Əmək pensiyaçılarına artıq ödənilmiş və ya ödənilməsi ehtimal olunan əmək pensiyası-
Hal hazırda Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatınln da hüquqi yardım göstərdiyi bir neçə nəfər əmək pensiyaçısının bu barədə olan İddia ərizələrinə Bakı şəhərinin İnzibati Məhkəməsində baxılır.
Azərbaycan Respublikasının Konstitusiyasına görə də hamı qanun və məhkəmə qarşısında bərabərdir. Aşağıda göstərilən bu iki qanun arasındakı fərq isə, bu hüquq və bərabərliyi təmin etmir. Hesab edirəm ki, AR-nın Əmək Məcəlləsində olan maddi hüquq norması daha ədalətli və düzgündür. Müqayisə üçün hər iki qanundan çıxarışı təqdim edirəm:
1.AR-n Əmək Pensiyaları haqqında Qanunu:
39.1-ci maddə: Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmişməbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə, əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
2. AR Əmək Məcəlləsinin 175.5-ci maddəsi: Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz.
Göründüyü kimi AR-n Əmək Məcəlləsi işçiyə düzgün ödənilməyən və ya artıq ödənilmiş pulun geri qaytarılmasını çox ədalətli həll edir, Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanunu isə əksinə.
Maraqlıdır, sübut etməyə ehtiyac yoxdur ki,
Əmək pensiyası - vətəndaş və ya pensiyaçı tərəfindən deyil, əmək pensiyası təyin edən qurumun qərarı əsasında təyin edilir və bu qurumların vəzifəli şəxsləri tərəfindən həyata keçirilir.
Sual olunur, əgər hər hansı bir şəxsin əmək pensiyası düzgün hesablanmayıb və ya təyin olunmayıbsa, nədən əmək pensiyası alan şəxs maddi məsuliyyət daşımalıdır?
Qeyd olunan ödənişlər bu və digər formada pensiyaçıdan tutulsada, buqərarı qəbul edən və buna görə məsuliyyət daşıyan Fondun hər hansı bir vəzifəli şəxsləri nədən: maddi, intizam, inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmur.
Əgər belə bir səhv olubsa və sübut olunursa, bunun üçün əmək pensiyası alan şəxs deyil, cavabdeh Fondun vəzifəli şəxsləri maddi və ya digər məsuliyyət daşımalıdır.
Azərbaycan və ya Beynəlxalq Qanunlara əsasəndə şəxs yalnız öz törətdiyi hərəkətlərə görə: maddi, mənəvi, inzibati və ya cinayət məsuliyyəti daşıyır, başqa şəxsin və ya dövlət orqanının vəzifəli şəxsin qanunpozuntularına görə yox.
Bir faktı da nəzərə almaq lazımdır ki, dövlət qurumu tərəfindən əmək pensiyası təyin olunmuş şəxs əmək pensiyasını müxtəlif ehtiyaclarına sərf edir: ailəsinə, özünə, müalicə və sağlamlığına, şəxsi işlərinə, sosial ödəniş və ssir xərclərinə. Artıq xərclədiyi bu pulu da onun qaytarmaq imkanı olmur, onun üçün maddi və fiziki çətinliklər yaranlr.
Eyni zamanda hansı əsaslardan dövlətorqanı və ya onun vəzifəli şəxsi tərəfindən ehtimal olunan səhvə görə - əmək pensiyaçısı maddi məsuliyyət daşımalı və xərclədiyi pulu geri qaytarmalıdlr.
Yekun olaraq bildirirəm ki, Əmək pensiyaçısı o vaxt maddi, inzibati, cinayət və digər məsuliyyət daşıya bilər ki, artıq ödənilmiş əmək pensiyasının təyin olunması üçün o, saxta, düzgün olmayan və ya digər qanunsuz sənədlər tədbiq etsin.
Azər Quliyev,
Teref: Xocanın Blogu
 
 
 

Bölmənin digər xəbərləri

03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?

Dünyapress TV

Xəbər lenti