Şadlıq saraylarında bu şəxslərin toy mərasimi keçirməsinə icazə verilməyəcək
Son günlər ölkəmizdə yetkinlik yaşına çatmayan qızların ərə verilməsinə cəhd halları müşahidə olunur. Aidiyyəti qurumlar hər belə haldan xəbər tutan kimi dərhal toy mərasiminin keçirilməsinin qarşısını alır və məsələyə qanunvericiliyə uyğun şəkildə tədbir görülür. Yetkinlik yaşına çatmamış qız övladlarını ərə verən valideynlər məsuliyyətə cəlb olunurlar. Amma buna baxmayaraq, toy mərasimlərini gizli şəkildə həyata keçirənlərə rast gəlinir. Erkən nikahların yolverilməzliyi barədə illərdir maarifləndirmə tədbirləri həyata keçirilsə də, bu, müsbət nəticə verməyib. Rəsmi məlumata görə, 2022-ci ildə 15-17 yaşlı qızların dünyaya gətirdiyi körpələrin sayında artım müşahidə edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də erkən nikahla bağlı mərasimlərə görə məsuliyyətin müəyyənləşdirilməsinin təklif olunduğunu açıqlayıb. Belə olan halda toy mərasiminin keçirildiyi şadlıq saraylarına qarşı hansı tədbirlər həyata keçirilməlidir?

Milli Məclisin deputatı Fazil Mustafa 32gun.az-a açıqlamasında deyir ki, erkən nikaha yol verilməsi təkcə valideynlərin deyil, həmin tədbirlərin təşkilində iştirak edən, ona yardım edən insanların da məsuliyyətidir.

Bu, inzibati məsuliyyət kateqoriyasına daxildir

Onun sözlərinə görə, hər hansı restoran, şadlıq evi və başqaları bu cür qanunsuz nikahların keçirilməsi ilə bağlı hansısa bir addım atırsa, qanunvericiliklə bu, inzibati məsuliyyət kateqoriyasına daxil olur: "Ona görə də heç kim buna yol verməməlidir. Bu, təkcə valideynin xəstəliyi məsələsi deyil, bütövlükdə cəmiyyətin problemidir. Erkən nikah cəhalətin başqa bir formasıdır və ona qarşı bütün cəmiyyət mübarizə aparmalıdır. Erkən nikaha yol verilməsi hadisəsi haqqında bilgisi olan, onun qarşısını almayan insanlar müəyyən mənəvi məsuliyyət daşıyırlar".

"Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova İqtisadiyyat.az-a açıqlamasında deyib ki, bu məsələdə sahibkarların üzərinə gedilməsi əyləncələrin nəzarətə götürülməsi deməkdir.

Onun sözlərinə görə, bu, pozitiv nəzarət olmalıdır və sahibkarı daha çox sıxmamalı, yaxud onun fəaliyyətini məhdudlaşdırmağa gətirib çıxarmamalıdır: "Ayrı-ayrı toy sahiblərini cərimələməkdənsə, hər yerli ərazi üzrə məsul şəxslərin cərimələnməsi daha çox effektiv olar. Çünki toya qədər bu hadisələr baş verir. Məqsədyönlü fəaliyyəti elə qurmaq lazımdır ki, insanlar etibar edib xəbər versinlər. Əksər hallarda insanların məxfiliyi pozulur deyə, onlar məsələyə qarışmaqdan çəkinirlər. Rayonlarımızda kifayət qədər erkən nikahın ciddi fəsadlara səbəb olacağını anlayan insanlar var. Onlar müəyyən mənada erkən nikaha qarşı çıxmaq istəsələr də, bəzi hallarda məxfiliyin pozulması ucbatından onlar passiv mövqedə dayanırlar".

Qızın və yaxud da oğlanın yaş həddini göstərən sənəd dəyişdirilir

M.Zeynalova qeyd edib ki, toy zamanı bəzi hallarda insan haqları pozulur, yəni sui-istifadələrə yol verilərək qızın və yaxud da oğlanın yaş həddini göstərən sənəd dəyişdirilir. Bunlar isə sonradan əlavə neqativ hallara gətirib çıxara bilər:

"Əvvəl belə hallara yol verilməməsi üçün monitorinqlər aparılırdı. Hesab edirəm, indi də bu proseslər həyata keçirilməlidir. Çünki əhali özü nə qədər məlumatlı olsa, toy sahiblərinin erkən nikaha yol vermə halları da azalacaq. Məsul şəxslər yetkinlik yaşına çatmayan uşaqlar arasında iş aparmalıdır. Xüsusən də 14-15 yaşından sonra uşaqlar arasında bu işlər gücləndirilməlidir. Erkən nikaha, onun sonradan törətdiyi fəsadlara qarşı daha çox televiziyalarda, sosial şəbəkələrdə təbliğatlar aparılmalıdır. Həmçinin məktəblərdə bu istiqamətdə daha çox maarifləndirmə işləri görülməli, uşaqların təhsilə stimulu artırılmalıdır. Texnoloji imkanlardan bəhrələnərək uşaqlara təhsilin onların gələcəyi olduğunu, erkən nikahın isə uçuruma apardığını aşılamaq lazımdır".
 

Bölmənin digər xəbərləri

03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?

Dünyapress TV

Xəbər lenti