"Müharibə veteranına 80 manat veririk, onu artırmağa pul tapmırıq, amma dövlət büdcəsindən külli miqdarda mənimsəmələrin şahidi oluruq”
“Büdcə qalığının kəskin artması müəyyən suallar doğurur. Görünən odur ki, büdcədən maliyyələşən bəzi dövlət qurumları büdcəni xərcləyə bilmirlər və əvvəldən bəyan edirlər ki, daha çox vəsait lazımdır. Qalığın azaldılması üzərində ciddi iş aparılmalıdır ki, olmasın”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, son zamanlar dövlət büdcəsindən külli miqdarda mənimsəmələr olur və gedən məhkəmələr onu göstərir: "Hesablama Palatasının ya səlahiyyətində müəyyən artımlar etmək lazımdır, ya da daha ciddi tələblər irəli sürmək lazımdır. Məhkəmələrdə görürük ki, 100 milyonlarla vəsait dövlət büdcəsindən mənimsənilib. Bunun qarşısını ya vaxtında almaq, ya da əlavə tədbirlər görmək lazımdır ki, bu hallar təkrar olunmasın. Müharibə veteranına 80 manat veririk, onu artırmağa pul tapmırıq, amma dövlət büdcəsindən külli miqdarda mənimsəmələrin şahidi oluruq”.

V.Əhmədov bölgələrdə iş yerlərinin açılmasının vacibliyindən danışıb: "Son vaxtlar iri şəhərlərdə iş yerləri açılır. Amma bölgələrdə vəziyyət acınacaqlıdır. Bölgələrdə iş yerləri yox səviyyəsindədir. 14 iqtisadi rayon var. Hər rayonda iş yerlərinin açılması ilə bağlı təkliflər olsun”.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?

Dünyapress TV

Xəbər lenti