Ardını oxu...
“Azəriqaz” İstehsalat Birliyinin 2024-cü il dekabrın sonlarında çoxlu sayda işçini ixtisar etdiyi bildirilir.

“Azəriqaz”ın “Təmiz Qaz” Qapalı Səhimdar Cəmiyyəti ilə bağladığı müqaviləyə dəyişiklik etməsi podratçı şirkətin 500-dən artıq əməkdaşının işsiz qalmasına səbəb olub.

“Azəriqaz” İB “Təmiz Qaz” şirkəti ilə yerüstü qaz kəmərlərinə texniki baxışın keçirilməsi, qaz tənzimləyicilərin yoxlanılması və sazlanması, yerüstü siyirtmələrə texniki baxışın aparılması yönündə 2021-ci ildə bağladığı satınalma müqaviləsinə bu ildən dəyişiklik etməyi qərara alıb.

Bu əməliyyat üzrə xərcləri optimallaşdıraraq podratçı vasitəsilə deyil, öz kadr potensialı ilə icrasına qərar verib.

Hətta birlik tərəfindən bu barədə ötən il noyabrın 29-da “Təmiz Qaz” QSC-yə məktub ünvanlanıb.

Məktubda orta və aşağı təzyiqli (bir pillə iki pillə) yerüstü qaz kəmərlərinə və onların üzərində olan bütün növ qurğu və avadanlıqlara göstərilən texniki baxışın 2025-ci ilin yanvarın 1-dən etibarən dayandırılması bildirilib.

Texniki baxış xidmətlərinin sifarişçi tərəfindən ləğv edilməsindən sonra bilavasitə həmin xidmətlər üzrə paytaxtda və bölgələrdə işə götürülən işçilərə bu barədə bildiriş təqdim olunub.

Daha sonra isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar ediliblər.

“Təmiz Qaz” 2014-cü ildən başlayaraq “Azəriqaz” İB-nin sifarişi əsasında respublikanın 68 rayon və şəhərində mövcud olan qaz təsərrüfatına texniki baxışın keçirilməsi və qaz sızmalarının aşkar edilməsi işlərini aparır.

İllər ərzində şikrətlə bu yöndə bağlanılan müqavilə yenilənib, hətta “Təmiz Qaz”a həvalə edilən işlərin sayı artırılıb.

2017-ci ildən şirkət “Azəriqaz”ın sifarişi əsasında məişət qaz sayğaclarına daxili və xarici metroloji texniki baxışın keçirilməsi, uyğunsuzluqların aşkar edilməsi və yeni sayğacla əvəz edilməsi işlərini həyata keçirir.

2018-ci ildən başlayaraq SOCAR Qaz İxrac İdarəsinin sifarişi əsasında yeraltı magistral qaz kəmərlərinə və qaz kranlarına texniki baxışın keçirilməsi və qaz sızmalarının aşkar edilməsi işlərini görür. Yəni dövlət qurumu ilə şirkətin əməkdaşlığı 11 ildir davam edir.

Zamanında “Azəriqaz”ın milyonluq tenderini qazanan “Təmiz Qaz”ın əsas şuarı texniki baxış işlərinin həyata keçirilməsi üçün yüksək peşəkarlığı olan və xarici mütəxəssislər tərəfindən təlim alan işçilərinin olması idi.

“Təmiz Qaz”ın podratçılığını etdiyi işləri bundan sonra sifarişçinin özü – “Azəriqaz” həyata keçirəcək.

“Əmək Məcəlləsinin tələblərini pozanlar müvafiq məsuliyyətə cəlb edilməlidir”

Hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə bildirib ki, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilməlidir.

O deyir ki, “İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı” əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, əmək münasibətlərində ən mühüm və ağrılı məqamlardan biridir:

“İxtisar- ilk növbədə öz iş yerini və ya əməkhaqqını itirən işçinin gözləmədiyi halda işsiz və çətin vəziyyətdə qalmasıdır. “İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı” əsası ilə işçi bağlanmış əmək müqaviləsinin – qanunla nəzərdə tutulan qaydada ləğv etmək kimi işəgötürənin hüquq və səlahiyyəti var. Lakin bu əsasla əmək müqaviləsini ləğv edərkən bütün hallarda işəgötürən Əmək Məcəlləsinin 70, 71, 77, 78, 79, 80 və digər maddələrinin tələblərinə əməl etməlidir. İşçilərin sayı və ya ştatları ixtisarı üçün ən vacib amil hüquqi əsasların olmasıdır”.

Hüquq müdafiəçisi deyir ki, ştatların ixtisarı zərurəti müəssisədə iş və xidmətlər azaldıqda və ya qurtardıqda, həmin ştatlara ehtiyac qalmadıqda, yeni texnika və texnologiyaların tədbiqi ilə əlaqədar həmin ştatlara ehtiyac qalmadıqda, idarə və ya müəssisənin maliyyə vəziyyətinin ağır olması və sair hallarda yarana bilər.

“Qeyd etdiyim əsaslarla işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvinin zərurəti bütün hallarda işəgötürənin əmri və ya sərəncamı ilə əsaslandırılmalı və rəsmiləşdirilməlidir. Əgər ləğv olunmuş ştat və ya ştatlara, bu işçinin yerinə qısa müddətdən sonra və heç bir əsas olmadan digər işçi vəya işçilər qəbul edilisə, bu həmin müəssisələrdə – ştatların ixtisarının formal və ya qərəzli aparılmasını təsdiq edir”, – Mirvari Qəhrəmanlı deyir.

Qəhrəmanlı əlavə edir ki, işçilərin sayının azaldılması və ya ştatların ixtisarını – formal və qərəzli aparan, işçilərin əmək müqaviləsini ləğv edən işəgötürənlər Əmək Məcəlləsinin 310-cu maddəsində nəzərdə tutulan qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar:

“İşçilərin sayının azaldılmasının və ştatların qanunsuz ixtisarının həyata keçirilməsinin qarşısı, həmkarlar ittifaqı təşkilatı tərəfindən də alına bilər. İşçi ilə bu əsasla əmək müqaviləsinin ləğvi edilməsi üçün həmkarlar ittifaqı təşkilatının razılığı alınmalıdır. Həmkarlar ittifaqı təşkilatı isə qanunsuz həyata keçirilən bu ixtisarların qarşısını almaq üçün işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvinə razılıq verməyə bilər”.

Onun sözlərinə görə, işçilərin sayının azaldılması və ya ştatların ixtisarı əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı Əmək Məcəlləsinə (78-ci maddəsi) uyğun olaraq və nəzərdə tutulan qaydada işçilərin peşəkarlığı xüsusi olaraq qiymətləndirilməlidir:

“Bu zaman işçinin peşəkarllığı, peşə üzrə ixtisası, əmək funksiyası və vəzifələrinin yerinə yetirmə bacarığı, işə davamiyyəti, bilik və təhsili, kollektivdə nüfuzu, təltif olunması, sertifikatı, mükafatları, intizam məsuliyyətinə cəlb olunması və sair hallar üzrə müqayisə aparılmalı və bütün işçilər üçün ümumi kriteriyalar müəyyən olunmalıdır. İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı Əmək Məcəlləsində (78 və 79-cu maddə) nəzərdə tutulan qaydada işçilərin işdə saxlanılması üçün qanunla nəzərdə tutulan güzəşt və ya təminatları, bu zaman işçilərlə bağlanmış əmək müqavilələrinin ləğv edilməsini qadağan edən hallar nəzərə alınmalıdır”.

Mirvari Qəhrəmanlı deyir ki, Əmək Məcəlləsinə uyğun olmayan qanunsuz ixtisarlarla bağlı işçilərin məhkəməyə müraciət etmək hüquqları var:

“Lakin bu qanunsuzluğun aradan qaldırılmasını işəgötürəndən tələb etmək ilk növbədə əmək qanunvericiliyinə ictimai və dövlət nəzarətini həyata keçirməli olan həmkarlar ittifaqları təşkilatlarının və Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəsidir. İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi əsaslı və qanuni olmalıdır. Əmək Məcəlləsinin bu tələblərini pozanlar isə müvafiq məsuliyyətə cəlb edilməlidir”.
 
Ardını oxu...
Bakı şəhərinin mərkəzi yerlərində tez-tez rast gəldiyimiz obyektlərdən biri də lombardlardır. Banklara üz tutub kredit götürə bilməyən və yaxud da rəsmi iş yerləri olmayan şəxslər lombardlara axışır. Bu gün lombardların əhali arasında populyarlığının əsas səbəbi əlçatan olmasıdır. Təcili vəsaitə ehtiyacı olan şəxslər hər hansı qiymətli bir əşyanı lombarda girov kimi təqdim edib istədiyi məbləği ala bilirlər.
Burada müştərilərdən rəsmi gəlir yerləri tələb olunmur. Bankalardakı sənədləşmə işləri lombardların fəaliyyətinə geniş imkanlar yaradır. Bəs lombardların təqdim etdiyi kredit faizləri nə qədərdir və şərtlər nədən ibarətdir. Əhalini buraya gəlməyə daha nələr sövq edir.
Musavat.com-un əməkdaşı bir neçə lombard kimi fəaliyyət göstərən ofisdə olub, bu şərtlərlə tanış olub.
Bu işlərlə məşğul olan sahibkar söhbət zamanı bildirib ki, kreditləri aylıq 4-5 faizlə verirlər. Onun sözlərinə görə, borcun əsas məbləği azaldıqca faizlər də azalır:
“4 qramlıq qızıla 300 manat pul veririk. 300 manata hər ay 12 manat faiz alırıq. Faizdən əlavə əsas borcdan müəyyən qədər ödəyən vətəndaşların faizi də azalır. Banklarda isə hər aya bölünmüş faiz dəyişmir. Sən tutaq ki, qızılını verib lombarddan 5 min manat pul götürmüsən və bir ay ərzində onu qaytarmaq istəyirsən, bu zaman 5 minə 4 faizdən 200 manat hesablanır. Beləliklə, 5200 manatı ödəyib qızılını geri ala bilirsən. Bankda isə bu məbləği 12 aya bölüblərsə, bu müddətdə pulunu alandan sonra qiymətli əşyan özünə təhvil veriləcək. Bank uzun müddətli ödənişlər üçün sərfəlidir. Məsələn, mənim banka 35 min manat kredit borcum var. Onu bir neçə il ərzində verəcəyəm. Doğrudur, 2-4 min arası pul itirəcəyəm, amma uzun müddətli olması işimə yarayır. Bəzən deyirlər ki, guya lombardlarda 18-20 faizlə kredit verilir. Bu real deyil. Bizdə kredit müddətsiz verilir”. Gecikmə olanda günə 0,10 qəpik cərimə yazılır. Çalışırıq ki, daimi müştərilərimizi itirməyək. 4-5 minə qədər kredit veririk”.
Digər lombard işlədən xanım bildirir ki, onlara müraciət edən zaman şəxsiyyət vəsiqəsindən başqa heç bir sənəd tələb olunmur:
“Buna görə də insanlara bizdən pul götürmək daha asandır. Gecikmə olan zaman isə 2 ay gözlənilir, 2 aydan sonra hər 10 günə ümumi məbləğin 1 faizi dəyərində cərimə yazılır. 1000 manatlıq qızıl qoyan şəxs iki aydan sonra ilk 10 gün ərzində də ödəniş etmirsə, ona 10 manat cərimə yazılır. İkinci 10 gün ərzində isə bu məbləğ 20 manat olur. Bizim bir müştərimiz var idi, ona 500 manat pul vermişdik. O hər ay faizi ödəsə də əsas borc məbləğini ödəyə bilmirdi, beləliklə, 500 manata görə o bizə 1500 manatdan çox ödəyib. 2018-ci ildən indiyə kimi faiz ödəyir. Hələ də 500 manatı gətirib qızılını götürə bilmir”.
İqtisadçı Natiq Cəfərli deyir ki, lombardlarla vətəndaşlar arasında fərdi müqavilələr bağlanır və bu çərçivədə fəaliyyət göstərilir. Buraya dövlətin müdaxiləsi demək olar ki, yoxdur, sadəcə olaraq mülki müqavilədə ümumi müddəalar qeyd olunur.
“Vətəndaşa təcili pul lazım olanda onlar lombardlara daha çox müraciət edirlər. Çünki orada prosedur qaydaları daha sadədir. Eyni zamanda banklarda kredit tarixçəsi anlayışı yaranıb. Onlar müştərilərin kredit tarixçəsini bir-biri ilə bölüşürlər. Kredit tarixçəsi yaxşı olmayan insanlara banklar imtina verəndə onlar lombardlara üz tuturlar. Lombardlar isə bu vəziyyətdən istifadə edib daha ağır şərtlər və faizlərlə vətəndaşlarla müqavilə bağlayırlar. Müqavilədə sığorta məsələsi də qeyd olunmalıdır. Məsələn yanğın baş verərsə, vətəndaşın dəyərli əşyası orada məhv olarsa, ona dəyən zərər lombard tərəfindən ödənməlidir. Çox zaman sığorta haqqı ödənilməsin deyə lombardlar bundan vaz keçirlər. Əhali çox zaman müqavilələri oxumadan imzalayır və nəticədə fors-major situasiyada məsuliyyət vətəndaşın üzərində qalır”.
 
 
 
Ardını oxu...
“Məscidlərdə olan axundların rəhbərliyi Dini Komitədədir”. TEREF lent.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Cavanşir Paşazadə deyib.

Deputat bildirib ki, dini məsələlərə rəhbərlik edən axundların hər cümə üçün Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmış moizələri var: “Amma “palatka mollaları” tərəfindən kiməsə salavat çəkilməsi, bizə uyğun olmayan saqqal saxlanılması kimi məsələləri edənlər nəzarətsiz insanlardır. Onların bizim dövlətimizin apardığı siyasətə aidiyyəti yoxdur. Cəmiyyət bunlara cavab verməlidir”.

Deputat Tənzilə Rüstəmxanlı çıxışında şəhidlərlə bərabər Hacı Şahinə də salavat gətirilməsinə etiraz edib.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərdən sonra tütün məmulatların tullantılarının ətraf mühitə atılmasına görə cərimə məbləği 6 dəfə artırılaraq 50 manatdan 300 manata çatdırılıb.

Artıq bu qadağanın tətbiqinə başlanılıb.

Belə ki, son günlər paytaxtın Səbail, Yasamal, Nəsimi, Xətai, Nizami rayonlarında küçə və parklarda siqaret çəkənlərə qarşı reydlər keçirilib. Sakinlərin sözlərinə görə, onlar 30, 40 və 50 manat civarında cərimələniblər.

Qeyd edək ki, qanunvericiliyə görə, bu ərazilərdə siqaret çəkmək qadağandır:

- təhsil və tərbiyə müəssisələri, onların əraziləri;

- səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq);

- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);

- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar;

- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla)

- ticarət obyektləri;

- məişət obyektləri;

- sosial xidmət müəssisələri;

- yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir);

- teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;

- uşaq meydançaları;

- yerüstü qapalı və yeraltı piyada keçidləri;

- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər;

- metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları;

Eyni zamanda, qanunda göstərilir ki, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilat rəhbərləri tütün çəkmək üçün xüsusi yerlər ayrılmasını, bu yerlərdən kənarda tütün çəkilməsinin qadağan olunmasını, yuxarıda sadalanan qadağan olunmuş yerlərdə “tütün çəkmək qadağandır!” yazısının və ya işarəsinin olmasını təmin etməlidir.

Maraqlıdır, bəs niyə şəhərdə siqaret çəkilməsi qadağan olunan yerlərin siyahısı var, amma siqaret çəkməyin icazə verildiyi yerlər müəyyən olunmayıb?

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.Qurumun mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov Bakupost.az -ın sorğusuna cavab olaraq bildirdi ki, bu, onların səlahiyyətlərinə aid deyil:
 
Ardını oxu...
Praktikada bir çox hallarda işəgötürənlər: bu vəzifələrdən yayınır, müxtəlif əsassız bəhanə və səbəblərlə işçilərin bu hüquqlarını təmin etməkdən çəkinirlər, xüsusən də ağır, xroniki xəstə və əlil işçilərə qarşı.
İşçilərin: mənzil şəraitinin,özü-ailə üzvlərinin tibbi müayinə, müalicə və dərman xərcləri və sosial - məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq sosial yardımlar almaq üçün hansı hüquqları vardır?
Bu hüquqlar çox hallarda yerinə yetirilməsə də, əmək qanunvericiliyində nəzərdə tutulur.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər qanunvericilikdə bu barədə işçilərin hansı hüquqları nəzərdə tutulur?
1. İlk olaraq bu faktı bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər əmək qanunvericiliyində işçilərüçün nəzərdə tutulan əmək hüquqlarını yerinə yetirməyən işəgötürənlər üçün: maddi, mənəvi, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.
2. İşçilərin qeyd olunan bu hüquqları əsasən aşağıdakı qaydada tənzimlənir:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Müəssisələrin Nizamnaməsi(Əsasnaməsi) ilə
Tərəflər arasında bağlanan Əmək müqaviləsi
Tərəflər arasında bağlananKollektiv müqavilə ilə və ya Sazişlərlə.
İşçilərin icbari tibbi sığortası Haqqında Azərbaycan Respublikası Qanunu ilə.
Müəssisənin normativ xarakterli əmr və ya qərarları.
Maddi yardım haqqında əsasnamələr və sair.
3. Mənzil şəraitinin, özü və ya ailə üzvlərinin sosial və məişət şəraitinin yaxşılaşdırılması üçün işçilərin, işəgötürəndən müvafiq sosial yardımlar almaq hüququ da vardır, öz peşə və ya vəzifələrinə uyğun olaraq əmək haqqı, əlavə ödəniş və mükafatlar almaq.
4. Hər il Əmək Məcəlləsində nəzərdə tutulan minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən əlavə: sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək.
5.İşəgötürən tərəfindən qanunlarla müəyyən olunmuş qaydada məcburi sosial sığorta və icbari tibbi sığorta, işsizlikdən sığorta, əmək xəsarəti ilə əlaqədar icbari sığorta olunmaq, habelə hər hansı başqa növ digər sığorta qaydalarından istifadə etmək.
6. Sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək.
7. İşsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq.
8. İşəgötürən tərəfindən bağlanmış kollektiv müqavilə və sazişlərdə: işçilər üçün güzəşt və təminatlar qəbul etmək, maddi yardım göstərmək barədə şərtlər qəbul etmək,onun şərtlərinə, onlarda nəzərdə tutulmuş güzəşt və öhdəliklərə əməl etmək.
8. İşçilərin əmək, maddi, sosial və ya məişət şəraitinin, onların özü, ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə) və kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək.
9. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsini təmin etmək
10.İşəgötürən tər-dən: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR-sı Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək.
11. İşçilərin icbari tibbi sığortası üzrə sığorta hüquqiunu təmin etmək, sığorta haqlarının “Tibbi sığorta haqqında” AR-sı Qanununa uyğun olaraq vaxtında və tam həcmdə ödənilməsini təmin etmək.
12. Nəzərə almaq lazımdır ki, işçilər üçün nəzərdə tutulan bu hüquq, güzəşt və ya təminatlar işçilər üçün-hüquq, işəgötürənlər üçün isə - vəzifədir.
Azer Quliyev
TEREF
 
Ardını oxu...
Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri vardır və bu vəzifələrin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır:
1. Əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək.
2. Əmək Məcəlləsinin və digər əmək qanunvericiliyi ilə nəzərdə tutulan normativ hüquqi aktların tələblərini yerinə yetirmək.
3. Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada əmək müqaviləsi bağlamaq və onu ləğv etmək.
4. Kollektiv müqavilələr, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək.
5. Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını yerinə yetirmək.
6. İşçilərin ərizə, şikayət və müraciətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddət və qaydada baxmaq.
7. İşçilərin əmək, maddi, sosial-məişət, rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), müvafiq olaraq zəruri tədbirlər görmək.
8. İşə qəbul, işdə irəli çəkilmək, işdən azad edərkən bütün işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq.
9. Əmək münasibətlərində bütün işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək.
10.Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməmək.
11. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR-sının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu təmin etmək.
Azer Quliyev
TEREF
Ardını oxu...
Azərbaycanda qadınlara kişilərdən az maaş verilib.

Son rəsmi statistikaya görə, muzdla işləyən qadınların ortaaylıq əməkhaqqı 735 manat olduğu halda, kişilər üzrə bu göstərici 31 faiz daha çox - 1 069 manat təşkil edib.

Ən böyük fərq isə peşə, elm və texniki fəaliyyət sahələrindədir. Belə ki, bu istiqamətlərdə işləyən qadınların məvacibi qarşı cinslə müqayisədə 2 dəfə az olub. Ən az fərq isə təhsil sahəsindədir. Bu sahədə kişilərə qadınlardan 14 faiz çox əməkhaqqı ödənilib.

Maraqlıdır, maaşlar cinsə görə müəyyən olunmadığı halda kişilər niyə qadınlardan çox maaş alırlar?

Sosioloq Üzeyir Şəfiyev kişilərin qadınlardan daha çox əməkhaqqı almalarının işin çətinliyi ilə bağlı olduğunu deyir:

"Əmək sahəsində "pozitiv", qadınların xeyrinə ayrı-seçkilik mövcuddur. Qadın əməyi ilə kişi əməyinin çətinliyi arasında fərqlər var. Əməkhaqqının az olması gender ayrı-seçkiliyinə görə deyil. Çətin iş şəraitinə görə kişilər qadınlardan daha çox maaş alırlar".

Kişilərlə qadınlar arasındakı maaş fərqi bütün sahələri əhatə edir. Fərqin aradan qaldırılması məqsədilə Nazirlər Kabineti tərəfindən 2023-cü ildə təsdiq edilən Qərarla qadın əməyi qadağan olunan peşə və iş yerlərinin sayı 674-dən 204-ə endirilib. Üstəlik, qadağan edilən peşə və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olanlara aiddir.

Daha ətraflı Baku TV-nin videomaterialında:

 
 
 
Ardını oxu...
Feysbuk sosial şəbəkəsində "Ulvi Aliyev" istifadəçi adlı şəxsin video-şikayəti yayılıb.
Referans.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, uzun müddət Azərbaycan Respublikasının Gömrük Komitəsində çalışan şikayətçi və ondan əlavə 250 nəfərin pensiyası DSMF tərəfindən dayandırılıb. Halbuki onların pensiya almaq hüququ yaranıb və artıq son bir il müddətindən pensiya alıblar. Təqaüdün kəsilməsinə səbəb kimi isə DSMF tərəfindən pensiyanın düzgün təyin olunmaması göstərilib. Şikayətçiyə bildirilib ki, artıq pensiya almıyacaqlar. Hətta bir il ərzində onlara verilən toplam pensiya məbləğinin geri qaytarılmasını da tələb ediblər.
Mövzu ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətindən bildirildi ki, sorğuyla bağlı araşdırılma aparılır və yaxın zamanda məsələyə münasibət bildiriləcək.
Rəsmi cavab gözlənilir.

 
Ardını oxu...
Azərbaycanda bəzi xarici ölkələrdə təhsil alıb qayıdan tələbələrin diplomlarının tanınmaması problemi ciddi sosial və hüquqi çətinliklər yaradır. Təhsil siyasətində bu məsələnin tənzimlənməsi və gələcək problemlərin qarşısının alınması üçün yeni yanaşmalara ehtiyac var. Statistik məlumatlara əsasən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə diplom tanınması üçün hər il minlərlə müraciət daxil olur, lakin bu müraciətlərin bir hissəsi rədd edilir. Əsas səbəb kimi bəzi universitetlərin akkreditasiya olunmaması, təhsil səviyyəsinin dövlət standartlarına uyğun gəlməməsi və ya təhsilin formal xarakter daşıması göstərilir.

Bəs görəsən bu problemin həlli üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Sonxeber.az - a açıqlama verib:

"Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən, xarici ölkələrdə alınan təhsil sənədlərinin tanınması yalnız beynəlxalq müqavilələrə və ya müvafiq dövlət qurumlarının təsdiqlədiyi standartlara uyğun aparılır. Bu hüquqi tənzimləmə xaricdə təhsil almış şəxslərin dövlət və özəl sektor üçün lazım olan bilik və bacarıqlara sahib olmasını təmin etmək məqsədi daşıyır. Bununla yanaşı, "Ali təhsil haqqında" qanunda təhsil müəssisələrinin akkreditasiyası və keyfiyyət standartlarının vacibliyi vurğulanır. Bu, diplomların tanınmamasının hüquqi əsaslarını yaradır, lakin problemin köklü həlli üçün qabaqlayıcı tədbirlərin də müzakirəsi tələb olunur.

Bu məsələnin mənfi tərəflərindən biri tələbələrin illərlə çəkdiyi zəhmətin və ailələrinin maliyyə yatırımlarının boşa çıxmasıdır. Xaricdə təhsil alan gənclər yüksək ümidlərlə və böyük xərclərlə bu addımı atırlar, lakin təhsillərinin sonunda onların diplomlarının tanınmaması həm iqtisadi, həm də mənəvi zərərlər yaradır. Eyni zamanda, bu vəziyyət dövlətin təhsil siyasətinə olan etimadı azalda bilər. Bir çox hallarda tələbələr diplomlarının tanınmaması səbəbindən iş tapmaqda çətinlik çəkir, bu isə əmək bazarına mənfi təsir göstərir. Belə bir vəziyyət cəmiyyətdə sosial narazılığa səbəb ola bilər və gənclərin gələcək planlarına mənfi təsir göstərə bilər.

Məsələnin müsbət tərəflərinə gəldikdə, diplomların tanınmaması ilə bağlı sərt tənzimləmələr Azərbaycanda təhsilin keyfiyyətini və standartlara uyğunluğunu qorumaq üçün vacibdir. Bu yanaşma ölkənin təhsil bazarına ucuz və keyfiyyətsiz diplomların daxil olmasının qarşısını alır. Bundan əlavə, tanınma prosesindəki bu sərtlik işəgötürənlərin daha yaxşı kadrlarla təmin olunmasına xidmət edir. Dövlətin bu sahədə güclü nəzarəti, cəmiyyətin milli maraqlarını və təhsil səviyyəsini qorumaq baxımından mühüm əhəmiyyət daşıyır.

Dünya təcrübəsi göstərir ki, bir çox ölkələr xaricdə alınan diplomların tanınması məsələsində ciddi tənzimləyici mexanizmlər tətbiq edir. Məsələn, Estoniyada tələbələr xaricdə təhsil almağa başlamazdan əvvəl müvafiq dövlət orqanından icazə almalıdırlar. Bu icazə həmin universitetin akkreditasiya səviyyəsini və tələbənin təhsil proqramını əhatə edir. Almaniyada isə xaricdə təhsil almaq istəyən şəxslər əvvəlcədən universitetlərin tanınan təhsil müəssisələrinin siyahısı ilə tanış edilir və yalnız bu siyahıda olan universitetlərdə təhsillərini davam etdirməyə icazə verilir. Türkiyədə də YÖK (Yükseköğretim Kurulu) xaricdə təhsil alanların diplomlarının tanınması üçün əvvəlcədən qeydiyyat və təsdiq prosedurları tətbiq edir.

Azərbaycanda xaricdə təhsil almaq istəyənlər üçün qabaqlayıcı tədbirlərdən biri, tələbələrin təhsil almaq istədikləri universitetlərin siyahısının hazırlanması ola bilər. Bu siyahı beynəlxalq akkreditasiya standartlarına və Azərbaycanın təhsil tələblərinə uyğun olaraq tərtib edilməlidir. Eyni zamanda, xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər. Bu, yalnız tanınan və yüksək keyfiyyətli universitetlərdə təhsil almağa imkan yaradacaq və diplomların tanınması ilə bağlı gələcək problemləri azaldacaq.

Məsələnin digər həlli isə xaricdə təhsil almaq istəyənlər üçün məlumatlandırıcı proqramların təşkilidir. Valideynlər və tələbələr xarici universitetlərin tədris keyfiyyəti, tanınma şərtləri və gələcək karyera perspektivləri haqqında əvvəlcədən məlumatlandırılmalıdır. Bu yanaşma tələbələrin daha informasiyalı qərarlar qəbul etməsinə və risklərin azalmasına kömək edə bilər.

Bütün bu tədbirlər kompleks şəkildə tətbiq olunarsa, həm diplomların tanınması ilə bağlı mövcud problemlər azalar, həm də xaricdə təhsil alan tələbələrin keyfiyyətli və perspektivli təhsil alması təmin edilər. Nəticədə, Azərbaycan cəmiyyətində təhsil sahəsində sosial narazılıqların azalması və gənclərin gələcəyə daha inamlı baxması mümkün olar".
 
Ardını oxu...
“Qızım Hökumənin həyat yoldaşı Etibar Əliyevlə münasibətimiz çox yaxşıdır. O, qızımın rayondakı yas mərasiminə də gəlmişdi”.

Bu sözləri Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev deyib.

O bildirib ki, Hökumənin həyat yoldaşı hüquqi varis kimi dövlət tərəfindən təqdim edilən sığorta pulu və 40 min manat kompensasiyadan imtina edib:

“Biz ona dövlətimiz tərəfindən təqdim edilən pulun hamısını verdik, amma o, məbləği özünə götürməkdən imtina edib geri qaytardı”.

Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev isə bu barədə danışmaq istəmədiyini və ona həyat yoldaşının ailəsi tərəfindən təqdim edilən məbləğdən imtina etdiyini təsdiqləyib.

Qeyd edək ki, qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20 000 manat, həlak olanların hər birinin ailəsinə isə 40 000 manat kompensasiya ödənilməsinə qərar verilib.

/Teleqraf.com
 

Dünyapress TV

Xəbər lenti