REALLIQ: Vətəndaş necə səfil gününə salınır...
Azərbaycanda hər pensiyaçının banka ortalama 758 manat borcu var . Təqaüdçülərin banklarda istehlak kreditləri 863 milyon manat təşkil edir — 1 ildə 27% artıb.
DİA.AZ-ın məlumatına görə, iqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yaş qruplarından asılı olmayaraq, xüsusən istehlak kreditlərinin artım motivlərinin bir neçə səbəbi vardır. Bu, mövcud stiuasiyadan irəli gələrək iqtisadiyyatın cari durumu, qiymətlərin səviyyəsi, insanların gəlirləri, habelə cəmiyyətdə baş verən dəyişikliklərdən qaynaqlana bilər.

“Məsələn, istehlakçılar iqtisadiyyatın yüksəlişdə olduğuna əmin olduqları halda alış qərarı verirlər – ev, avtomobil və digər həyati əhəmiyyətli preditmetlər kimi. Nəticə etibarilə bu istehlak kreditlərinə də təlabatı artıra bilər.

Son bir ildə nəinki təkcə təqüdçülərin, bank kreditləri sturkturuna baxsaq, bütövlükdə istehlak kreditlərinin əhəmiyyətli dərəcədə artdığını görə bilərik. Müqayisə üçün, son rəsmi məlumatlara əsasən, bu ilin yanvar ayında ötən ilin eyni dövrünə nisbətən ümumi kredit portfeli 17 faiz, habelə biznes kreditləri 11 faiz artdığı halda, istehlak kreditləri üzrə bu dinamika 26 faiz olmuşdur. Burada ağıla gələn ilk səbəb inflyasiyadır – qiymətlərin artması. İnflyasiya yüksək olanda insanların gəlirləri real olaraq, yəni onların ala biləcəkləri məhsullar azalır və təbii olaraq pula tələb artır”-deyə iqtisadçı qeyd edib. Onun sözlərinə görə, son bir ildə dünyada olduğu kimi, Azərbaycanda da inflyasiya kifayət qədər artıb. Rəsmi rəqəmlərə görə, ötən ötən ilin sonu 14-15 faiz civarında qeydə alınmışdı. Əhalinin istehlakının əsas komponenti olan qida məhsullarında isə bu göstərici 20 faizə çatırdı.

İqtisadçının fikrincə, artıma təsir edən digər ən mümkün hal kimi, ağıla iqtisadiyyatda müşahidə olunan nağdsızlaşdırma prosesi də gəlir. Belə ki, insanların əmək fəaliyyətinin rəsmi qeydiyyata alınması həm də kart sistemindən istifadənin geniş vüsət almasına təkan vermiş olur. Beləliklə, bu da insanlar arasında kredit kartından istifadə ənənəsinin də formalaşmasına zəmin yaradır. Kredit kartları müştəriyə götürdüyü məbləği faizsiz əsasda hissə-hissə ödəmək imkanı yaradır ki, bu cəmiyyətdə kredit götürmə motivlərini artıran amillərdən hesab olunur.

“Nəzərə almaq lazımdır ki, ötən ilin müvafiq dövrünə nisbətən bu il bank sistemində dövriyyədə olan kredit kartları 29 faizə qədər və ya mütləq ifadədə 400 mindən çox artmışdır”-deyə Pünhan Musayev əlavə edib.

İqtisadçının sözlərinə görə, ümumiyyətlə, borclanma istər təminatlı, istərsə də təminatsız kreditlər üzrə riskli faktordur. Çünki əsas vəsaitdən əlavə, faiz və cərimələr də burada əhatə olunmaqdadır.

“Təbii ki, insan istənilən yaş kateqoriyasında borc almağın risklərini, müsbət və mənfi tərəflərini götür-qoy edir. Bu baxımdan, mənim şəxsi qənaətim belədir ki, hazırkı kredit artımlarının əsas səbəbi yüksək inflyasiyadır”,- deyə iqtisadçı əlavə edib.

Bölmənin digər xəbərləri

02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ

Dünyapress TV

Xəbər lenti