədalətsiz başlıqlı videolar görürəm gün ərzində. Məsələ burasındadır ki, bunları edən heç jurnalistlər də deyil, adi insanlardır. Görəsən kimsə kiminsə haqqına girəndə heç ürəyində narahat olur ki, birdən ziyan çəkərəm, başıma nəsə gələr? Bu həyatda hər şeyin bir bədəli var".
 
Ardını oxu...
Məşhur meyxanaçı Elnur Valeh komaya düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Meyxanaçı Lənkəran şəhərində el məclislərinin birindən çıxarkən halı pisləşib.

Onun hazırda Lənkaranda olduğu bildirilir.
 
 
 
Ardını oxu...
"İnsanların çörəyinə bais olanlara, kopyasını yaradanlara, əməyini əlindən almaq istəyənlərə rəbbimdən ən ağır cəzanı istəyirəm. Onlar sevdikləri ilə bərabər o cəzanı çəksinlər, mən və pisliyi görənlər baxıb "oxay" desin". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı instaqramda canlı yayımda deyib. O, ad çəkmədən ona pislik edən şəxsə qarğış edib:

"Haqqa girməyin, qəlb qırmayın, yaxşılıq itirməyin. Allah yaxşı insanların gününü xeyirli, bərəkətli etsin. Pislər yox olmalıdır. Onları balalarımız, yaxşı insanlar üçün yox etməliyik. Yaxşılıq itirən, nankor, onun-bunun çörəyinə bais olan, çörəyini itirən, müxtəlif yollarla pislik edənləri Allah öz qazdığı quyuda inlətsin, sevdikləri ilə birlikdə. Bu cür dualar da lazımdır. Pis, paxıl insana yaxşılıq arzulamayın. Bu, yaxşı insanlara haqsızlıqdır. Olmaz, pisə pis, yaxşıya yaxşı demək lazımdır.

Kişi olmayan kişilikdən, əxlaqsız əxlaqdan, oğru düzlükdən, savadı olmayan savaddan, üç cümləni quraşdıra bilməyən illərin yazarından danışır".
Ardını oxu...
Bir neçə ildir ki, balacadan böyüyə qədər qızların el arasında oğlan rəqsləri adlandırılan ritmik rəqslər etməsi müzakirə mövzusuna çevrilib. Bir sıra şəxslər belə rəqslərin oğlanlara məxsus olduğunu və qızlara yaraşmadığını ifadə edir. Sadəcə ifadə etməklə qalmayıb bu nüansı tənqid edənlər həmin qızların valideynlərini də qınaq obyektinə çevirirlər.

Bəs belə rəqslərin qızlar tərəfindən ifa edilməsi niyə cəmiyyətdə səs-küylə qarşılanır? Bununla bağlı Əməkdar artist Ağalar Bayramov “Yeni Sabah”a açıqlama verib. Bildirib ki, ritmlə rəqs edən qızların ifasına heç də pis yanaşmır:

“Qızların oğlanlar kimi ritm rəqs etməsinə pis baxmıram. Cəngavərlik, qəhrəmanlıq bizim qızlara əvvəldən yaraşırdı. Əvvəldən bu ad onların boyunlarına biçilib. Rəhmətlik Şahmar Əkbərzadənin bir şeiri vardı. Deyirdi ki, qadın var ki, başındakı çələngdən min kişiyə papaq olar, sən demə. Həmçinin, “Qaçaq Nəbi”filmində də Nəbinin yanında Həcər atın belində durub. Nə olar ki, bu da rəqsdir. Əslində, ritmik rəqslər də bir qəhrəmanlıq simvoludur. Bu səbəbdən mən onların heç birinə pis baxmıram.Yaxşı edib, o cür rəqs edirlər. Burada nə kimi qəbahət var? Şıdırğı rəqsin özü də bir comərdlik nümunəsidir. Məsələn, 3 qardaşı şəhid olan, I Qarabağ müharibəsi dövründə neçə-neçə Azərbaycan əsgərini, Xocalıda yaralanan sakinləri ölümdən xilas Məleykə Əhmədova, Kəlbəcərdə namusunu qorumaq üçün özünü qayadan atan xanımlarımız var. Onlardan bəhs etmək lazımdır”.

Əməkdar artist tənqid edilməli olan digər məsələlərdən də söz açıb:

“Pis baxdığım mövzular şalvarı qısa, saqqalı uzun olan, İran təranələri üstündə özlərini göstərib rəqs edən kişilərdir. Cavan oğlan tanıyıram, dövlət işində çalışır. Bir ay məzuniyyətə çıxan kimi üzünü saqqal basır. Saqqalılar artıq Bakını zəbt edib. Bölgələrdən bu barədə o qədər də məlumatım yoxdur. Bilmirəm deyim, yoxsa yox. Desəm öldərərlər, deməsəm ölləm... Ekranlarda o qədər üzdəniraqlar görünür ki, mən artıq söz tapa bilmirəm. Məhz həmin mövzuları danışıb-yazmaq, müzakirə etməliyik. Belə məsələləri tənqid etmək lazımdır”.
 
 
 
Ardını oxu...
“Verlişlərə, müsahibələrə getmək istəməməyim səbəbini açıqlamaq istəyirəm. İndiyə kimi (hətta youtube verilişləri) bütün müsahibələrimi montajda kəsib-doğrayıb yayımlayıblar.Son getdiyim “Zarafat bir yana” proqramında hər suala ətraflı, izahla cavab verməyimə baxmayaraq hamısı kəsilib”.

Lent.az-ın xəbərinə görə, bu fikirləri öz sosial şəbəkə hesabında müğənni Nura Suri paylaşıb. O müsahibə verərkən fikirlərinin yarımçıq təqdim olunmasından gileylənib.

“Klassik musiqidən (Vivaldı, Paganini və s.) danışıqlarım ümumiyyətlə yoxdur. Çox fərqli, çoxunun düşünə bilmədiklərini gənclərlə bölüşmüşdüm. Çoxu yayımlanmadı. Bu səbəbdən facebookda yazmağa davam edəcəyəm. Ara-sıra videolar da paylaşacam. Mənim dünyaya baxışım fərqlidir. Müsahibələrim isə kəsilib-doğranılır, haqqımda başqa bir fikir formalaşdırılır. Buna izin verə bilmərəm. Məni olduğum kimi az adam tanıyır. Olmadığım kimi isə təqdim olunmaqdan bezmişəm. Mənim hamı tərəfindən bəyənilmək, sevilmək, başa düşülmək kimi istəyim də yoxdur heç. Amma olmadığım kimi də tanınmaq istəmirəm. Hə, bir də ki, bahalaşma haqqında yazdığım statusdan sonra fərqli müsahibələrim montaj olunuraq sosial şəbəkələrdə paylaşılır. Mən avtomobilimə 95 benzin vururam və onun da qiyməti düşüb. Avtobus və metrodan istifadə etmirəm.
Yəni ki, başqalarına görə özümü həmişə oda atıram. Yazdığım statuslar mənə ancaq problemlər yaradır. Bunu bilin. Trollar tərəfindən bütün səhifələrdə təhqirlərə məruz qalıram, tədbirlərdən kənar qalıram və daha çox problemlər yaşayıram (bir-bir sadalamaq istəmirəm). Hamını anlamağa çalışıram, amma görürəm ki , insanlara yaxşılıq yoxdur.
Ancaq haqqımda layiq olmadığım söhbətlər danışılır. Məni tanımayan, ünsiyyətdə olmadıqlarım da danışır hətta. Səbəbi isə rahat şəkildə hər hansı bir məsələyə fikir bildirə bilməyimdir, yaltaq olmamağımdır, səmimiliyimdir. Bu xüsusiyyətlərimə görə nifrət ediləsi biri olmuşam”,- deyə o bildirib.
 

“Elə bir dövrə gəlib çıxmışıq ki, hər yoldan ötən özünü rejissor, şair, ssenarist, aktyor hesab edir…”

Bu fikirləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Əməkdar artist Vahid Əliyev deyib.

Aktyor qeyri-peşəkarların meydan suladığını təəssüf hissi ilə söyləyib:

“Serial da əslində kinonun bir qoludur. Sovetlər dönəmində Azərbaycandan 5 nəfər gənc sənətin sirlərini öyrənmək üçün Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna təhsil almağa göndərilirdi. Onlar da kino bilicilərindən öyrəndiklərini gəlib Azərbaycanda tətbiq edirdilər. Nəticədə Azərbaycan milli kinosunun inciləri sayılan həmin filmər meydana gəldi. Bu gün də o filmlər sevə-sevə izlənilir. Amma indi bu ənənə yoxdur.

Yəni sözümün canı budur ki, o vaxt məktəb var idi, gənclər öyrənirdilər, təhsil alırdılar. Bu işin biliciləri kimi filmlər çəkirdilər. İndi heç kim öyrənmək istəmir, rahat yolu seçirlər. Azərbaycanda bu gün gücdlü aktyor məktəbi var, amma bu sözü rejissorlara aid etmək olmaz. İşini peşəkarcasına bilən yaxşı rejissorlar olmalıdır ki, keyfiyyətli seriallar, filmlər çəkilsin. Zaman gedir, aktyorlar gözləyir, amma gözləyə-gözləyə qocalırlar”.
Ardını oxu...
Kulis.az Eminquey Akifin "Meyxana, mağara və sözlər" adlı yeni yazısını təqdim edir.

Baxırsan ki, hansısa meyxana deyişməsini yerləşdiriblər yutuba.

“30 hecalig qafiye gorun sayirler ne oyun çağartır”.

Açıb baxırsan ki, on beş hecalıq qafiyədir, iki dəfə təkrarlayırlar, olur otuz.

Adam dinlədikcə yorulur.

Ona görə yox ki, ağırçəkili fikir-zad deyirlər, ona görə ki, dediklərinin məğzi təkrardır. Ümumiyyətlə, hansı meyxanaçıdan “dərin meyxana” tələb edirsən, başlayır ya dindən danışmağa, ya da “vorovskoy aləm”dən. Ya Əli, ya Hüseyn, Yusif, Züleyxa, Lotu Cavanşir, Rövşən və s. Bəlli həqiqətlər üzərindən söz oyunları etmək və alqış qazanmaq. Yəni, həqiqətən, mağarda oturan 300 adam hansısa bir meyxanaçının iddia etdiyi kimi “ağır misralar”ını anındaca başa düşür?

Əgər, doğrudan da, birnəfəsə deyilən 30 hecalıq meyxananı elə oradaca başa düşən, həzm edən 300 adam varsa, o zaman bu 300 adamla dünyanı fəth etmək olar. Amma əminəm ki, orada əl çalan, özündən gedən, tullanıb-düşən adamların cəmi-cümü on beşi meyxanaçıların dediklərini başa düşür. Qalanları, sadəcə, son misranı gözləyirlər. Son misrada soxulan söz nədirsə, əl çalanların da hay-küyü o söz qədərdir. Yox, əgər başa düşürlərsə, o zaman bu meyxanaçılar özlərinə dərin-zad deməsinlər. Bu, eləcə söz illuziyasıdır. Anında ağuşuna alır, saniyəlik. Bir misradan o biri misraya qədər. Qəfil tut əl çalanın birinin yaxasından, soruş ki, meyxanaçı nə deyirdi, gözlərini döyəcək.

Hələ o gün bu meyxanaçılar haqqında bir fikrə rast gəldim. Qardaşın biri yazmışdı ki, bu şairlərin Azərbaycanda qədri bilinmir. Onlar Avropada-zadda doğulsaydılar, bu işi orada görsəydilər, avropalılar onları əlləri üstündə saxlayardılar. Meyxana qaldı bir yana, bu guppultulu fikirlər məni elə tutdu, dəymişim dura-dura kalım töküldü.
Bir də, gördün, Avropadan meyxanaçılarımıza iş təklifi gəldi.

Nə? Avropa? Nə Avropa?

Birincisi, Avropaya meyxanaçı maraqlı olsaydı, çoxdan özünə meyxana kimi bir sənət düzəltmişdi. Ki, heç buna ehtiyac da yoxdur, rep var. İkincisi, bu adamlar avropada meyxanaçı kimi doğulsaydılar, tamamən lazımsız bir şey olacaqdılar. Avropa qazandığını film, idman, texnologiya sektorundan qazanır. Onlara iki adamın bir-birinin nənəsini söyməsi, yaxud da bəlli həqiqətlər üzərindən təkrar söz emal etməsi maraqlı deyil. Üçüncüsü, ən vacibi isə Azərbaycanda bu meyxanaçılar layiqincə, hətta layiq olduğundan da artıq dəyər verilir. Yazılı ədəbiyyat nümayəndələrinin hansı biri 150 minlik maşın sürür? Hansının cibinə 50 manatlıqlar basılır? Heç birinin. Amma ağzına gələni deyə-deyə 150 minlik maşın sürən, restoranda verdiyi hesabla gündəmə gələn azı beş-on meyxanaçımız var. Nədən narazısınız? Azərbaycanda dəyəri görən bir meyxanaçılardır, bir də səsi studiyada düzəldilən əldəqayırma müğənnilər.


Təkcə meyxanaçılar deyil, sözlə bu cür “taksavatlıq” edən şairlər də az deyil. Bir fikrə görə 15 bəndlik şeir yazan o qədər şair var ki. 14 bəndi çıxar, yerdə qalan bir bəndin heç vecinə də olmaz. Sözü eşşək kimi aşağı-yuxarı çapmamaq ən birinci elə şairin sözə qoyduğu hörmət olmalıdır. Və sonra insanların…

Hamının qohum-əqrəbasında, çevrəsində belə bir adam mütləq var. Məsələn, qarpızdan danışırsan, qayıdır ki, 1950-ci ildə Tahir idi, mən idim, bir də Zöhrab. Getdik Şüvəlana. O vaxtlar dənizin qumu belə deyildi. Dəniz də başqa idi. Adam elə danışır, elə bil o vaxtlar Xəzər dənizinin yerində Qara dəniz olub, qumu da ki Ayın səthindən gətirib töküblər. Nə isə, danışır, danışır, danışır, yarım saatdan sonra məlum olur ki, sən demə bu üç adamın kəsdiyi qarpız ağ çıxıb. Həm vaxtını alır, həm də bircə cümlə ilə deyəcəyi fikri yarım saat saqqız kimi uzadır.

“Min söz” filmi birəbir yuxarıda haqqında danışdığım insanların əyninə biçilib.

Los Ancelesdə uğurlu bir ədəbiyyat agenti olan Cek Makkal iş həyatında yalan danışmağı və insanları manipulyasiya etməyi peşəkar səviyyədə bacarır. Müştəriləri ilə münasibətlərində həmişə ən yaxşı anlaşmaları əldə etməyi bacarır, lakin bu, çox vaxt qeyri-etik yollarla olur. Bir gün, Dr. Sinja ilə qarşılaşır. Cek Dr. Sinjanın kitabını yayımlamaq istəyir və onunla müqavilə imzalayır. Müqavilədən sonra Cekin həyətində qəribə bir ağac peyda olur. Cek əvvəlcə bu ağacın mahiyyətini anlamır, lakin qısa müddət sonra ağacın sehrli olduğunu öyrənir. Ağacın hər bir yarpağı Cekin deyəcəyi sözləri təmsil edir və hər dəfə o, bir söz dedikdə, ağacdan bir yarpaq tökülür. Bu, Cekin həyatı boyunca deyə biləcəyi yalnız 1000 söz qaldığını və sözləri bitdikdə həyatının sona çatacağını bildirir.

Cek həyatda qalmaq üçün sözlərini diqqətlə seçməyə məcbur olur. İlk vaxtlar bu vəziyyəti ciddiyə almır və hər zamanki kimi danışmağa davam edir. Ancaq ağacın yarpaqları sürətlə tökülməyə başlayanda, vəziyyətin ciddiliyini dərk edir. Hər bir sözün nə qədər dəyərli olduğunu anlamağa başlayır.

"Min Söz" filmi sözlərin gücü, dürüstlük və mənəviyyat mövzularını özündə ehtiva edir. İnsanlara dürüst olmağın və sevdikləri ilə sağlam münasibətlər qurmağın əhəmiyyətini izah edir. Və ən əsası, sözü israf edənlər üçün ibrətlik filmdir.

Tövsiyə edirəm ki, 30-luq, xüsusən də 60-lıq meyxana deyənlər və xiridarlar bu filmə baxsınlar.
Amma inanmıram ki, mağarda meyxana deməkdən vaxtları olsun.
 

Dünyapress TV

Xəbər lenti