Əhali paytaxta axın edir, regionlar boşalır... -
"Regionlardan insanların iri şəhərlərə üz tutması həm qlobal problemdir, həm də hökumətimizin əsas düşündüyü məsələlərdən biridir".

Teref.az.Az bildirir ki, bu sözləri Valyuta.az-a iqtisadçı Xalid Kərimli regionlardan insanların iri şəhərlərə, xüsusi ilə Bakıya axın etməsinin səbəbləri haqqında danışarkən deyib.

İqtisadçı deyib ki, yoxsulluğun azaldılması proqramı, regionların inkişafı ilə bağlı hökumət bir neçə proqram həyata keçirib, lakin problem həll olunmur:

"İqtisadi inkişafın məüyyənləşdirdiyi prioritetlər var, onlardan da biri regionların balanslı inkişafına nail olmaqdır. Bu təkcə iş yeri ilə bağlı deyil, həm də regionlarda demoqrafik problem yaradır, kəndlərin boşalmasına gətirib çıxarır. Əsas hədəflərimizdən biri Şərqi Zəngəzurun və Qarabağın bərpasıdır. Lakin insanlar 30 ildir ordan ayrılıb, gənclər oranı görməyib, bir bağ qalmayıb. Bu məsələ problemli məsələdir, hökumət nələrsə etməyə çalışır”.

"Regionlarda iş yerlərinin yaradılması ilə bağlı güzəştlər problemin həlli üçün yetərli deyil"

Xalid Kərimlinin sözlərinə görə, regionlarda iş yerlərinin yaradılması ilə bağlı müəyyən güzəştlər olsa da, bunlar yetərli deyil:

"Məsələn, şirkət iki baxımdan öz biznesinin yerini müəyyənləşdirir. Alış bazarına və resurslara yaxınlığıa görə. Resurslar isə Bakıda daha yaxşıdır. Şirkət işçi axtarırsa, onu Bakıda daha rahat tapacaq. Əhalinin nisbətən alıcılıq imkanına malik olan hissəsi paytaxtda məhsulu satmaq, işçi tapmaq daha rahatdır. Digər məqam xammaldır. Xammallar olan regionlarımızda da məsələn Gədəbəydə, Daşkəsəndə şirkətlər fəaliyyət göstərir. Bu çətin məsələdir. Həll yolu yoxdur, amma ümumi şəkildə danışsaq, sual verməliyik ki, Bakıda əhali çoxdurmu? Bakıda əhali çox deyil. Lakin şəhərin düzgün planlaşdırılması həyata keçirilməlidir. İki ay bundan əvvəl Çində idim. Çinin yüzə yaxın şəhəri Bakıdan böyükdür, daha çox əhalisi var. Hətta Bakıdan 10-15 dəfə əhalisi çox olan şəhərləri var. O şəhərlərin infrastruktur problemi yoxdur. Çində elə şəhərlər var ki, 25-30 milyon əhali yaşayır”.

"Bakının əhalisi o qədər çox deyil, narahat olmayaq. Problem odur ki..."

İqtisadçı deyib ki, Bakının əhalisi o qədər çox olmadığı üçün, narahat olmamalıyıq. Əksinə, Bakını daha yaxşı inkişaf etdirməliyik:

"Hər şeyi Bakının mərkəzinə yığmaq olmaz, şəhəri ağıllı şəkildə böyütmək, genişləndirmək lazımdır ki, insanlar burada rahat yaşaya bilsinlər. Birinci bu haqda fikirləşmək lazımdır. Regionlara gəlincə, texnologiya, rəqəmsallıq yerləşmə ilə bağlı bir çox məsələləri həll edir. Bakının inkişafı bizim ürəyimizcə deyil, insanların ciddi problemi var, onlar da iş yerləri tapmaqda çətinlik çəkir”.

Xalid Kərimli əlavə edib ki, hökumət hazırda ağıllı kənd, ağıllı qəsəbə, regionlarda Bakıdan fərqli olmayan yaşayış konsepsiyaları tətbiq etməyə çalışır:

"Amma ümumi şəkildə Azərbaycanda 1-2 böyük şəhərin olması, burda əhalinin daha çox məskunlaşmasında bir problem görmürəm. Bununla bağlı süni addımların atılmasına da ehtiyac yoxdur. Hesab edirəm ki, hansısa rayonda süni şəkildə iş yerləri açılmasına yox, rəqabət mühitinin yaradılmasına, sahibkarlığın inkişafına çalışılmalıdır. Bakıda da insanlar yaxşı yaşaya bilmirsə, ağıllı şəkildə infrastrukturu inkişaf etdirilməlidir”.

Həmsöhbətimiz bildirib ki, Bakıda insanların iş tapmaqda kifayət qədər problemləri olduğu halda rayonlarda hansısa güzəşt problemləri həll etmir:

"Hətta rayonlarda vergi olmasa da, bu problem həll olunmayacaq. Vergini ləğv etmək də olmaz. Rayonlarda yalançı iş yerləri olacaq, bu da səmərəsiz iqtisadiyyatın formalaşması ilə nəticələnəcək. Güman edirəm ki, hökumət ümumi iqtisadi problemlərin həllinə istiqamətlənməlidir".
 

Bölmənin digər xəbərləri

03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?

Dünyapress TV

Xəbər lenti