Bu il sülh müqaviləsi imzalana bilər? - ŞƏRH
Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur. Bu barədə jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. Spiker qeyd edib ki, sərhəd dirəyinin quraşdırılmasına görə çox şaddır. A.Simonyan hesab edir ki, bu gün Tavuş vilayəti əvvəlkindən daha çox qorunur: "Mənim zəmanətim qanuni sərhəddir. Zəmanət ondan ibarətdir ki, Azərbaycan tanıyıb ki, bu sütundan sonra Ermənistan var. Dünyada heç kim bundan böyük zəmanət fikirləşməyib. Biz, ümumiyyətlə, müharibə haqqında fikirləri həm erməni, həm də Azərbaycan gündəliyindən çıxarmalıyıq - bax bu, əsl zəmanətdir". Simonyan qeyd edib ki, etirazçılar üçüncü tərəfin təhriki ilə Ermənistan və Azərbaycan arasında münaqişəni qızışdırmağa çalışır: "Dayanmadan mövqelər qura və gücləndirə bilərik, sonra onlar “Bayraqdar”ları və tankları ilə bizə hücum edəcəklər. Bu, zəmanət deyil. Zəmanət qanuni, qarşılıqlı tanınan sərhəddir. Doğrudanmı kimsə bizim yaxşı mövqelərimizdən Azərbaycana, Türkiyəyə, Pakistana qarşı döyüşə biləcəyimizi düşünür? Bu, kəmiyyət məsələsidir". Xatırladaq ki, aprelin 23-də Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb.
"Turan" İnformasiya Agentliyinin rəhbəri, politoloq Mehman Əliyev "Sherg.az"a açıqlamasında deyib ki, ümumiyyətlə, müharibədən sonra baş verənlərə nəzər yetirsək, prosesin doğru istiqamətdə getdiyini söyləmək mümkündür. Analitik hesab edir ki, proses nisbətən ləngisə də, hətta İrəvanın özü də zaman-zaman gedişatı yubatmağa çalışsa da, ümumən proses həm Azərbaycanın, həm də beynəlxalq cəmiyyətin istədiyi kimi irəliləyir: "Çox vacib məsələ odur ki, müəyyən güclər - ABŞ, Avropa Birliyi, Rusiya, Türkiyə, İran, Gürcüstan, Orta Asiya ölkələri, MDB dövlətləri bu məsələdə Azərbaycanı dəstəkləyirlər. Ermənistanın son 4 ildə manevrləri, gah Qərbə, gah da Rusiyaya tərəf yönəlməsi heç bir nəticə verməyib. Əksinə, İrəvana etimadı azaldıb. Ona görə də indi erməni tərəfi demarkasiya prosesinə başlayıbsa, bunu xoş niyyətdən daha çox məcbur qaldıqları üçün edirlər. Hesab edirəm ki, bundan sonra proses sürətli şəkildə gedəcək və məsələ öz həllini tapacaq. Açığı, mən bu prosesdə hansısa problemin yaranacağını düşünmürəm. Hətta prosesin bu il ərzində sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyini demək mümkündür. Düzdür, Ermənistanda müəyyən aksiyalar təşkil olunur. Ötən gün qondarma soyqırımın ildönümünə həsr olunmuş aksiya keçirtdilər. Amma bunlar sonuncu cəhdlər idi və onunla da bitdi. Bundan sonra hansısa ciddi müqavimətin olacağını düşünmürəm".

M.Əliyev vurğulayıb ki, Ermənistan kənar güclərin də dəstəyindən ümidi kəsib: "Fransa Ermənistanın müttəfiqi olduğunu deyir. Erməni tərəfi Fransaya çox böyük ümidlər bağladı ki, guya, Paris hər şəraitdə İrəvanı müdafiə edəcək, onun təhlükəsizliyini təmin edəcək və s. Hadisələrin gedişatı isə göstərdi ki, Fransa Ermənistana heç nə vermək iqtidarında deyil. İrəvanın son ümidi Fransa idi və o da puç oldu. Əksinə, Fransa Ermənistana yardım məqsədilə heç nə bacarmadığını göstərmək üçün əlindən gələni etdi. Sonda dedi ki, gedin, öz probleminizi özünüz həll edin. Təxmini vəziyyət budur".

Bölmənin digər xəbərləri

09 May 2024 CHP-nin sədri Azərbaycana səfər edəcək
09 May 2024 Cevdet Yılmaz: "Azərbaycan və Türkiyə sərbəst ticarətin təmin olunmasını müzakirə edir"
08 May 2024 Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
08 May 2024 4 ölkə NATO-ya əməkdaşlıq təklifi göndərib
07 May 2024 Mayın 9-da Moskvada paradda iştirak edəcək xarici liderlərin siyahısı məlum olub
07 May 2024 HƏMAS İsraillə danışıqları dayandırıb
07 May 2024 Şimali Qafqazda toqquşan qlobal maraqlar: Ekstremistlər qayıdır?
06 May 2024 İsrail və HƏMAS arasındakı danışıqlar nəticəsiz başa çatdı
06 May 2024 Rusiya Baltikyanı ölkələrlə diplomatik münasibətləri dayandırıb? - Zaxarovadan AÇIQLAMA
05 May 2024 Azərbaycan və Banqladeş əməkdaşlığın gücləndirilməsini vurğulayıblar
05 May 2024 Baydenin “ksenofobiyada” günahlandırması Yaponiya hökumətində “məyusluq”a səbəb olub
04 May 2024 “İstəyirəm ki, Türkiyədə siyasətin yumşalma prosesinə başlayaq" - Ərdoğan
03 May 2024 Azərbaycan və Tacikistan XİN-ləri arasında məsləhətləşmələr keçirilib
03 May 2024 ABŞ-Ermənistan hərbi əməkdaşlığı müzakirə olunub - Saziş imzalanıb
02 May 2024 Bu ölkə İsraillə diplomatik münasibətləri KƏSƏCƏK
01 May 2024 Prezident amerikalı nümayəndələri qəbul edib
01 May 2024 Vaşinqtona ləğv edilmiş səfər Türkiyədəki gərgin münasibətləri və alyansların dəyişməsini göstərir
30 Aprel 2024 "Həqiqətən də Almatıda belə danışıqlar planlaşdırılır" - Qazaxıstan XİN
29 Aprel 2024 Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
29 Aprel 2024 Paşinyan Blinkenlə delimitasiyanı müzakirə etdi

Dünyapress TV

Xəbər lenti