Ünvanlı sosial yardım kəsilərsə:
“Ünvanlı sosial yardımları daim vermək olmaz. 1 il verilir, sonra gərək həmin adamlar işləsin”.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Millət vəkili bildirib ki, adamları ələbaxımlı öyrədə bilmərik:

“Bu vəsait yarım milyarda gəlib çatıb. Bu gün ÜDY-ə ehtiyacı olanlara bu pul verilməlidir. Ehtiyacı olmayanlara bu pul verilməməlidir, bu sahədə islahatlar getməlidir”.

Aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımı olan ünvanlı dövlət sosial yardımı artıq bir neçə ildir ki, ölkəmizdə tətbiq edilir. Ümumilikdə isə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarınının məcmusundan aşağı olan ailə aztəminatlı ailə hesab edilir. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən bir il müddətinə təyin olunur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il iyulun 1-i vəziyyətinə əsasən 80,3 min aztəminatlı ailənin 352,4 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 105,32 manat təşkil edib.

Qeyd edək ki, bu gün aztəminatlı ailələr işsizlik, maddi imkanların olmaması səbəbindən ünvanlı sosial yardım almaq məcburiyyətində qalırlar. Onu da vurğulayaq ki, bu gün bir sıra xarici ölkələrdə bu istiqamətdə bir sıra proqramlar həyata keçirilir.

Məsələn, ABŞ-da “ərzaq bankı” adlanan proqram həyata keçirilir ki, burada ehtiyacı olan vətəndaşlar istədiyi ərzağı əldə edə bilirlər. Ölkəmizdə onsuz da ünvanlı sosial yardımın əldə edilməsi ilə bağlı vətəndaşlar çətinliklərlə üzləşirlər.

Ünvanlı sosial yardım dayandırılarsa, hökumət hansı alternativ variant tətbiq irəli sürür?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, hökumətin borcu alternativ, cəlbedici iş yerlərinin yaranması üçün müəyyən addımlar atmaqdır:

“Bundan sonra artıq təklif olunan işlər, yaxud istiqamətlər çoxaldıqca vətəndaşlar da sosial müavinətlər almaqdansa normal işləyib yaxşı maaş almağa üstünlük verəcəcəklər. Problemə bu istiqamətdən baxmaq lazımdır ki, alternativlər nədir, hökumət nə təklif edir. Elə təşviq proqramları olmalıdır ki, vətəndaşlar doğurdan da sosial müavinət yox, əməkhaqqı alsınlar. Birincisi, bu, vətəndaşın günahı deyil. İkincisi, elə kateqoriyalı insanlar var ki, onlar daim sosial müdafiə qayğısına möhtacdırlar.

Belə ki, əngəlli, iş qabiliyyətini itirmiş, müəyyən problemli insanlar daim sosial müdafiə qayğısından faydalanmalıdırlar. Ona görə də bu, vətəndaşları günahlandırmaq cəhdi kimi görünür. Sanki onlar işləmək istəmir və ancaq sosial yardım almaq istəyirlər. Əslində elə deyil. Azərbaycan vətəndaşı çalışqandır. Əgər o görsə ki, yüksək deyil, normal maaşlı işdə seçim imkanları var, sosial yardımdan daha çox maaş almaq imkanı yaranıb, gedib həmin işlə məşğul olacaq”.

Xarici ölkələrdə təşkil edilən ərzaq banklarına gəldikdə isə ekspert deyir ki, həmin ölkələrdə bunu mərkəzi hökumət deyil, seçilmiş bələdiyyələr, QHT-lər edir:

“Azərbaycanda bu ənənənin yaradılmasına ehtiyac var ki, bizdə də Böyük Şəhər Bələdiyyəsi formalaşsın və QHT-lər də burada aktiv rol almağa başlasınlar”. //Cebhe.info//

Bölmənin digər xəbərləri

03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?

Dünyapress TV

Xəbər lenti