Öncə ayağını, sonra həyatını itirən qazinin ailəsi şikayətçidir
Sabirabad rayonu Azadkənd kəndinin sakini, 23 yaşlı Orxan Quliyev hərbi xidməti bitirməyinə 6
ay qalmış başlayan İkinci Qarabağ müharibəsində Ağdamda gedən döyüşlər zamanı
yaralanmışdı. O, müharibənin ortalarına doğru sağ ayağından qəlpə yarası alaraq, Bakıdakı
hospitalda əməliyyata göndərilmiş, 14 gündən sonra isə ayağı sağalmamış təkrar döyüşə
qayıtmışdı.
Daha sonra ayağındakı şiş toxumasının böyüməsi səbəbindən keçən il aprelin 18-də Milli
Onkologiya Mərkəzində əməliyyat olunub və ayağı amputasiya edilib. Yatağa məhkum olmuş
müharibə veteranı Orxan Quliyevin valideynlərinin sözlərinə görə, onlar dövlət qurumlarına
müraciət etsə də, yardım edən olmayıb. Hətta təcili tibbi yardım və yerli xəstəxanalardakı tibb
işçiləri Orxanın yarasına qulluq etməkdən imtina ediblər.
“Hospitala gələndə ayağında qəlpə qalmışdı. Müalicəsi də yanlış getdi. Sağalmamış yenidən
xidmətə apardılar. Gələndən sonra həmin şiş ağciyərində problem yaratdı. Nə sağlığında, nə də
dəfnində heç kim baş çəkmədi. Bircə ölümünün üçüncü günündə İcra Hakimiyyətinin
nümayəndələri baş çəkdi. Bütün aidiyyəti qurumlara müraciət etdik, heç kim baxmadı.
Nazirliyə və digər qurumlara da sənədləri vermişik. Dedilər, nə vaxt zəng etsək, gələrsiniz.
Hələ də gözləyirik, xəbər yoxdur”.
Qazi Orxan Quliyevin atası Cümşüd Quliyev Pressklub.az saytının əməkdaşı ilə söhbətində
dövlət qurumlarının onlara laqeyd yanaşmasından gileylənib.
Hələ Orxan Quliyevin sağlığında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
mətbuata bildirmişdi ki, əlilliyin qiymətləndirilməsini aidiyyəti qurumlar vətəndaşla bağlı müvafiq
sənədlər təqdim edildiyi halda həyata keçirir.
O. Quliyevin də əlilliyin qiymətləndirilməsi ilə bağlı qeydiyyatda olduğu tibb müəssisəsinə lazımi
sənədləri təqdim etməsinə baxmayaraq, “Forma-88” sənədi əlillik altsisteminə daxil edilməyib.
Yeri gəlmişkən, qurumdan bildirilmişdi ki, əlilliyi müəyyən olunmuş şəxslər reabilitasiya
xidmətləri və ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin olunurlar. Tibb müəssisəsinin
həkimləri tərəfindən şəxslə bağlı yeni göndəriş rəsmiləşdirildikdən sonra onun əlilliyi
qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək.
Qazimizin valideyni isə deyir ki, məsələ hələ də həllini tapmayıb.
Pressklub.az məsələni aydınlaşdırmaq üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya
Agentliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanovla
əlaqə saxladı. Qurbanov açıqlamasında bildirdi ki, qazimizə müddətsiz əlillik təyinatı verilib.
“Qazi agentliyə ilk dəfə müraciət etdikdə Təbib “Forma-88” sənədini sistemə daxil etməmişdi.
Ona görə də biz onun əlilliyi ilə bağlı qiymətləndirmə edə bilmirdik.
Müraciətdən bir neçə gün sonra sənəd sistemə daxil edilib və Dövlət Tibbi-Sosial Ekspertiza
və Reabilitasiya Agentliyinin həkim-ekspertlərinin qərarı əsasında qazimizə hərbi xidmət
dövrü ilə əlaqədar orqanizm funksiyalarının 90% pozulmasına görə müddətsiz əlillik təyinatı
aparılıb. Qazimizə Allahdan rəhmət diləyirik!”.
Mərhum Orxan Cümşüd oğlu Quliyev dekabr ayının 17-də dünyaya gözlərini yumdu. Səssizsədasız, heç bir dəstək almadan yaşadığı ağrılı günlərinə elə səssizcə vida etdi…
Vətən uğrunda sağlamlığını, canını qurban verən igidimiz nur içində yat!
Günay Elşən
 

Bölmənin digər xəbərləri

03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?

Dünyapress TV

Xəbər lenti