Buraxılış imtahanının nəticələri AÇIQLANDI
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 46741 nəfərdən 485 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 5 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 6 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 30 aprel və 1, 2 may tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (https://eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
 

Bölmənin digər xəbərləri

03 May 2024 Qazi Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi qarşısında üsyan etdi VİDEO
02 May 2024 “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir
02 May 2024 Repetitorlara zərbə: X-XI siniflərdə təhsil pullu olacaq? - "Burada “qara iqtisadiyyat” yaranır"
01 May 2024 Qarabağ Qazisi başçıdan giley edir - "Bizə bildirirlər ki..."
01 May 2024 "İstəməzdim ki, bizim tələbələri saqqal, şort qadağasına görə incitsinlər" - Elmin Nuri
30 Aprel 2024 "AZƏRİQAZ" İstehsalat Birliyinin işçiyə verdiyi bu cavabını əsaslı və qanuni hesab etmirəm
29 Aprel 2024 Bakının qonağı olan: ərəb və rus turistlərin fərqi
28 Aprel 2024 Məmurlar ev bazarından çıxıb: İLGİNC SƏBƏB
27 Aprel 2024 Kürdəmir sakini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətçidir - VİDEO, FOTO
27 Aprel 2024 Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
27 Aprel 2024 Yüksək bal müəmması: - Asan suallar, repetitor əməyi, yoxsa pandemiya?
26 Aprel 2024 “Diplomlu işsizlər” cəmiyyəti: biz bura necə gəlib çıxdıq?
26 Aprel 2024 Büdcədə 3 milyardlıq profisit yarandı – Maaşlar ARTIRILACAQ?
25 Aprel 2024 Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
25 Aprel 2024 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
24 Aprel 2024 Müəllimlərin istənilən rayona mümkün yerdəyişmələri barədə RƏSMİ CAVAB + VİDEO
24 Aprel 2024 Bu il qəbul imtahanlarında gərgin rəqabət olacaq - Ekspertlərdən PROQNOZLAR + VİDEO
23 Aprel 2024 Nazirlikdən şagirdlərlə bağlı vacib açıqlama | Valideynlərin nəzərinə
23 Aprel 2024 Şadlıq saraylarında toy sifarişlərinin sayı kəskin azaldı - SƏBƏB - AÇIQLAMA
22 Aprel 2024 Azərbaycan Respublikası Əmək Məcəlləsinin daha bir maddəsində uyğunsuzluq var,...

Dünyapress TV

Xəbər lenti