"İstəməzdim ki, bizim tələbələri saqqal, şort qadağasına görə incitsinlər" - Elmin Nuri
"Hazırda dünya təhsilinin, dünya ali təhsil seqmentinin elə bir inkişaf mərhələsidir ki, orada ümumiyyətlə, bu detallar üzərində düşünməyə sadəcə vaxt qalmır".

Bunu Redaktor.az-a Bakı Biznes Universitetinin oğlan tələbələrinin saqqalları olması səbəbindən dərsə buraxılmamasına münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin (STM) əməkdaşı, təhsil eksperti Elmin Nuri deyib.

Onun sözlərinə görə, belə hallar birmənalı qarşılanmır:

"Təsəvvür edək ki, dünyanın hansısa bir nüfuzlu universiteti belə bir qadağa qoyur ki, şortla dərsə gələn, yaxud da ki, saqqalla dərsə gələn tələbələr dərsə buraxılmasın və onlara qarşı qadağa şamil olunsun:

"Yəni bu, sadəcə təsəvvürə gəlmir. Bu gün ali təhsil seqmenti, tələbədən tədqiqatçılıq bacarığı, öyrəndiyi nəzəri metodologiyanı istehsalatda tətbiq etməyi, tədqiqat aparmağın modern üsullarını tələb etməyi daha çox uyğun bilir, nəinki bu cür yanaşmalar. Yəni dünya universitetləri və uğurlu universitet üçün fərq etməz, bunun tələbəsi dərsə şortla gəlir, bunun tələbəsi dərsə saqqalla gəlir və sair. Bu məsələ sırf təhsil, akademik yanaşdıqda deyə biləcəyim sözlərdir. Məsələn, ikinci tərəfi odur ki, hər bir universitetin hüquqi cəhətdən haqqı var ki, öz daxili nizam-intizam qaydalarını tətbiq etsin və orada oxuyan tələbələrə bu nizam-intizama uyğun tədrisini təşkil etsin. Bu, onların haqqıdır, onların hüquqi öhdəliyidir. Düzmü edirlər, səhvmi edirlər, artıq hərəkətdirmi, əksik hərəkətdirmi, bu, artıq söhbətin bir başqa yoludur. Özəl bir tədris müəssisəsidir, öz daxili qayda-qanunu qoyub. Mənim aləmimdə universitet üçün maraqlı olan tələbənin geyimi, onun saqqal saxlaması, onu saçını necə kəsdirməsi deyil, onun fiziologiyası, fiziki görüntüsü deyil, onun beyni, onun bacarığı daha maraqlı olardı. Amma məsələnin digər tərəfi də odur ki, özəl bir tədris müəssisəsi öz nizam-intizam qaydalarını tətbiq etmək səlahiyyətinə sahibdirlər. Burada artıq seçim tələbənin üzərinə düşür. Mən də təbii ki, istəməzdim ki, bizim tələbələri saqqal qadağasına görə, şort qadağasına görə incitsinlər. Amma burada məsələ elədir ki, universitet də öz qaydalarını tətbiq etməyə çalışır. Bu lazımdırmı? Yalnız bir halda lazımdır ki, indi bəzi radikal din nümayəndələri, dini kəsimlər uzun formada saqqal saxlayırlar, tələbələrin hansısa birisi bu istiqamətdə meyilli olsa, onlara qarşı qadağa qoymaq, lazım gəlsə, başqa sərt tədbirləri görmək olar".

Ekspert dedi ki, burada məsələ fiziki görüntüdən gedir.

"Yəni gənc tələbələrdir, sırf fiziki görünüş olaraq, "şarm" olaraq saqqal saxlamağa maraqlıdırlar. Bu gün biz ali təhsillə bağlı detalları danışarkən, ümumiyyətlə bu kimi məsələlərin müzakirə müstəvisinə çıxmasına qarşı olmalıyıq. Bu gün universitet başqa cür qadağa qoymalıdır. Universitet qadağa qoymalıdır ki, ingilis dilində esse yaza bilməyən, yaxud tədqiqat bacarığı zəif olan, daha sonra müəyyən bu kimi bacarıqları yerində olmayan tələbələr öz üzərində işləsinlər və müəyyən qadağalar bu rakursdan qoyulsun. Tələbənin fiziki görünüşünə görə hər hansı bir qadağanın tətbiqi, o qədər də vacib olmayan təhsil hadisəsidir", - deyə E.Nuri bildirdi.
 

Bölmənin digər xəbərləri

05 May 2025 3 bürcün həyatı dəyişə bilər!
03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...

Dünyapress TV

Xəbər lenti