"Dedi “burada sığorta kağızı keçmir”..."
Elza Məmmədova 1 ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Balaxanının qazı olmayan, şəraitsiz məhəlləsində yaşayan Elza dəmir yığaraq 4 uşağı ilə dolanmağa çalışır. Elə xəstəliyinə də imkansızlığın səbəb olduğunu deyir:

“Ağır kisələr qaldırmaq, dəmir-dümür daşımaq, kürəyimdə odun daşımaq… Hamısı ağır yüklərdən oldu, hamısını onlar etdi. İmkansızlıq. Nə qədər qadın xeylağı ağır kisələri daşıyar, kürəyində odun-ocaq daşıyar? Yenə əvvəl dəmir-dümür çox olanda yığırdıq. İndi olmur. Zülmlə gəzirsən, gərək nə qədər yer gəzəsən ki, bir kisə yığasan. Bir kisə də heç 10 manat edir-eləmir. Axşam düyü var idi, gətirdim düyünü süzdüm. Çörəyimiz yox idi, nə də pul var idi almağa. Düyünü süzdüm, yedilər, yatdılar”.

Elza xəstəliyini müalicə etdirməyə gücünün çatmadığını deyir. Milli Onkologiya Mərkəzində müalicənin bahalığı və sığortanın keçməməsi vəziyyətini daha da çətinləşdirir.

“Oraya mən sığorta kağızı da apardım. Keçmədi, dedi “burada sığorta kağızı keçmir”. İki-üç gün olar sümük analizindən keçmişəm. 185 manat sümük analizinə istədilər. Getdim, yalvardım, düşmürdülər. Dedim, onda keçə bilmirəm də. Həqiqətən də yox idi, tapa bilmirdim pulu. İnanırsan, mənim onlara verdiyim pul hamısı 1 manat, xırda pul idi, elə yığmışdıq. Dedim, onda çıxım baş həkimin yanına. Qoymadılar, dedilər, onda 100 manat ödə, sonra keç. Axır 100 manat ödədim, sümük analizindən keçdim. İndi də şüa almalıyam, pul yoxdur. Orada neçə adamdan soruşdum, 2600 manat dedilər. Həkim hələ özü demədi 2600 gətir. Orada şüadan çıxanlar var idi, soruşurdum, dedilər, burada şüa 2600-dür. Şüa eyni şüadır, fərqi yoxdur”.

Elza xəstəliyi üçün pensiya da almır. Deyir ki, pensiya alsaydı, heç olmasa iynə-dərmanını almağa pul tapılardı.

“Mənim pensiyamı iki dəfə yazdıq, imtina gəldi. Dünən getdim, dedim, mən pensiya üçün yazmışam, niyə imtina gəlib? Komissiya çağırdılar, getdim. Dedi gərək əməliyyat olunduğun gündən 6 ay keçsin ki, sonra sənə pensiya düşsün. Əslində dərmanlarım poliklinikada, kimyadan gəlirəm, ağrıkəsicini poliklinika pulsuz verməlidir. Verilmir heç biri. Pensiyam düzəlsə, onlar hamısı mənə oradan pulsuz verilər. Baxma, pensiya düzələr, iynəmə, dərmanıma, az pul deyil də, uşağımın yeməyinə çatdıraram”.

Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli yerli mediaya açıqlamasında onkoloji xəstələrə bütün xidmətlərin pulsuz olduğunu bildirib. 2006-cı ildə qəbul edilən “Onkoloji yardım haqqında” Qanunun 4-cü maddəsinin 4.3 bəndində də hər bir Azərbaycan vətəndaşı olan onkoloji xəstənin tibbi yardımının dövlət büdcəsi hesabına həyata keçirildiyi qeyd edilib.

dia-az.info
 

Bölmənin digər xəbərləri

03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?

Dünyapress TV

Xəbər lenti