“İkinci cəbhə” yalanı Üçtərəfli saziş və Aİ missiyasının casusluğundan danışan Zaxarova əslində nədən narahatdır?
NATO-nun qarşısında maksimum vəzifə durur: “Zaqafqaziyada” Rusiyaya qarşı ikinci cəbhə açmaq və ümumiyyətlə “regionu yenidən alovlandırmaq”. “Anadolu” agentliyi xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə bəyan edib.

“Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmalar sözün əsl mənasında Qərbə qırmızı parça təsiri göstərib. Çünki bu, sülhə aparan, qarşılıqlı hörmətə və maraqların qarşılıqlı şəkildə nəzərə alınmasına əsaslanan yol idi”, – deyə XİN nümayəndəsi iddia edib.

Zaxarovanın sözlərinə görə, Rusiyanın “bölgədə sülhə yönəlmiş” siyasəti alyansın maraqlarına cavab vermir.

O, Avropa İttifaqının Ermənistan ərazisindəki müşahidə missiyasından danışaraq, bu missiyanın Rusiya, İran və Azərbaycan qarşı “casusluq” etdiyinə əmin olduğunu bildirib.

“Avropa İttifaqının Ermənistan ərazisindəki missiyası ölkəmizə, İrana, Azərbaycan qarşı casusluq edir. Bunun da faktiki sübutları var. Bu cür dağıdıcı fəaliyyət regionda gərginliyin artmasına gətirib çıxarır və hətta geri dönməz nəticələrə səbəb ola bilər”, – diplomat qeyd edib.

Zaxarova hesab edir ki, Bakı və İrəvan arasında münasibətlərin həlli yolu Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı razılaşmalara əməl etməkdən keçir. “Bu üçtərəfli sazişin unikallığı ondan ibarətdir ki, onlar hərtərəfli xarakter daşıyır və bütün ölkələrin maraqlarını nəzərə alan kompleks kompromis həlləri nəzərdə tutur. Çox çətin iş görülüb. Qərbin nöqteyi-nəzərinə görə, onların regionun gələcəyinə öz baxışları olması səbəbindən, bu sazişin nəticələri ən kobud şəkildə pozulmalıdır”, – o, bəyan edib.

Qeyd edək ki, bütün bunları artıq iki ildir ən yaxın qonşusuna qarşı işğalçı müharibə aparan, hər gün Ukraynanın dinc əhalisini məhv edən işğalçı ölkənin rəsmi nümayəndəsi deyir.

Zaxarova soyadlı bu diplomata nə cavab vermək olar? Görünür, o, Qafqazda ərazi və millətlərarası çəkişmələri və mübahisələri səylə hazırlayan və qızışdıran ölkənin məhz Rusiya olduğu ilə bağlı tarixi tamamilə unudub. O, NATO-ya qarşı ittihamlarını hansı sübutlarla əsaslandırır? Bəs Aİ missiyası Ermənistan ərazisindən Rusiyanı necə izləyə bilər? Axı bu ölkələrin sərhədləri nəinki heç bir yerdə bir-biri ilə kəsişmir, hətta onları yüzlərlə kilometr Gürcüstan ərazisi ayırır. Burada Zaxarovanın dediyi faktlar hanı? Heç bir fakt yoxdur. Bəs bu boş bəyanatların məqsədi nədir?

Rusiyalı siyasi ekspert Yeqor Kuroptev (Tbilisi) fikirlərini Pressklub.az-la bölüşüb.

“Düzünü desəm, Mariya Zaxarovanın sözlərini ciddi şərh etmək çoxdan məntiqini itirib. Xüsusən də, bir qədər əvvəl Rusiyada keçirilən qondarma prezident seçkilərinin nəticələrinin necə həyasızcasına saxtalaşdırıldığı nəzərə alınsa. İşğalçı müharibə aparan, analarının və həyat yoldaşlarının məcburən səfərbər edilən qohumlarının taleyi ilə bağlı heç bir məlumat ala bilmədiyi, istənilən sorğuda çoxluğun “müharibəni dayandırın” dediyi ölkədə 87% səs yığılması fantastika deyil, artıq açıq-aşkar həyasızlıqdır. Ona görə də qeyri-legitim prezidentin təyin etdiyi qeyri-legitim Xarici İşlər Nazirliyinin nə deməsi ümumiyyətlə önəmli deyil”, – politoloq hesab edir.

O qeyd edir ki, əslində “ikinci cəbhə” ilə bağlı dezinformasiya uzun müddətdir davam edir. “Təəssüf ki, bu dezinformasiyanın məqsədi həm rusları “Qərbin nə qədər dəhşətli olduğu” ilə qorxutmaq, həm də artıq iki ildir Ukraynanın Rusiyanı zəiflətməsindən istifadə edərək bu közərməkdə olan konflikti ölü nöqtədən tərpətməyə çalışan qonşu dövlətlərə təzyiqlərin artırılması zərurəti yaranarsa, əlinin altında hazır iddia olmasıdır. Əslində Cənubi Qafqaz regionunu bu ölü nöqtəyə ilk növbədə Kreml gətirib çatdırıb.

“İkinci Cəbhə” ilə bağlı yalandan Rusiya ilə niyə iqtisadi sahədə əməkdaşlıq etməli olduğu və müharibə zamanı niyə pul qazandığını izah etməli olan Gürcüstan hakimiyyəti də aktiv istifadə edir.

Putin açıq şəkildə yalan danışırdı ki, onun məqsədi NATO-nun genişlənməməsidir. Axı məhz onun qanlı müharibəsi bu genişlənməyə səbəb oldu. Çünki ölkələr qeyri-legitim hakimiyyəti olan belə gözlənilməz və aqressiv qonşu ilə həmsərhəd olmaqdan qorxurlar”, – Kuroptev qeyd edib.

Rauf Orucov

Bölmənin digər xəbərləri

27 Aprel 2024 Bayden Trampla debatlarda iştirak etməyə hazır olduğunu bildirib
27 Aprel 2024 Bu il sülh müqaviləsi imzalana bilər? - ŞƏRH
26 Aprel 2024 Tarixi uçuş: İlham Əliyev Füzulidən Berlinə GEDİR
25 Aprel 2024 Macarıstanın xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
25 Aprel 2024 Sülh üçün Astana formatı niyə sərfəlidir? - İNCƏLƏMƏ
24 Aprel 2024 Qəfil Moskva görüşü və Putin-Əliyev anlaşması - Hamı Azərbaycanın nə verəcəyini gözləyirdi, amma..
24 Aprel 2024 Ceyhun Bayramov Çexiyada bir sıra şəxslərlə fikir mübadiləsi aparıb - FOTO
24 Aprel 2024 Azərbaycanın diplomatiya tarixinə yazılan növbəti uğur
23 Aprel 2024 Rusiyanın “Birinci kanal”ı İlham Əliyevin işgüzar səfəri haqqında reportaj yayımlayıb
23 Aprel 2024 Əliyevlə Putinin müzakirə edəcəkləri məsələlərin əhatə dairəsi - TƏHLİL
22 Aprel 2024 Bayden prezident seçkilərində ABŞ-dakı müsəlmanların dəstəyini itirəcək - NBC televiziyası
21 Aprel 2024 İlham Əliyev Rusiyaya gedir: Gözləntilər nədir?
21 Aprel 2024 Zelenski ABŞ-yə təşəkkürünü bildirib: “Ədalətli sülh və təhlükəsizlik yalnız güclə əldə edilə bilər”
20 Aprel 2024 Toyvo Klaar: “Aİ danışıqlar prosesini, hərtərəfli və davamlı nizamlanma məqsədlərini dəstəkləyir” - FOTO/VİDEO
20 Aprel 2024 BAKI VƏ İRƏVAN DELİMİTASİYA PROSESİNDƏ BU SƏNƏDƏ ƏSASLANACAQ - Anlaşmanın detalları açıqlandı
19 Aprel 2024 Türkiyə bu ölkə ilə 6 müqavilə imzaladı
18 Aprel 2024 Stoltenberq Zelenski ilə danışdı: Təcili ehtiyaclar..
17 Aprel 2024 ABŞ və Türkiyə rəsmiləri Azərbaycanla Ermənistanın arasını düzəltməyə çalışırlar
16 Aprel 2024 Cənubi Qafqazı da ''qan çanağ''-ı yaratmaq cəhdi: - Azərbaycan ''təhlükəsizlik evi'' rolunu oynayır
15 Aprel 2024 İsrailə hücumdan əvvəl İran və ABŞ Türkiyə vasitəsi ilə qarşılıqlı mesajlarını çatdırıb

Dünyapress TV

Xəbər lenti