Qazsız, susuz kəndlər şərait və işsizlikdən boşalır, şəhərə axın edir... -
Ölkədə işsizlərin sayı ilə bağlı dəqiq statistika yoxdur. Rəsmi rəqəmlər açıqlanır, amma bu, reallığı əks etdirmir. Məsələn, pay torpaq sahəsi alanlar işsiz sayılmır. Halbuki kənddə torpağı olmaq hələ işləmək anlamına gəlmir. Əkin işləri aparmaq ciddi resurslar tələb edir. Kəndli bunun öhdəsindən gələ bilmir. Hökumət isə həmin şəxsləri işsiz saymaqdan boyun qaçırır.
Bizimyol.info xəbər verir ki, Azərbaycanda yeni iş yerlərinin əksəriyyəti Bakıda açılır. Rəsmi rəqəmlərə görə, yeni iş imkanlarının yalnız 19,6 faizi bölgələrin payına düşür. Yəni bu istiqamətdə 80 faizdən çox yenilik Bakıda olur. Azərbaycanda ilin ilk 9 ayı ərzində 60 min 906 yeni iş yerinin açıldığı iddia edilir. Bunun 12 mindən azı bölgələrin payına düşür.

Paytaxtda ən çox iş yeri Nərimanov və Nəsimi rayonlarında yaradılıb. Təsəvvür edin, təkcə Nərimanovda az qala bütün bölgələrdə olduğu qədər yeni iş imkanı açılıb. Durumu bundan gözəl heç nə ifadə edə bilməzdi. Hökumət, adətən, həqiqəti birbaşa dilə gətirmir. Daha doğrusu, həqiqətdən qaçmağa çalışır.

Rəsmi rəqəmlər əksər hallarda həqiqət barədə danışır. Yeni iş yerləri ilə bağlı statistika göstərir ki, bölgələrə münasibətdə böyük laqeydlik var. Hökumət elə davranır ki, sanki ölkə Bakıdan və Abşeron yarımadasından ibarətdir. Bölgə camaatı iş axtarışındadır. Kəndlər işsizlik üzündən boşalır. Xüsusilə, 2019-cu ildən sonra aşkar azalma var. Hər halda Dövlət Statistika Komitəsi belə deyir. Kənd əhalisi azı 108 min nəfər azalıb. Əsas səbəblər şəraitsizlik və işsizlikdir. Hələ də bütün kəndlər qazlaşdırılmayıb. Qışda ucqarlarda yaşamaq cəhənnəm əzabına çevrilir. Üstəlik, sosial vəziyyət ağırdır. İnsanların məşğulluğu yox dərəcəsindədir.

Əvvəllər, heç olmasa, kənd təsərrüfatı ilə məşğul olurdular. Susuzluq bu istiqamətdə də böyük problemlər yaradıb. Kənd camaatı susuzluğa görə əkib-becərə bilmir. Hamı gileylənir ki, Bakıda həyat dözülməz olub. Necə olmasın?! Hamı nicat yolunu paytaxta köçməkdə görür. Bölgələrdə həyat ölüb. Diriltməyin yeganə yolu sosial həyatı canlandırmaqdır. Bölgələrin sosial-iqtisadi inkişafı təmin olunmalıdır. İnsanlar ev-eşiyinə qayıdıb həyatını daha yaxşı şərtlərlə davam etdirməlidir.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?

Dünyapress TV

Xəbər lenti