Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA
Şəki rayonun Cumakənd  kəndində yaşayan şəhid anası Əhmədova Məkkə Sirac qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Bir nüsxəsi də dia-az.info-ya daxil olan müraciətdə deyilir:
"Cənab Prezident, Siz həmişə çıxışlarınızda  Şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün aidiyyatı dövlət qurumlarına lazımi göstərişlər verirsiniz. Və nəticədə indiyədək çoxsaylı şəhid ailələrinin mənzil –məişət şəraiti yaxşılaşdırılmışdır.

   Oğlum, gizir Əhmədov Rizvan Niyazı oğlu 1996-cı ildən Azərbaycan Ordusu sıralarında xidmət etmişdir. 44 günlük müharibədən sonra “Qisas əməliyyatı” zamanı  sentyabrın 19-da 218 n-li H|h-nin əsgəri kimi Şuşakənd- Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidliyindən sonra oğlum Rizvana Sizin sərəncamınızla “ Vətən uğrunda” – 3-cü dərəcəli medulla təltif edilmişdir.

Rəhmətlik oğlum yenicə ailə qurmuşdu. ( hələ nikahlarını kəsdirməyə macal tapmamışdır) Hal hazırda yaşadığöımız kənddəki uçuq-sökük evimizdə birtəhər yaşayırdıq. Şəhid oğlumun atası Əhnmədov Niyazı oğlum anadan olandan 15 gün sonra bizi atıb getmişdir. Başqa birisi ilə evlənib. Hazırda haradasa əyyaşlıqla məşğul olur. Amma şəhid oğluma düşən 11000 manat “qan pulu” nun yarısını ata adlanan Niyazını tapıb ona verdilər.  İndi mən digər hərbçi oğlum Knyazın ümidinə qalmışam. O da hərbçidir. Aldığı maaşdan bir hissəsini mənə göndərir ki, yaşaya bilim. Mən bilmirəm hazırda sağ qalan ikinci hərbçi oğlumun başına sabah nə gələcək.

   Amma çox təəssüf edirəm ki, bu günə qədər bir şəhid ailəsi kimi bizimlə qonşulardan başqa kimsə maraqlanmır. Uçuq-sökük evimizi təmir etmək istəyirik Amma imkanımız yoxdur. Mən bir şəhid anası kimi iş tapa bilmirəm. Bir elə pay torpağımız da yoxdur ki, adi dirrik məhsulları əkib dolanım.  

Bütün kənd sakinləri şahiddirlər ki, uzun müddət ailə başçısı olmayan ailədə iki oğlumu min bir zülmlə böyüdüb hər ikisini Vətənin müdafiəsinə göndərmişəm.
     Cənab Prezident Sizdən çox xahiş edirəm mənim sərbəst olaraq dolanmaq üçün bir münasib işlə təmin olunmağıma və heç vaxt təmir olunmayan evimizin təmir edilib normal yaşamaq vəziyyətinə salınması üçün aidiyyatı dövlət qurumlarına göstəriş verəsiniz".
 

Bölmənin digər xəbərləri

05 May 2025 3 bürcün həyatı dəyişə bilər!
03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...

Dünyapress TV

Xəbər lenti