Bu halda vətəndaş ipoteka ödəməyəcək və əmlak ona qalacaq – Yeni qanun
"İpoteka haqqında" qanuna təklif edilən dəyişiklikliyin bir sıra mühüm tələbləri var. Dəyişikliyə əsasən, bank tərəfindən ipotekaya xitam verilərsə, bu halda əmlak ipoteka sahibinin, yəni vətəndaşın sərəncamında qalacaq.

Bunu milli.az-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, nəzərə alsaq ki, dəyişiklikdən öncəki, yəni mövcud qanuna əsasən, əmlak kreditorun, yəni ipoteka vermiş qurumun, bankın və ya İpoteka və Kredit Zəmanət Fondunun sərəncamında qalırdı.

"Amma yeni dəyişiklik imkan verəcək ki, əmlak ipotekanı götürən şəxsin sərəncamında qalsın. Bu da, təbii ki, onların hüquqlarının qorunması və əmlaka sahib olması baxımından çox vacibdir.

İkinci mühüm məqam ipotekada zaminlərlə bağlıdır. Belə ki, dəyişikliyə əsasən, ipoteka götürən şəxs dünyasını dəyişirsə, o zaman onun vəfatından sonra miras sahibliyi dəyişənə qədər olan dövrdə zaminlik dayanır.

Praktiki olaraq bu, zamin duran şəxslərin hüquqlarının qorunması baxımından vacibdir. Digər məqam varisliklə bağlıdır. Mövcud qaydalara əsasən, ipoteka götürən şəxs dünyasını dəyişirsə, onun öhdəliklərini onun vərəsəsi həyata keçirir. Amma yeni qaydalara əsasən, vərəsə mirasdan imtina edirsə, bu halda vərəsə krediti qaytarmak öhdəliyinə malik olmur", - deyə o əlavə edib.

Qeyd edək ki, "İpoteka haqqında" qanuna təklif edilən dəyişiklikliyə əsasən, ipotekaya xitam verilən hallar genişlənir. Belə ki, ipoteka saxlayan (bank) tələbdən və ya ipotekadan imtina etdikdə, ipotekaya xitam veriləcək. Hazırda qanuna əsasən, bank ipotekaya xitam verirsə, əmlak bankın mülkiyyətinə keçir. Dəyişikliyə əsasən, bank ipotekaya xitam verirsə, əmlak ipoteka götürənin, yəni vətəndaşın sərəncamına keçir.

Hazırda qüvvədə olan qanunun 48-ci maddəsinə (İpotekaya xitam verilməsi) əsasən, ipotekaya aşağıdakı hallarda xitam verilir:

- ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə;

- əsas öhdəliyə xitam verildikdə;

- tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda;

- ipoteka predmeti məhv olduqda;

- bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

- Bu qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.
 
 
 

Bölmənin digər xəbərləri

03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?

Dünyapress TV

Xəbər lenti