Ardını oxu...
Bu gün əmək münasibətlərində ən böyük problem - "müddətli əmək müqaviləsinin" bağlanmasıdlr, desək yanılmarıq. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi dəfələrlə - təşəbbüs qaldırmış, təkliflər vermişdir. Bir daha hesab edirik ki, AR-nın Əmək Məcəlləsində müddətli əmək müqaviləsi bağlanması ilə əlaqədar müvafiq dəyişikliklər edilməlidir. Belə ki:
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi: tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsinin bağlanmasına hüquqi əsas verir.
Əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin Əmək müqaviləsi bağlanan hissəsində işəgötürən işçiyə nisbətən-üstün hüquqlara malikdir. İş yerlərinin az olması, iş yerlərinə tələbatın az olması, işə qəbulla bağlı son qərarın işəgötürənə məxsus olması və sair digər səbəblərdən. Bu səbəblərdən burada tərəflərin bərabər hüquqlararından danışmaq mənasızdır və işəgötürən istədiyi işçi ilə müddətli əmək müqaviləsi bağlayıb, həmin işçini təzyiq altında saxlaya,müddətlə əlaqədar istədiyi vaxt onu işdən çıxara bilir.
Hesab edirəm ki.AR-nın Əmək Məcəlləsində müvafiq dəyişikliklər edilməli, müddətli və ya müddətsiz əmək müqaviləsinin bağlanması aşağıdakı qaydada tənzimlənməlidir:
1. Konkret olaraq hansı hallarda müddətli, hansı hallarda əmək müqaviləsinin müddətsiz bağlanması barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsində birbaşa olaraq imperativ (məcburi) hüquq normaları olmalıdır.
2. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
3. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda müddətli əmək müqaviləsinin bağlanması etibarsızdlr və müddəti müəyyən edilən müqavilə kimi hesab edilir.
4. İş və ya xidmətlərin daimi xarakterə malik olması əvvəlcədən bəlli olan işlərdə işçilərlə müddətki əmək müqaviləsi bağlayan işəgötürən inzibati məsuliyyət daşıyır.
5. Yalnız aşağıdakı hallarda tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə, müddətli əmək müqaviləsi bağlanıla bilər:
Qısa müddətli iş və ya xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar olan iş və ya xidmət üzrə, təbii və ya iqlim şəraitinə, işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı, işin həcminin və davamiyyətinin qısa müddətli olduğu təmir- tikinti, quraşdırma, yeni texnologiyakatın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda, işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda və sair.
Azər Quliyev.
TEREF
 
Ardını oxu...
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Sonxeber.az-a açıqlama verib.

İqtisadçı inflyasiyanın sürətli olması vətəndaşın bankda vəsait saxlamaqdansa, əmlak bazarına üz tutmasına gətirib çıxardığını bildirib:

"Vətəndaş bilməlidir ki, hökümət bir bank üzrə 100 min manata qədər əmanəti sığortalayır. Belə ki, vətəndaşın gəliri 12 faizdən, xarici valyutada isə gəliri 2.5 faizdən aşağıdırsa, əmanətləri sığortalanır. Vətəndaş banka pul yatırarkən bəzən manata etibar etmir. Deyirlər manat risklidir. Dolları isə banka qoymaq istəmir. Bu zaman fikirləşir ki, 2.5 faizə görə banka niyə görə pul qoyum. Daha yüksək faiz verən banka isə etibar etmir. Hər bir vətəndaşın risk profili var. Əgər vətəndaş qısa müddətə nə isə alacaqsa, yığdığı pulu banka qoyması lazım deyil. İlk olaraq banklarda kifayət qədər depozit portvelləri var. Əgər banklara vəsait lazımdırsa, bu zaman faizi qaldırmalıdır. Amma faizlərə baxanda görürük ki, kifayət qədər yüksək deyil. Son aylar müəyyən qədər artım olsa da, ümumi olaraq əvvəlki illlərə görə depozit faizləri düşüb. Bu o deməkdir ki, bankların vətəndaşdan gələn pula ehtiyacı yoxdur. Bank vətəndaşın pulunu götürdükdən sonra bu pula faiz qoyub satmalıdır. Yəni bankdan kredit götürənlər də olmalıdır. Burada vətəndaşın və bankın ayrı-ayrı maraqları var. Son illər inflyasiyanın sürətli olması vətəndaşın bankda vəsait saxlamaqdansa, əmlak bazarına üz tutmasına gətirib çıxarıb".
 
Ardını oxu...
Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması faktları ilə qarşılaşırıq.
APA xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun ünvanlı sosial yardımın düzəldilməsi ilə bağlı vətəndaşlara müraciətində deyilir.

Bildirilir ki, Fond tərəfindən bu barədə bir neçə dəfə xəbərdarlıq məlumatları paylaşılaraq, vətəndaşlara belə dələduz vasitəçilərdən uzaq olmaq tövsiyə edilib: “Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, ünvanlı yardımın təyinatı elektron sistem üzərindən, hər hansı kənar müdaxilə mümkün olmadan həyata keçirilir.

Sosial yardım təyinatı üçün yalnız elektron qaydada müraciət edilir və müraciət etmək üçün də heç bir ödəniş tələb edilmir.

Müraciətə e-sistem üzərindən və müxtəlif qurumların informasiya ehtiyatlarına inteqrasiya əsasında baxılır.

Yardım təyin olunub-olunmamasına dair qərar e-qaydada qəbul olunur və bununla bağlı olaraq da vətəndaşlara SMS-bildiriş göndərilir”.

Qeyd edilib ki, istənilən şəxs ünvanlı yardım, bu yardımın hansı ailələrə təyin edildiyi və s. barədə Nazirliyin sosial.gov.az saytında “Fəaliyyət” bölməsindəki “Ünvanlı dövlət sosial yardımı” altbölməsindən (www.sosial.gov.az/fealiyyet/destek-istiqametleri/unvanli-dovlet-sosial-yardimi) ətraflı məlumat əldə edə, habelə həmin altbölmədən ünvanlı yardım üçün müraciət də edə bilər. Eyni zamanda, “142” Çağrı mərkəzinə də müraciət edərək, bu mövzuda ətraflı məlumat almaq olar.
Ardını oxu...
"Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil".
TEREF xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov deyib. Vəkilin sözlərinə görə, ərin pensiyası çoxdursa, öləndən sonra həyat yoldaşına fərq verilir, yaxud da əksinə:
"Burada ər-arvad məsələsi var və bir də ölənin himayəsində kimsə varsa ona verilir. Mənəvi cəhətdən deyirik ki, adam ömrü boyu işləyib, qazanıb, yaşasaydı pensiyasını alacaqdı. Bir də məsələnin ikinci, yəni iqtisadi tərəfi var. Biz hamımız işləyirik və Dövlət Sosial Müdafiə Fonduna məcburi sığorta haqqı ödəyirik. Bizim vəsaitlərimiz hesabına indiki pensiyanerlər pensiya alır. Sabah biz qocalanda o zaman işləyənlərin gəlirindən tutulan vəsaitlər hesabına bizə pensiya veriləcək. Biz də bilirik ki, hər il Dövlət Sosial Müdafiə Fondunda pul çatmır. Bu gün yığılan pul pensiya alanlara çatmır. Üstəlik hər il dövlət büdcəsindən əlavə fonda pul verilir".

Əkrəm Həsənov Dövlət Sosial Müdafiə Fondunun öz-özünü maliyyələşdirə bilmədiyini vurğulayıb:

"Burada iki yol var, ya gərək sosial sığorta haqqlarını artıraq, ya da dövlət büdcəsindən daha çox vəsait ayrılsın. Amma büdcədən vəsaitin ayrılması çətin məsələdir. Bu dəqiqə ölkədə o qədər layihələr var ki. Xüsusən də işğaldan azad olunan ərazilərlə bağlı. Bir də əgər bu qanun halını alırsa icra olunmalıdır".

Əkrəm Həsənov bəzi insanların uzunömürlü olduğunu da əlavə edib:

"Elə insanlar var ki, onlar çox yaşayır. Yəni, onların pensiya kapitalı qurtarır. Bu halda Dövlət Sosial Müdafiə Fondu onlara deyirmi ki, pensiya kapitalın qurtarıb sizə pensiya vermirik? Yox, ödənilir. Gələcəkdə insanların gəlirləri o qədər yüksək olmalıdır ki, bizdən daha çox pul tutulsun. Avropada belədir”.
Ardını oxu...
"Dünya bazarında "Brent" markalı neftin qiymətində artımlar müşahidə edilir. Son qiymətlər göstərir ki, bir barel "Brent” markalı neftin qiyməti 90 dollardan baha təklif olunur".

Bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, bir ay öncə bu rəqəm 82 ABŞ dolları təşki ledirdi:

"Neftin qiymətindəki artımlar davam edir. Bu artımlar fonunda ölkəyə daxil olan xarici valyutanın həcmi də artır.

Nəzərə almaq lazımdır ki, 2024-cü ilin dövlət büdcəsinin 45%-i, cari xərclərinin 70%-i sosial xərclər təşkil edir. Növbəti dövrlərdə fiskal gəlirlərimizə uyğun olaraq sosial istiqamətdə artımların olacağı istisna deyil".

 
 
 
Ardını oxu...
Azərbaycanda bu ilin ilk ayında 1700-dən çox nikah pozulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı ilə müqayisədə qurulan ailələrin sayı azalıb, boşanmaların sayı isə çoxalıb.

Bəs bu tendensiyanın əsas səbəbəri nələrdir?

Vəkil-mediator Qasım Şaliyevin sözlərinə görə, işləri təhlil edəndə tərəflərin dünyaya baxış tərzlərinin fərqli olduğu, psixoloji uyğunsuzluqların olduğu üzə çıxır:

"Tərəflər nikahdan əvvəl bir-birilərinə düzgün məlumat vermirlər. Nəticədə nikahdan sonra acı reallıqla qarşılaşırlar. Bu da nikahın pozulmasına səbəb olur”.

Daha ətraflı İTV-nin süjetində:

 
Ardını oxu...
Ətrafı ilə ünsiyyət qurmaqda heç bir problemi olmayan uşaqlar olduğu kimi, ətrafı ilə ünsiyyət qurmaqda çətinlik çəkən uşaqlar da az deyil. Üstəlik, belə uşaqlar ənənəvi qaydalara riayət etməkdə də çətinlik çəkirlər. Ünsiyyətsiz uşaqlarda müşahidə edilən digər əlamətlər isə əsasən bunlardır:
- Həmişə əsəbi və aqressivdirlər.
- Dırnaq yemək, barmaq əmmək və s. kimi vərdişləri var.
- Məktəbdə istənilən nəticəni göstərə bilmirlər.
- Yaşıdları ilə tez-tez ziddiyyətdə olurlar.
- Çox vaxt nə istədiklərini bilmirlər.
- Həmişə olmasa da, yalana meyillidirlər.
- Kollektiv arasında olmağı xoşlamırlar.
- Hadisələrə tez reaksiya verirlər və s...
Təbii ki, bir uşaqda bütün bu əlamətlərin olması vacib deyil. Ancaq uşağınızda bu əlamətlərin biri və ya bir neçəsi varsa və üstəlik, uşağınız öz mövqeyində təkid edirsə, vaxtında tədbir görməlisiniz. Digər tərəfdən, bu işdə öz imkanlarınızdan istifadə edə biləcəyiniz kimi, bir mütəxəssisin köməyindən də istifadə edə bilərsiniz. Əks halda, uşağınızın yaşı böyüdükcə problemləri də böyüyəcək və gələcəkdə təkcə sizin və ya özü üçün yox, cəmiyyət üçün də problemə çevriləcək.
 
Ardını oxu...
Son zamanlarda bazarlarda və marketlərdəki qiymətlərdə bahalaşma müşahidə olunur.

Heç şübhəsiz ki, bəzi məhsulların qiyməti süni şəkildə artırılır. Əlbəttə ki, bu da bəzi “işbaz”ların əli ilə baş verir. Xüsusilə bayram ərəfəsində bahalaşmanın şahidi oluruq.

Lakin bayram ərəfəsində qiyməti yüksələn məhsulların əksəriyyəti bayramdan sonra da ucuzlaşmır. Bu isə alıcıları narahat edir.

Ümumiyyətlə, süni qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini Ehtiram Mehdiyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu gün bazarlarda meyvə-tərəvəzin qiyməti “od tutub yanır”:

"Hər gün qiymət dəyişikliyinin şahidi oluruq və insanları da bu qiymətlərə bir növ məcburən öyrəşdirirlər. Bəzən vitrinlərdə gördüyümüz qiymətin bir neçə gün sonra daha da bahalaşdığını görürük. Qiymətlərin yüksək olması isə sosial vəziyyəti ağır olanlar və işsizlər üçün çətin vəziyyət yaradır".

O bildirib ki, bəzi “işbaz"lar qlobal bahalaşmadan sui-istifadə edib bazarlarda qiymətləri süni şəkildə artırırlar:

"Düzdür, bazarlarda rəqabət mühiti yaradılıb. Məhz biznes fəallığının qorunub saxlanılmasından istifadə edən sahibkarlar isə məhsulunu istədiyi qiymətə satır. Amma bu o demək deyil ki, sahibkar ürəyi istədiyi vaxt qiyməti süni şəkildə qaldıra bilər. Hesab edirəm ki, bunun qarşısı dövlət səviyyəsində alınmalı və qiymətlərə daimi nəzarət edilməlidir".

Ehtiram Mehdiyev qeyd edib ki, kəndlərdə kənd təsərrüfatı məhsullarının qiymətlər elə də baha deyil:

"Burada problem məhz “işbaz”ların bölgələrdən məhsulu ucuz qiymətə alıb, paytaxt bazarlarında yüksək qiymətə təklif etməsidir. Bu yaxınlarda bir sahibkarın tonlarla cücərmiş soğanın zibilliyə atdığını gördüm.

Belə sahibkarlar məhsulu vaxtında bazara ucuz qiymətə təklif etmək əvəzinə bir neçə ay saxlayıb daha baha qiymətə satmaq istəyirlər. Bunun qarşısını almaq üçün “Kənddən şəhərə” layihəsinin miqyasını daha da böyütmək lazımdır ki, şəhər əhalisi bu məhsulları rahatlıqla əldə etsin".
 
 
 
Ardını oxu...
Orta aylıq əməkhaqqının ən yüksək olduğu ölkələr açıqlandı - Azərbaycan neçənci sıradadır?
Dünya üzrə orta aylıq əməkhaqqınının ən yüksək olduğu ölkələrin siyahısı yayımlanıb.

Hurriyyet.az xəbər verir ki, "CEOWorld" analitik nəşri tərəfindən tərtib edilən siyahıda 196 ölkə yer alıb. Reytinq müəllifləri hesablayıblar ki, ən yüksək orta əməkhaqqı maliyyə, sığorta, elektrik enerjisi, mədənçıxarma, informasiya texnologiyaları, pərakəndə ticarət və təhsil sektorlarındadır. Ən aşağı maaş isə inzibati işlər, mehmanxana və restoran idarəçiliyi və tikinti sənayesindədir.

Orta aylıq əməkhaqqının ən yüksək olduğu 3 ölkə - İsveçrə, Lüksemburq və ABŞ olub. Azərbaycan isə ilk 100-lükdə yer alıb. Siyahıya görə, Ermənistan (541 dollar) 92-ci, Gürcüstan (534 dollar) 93-cü, Azərbaycan (494 dollar) 99-cu, Ukrayna (430 dollar) 107-ci, Türkiyə (314 dollar) isə 124-cü sırada qərarlaşıb.

Hazırda ən yüksək orta aylıq əməkhaqqı bu ölkələrdədir:

1. İsveçrə (8111 $);

2. Lüksemburq (6633 $);

3. ABŞ (6455 $);

4. İslandiya (6441 $);

5. Norveç (5665 $);

6. Danimarka (5642 $);

7. Kanada (5081 $);

8. Qrenlandiya (4665 $);

9. İrlandiya (4622 $);

10. Hollandiya (4581 $).

Siyahıda sonuncu yerdə olan ölkələr isə aşağıdakılardır:

192. Şimali Koreya (37 $);

193. Mali (34 $);

194. Malavi (31 $);

195. Anqola (27 $);

196. Lesoto (24 $).

AzPolitika.info
 
Ardını oxu...
Quru sərhədlərin bağlı olması Azərbaycanın İranla sərhədyanı bölgəsindəki əhaliyə necə təsir edib?

Müxbirlərimiz Astara sakinləri ilə söhbət ediblər.

Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar olaraq 2020-ci ilin mart ayından quru və dəniz sərhədləri qapadılıb.
Həmin tarixdən etibarən hər üç aydan bir xüsusi karantin rejiminin vaxtı uzadılır. Ən son belə qərar mart ayında verilib və Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il iyulun 1-dək uzadılıb.

Nazirlər Kabinetinin saytı yazır ki, bu qərar “COVİD-19 virusunun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə” verilib.

Karantin müddətində müxtəlif ölkələrə hava yolları vasitəsiylə gediş-gəliş mərhələli şəkildə bərpa olunsa da, hökumət Türkiyə ilə Azərbaycan arasındakı Sədərək-Dilucu sərhəd-keçid məntəqəsi istisna olmaqla, digər qonşu ölkələrlə - İran, Rusiya və Gürcüstanla quru sərhədləri hələ də bağlı saxlayır.

Xəzər dənizi vasitəsiylə həmsərhəd olan ölkələrə də dəniz yolu ilə gediş-gəliş bağlıdır.

Sədərək-Dilucu sərhəd-keçid məntəqəsindən keçid, ancaq Naxçıvan qeydiyyatı olan Azərbaycan vətəndaşlarına şamil edilir.

Ümumdünya Səhiyyə Təşkilatı 2023-cü ilin mayın 5-də “COVİD-19-la bağlı qlobal fövqəladə vəziyyətin başa çatdığını” elan edib.
 
 


 

Dünyapress TV

Xəbər lenti