Azərbaycan və İran Prezidentlərinin sərhəddə görüşü gözlənilir
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Baku.TV televiziyasına müsahibəsində Novruz bayramınadək (martın 22-dək-red) Azərbaycan və İran Prezidentləri İlham Əliyev və İbrahim Rəisinin tarixi Xudafərin körpüsünün yerləşdiyi Cəbrayıl rayonu ərazisində, İranla sərhəddə Araz çayı üzərində iki ölkənin müştərək tikdiyi “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su bəndlərinin açılış mərasimində iştirak edəcəyini bildirib.

Martın 16-da səfir Abbas Musəvi həmçinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.
“Biz Cənubi Qafqaz regionunda baş verən son hadisələri və ikitərəfli əlaqələri nəzərdən keçirdik. İki qonşu dövlət arasında yeni dövrün açılmasının vacibliyini vurğuladıq”, səfir Musəvi X Platformasında qeyd edib.

Azərbaycan tərəfi görüşlə bağlı hələ məlumat yaymayıb.

Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin tarixçəsi keçmiş SSRİ dövrünə təsadüf edir. 1988-ci ildə SSRİ və İran arasında iqtisadi, ticarət və elmi-texniki əməkdaşlıq haqqında uzunmüddətli Saziş bağlanıb və həmin Sazişə əsasən "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə qarşılıqlı razılıq əldə edilib.

Azərbyacan əraziləri erməni silahlı qüvvələrinin nəzarətinə keçəndən, yəni 1993-cü ildən sonrakı dövr ərzində hidroqovşaqların və su elektrik stansiyalarının tikintisi üzrə işlər İran tərəfindən aparılıb. 2016-cı ilin fevralında Azərbaycan və İran Hökumətləri arasında Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik statnsiyasının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

Sazişdə Azərbaycan və İranın suverenliyi və ərazi bötüvlüyünə hörmət prinsipləri bəyan edilib, hər iki tərəfin "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanıb.

İkinci Qarabağ müharibəsi zamanı, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək döyüş əməliyytaları nəticəsində Azərbaycan Ordusu Azərbaycanın İranla beynəlxalq səviyyədə tanınan bütün sərhədlərini nəzarətə götürürüb. Beləliklə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı yeni situasiya yaranıb.

Hazırda iki ölkənin sərhədindəki Araz çayı üzərində 1,612 milyon kubmetr su tutumu olan “Xudafərin” və 56.75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqlarına aid bəndlərin tikintisi başa çatmaq üzrədir.

Rəsmi məlumatlara görə, Azərbaycan tərəfi üçün qoyuluş gücü 100 MVt olan “Xudafərin” və 40 MVt olan “Qız Qalası” su elektrik stansiyaları və hidroqovşaqlarının istismara verilməsi nəticəsində illik 358 milyon kVt·st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması təmin ediləcək.

Onu da qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla, Azərbaycan isə qarşılıqlı olaraq İranla sərhəddə hərbi təlimlər keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub, nəticədə diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb.

Azərbaycan prezidenti İlham Əliyev silahlı basqını terror aktı kimi qiymətləndirib.

Bununla yanaşı son aylarda iki ölkənin xarici işlər nazirləri problemlərin həlli istiqamətində çoxsaylı telefon danışıqları aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti, Azərbaycan xarici işlər naziri isə İran Prezidenti tərəfindən qəbul edilib. İki ölkənin rəsmiləri qarşılıqlı səfərlər edib.

Ötən ildən başlayaraq Azərbaycan və İran sərhəd-keçid məntəqlərinin, körpülərin, İran ərazisi vasitəsi ilə Azərbaycanla onun Naxçıvan Muxtar Respublikasını birləşdirəcək dəmir və avtomobil yollarının tikintisi barədə razılıqlar əldə edib.

Bölmənin digər xəbərləri

05 May 2025 Kipr məsələsi iki suveren dövlət prinsipi əsasında həll olunacaq
04 May 2025 Netanyahunun Azərbaycana səfərinin təxirə salınmasının MÜMKÜN SƏBƏBİ – Ankara icazə vermədi? (DETALLAR)
04 May 2025 Abbas Əraqçi Pakistan və Hindistana gedir
03 May 2025 Erməni revanşist Putinə müraciət etdi - Bakıya qarşı heyrətamiz xahiş
03 May 2025 BMT genişmiqyaslı islahatların nəzərdə tutulduğunu təsdiqləyib
02 May 2025 Bakıda “atəşkəs kimi” anlaşma
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Trampın dövründə ABŞ-də mətbuat azadlığı məhdudlaşdırılır
02 May 2025  Geosiyasi transformasiyanın MƏRKƏZİ: - Bakı Təl-Əviv və Ankaranı masa arxasına DƏVƏT EDİR?
01 May 2025 Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL
01 May 2025 ABŞ və Ukrayna faydalı qazıntılara dair sazişi imzaladılar
01 May 2025 Netanyahunun Bakı səfərində qəribə detal – 400 illik proqnoz üzə çıxdı…
30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb

Dünyapress TV

Xəbər lenti