Əhalini belə aldadırlar: Eyyub Hüseynov dəhşətli faktlar açıqladı – VİDEO
“Konkret olaraq bu məhsullar zərərlidir deyə biləcəyim məhsullar var. Onların bir çoxunu istehlakçılar gətiriblər, bizim ofisdə böyük bir kolleksiya var. İldə bir dəfə onları çıxarıb atıram, amma yenə də gəlməyə davam edir”. Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. “Künc-Bucaq” “YouTube” layihəsinin qonağı olan birlik sədri hər gün yediyiniz bəzi qidaların tərkibinin heç də sağlam olmadığını açıqlayıb:

“Sözügedən məhsulları bir-bir göstərə bilərəm. Hazırda satışda saxta duzlar, yağlar, ballar var. Onlar istehlakçıları aldadırlar. Ofisimizdə qapağı açılmamış su var ki, onun içində “gümüşlər” üzür.

Bu yağlar spred yağlardır, üstünə natural yağ olduğu yazılır, inək şəkli vurulur, lakin tərkibində bitki yağı var, hansı bitki yağı olduğu isə bilinmir, mənşəyi məlum deyil. Onların tərkibində palma yağı olsa da, üstünə bunu yazmır və istehlakçıdan gizlədirlər.

Bu gün satışda olan ballar var, üstünə bal yazılsa da, tərkibinin balla əlaqəsi yoxdur. İçinə cürbəcür qatqılar qarışdırılır. Bu isə şübhəsiz ki, sağlamlığa zərərlidir. Alıcı elə bilir ki, qiyməti ucuzdur, balın hansısa variantıdır, amma vəziyyət belə deyil”.

E.Hüseynov “daş duz” adı altında satılan, Ukrayna duzu olduğu iddia olunan xörək duzunun Azərbaycanda istehsal olunduğunu açıqlayıb. O, bu məhsulun göllərdən təsadüfi yığılmış duz olduğunu bildirib:

“Çox məşhur olan xörək duzu var, hər kəs onu alır. Ukraynadan gətirildiyi deyilir, amma Ukrayna ilə Azərbaycanın heç bir duz mübadiləsi yoxdur. Bu, Azərbaycanda istehsal olunur, təsadüfi göllərdən yığılmış duzdur.

Ölkədə yod defisiti xəstəliklərin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında qanun qəbul olunub. Qanunun 8.3 maddəsinə görə ölkənin əmtəə bazarında yodsuz duzun satışı, idxalı və ümumiyyətlə mövcudluğu qadağandır. Lakin təəssüflər olsun ki, ölkənin əmtəə bazarında yodsuz duzlar var.

Xarici ölkələrdən müxtəlif adlarda duz gətirilir, lakin yodsuzdur. Bu, qanun pozuntusudur”.(Yenisabah.az)

 

Bölmənin digər xəbərləri

03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?

Dünyapress TV

Xəbər lenti