Rus dilini bilməyən valideynlər niyə övladını rusca təhsilə YÖNLƏNDİRİRLƏR?
Azərbaycanda rus dilində təhsilə maraq artmaqdadır. Valideynlər övladlarının rus dilində təhsil almasına can atırlar. Bunu hər il rus bölməsində yaşanan şagird sıxlığında da görmək mümkündür.

Dəfələrlə bu sıxlığın aradan qaldırılması üçün hansı addımların atılacağı müzakirə olunur. Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirdiyi sonuncu brifinqdə məsələyə toxunaraq rus bölməsində əlavə siniflərin artırılmamasının səbəbinin müəllim çatışmazlığı olduğunu qeyd edib.

Lakin ilbəildən niyə belə həvəsin artdığı maraq doğurur. Təcrübə göstərir ki, rus dilini bilməyən və övladlarının dərslərinə elementar formada kömək edə bilməyən valideynlər niyəsə uşaqlarını rusca təhsilə yönləndirirlər.

Bəs rus dilini bilməyən valideynlər övladını niyə rusca təhsilə yönləndirir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elşən Qafarov övladının rus bölməsində təhsil almasını istəyənləri üç qrupa bölüb:

"Birinci kateqoriyaya aid olanlar özləri rusca təhsil alanlar, ailədə rusca danışanlardır. Onlar ölkədə rusca təhsilin verildiyini düşünüb övladlarını bu bölməyə yönəldirlər. İkinci, rus bölməsində təhsil alan uşaqların bir-birinə davranışları, münasibətləri daha mədənidir. Nəticə etibarı ilə fikirləşirlər ki, mənim övladım rus bölməsində oxuyursa, onun da davranışı, xarakteri o şəkildə olacaq. Üçüncü, kateqoriyada olan insanlar isə sadəcə “mənim də övladım rus bölməsində oxusun” prinsipini əsas götürürlər.

Birinci kateqoriyadan olanları başa düşürük. Düzdür, dövlət dilimiz Azərbaycan dilidir, biz milli xüsusiyyətlərimizi qoruyub saxlamalıyıq. Amma istənilən halda ailədə rusca danışılır və o səbəbdən də rus bölməsinə müraciət edirlər".

Ekspert Azərbaycan və rus bölməsi arasındakı fərqlərə toxunub:

"Rus bölməsində müəllimlər və uşaqlar arasında ümumi davranış, ünsiyyət doğru-düzgün seçilir. Azərbaycan bölməsində bu belə deyil. Nəticə etibarı ilə bu iki bölmə arasında tərbiyə sistemində ciddi fərqlər meydana gəlir.

Birinci növbədə ölkənin bütün ümumtəhsil müəssisələrində bilməlidirlər ki, 2014-cü ildə Təhsil Nazirliyinin qərarı ilə müəllimlərin etik davranış qaydaları müəyyən olunub. Həmin qaydalarda konkret olaraq göstərilib ki, müəllim şagirdlə ünsiyyət zamanı doğru ünsiyyət tərzi seçməlidir. Müəllim şagirdə soyadla, rəsmi müraciət etməlidir. Yəni pərdəni qaldırmamalıdır".

O, bunun digər tərəfini isə xarici dilin tədrisindəki axsamalarda görüb:

"Rus dili xarici dildir, hər hansı xarici dili bilmək insana əlavə şərait yaradır. Valideyn də fikirləşir ki, övladım ən azı bir xarici dili bilmiş olacaq. Bunun da qarşısını almaq üçün ümumi təhsil məktəblərində xarici dilin tədrisini yaxşılaşdırmalıyıq. Ölkənin təhsil sistemində 30 minə yaxın xarici dil müəllimi var, onların 1 faizi, 300 nəfəri, bəlkə də tədris etdiyi dildə normal ünsiyyət saxlaya bilir”.

Ekspert əlavə edib ki, təhsil haqqında qanunlara baxsaq görərik ki, konkret şəkildə tam orta məktəbi bitirən məzunlar bir və ya bir neçə xarici dildə ünsiyyət saxlamağı bacarmalıdır:

“Hazırda məktəblərdə işləyən xarici dil müəllimləri özləri tədris etdiyi fəndən ünsiyyət saxlaya bilmirlərsə, şagird və məzunlar necə saxlasınlar?! Xarici dil müəllimlərinin peşəkarlığına diqqət etmək lazımdır. Təklif edirik ki, xarici dil müəllimlərinin sertifikasiyanın müsahibə mərhələsi yarım saat olsun və tədris etdikləri dildə aparılsın. Müəllimlərin işə qəbulunda da, xarici dil müəllimlərinin hazırlığında da bu məsələ olmalıdır. Bu məsələlərə diqqət olunsa, rus bölməsinə axın azalacaq.

Eyni zamanda, tədris tamamilə Azərbaycan dilinə çevrilməlidir. Kim istəyir ödənişli əsaslarla başqa dildə təhsil alsın. Düşünürəm ki, bu da uzaqda deyil, yaxın iki ayda məktəblərin publik hüquqi şəxsə çevrilməsi ilə bağlı addımlar atılacaq. Məktəblər artıq ödənişli şəkildə təhsil vermək hüququnda olacaqlar".
 
 
 

Bölmənin digər xəbərləri

20 May 2024 Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT
19 May 2024 Köhnə avtomobil sahiblərinə hansı güzəştlər ediləcək? - ARAŞIDRMA
18 May 2024 Müharibə veteranlarına verilən 80 manatla bağlı açıqlama
18 May 2024 Pensiya və müavinətlər nə qədər artacaq? – Vahid Əhmədov açıqladı
17 May 2024 Gələn həftə 3 gün iş olmayacaq? – Rəsmi açıqlama
16 May 2024 “Kişilər məsuliyyətdən qaçır, qadınlarsa dözə bilmir” - Psixoloq
15 May 2024 Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”
14 May 2024 "Vəzifəsi saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir" - Ekspert danışır...
14 May 2024  Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu görün, kimi TƏRƏFDAŞ SEÇDİ...
13 May 2024 Nədən istər işəgötürənlər və ya ixtiyarı məsul vəzifəli şəxslər istədikləri vaxt əmək qanunvericiliyini pozurlar?
13 May 2024 Azərbaycanda maaşlarla bağlı ŞOK YENİLİK - VİDEO
12 May 2024 Valideyn məsuliyyəti: Bəziləri dərk etmir?
11 May 2024 Niyə ölkə qanunvericiliyini pozan bu kimi şəxslər hələ də cəzasız qalıb! Niyə?
11 May 2024 Pensiya və maaşlarda artım olacaq? - AÇIQLAMA
10 May 2024 Kirayə evlərlə bağlı VACİB MƏLUMAT: Ev sahibləri... / VİDEO
09 May 2024 Yüksək bal toplayan abituriyentlərin sayının çox olması subbakalavrların şansını azaldıb - VİDEO
09 May 2024 Bir çox şəxsə bəraət veriləcək -ŞAD XƏBƏR
09 May 2024 Ev bazarında çaşqınlıq yaranıb: - Avqust ayına qədər...
08 May 2024 Deputatdan media nümayəndələri ilə bağlı TƏKLİF: - Bu binalarda jurnalistlərə mənzil verilə bilər
08 May 2024  "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "yardım" adı altında insanlara işgəncə verir" - NARAZILIQ VAR...

Dünyapress TV

Xəbər lenti