Etiraza tuş gələn ekspertə həmkarından dəstək: -
Bugünlərdə təhsil eksperti Kamran Əsədov sertifikasiya imtahanından kəsilən müəllimlərin işlə təmin olunması barədə fikir səsləndirib.

O qeyd edib ki, imtahandan aşağı nəticə göstərən müəllimlərin birdən-birə sistemdən uzaqlaşdırılması əvəzinə, onların təhsilin daha çox ehtiyac duyulan rayonlarına yönləndirilməsi daha funksional bir model ola bilərdi. Məsələ ilə bağlı müxtəlif fikirlərlə çıxış edənlər olub. Hətta sosial şəbəkələrdə bu fikrə etiraz edənlər də var. Sertifikasiyadan kəsilən müəllimlərin rayonlara göndərilməsi nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu "Cebheinfo.az"-a bildirib ki, təhsil eksperti Kamran Əsədovun fikri kontekstdən çıxarılır, aqressiyaya, publikaya hesablanaraq tirajlanır:

"Kamran Əsədov demək istəyib ki, MİQ imtahanında aşağı bal toplayan namizədlər adətən Bakı və iri şəhərlərdəki məktəblərə yox, daha çox ucqar rayon və kənd məktəblərinə yönləndirilir. Yəni yüksək bal toplayan müəllimlərin seçim imkanları geniş olur, az bal toplayanlar isə mövcud boşluqlarla kifayətlənirlər. Onun sözlərinə görə, təkrar sertifikasiya imtahanında zəif nəticə göstərən müəllimlərin dərhal sistemdən çıxarılması təhsilin keyfiyyətini yüksəltmək məqsədi daşısa da, bu yanaşmanın sosial və praktiki baxımdan ciddi çatışmazlıqları mövcuddur. Bu müəllimlər uzun illər ərzində sistemdə fəaliyyət göstəriblər, bir çox hallarda dağ kəndlərində, resursları məhdud olan məktəblərdə çalışıblar.

Belə müəllimlərin tədris imkanları ilə şəhər məktəblərində işləyən müəllimlərin imkanlarını müqayisə etmək doğru deyil. Kamran müəllimin dediyi budur ki, uzun illər işləmiş, lakin sertifikasiyadan keçməyən müəliimlərin biliklərini artırmaq üçün dəstək proqramları, təlimlər və alternativ yerləşdirmə yolları təklif olunsun. Bu mənada, Kamran Əsədov dünyanın bəzi ölkələrinin praktikasını misal çəkir və bildirir ki, MİQ imtahanında aşağı bal toplayan namizədlərin rayonlara göndərilməsi praktikası bəlli qədər məntiqəuyğun görünsə də, sertifikasiya imtahanında bu yanaşmanın tətbiq edilməsi üstünlükdür.

Yəni sertifikasiyadan zəif nəticə göstərənlər müəllimlərin birdən-birə sistemdən uzaqlaşdırılması əvəzinə, könüllülük əsasında onların təhsilin daha çox ehtiyac duyulan rayonlarına yönləndirilməsi daha funksional bir model ola bilərdi. Çünki onsuz da rayonlarda bir sıra fənlər vakant olaraq qalır, müəllim getmir. Belə yanaşma həm regionlarda müəllim çatışmazlığını azaldar, həm də zəif nəticə göstərən müəllimlərə öz üzərində işləmək və təcrübə qazanmaq fürsəti verərdi".

Ekspertin sözlərinə görə, bəzi rayonlarda vakant yerlər boş qalır və fizika, kimya müəllimləri çalışmaq üçün oraya getmir:

"Başqa bir müəllim həmin ərazidə, yaxud başqa bir ərazidə yaşayır, ancaq uzun illər işləyib və sertifikasiyadan kəsilib. O deyir ki, həmin müəllim o əraziyə getməklə həm özünü inkişaf etdirər, həm də o fənn boş qalmaz, motivasiyası artar, özünü inkişaf etdirər. Mən bir məsələni də qeyd edim ki, sertifikasiya imtahanı yarımçıqdır, müəllimin tam biliyini ölçə bilən metod deyil. Ola bilər ki, yaxşı bir əzbərçi sertifikasiyada normal bal toplaya bilər.

Bəs sertifikasiyadan keçən müəllimlər öz biliyini ötürə bilirmi? Bu ölçülmür və deməli, sertifikasiya yarımçıq prosesdir. Bəzən deyirlər yaşlı nəsil kompüterdə işləyə bilmir və IT biliyi olmalıdır. Ümumiyyətlə, IT başqa, elementar kompüter biliyi başqadır. Müəllimlərə bununla bağlı keyfiyyətli seminar verilirmi? Bu kimi məsələlər var. Mən inanıram ki, savadlı müəllimlər də o elementar proseslərə görə zəif nəticə göstərə bilərlər. Müəllimin sertifikasiyadan keçməsi hələ o demək deyil ki, yüksək səviyyəli müəllimdir".
 

Bölmənin digər xəbərləri

14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək
04 İyun 2025 Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər

Dünyapress TV

Xəbər lenti